Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-4492/2025 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Babayeva Nərmin Sahib qızının katibliyi, Cavabdeh iştirakları ilə , İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********96291 Oppo Reno 12F markalı telefon, Plyonka İstehsalı Xidməti, Paket XL xidməti, X1 2 il xidməti üçün 711.32 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 71.13 manat cərimə olmaqla, ümumilikdə, 806.05 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********96291 Oppo Reno 12F markalı telefon, Plyonka İstehsalı Xidməti, Paket XL xidməti, X1 2 il xidməti almış və nəticədə 806.05 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1169.56 manat (yəni 12 ay x 76.63 manat + 250 manat ilkin ödəniş) olan İmei kodu **********96291 Oppo Reno 12F markalı telefon, Plyonka İstehsalı Xidməti, Paket XL xidməti, X1 2 il xidməti üçün ümumilikdə, 806.05 manat olmaqla ondan 711.32 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 71.13 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 458.24 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir . İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin müdafiə etdiyini və işə onların iştirakı olmadan baxılaraq qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinə etirazının olmadığını bildirdi və halhazırda işsiz olduğunu qeyd etdi. Məhkəmə iddiaçının nümayəndəsinin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 1169.56 manat məbləğində əşya- İmei kodu **********96291 Oppo Reno 12F markalı telefon, Plyonka İstehsalı Xidməti, Paket XL xidməti, X1 2 il xidməti alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişdən və təhvil təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh alqı-satqı qiyməti 1169.56 manat olan İmei kodu **********96291 Oppo Reno 12F markalı telefon, Plyonka İstehsalı Xidməti, Paket XL xidməti, X1 2 il xidməti təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktlarının surətindən görünür ki, Cavabdeh ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdehnun xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 711.32 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 71.13 manat cərimə olmaqla, ümumilikdə, 806.05 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün təyinatı Qaradağ Rayon Məhkəməsi olmaqla 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş müqavilələrə əsasən tərəflər arasında əmlakın müddətli nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə əmlakı Cavabdeh satmış, cavabdeh(alıcı) isə verilmiş əşyaları qəbul edərək müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcunu tələb edir, cavabdeh isə iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Həmçinin məhkəmə iclaslarında da cavabdeh iddia tələbini mübahisələndirməyərək əsas borca dair hissədə iddia tələbini etiraf etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcu hissəsində əsaslı olmaqla təmin edilməli, dəbbə pulu hissəsində isə qismən təmin edilməlidir. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 71.13 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, 20 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum da təmin oluna bilməz. Belə ki, müqavilə şərtlərində həmin hal nəzərdə tutulmamışdır. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi innovativ layihələr mərkəzi rüsumu tələbinə dair hissədə təmin edilməməlidir. Belə ki, göstərilən rüsumun cavabdeh tərəfindən ödənilməsi öhdəliyi müqavilədə aydın şəkildə nəzərdə tutulmamışdır. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırda iddiaçı əşyanın dəyərinin ödənilməmiş hissəsini tələb edir, onun tələbi əşyanın qaytarılması, bu məqsədlə onun istifadəsinə hər hansı məhdudiyyətin qoyulması və buna görə hər hansı rüsumun ödənilməsi zərurəti ilə bağlı deyildir. Bundan əlavə, cavabdeh alıcı həmin mobil cihazı iddiaçının ölkədəki mağazasından almışdır, həmin cihaz alıcı tərəfindən ölkəyə gətirilməmişdir, bu baxımdan “Dövlət rüsumu haqqında” Qanunun 2.0.22-ci maddəsinin tələblərinə əsasən, həmin dövlət rüsumu alıcıdan tələb edilə bilməz. Həmçinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Ona görə də iddia tələbi innovativ layihələr mərkəzi rüsumu tələbinə dair hissədə əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir, hazırda iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 711.32 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla ümumilikdə cəmi 731.32 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 711.32 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla ümumilikdə cəmi 731.32 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-4492/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-4492/2025
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver