Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-428/2022 03.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X9, Cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası; İddiaçı Cavabdehlər X10, İddiaçı və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X21 ilə birgə nikah dövründə, birgə vəsait hesabına əldə etdikləri «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Bakı şəhəri 45 saylı Notariat Ofisində mirasın qəbul edilməsindən imtina olunması barədə 13 sentyabr 2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdehlər X10, İddiaçı və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən 06.10.2020-ci il tarixli **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinə dair İddiaçı ilə X12 arasında Bakı şəhəri 45 saylı Notariat Ofisində təsdiq olunmuş 10.10.2021-ci il tarixli 4Ə-200 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; onun vərəsəlik hüququnun tanınması; mərhum X8na məxsus olmuş «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onun tam hissədə payının müəyyən edilməsi; mərhum X8 ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən 06.10.2020-ci il tarixli **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin üzərində onun 1/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadına əsasən yuxarıda qeyd olunan iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum həyat yoldaşı X21 ilə 25 oktyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Mərhum həyat yoldaşı X21 ilə birgə nikahda olarkən birgə gəlirləri hesabına bir sıra daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Bu əmlaklardan biri də, birgə nikah zamanı, birgə gəlirləri hesabına aldıqları «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil həyat yoldaşı vəfat edənə qədər birgə mülkiyyətlərində və istifadələrində olmuşdur. Lakin çox təəssüflər olsun ki, həyat yoldaşı X21 07 sentyabr 2021-ci il tarixdə «Dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı»ndan rəhmətə getmişdir. Bu ahıl yaşında yeganə həmsöhbəti olan Həsəni itirmək onu dərindən sarsıtmış, həmin günlərdə psixoloji gərginlik içində olmuşdur. Mərhum həyat yoldaşının yas mərasimlərinin kimin təşkil etməsini, kimlərin baş sağlığına gəlmələrini belə anlamamışdır. Həyat yoldaşının vəfatı ona çox pis təsir etdiyindən uzun müddət özünə gələ bilməmişdir, həmin müddətdə psixoloji durumu ağır olmuşdur. Həyat yoldaşı Həsən rəhmətə gedəndən sonra, yas mərasimləri başa çatmamış, onun birinci nikahdan olan övladları, başda Cavabdeh olmaqla, onu təhqir və təhdid etməyə başlamışlar. Sonuncuların bu hərəkətləri onu daha da pis hala salmış, özünü bu həyatda tənha, köməksiz hiss etdirmişdir, psixologiyasını pozmuşdur. Hələ mərhumun üç mərasimi çıxmamış, mərhumun birinci nikahdan olan övladı, hazırkı iş üzrə Cavabdeh üç mərasimini keçirən gün evə gələrək, ona psixoloji təzyiq göstərmiş, onu aldatmış, yas mərasimindən dərhal notariusa getməli olduğunu bildirmişdir. O da, Cavabdeh məcburiyyəti ilə notariusa getməli olmuşdur. Cavabdeh onu notariusa apardığı gün, həyat yoldaşının üç mərasimi idi. Həyat yoldaşını yeni itirmişdi, bu ahıl yaşında yalnız qalmışdı. Həyat yoldaşının ölümü onda dərin iz buraxmışdır, dərin sarsıntı keçirmişdir. Nə yeyib-içdiyini bilmir, ona kim nə demişsə, mahiyyətini dərk etmədən dərhal yerinə yetirmişdir. Cavabdeh onu inandırmışdır ki, ərinin vəfatı ilə əlaqədar notariusda sənədə imza etməlidir ki, onun pensiya və vəfatı ilə əlaqədar Dövlət tərəfindən verilən pul ona ödənilsin. Cavabdeh notariusda ona hansısa sənədə etibarından suiistifadə edərək, sənədi oxutdurmadan imza etdirmişdir. Sonradan ona məlum olmuşdur ki, imzaladığı sənəd, mərhum həyat yoldaşı ilə birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuş «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə ona düşən miras paydan imtina etməsi barədə ərizə olmuşdur. Qeyd edir ki, «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum həyat ilə birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etdikləri üçün, birgə mülkiyyətləri hesab olunur, yəni avtomobil bərabər – 1/2 hissədə hər ikisinə məxsus olmuşdur. Həyat yoldaşının ölümündən sonra miras əmlaka yalnız avtomobilin həyat yoldaşına məxsus 1/2 hissəsi daxil olmuşdur. Avtomobilin digər 1/2 hissəsi isə elə onun mülkiyyətində qalmışdır. Lakin Cavabdeh onun dərin hüzndə olmasından, psixoloji sarsıntı keçirməyindən istifadə etmiş, aldatmış və mərhum həyat yoldaşından miras qalmış avtomobilin 1/2 hissəsindən ərizə ilə imtina etdirmişdir. Halbuki, onun özünə çatası paydan kiminsə, o cümlədən Cavabdeh xeyrinə imtina etmək niyyəti olmamışdır. Çünki, həyat yoldaşının sağlığında onun övladları ona baxmamışlar və həyat yoldaşının vəfatından sonra da, onun qayğısına qalası deyildirlər. Ölkədəki mövcud iqtisadi durumu nəzərə aldıqda, ağlı başında olan tənha və köməksiz olan şəxs əvəzsiz olaraq əmlakdan imtina heç vaxt etməzdi. Eyni ilə də o, aldadılmasa idi, onun ağır psixoloji durumundan istifadə olunmasa idi, o, heç vaxt miras qalmış avtomobilin vərəsə kimi ona çatası payından imtina etməzdi. Cavabdeh aldadılması nəticəsində «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən imtina etməsi barədə ərizə imzaladığına dair məlumat aldıqdan sonra, həmin ərizənin ləğv edilməsi ilə bağlı iki dəfə ünvan ünvanlamışdır. Lakin həmin Notariat Ofisinin 19 noyabr 2021-ci il tarixli cavab məktubunda bu məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh onu təhdid etdiyindən, onu öldürəcəyi ilə hədələdiyindən qısamüddətli mühafizə orderinin verilməsi barədə ərizələr ilə Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Hesab edir ki, iddia ərizəsi əsaslıdır və təmin edilməli, qanunsuz məhrum olunduğu əmlak ona qaytarılmalı, pozulmuş hüquqları bərpa olunmalıdır. O, həyat yoldaşı ilə birgə nikahda birgə vəsaitləri hesabına əldə etdikləri «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair öz payından imtinası öz iradə ifadəsi ilə olmamışdır. İddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X8 25 iyun 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə İddiaçı ilə ailə qurmuşdur və həmin nikahdan övladları yoxdur. Birgə nikahda olduqları müddətdə 06.10.2020-ci il tarixdə **********67-10301 (**********) reyestr nömrəsinə əsasən Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evi əldə etmişlər. X8 07.09.2021-ci il tarixdə «dəqiqləşdirilməmiş ağciyər ürək çatmamazlığı» diaqnozu səbəbindən vəfat etmişdir. Atası vəfat edəndən sonra miras qalmış miras əmlakı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə faktiki olaraq qəbul etmişdir və vərəsəlik işinin açılması üçün Bakı şəhəri 45 saylı Notariat Ofisinə müraciət etmişdir. Atasına məxsus avtomobilə və birgə nikah dövründə əldə edilmiş evə dair vərəsəlik üzrə paylarının müəyyən edilməsini xahiş etmişdir. 13.09.2021-ci il tarixdə İddiaçı, 16.09.2021-ci il tarixdə qardaşı X23, 22.09.2021ci il tarixdə bacısı X3, 26.09.2021-ci il tarixdə qardaşı X20 miras əmlakdan Bakı şəhəri 45 saylı Notariat Ofisində tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən onun xeyrinə imtina etmişlər. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizələr Bakı şəhəri 45 saylı Notariat Ofisində vardır. Mərhum X8 ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri daşınma əmlakın da vərəsəlik qaydasında bölünməsi üçün 30.11.2021-ci il tarixdə ünvan ilə müraciət etmişlər. Həmin ərizələri 30.11.2021-ci il tarixdə 137 saylı daxilolma nömrəsi ilə qeydiyyata alınmışdır. Ərizədə Cavabdeh avtomobillə bağlı vərəsəlik şəhadətnaməsinin alınması üçün 45 saylı Notariat Ofisinə müraciət etdiyini, Cavabdeh mərhum atası X13 arvadı İddiaçı ilə birgə nikah dövründə Abşeron rayonu Qobu qəsəbəsində daşınmaz əmlak əldə etdiklərini, həmin daşınmaz əmlaka dair çıxarışın İddiaçı olduğunu və notariusa təqdim etdiyini bildirmişlər. Həmçinin qeyd olunan daşınmaz əmlakın onların birgə mülkiyyətində olduğunu, mərhum X13 övladları Cavabdeh, X20, X4, X23 atalarının varisi olduqlarından həmin əmlakda da pay hüquqlarının olduqlarını bildirmiş və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 5, 6, 7-ci fəsillərinə uyğun olaraq əvvəl müraciət olunmuş avtomobillə bərabər X21 ilə arvadı İddiaçı birgə nikah dövründə Abşeron rayonu Qobu qəsəbəsində əldə etdikləri daşınmaz əmlakın da vərəsəlik qaydasında tərəflərin paylarına uyğun bölünməsini xahiş etmişlər. Notariat kontoru tərəfindən onlara ünvanlanmış 01 dekabr 2021-ci il tarixli 293 saylı cavabda onların 30.11.2021-ci il tarixli ərizələrinə baxıldığı, vərəsələrin ərizəsi əsasında 07.09.2021-ci il tarixdə vəfat etmiş X13 adına vərəsəlik işinin açıldığı qeyd edilmişdir. Mərhumun birgə nikah dövründə əldə etdiyi və sağ qalmış arvadı İddiaçı adına olan əmlakla bağlı bildirilmişdir ki, notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 117-ci maddəsinin ikinci abzasına əsasən «ər-arvadın biri öldükdə, əmlak isə ərarvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakdan pay da müəyyən edə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ vardır». Əgər sağ qalmış arvad İddiaçı razılıq verərsə, onların xahişləri müsbət həll olunacaqdır. Halbuki, qeyd olunan daşınmaz əmlak həmin notariat ofisində 10.10.2021-ci il tarixdə İddiaçı tərəfindən bacısı X10 bağışlandığı haqqında onlara heç bir məlumat verilməmişdir. Qeyd olunan daşınmaz əmlak birgə nikah dövründə əldə edildiyindən həmin əmlak da miras əmlaka daxildir. Notarius tərəfindən miras əmlakın qorunması üçün tədbirlər görülməli olduğu halda (onlar notariusa ünvanladıqları ərizədə bunu da qeyd etmişlər), bunun əksinə olaraq həmin notariusda miras əmlaka daxil olan əmlak özgəninkiləşdirilmişdir. Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evi barədə rəsmi məlumat əldə etmək və bunu da notariusa təqdim etmək üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmişdir. Sorğuya cavabda qeyd edilmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.10.2020-ci il tarixdə **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (Bakı şəhəri 45 saylı notariat ofisində təsdiq edilmiş 28.09.2020-ci il tarixli, 4Ə-125 nömrəli alğı-satqı müqaviləsinə əsasən). Lakin, həmin fərdi yaşayış evi Bakı şəhəri 45 saylı notariat ofisində təsdiq edilmiş Bakı şəhəri 45 saylı notariat ofisində təsdiq edilmiş 10.10.2021-ci il tarixli 4Ə-200 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X10 özgəninkiləşdirilmişdir. Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evi alınarkən həmin evə dair alğı-satqı müqaviləsi, vərəsəlik işi 45 saylı Notariat Ofisində aparılmışdır. Bütün hərəkətlər 45 saylı Notariat Ofisində aparıldığı və həmin fərdi yaşayış evi miras əmlak kütləsinə daxil olduğu halda, atasının birgə nikah dövründə əldə etdiyi əmlakı İddiaçı öz bacısı X10 bağışlamışdır. Halbuki, Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakı bağışlaya bilməzdi. Həmin bağışlama müqaviləsi etibarsızdır. İddiaçı məqsədi miras əmlakı bölgüdən yayındırmaq olmuşdur. Göründüyü kimi, onlar notariusa müraciət edərək, birgə nikah dövründə əldə olunmuş evin mövcud olduğunu bildirmiş və həmin əmlakın da bölünməsini xahiş etmişlər. 13.09.2021-ci il tarixdə İddiaçı, 16.09.2021-ci il tarixdə qardaşı X23, 22.09.2021-ci il tarixdə bacısı X3, 26.09.2021-ci il tarixdə qardaşı X20 miras əmlakdan onun xeyrinə imtina etmişlər. Qeyd olunan daşınmaz əmlak birgə nikah dövründə əldə edildiyindən həmin əmlak da miras əmlaka daxildir. Mərhum atasının vərəsələri İddiaçı, X23, X3, X20 və odur. Atasına məxsus əmlakdan İddiaçı, bacısı və qardaşları onun xeyrinə imtina etdiklərindən həmin əmlakın yarısı varis kimi ona verilməlidir. Göründüyü kimi, cavabdeh İddiaçı mərhum X8 ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evini öz bacısı X10 bağışlamaqla onu vərəsəlik hüququndan məhrum etmişdir. Miras əmlakı digər şəxsə bağışlamaqla miras əmlakı gizlətmiş, artıq miras şərikləri arasında ixtilaflar baş vermiş, eləcə də cavabdeh miras əmlakı özgəninkiləşdirdiyindən mübahisə yaranmış və onun vərəsəlik hüququ pozulmuşdur. Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İkinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili X18 məhkəmədən mülki işə İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, yekun məhkəmə aktı çıxarılmasını tələb etdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X18 məhkəmə iclasında birinci iddianı qəbul etmədi, ikinci iddianı müdafiə etdi, ikinci iddia ərizəsinin məzmununa uyğun izahat verdi və Cavabdeh iddiasının təmin, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinin nümayəndəsi X11 məhkəmə iclasında iddiaların həllini məhkəmənin mülahizəsinə buraxaraq, məhkəməyə təqdim olunmuş arayış tipli məktubda mülki işlə əlaqədar bildirilənlərə əlavəsinin olmadığını qeyd etdi. İkinci iddia üzrə cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X6 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh X14 18 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında birinci iddia üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci iddia üzrə iddianın təmin edilməsi barədə qətnamə qəqul edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq izahatında göstərmişdir ki, o, birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh tərəfindən hər zaman aldadılmış, onun tərəfindən təsir və təzyiqlərə məruz qalmışdır. Bu səbəbdən, Cavabdeh mərhum atasının ölümündən sonra ona məxsus bütün əşyaları, o cümlədən pensiya kartını, bahalı kitablarını və telefonunu özü ilə aparmışdır. Gedərkən ona evin alınması ilə bağlı mərhumun birinci nikahından olan vərəsələrinə miras əmlakdan pay düşmədiyini bildirsə də, lakin sonradan maşının onunla bölünməsinə razı olmuşdur. O, əlavə olaraq, izahatında bildirmişdir ki, mübahisəli mənzil onunla mərhum əri X21 ilə birgə nikahları dövründə əldə edilsə də, həmin mənzilə dair hüquqmüəyyənedici sənədlər onun adına verilmiş, mənzil ona məxsus olmuşdur. O, mərhum ərinin ölümündən sonra 45 saylı Notariat Ofisində həmin mənzili əvəzsiz olaraq bacısı X10 bağışlamışdır. Mənzilin 1/2 hissəsinin ərinə məxsus olmasını düşünməmişdir. Buna səbəb isə, onun həmin dövrdə yataq xəstəsi olması, mənzili bacısından başqa bağışlaya biləcəyi yaxın qohumunun olmaması olmuşdur. Ona görə də, Cavabdehlər X10, İddiaçı və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh X7 vəkili və nümayəndəsi Vəkil 18 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında birinci iddia üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməsini və iddiaçı Cavabdehlər X10, İddiaçı və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. İkinci iddia üzrə cavabdeh X12 18 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bacısı X12 2 il bundan əvvəl iflic olmuş, ona 6 ay müddətində özü qulluq etmişdir. Bacısı ona xəstə olduğu və ondan başqa yaxını olmadığı üçün mübahisəli mənzili ona bağışlamaq istədiyini bildirmiş, o, bununla razılaşmışdır. Bundan sonra onlar birlikdə Bakı şəhəri 45 saylı Notariat Ofisinə getmiş, bacısı razılaşdıqları kimi mənzili ona bağışlamışdır. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh atasının yas mərasimində artıq atasının öldüyünü və maşının onun adına keçirilməsini İddiaçı Loğman qızından tələb etmiş, bununla bağlı İddiaçı tərəfindən notariat ofisinə miras əmlakdan imtina barədə ərizə verilmişdir. O, mübahisəli mənzili əvəzsiz olaraq əldə etdiyindən, mənzil onun xüsusi mülkiyyəti sayılır. Lakin o, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində mənzilinə daxil ola bilmir, mənzilindən öz istədiyi kimi istifadə edə bilmir. Bu səbəbdən, Cavabdehlər X10, İddiaçı və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Cavabdeh nümayəndəsi və vəkili E.Nəcəfovun və cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinin nümayəndəsi T.Şükürovun izahatlarını dinləyib, birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh X7 və nümayəndəsi Vəkil, ikinci iddia üzrə cavabdeh X10 əvvəlki məhkəmə iclaslarında verdikləri izahatlarını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, İddiaçı iddiası rədd edilməli, iddiaçı Cavabdeh iddiası qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki: - İddiaçı ilə X21 birgə nikahda olmuşlar; - Onlar birgə nikahda olduqları dövrdə daşınar əmlak («KİA Cerato» markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobil) və daşınmaz əmlak (Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evi) əldə etmişlər; - X21 vəfat etmiş və birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlakın 1/2 hissələri sonuncunun varislərinə miras qalmışdır; - Varislərin dairəsinə mərhumun həyat yoldaşı İddiaçı, öncəki nikahdan doğulmuş övladları X23, X3, X20 və Cavabdehdur. Birinci iddia üzrə mübahisə edilən hal onunla bağlıdır ki, İddiaçı təhdid edilərək, aldadılaraq, özündə olmamasından (həyat yoldaşının vəfatı ilə bağlı sarsıntı keçirdiyi üçün) istifadə edilərək, ondan «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Bakı şəhəri 45 saylı Notariat Ofisində mirasın qəbul edilməsindən imtina olunması barədə 13 sentyabr 2021-ci il tarixli ərizə alınmışdır. Məhkəmə ilk öncə birinci iddiaya münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddia əsassızdır. Bundan başqa, iddiaçı ərizənin etibarsız hesab edilməsini tələb edir ki, həmin tələbin təmin edilməsi özü-özlüyündə mümkün deyil. Çünki, ərizə əqd deyil, əqdlərin etibarsızlığı ilə bağlı hüquq məsələləri tənzimləyən maddi hüquq normalarının bu tələbə tətbiq edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə vurğulayır ki, İddiaçı iddiası və birmənalı olaraq təmin edilməməlidir. İddiaçı Cavabdeh iddia tələbi ilə bağlı mübahisə edilən hallar onunla bağlıdır ki, o və digər vərəsələr olmasına baxmayaraq, cavabdeh İddiaçı vərəsələrin vərəsəliyə çağırılmalı olmasını bilməsinə rəğmən, birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinin 1/2 hissəsi üzərində varislərin payları müəyyən edilmədən, həmin daşınmaz əmlakı bacısı X10 bağışlamış, Bakı şəhəri 45 saylı Notariat Ofisi varislərin ərizələrindən xəbərdar ola-ola, həmin fərdi yaşayış evinə dair bağlanmış bağışlama müqaviləsini təsdiq etmişdir. Bununla da, onun varis kimi hüquqları kobud şəkildə pozulmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı Cavabdeh iddia tələbi qismən əsaslıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna verdiyi 16 dekabr 2021-ci il tarixli cavabda əks olunmuş məlumatlara əsasən, Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.10.2020-ci il tarixdə **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (Bakı şəhəri 45 saylı Notariat Kontorunda təsdiq edilmiş 28.09.2020-ci il tarixli, 4Ə-125 nömrəli alğı-satqı müqaviləsinə əsasən). Lakin, həmin fərdi yaşayış evi Bakı şəhəri 45 saylı notariat kontorunda təsdiq edilmiş 10.10.2021-ci il tarixli, 4Ə-200 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X10 özgəninkiləşdirilmişdir. İddiaçı adına Bərdə rayonu Bala Qəcər kəndində 4 nəfərlə 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 10.05.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 12.06.2013-cü il tarixli, AN-0353305 saylı alğı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. 26.09.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X13 adına (25.06.2004-cü il tarixdən 07.09.2021-ci ilədək) Respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı adına (25.06.2004-cü il tarixdən 07.09.2021-ci ilədək) Respublika ərazisində qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş ərizələrdən, eləcə də, Bakı şəhəri 45 saylı Notariat Ofisinin 10 fevral 2022-ci il tarixli məktubundan görünür ki, X24 07.09.2021-ci il tarixdə ölmüşdür və oğlu Cavabdeh ərizəsi əsasında 27.09.2021-ci il tarixdə 100 saylı vərəsəlik işi açılmışdır. Vərəsənin məlumatı əsasında mirasın tərkibi müəyyən edilmişdir. Məlum olmuşdur ki, mirasın tərkibinə avtomaşın, odlu silah, mirasqoyanın borcu daxildir. Cavabdeh atasının ikinci arvadı İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri və sağ qalmış arvadın adına olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən daşınmaz əmlak haqqında məlumat verilmişdir ki, notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 117-ci bəndinin ikinci abzasına əsasən «Ər-arvadın biri öldükdə, əmlak isə ərarvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var». Vərəsəyə izahat verilmişdir ki, yalnız ölmüş atasının bu əmlakdakı payına mülkiyyət hüququ haqqında şəhadətnamə verildikdən sonra o, miras əmlakın tərkibinə daxil edilə bilər. Vərəsə həmin gün bu əmlaka iddiası olduğunu bildirməmişdir. Mərhumun arvadı İddiaçı 13.09.2021-ci ildə mərhumun oğlu Namiqlə birlikdə Ofisə müraciət edərək mərhum ərindən qalmış miras əmlakdan imtina barədə ərizə rəsmiləşdirməyi xahiş etmişdir. Onlar bu ərizənin doğuracağı hüquqi nəticələri sonuncuya izah edərək, nə səbəbdən mirasdan imtina etdiyini soruşmuşlar. Cavabında bildirmişdir ki, mərhumun oğlu Namiqlə miras əmlakın bölüşdürülməsi barədə şifahi razılığa gəlmişlər. Belə ki, Namiq Abşeron rayonu Qobu qəsəbəsindəki daşınmaz əmlaka qarşı heç bir tələb irəli sürmür və o da əvəzində mərhum ərindən qalmış avtomaşın və digər miras əşyalarının sonuncuya qalmasına razılıq vermişdir. Bundan sonra onun adından mirasdan imtina haqqında ərizə rəsmiləşdirilərək vərəsəlik işinə əlavə edilmişdir. Bir müddət sonra o, yenə Ofisə müraciət edərək bildirmişdir ki, qocalmışdır, xəstədir, övladı yoxdur, onun qayğısına qalan, ona baxan bacısı Əsmayədir. O, istəyir ki, Qobu qəsəbəsindəki daşınmaz əmlakı bacısı Səfərova Əsmayənın adına keçirsinlər, o, öləndən sonra sənədləşmə işləri üçün əziyyət çəkməsin. Onlar da sonuncunun xahişini nəzərə alaraq 10.10.2021-ci il tarixdə 4Ə-200 nömrəsi ilə bağışlanma müqaviləsini rəsmiləşdirmişlər. Bağışlanma müqaviləsi ilə əlaqədar bildirirlər ki, qanunvericiliyə əsasən mülkiyyətçi 3-cü şəxslərin hüququndan azad əmlakı özgəninkiləşdirə bilər. 3-cü şəxslərin hüququ olan əmlakın özgəninkiləşdirilməsinə görə məsuliyyəti mülkiyyətçi daşıyır. Eyni zamanda, Təlimatın 16-cı bəndinin 5-ci abzasına əsasən «Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətində təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir. Məmışov Namiq mirasın qəbulu üçün müraciət etdiyi 27.09.2021-ci il tarixdən bağışlanma müqaviləsinin rəsmiləşdirildiyi 10.10.2021-ci il tarixə qədər bu hüquqa dair mübahisə açacağı barədə notariusa ərizə ilə müraciət etməmişdir. O, yalnız 30.11.2021-ci il tarixdə, bağışlanmadan 1 ay 20 gün sonra nümayəndəsi X18 vasitəsilə onlara ərizə ilə müraciət edərək daşınmaz əmlaka dair tələb irəli sürmüşdür. Ona görə də, notariusun bağışlanma müqaviləsini rəsmiləşdirməkdən imtina etməyə əsası yox idi. 19.11.2021-ci ildə İddiaçı yenidən müraciət edərək bildirmişdir kı, onun mirası qəbul etməkdən imtina ilə bağlı ərizəsini geri qaytarsınlar. Eyni zamanda o, ölmüş ərinin adına olan birgə nikah dövründə əldə edilmiş əmlaka mülkiyyət hüququ haqqında şəhadətənamə almaq üçün ərizə rəsmiləşdirmişdir. Onun bu ərizəsi vərəsəlik işinə əlavə edilmişdir. Əlavə olaraq ona yazılı şəkildə bildirilmişdir ki, Mülki Məcəllənin 1268-ci maddəsinə əsasən mirasdan imtina haqqında ərizəni geri götürə bilməz. Yuxarıda qeyd olunan mötəbər sübutlarla təsdiq olunur ki: - Cavabdeh birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın miras qalmış 1/2 hissəsindən imtina etməmiş, daşınmaz əmlakın 1/2 hissəsi vərəsəlik hüququ ilə məhdudlaşmış, buna baxmayaraq, notarius həmin əmlaka dair bağışlama müqaviləsi təsdiq etmişdir. Bununla da, Cavabdeh hüquqları və qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən, bu hissədə iddia - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.2, 666.1, 667.1, 1151.1, 1151.2, 1243.1, 1243.2, 1243.3, 1246, 1249, 1251, 1257.1, 1257.2, 1261, 1268.1, 1317.1, 1317.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, təmin edilməlidir. - Cavabdeh mərhum X8na məxsus olmuş «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onun tam hissədə payının müəyyən edilməsi tələbini irəli sürsə də, həmin avtomobilin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halı olmaqla, mövcud qanunvericilik normalarına əsasən avtomobilin 1/2 hissəsinin mülkiyyətçisi İddiaçıdır, İddiaçı mülkiyyət hüququ Dövlət tərəfindən qorunur, təminat verilir. Bu səbəbdən, bu hissədə iddia qismən, yalnız avtomobilin qalan 1/2 hissəsinə münasibətdə təmin edilməli, qalan hissədə iddia rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə ki, iş materiallarında olan 18.11.2021-ci i ltarixli, 2625 nömrəli arayışdan görünür ki, İddiaçı Şuşa şəhərindən məcburi köçkün olduğu üçün dövlət rüsumu ödəməkdən azaddır. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ikinci iddia ərizəsinin təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməli; iddiaçı Cavabdehlər X10, İddiaçı və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair iddiası qismən təmin edilməli; Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən, 06.10.2020-ci il tarixli **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinə dair İddiaçı ilə X12 arasında Bakı şəhəri 45 saylı Notariat Ofisində təsdiq olunmuş 10.10.2021-ci il tarixli 4Ə-200 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli; X1 məxsus olmuş «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə və Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən, 06.10.2020-ci il tarixli **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh payı müəyyən edilməli; iddia qalan hissədə rədd edilməli; bu iddiaya görə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdehlər X10, İddiaçı və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən, 06.10.2020-ci il tarixli **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinə dair İddiaçı ilə X12 arasında Bakı şəhəri 45 saylı Notariat Ofisində təsdiq olunmuş 10.10.2021-ci il tarixli 4Ə-200 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. X1 məxsus olmuş «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə və Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən, 06.10.2020-ci il tarixli, **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh payı müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Bu iddiaya görə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-428/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-428/2022
03.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver