Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-4679/2025 19.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı cavabdeh Qaradağ rayonun 10-cu Polis Bölməsinin baş təhqiqatçısı Valeh Orucova qarşı “məcburetmə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qaradağ rayonun 10-cu Polis Bölməsinin baş təhqiqatçısı Valeh Orucova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vüqar Əliyevin qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vüqar Əliyev (MN Hərbi Hospitalın həkimi) Qaradağ Rayonu Müşfiq qəsəbəsinin mərkəzində ən böyük ikimərtəbəli obyektə sahibdir. Bu boyda obyekti adi vəzifə maaşı ilə əldə etmək qeyri-mümkündür. O bununla kifayətlənməyib, məktəbə gedən ümumi istifadədə olan yolun asfalt örtüyünü dağıdıb qanunsuz olaraq “ağac əkmə” adı altında zəbt edib. Onun hərəkətləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Yaşıllıqların bərpası Qaydası”nın təsdiq edilməsi haqqında NK Qərarına, Dövlət şəhərsalma norma və qaydalarına (AzDTN 2.6-1) ziddir. Əliyev Vüqarın dediyinə görə X1 Nazirliyinin əməkdaşları onun yaşıllıq salmağı üçün nazirlikdən sənəd verəcəklərini vəd ediblər. Qeyd etmişdir ki, onun obyektindən 10 metr aralı yerləşən Vüqar Əliyevin öz obyektinin qarşısı və arxası, eləcə də yaxınlıqdakı binaların və məktəbin ətrafı boş, asfalt örtüyü olmayan sahələrdir. Bu barədə Qaradağ RİH Başçısı Süleyman Mikayılova şikayət etmişdir. Şikayət araşdırılmış və qanunsuz olaraq əkilmiş ağacların götürülməsi barədə RİH tərəfindən göstəriş verilmişdir. (məktub Əlavədə). Lakin, Vüqar Əliyev İcra Hakimiyyətinin götərişinə məhəl qoymayaraq, yenidən dırnaqarası ağac əkmə işini həyata keçirmişdir. Şagirdlərin təhlükəsiz şəkildə məktəbə gedib-gəldiyi həmin yerdə valideynlər şəxsi avtomobilləri ilə uşaqları təhlükəsiz şəkildə məktəbə gətirir və həmçinin də dərsdən çıxan övladlarını orda gözləyirlər. Bundan başqa, həmin ərazidəki digər sahibkarların obyektlərinə gələn müştərilərin gediş-gəlişi də məhdudlaşır. Ümumiyyətlə, ümumi istifadədə olan ərazilərin alqı-satqısı qanunvericiliklə qadağandır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, cavabdeh olaraq Qaradağ rayonun 10-cu Polis Bölməsinin baş təhqiqatçısı Valeh Orucov göstərilmiş, ancaq ona qarşı hansı tələbin irəli sürülməsi qeyd edilməmişdir. İddiaçı məcburetmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilməlidir ki, məcburetmə tələinə dair iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə deyil inzibati məhkəməyə müraciət edilməlidir. Bununla yanaşı cavabdeh olaraq Valeh Orucov göstərilmiş, lakin iddia ərizəsinin xahiş hissəsində məhkəmədən Vüqar Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırki iş üzrə iddiaçı Vüqar Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə mülki məhkəmə icraatında baxılmır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə istintaq orqanı tərəfindən ibitidai araşdırma aparıldıqdan sonra cinayət mühakimə icraatı qaydasında baxılır. İddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi tələbinin irəli sürülməsi yolverilməzdir. Bundan başqa iddia ərizəsində Azərbaycann Respubliasının İnzibati Prosessual Məcəlləsinə istinad edilmişdir. Belə ki, Valeh Orucovun cavabdeh kimi göstərilməsi, lakin məhəkəmədən Vüqar Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsinin xahiş edilməsi, məcburetmə tələbinə dair iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət edilməsi, istinad olunan normalarla iddiat tələbi arasında uyğunsuzluq işə mülki məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz etmişdir. Məhəkəmə qeyd etməyi zəruri hesa edir ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsləsinə mülki mühakimə icraatı qaydasında deyil, cinayət mühakimə icraatında baxılmalı, hər hansı inzibati orqanının qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) həmin orqana və ya Azərbaycann Respubliasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati məhkəməyə müraciət edilməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə məcburetmə tələbinə dair iddia ərizəsinin verilməsi nəzərdə tutulmamışdır. Həmin qəbildən olan tələblərə dair iddia ərizəsinin verilməsi inzibati prosessual qanunvericilik üçün xarakterikdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267- 268-ci maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı cavabdeh Qaradağ rayonun 10-cu Polis Bölməsinin baş təhqiqatçısı Valeh Orucova qarşı “məcburetmə” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-4679/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-4679/2025
19.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver