Məhkəmə qərarları › İş №e-2(002)-4744/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-4744/2025

04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-4744/2025 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi, Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Başçısı Aparatının 272 saylı, xx.xx.1994-cü il tarixli sərəncamında olan yanlışlığın düzəldilməsi, həmin sərəncamda X2 ata adının Soltan, X12 ata adının Yadigar, Ərizəçi1 Yadigər qızının ata adının dəyişdirilərək Yadigar kimi göstərilməklə verilmiş sərəncamın onlara aid olması və X4 ilə X7, X23 ilə X13, Ərizəçi1 ilə Ərizəçi1 Yadigər qızının eyni şəxs olmaları faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qaradağ RİHB-in xx.xx.1994-cü il tarixli, 272 saylı sərəncamın ərizəçilərə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Başçısı Aparatının 272 saylı. xx.xx.1994-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi. keçid 1595.ev 13. mənzil 47, blok 3, mərtəb ə 1, dördotaqlı sahəsi 50.47 kvm olan mənzil 5 nəfər ailə tərkibinə verilmiş, orderə X8 özü, onun qızı X5, onun qızı X3, nəvəsi X18 və nəvəsi X19 daxil edilmişdir. Həmçinin Maraqlı şəxs Başçısı Aparatının 272 saylı. xx.xx.1994-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 46, mənzil 40, blok 4, mərtəb ə 5, ikiotaqlı sahəsi 28,49 kvm olan mənzil X7 3 nəfər ailə tərkibinə verilmiş. orderə X7 özü, onun qızı X24 və Ərizəçi1 daxil edilmişdir. Lakin Maraqlı şəxs Başçısı Aparatının 272 saylı. xx.xx.1994-cü il tarixli sərəncamı ilə X11 və onun ailə üzvlərinə Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, keçid 1594. ev 46. mənzil 40. blok 4. mərtəbə 5, ikiotaqlı sahəsi 28.49 kvm olan mənzil ayrılarkən həmin sərəncamda yanlışlığa yol verilmiş. X7 adı X1, X13 adı X6 və Ərizəçi1 adı isə Ərizəçi1 Yadigər qızı kimi qeyd edilmişdir. X20 xx.xx.2021-ci ildə rəhmətə getmiş, xx.xx.2021-ci ildə ölüm haqqında şəhadətnamə verilmişdir.Ərizəçi1 Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət etmiş, həmin orqanın xx.xx.2024-cü il tarixli 3-48-2F/2-S-4004-8-4213/2024 saylı məktub ilə Maraqlı şəxs Başçısı Aparatının 272 saylı, xx.xx.1994-cü il tarixli sərəncamından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Həmçinin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri Maraqlı şəxsnə yazılı müraciət edərək, Maraqlı şəxs Başçısı Aparatının 272 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə X11 və onun ailə üzvlərinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 46, mənzil 40, blok 4, mərtəbə 5, ikiotaqdan və sahəsi 28,49 kvm-dən ibarət olan mənzil ayrılarkən həmin sərəncamda yol verilmiş yanlışlığın düzəldilərək X2 ata adının Soltan, X12 ata adının Yadigar, Ərizəçi1 Yadigər qızının ata adının dəyişdirilərək Yadigar kimi qeyd edilməsini xahiş etmişlər. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 5-13/2- 847/2025 saylı məktubu ilə ərizəçilərin müraicətlərində toxunduqları məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmələri tövsiyyə olunduğundan, ərizəçilər qeyd edilmiş sənəddəki uyğunsuzluğu aradan qaldırmaq məqsədi ilə hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Halbuki, Ərizəçi1 məxsus AA seriyalı ******* sayı şəxsiyyət vəsiqəsindən, Bakı şəhəri Maraqlı şəxs Başçısının Səngəçal qəsəbə nümayəndəliyi tərəfindən verilmiş XVİ - ЖГ seriyalı 444994 saylı xx.xx.1992-ci il tairxli doğum haqqında şəhadətnamədən, Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 444901 saylı xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 ata adı "Yadigar" olaraq göstərilmişdir. Həmçinin, Ərizəçi2 məxsus AZE seriyalı, ******** sayı şəxsiyyət vəsiqəsindən, Şamaxı Rayon Qurbanlı kənd sovetliyi tərəfindən verilmiş Vİ - ЖГ seriyalı 491185 saylı xx.xx.1980-ci il tairxli doğum haqqında şəhadətnamədən Bakı şəhəri Qobustan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 352775 saylı xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, ərizəçi Xankişiyeva (Səlimova) Nuranə Yadigar qızının ata adı "Yadigar olaraq göstərilmişdir, nikaha daxil olduqdan sonra soyadı dəyişilərək Xankişiyeva soyadına keçmişdir. Həmçinin, X11 məxsus Bakı Vilayətinin Qaradağ qəsəbəsi nümayəndəliyi tərəfindən verilmiş 304468 saylı xx.xx.1959-cu il tairxli doğum haqqında şəhadətnamədən, Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 302548 saylı xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadtnamədən, Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 142610 saylı xx.xx.2021-ci 1 tarixli ölüm haqqında şəhadtnamədən görünür ki, X7 ata adı "Soltan" olaraq göstərilmiş. nikaha daxil olduqdan sonra onun soyadı dəyişilərək "Səlimova" soyadına keçmiş. nikahı pozulduqdan sonra da "Səlimova" soyadını daşımağa davam etmişdir. Ona görə də Maraqlı şəxs Başçısı Aparatının 272 saylı. xx.xx.1994-cü il tarixli sərəncamında olan yanlışlığın düzəldilməsi, həmin sərəncamda X2 ata adının Soltan. X12 ata adının Yadigar. Ərizəçi1 Yadigər qızının ata adının dəyişdirilərək Yadigar kimi qeyd olunması bizə anamın ölümü ilə əlaqədar miras qalmış miras əmlakın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş XVİ-ЖГ 444994 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Ərizəçi1 xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 444901 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X33 ilə X25 xx.xx.2023-cü il tarixdə 76 nömrəli akt qeydi ilə pozulmuşdur. İş materiallarına əlavə olunmuş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, Ərizəçi2 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Vİ-ЖГ 491185 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X24 xx.xx.1979-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİ 352775 seriyalı nikah haqqında şəhadətnaməyə əsasən, X14 ilə X24 xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmişdir. İş materiallarında olan İ-ЙЕ 304468 seriyalı doğum haqqında şəhadətnaməyə əsasən, X20 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 302548 seriyalı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X26 ilə X21 nikahı xx.xx.1990-cı il tarixdə 06 nömrəli akt qeydi ilə pozulmuşdur. İş materiallarında olan AZ-İİ 142610 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən, X27 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs Başçısı Aparatının 272 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə X11 və onun ailə üzvlərinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 46, mənzil 40, blok 4, mərtəbə 5, ikiotaqdan və sahəsi 28,49 kvm-dən ibarət olan mənzil ayrılmışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaşa izah edilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Bununla əlaqədar toxunduğunuz məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarına əlavə olunmuş Milli Arxiv İdarəsinin sorğuya cavab olaraq göndərdikləri Maraqlı şəxs Başçısının xx.xx.1994-ci il tarixli, 272 saylı sərəncamının sürətindən görünür ki, X11 və onun ailə üzvlərinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 46, mənzil 40, blok 4, mərtəbə 5, ikiotaqdan və sahəsi 28,49 kvm-dən ibarət olan mənzil verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4023/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər X15, X42, X34, X35 azyaşlı X36 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, 46 saylı evin 40 saylı mənzilindən çıxarılmaqla mənzil boşaldılsın və iddiaçı X27 həmin mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Maraqlı şəxs Başçısının xx.xx.1994-ci il tarixli, 272 saylı sərəncamında X7 ata adı Soltanmurad ərizəçilər Ərizəçi1 ata adı Yadigər, X13 adı isə Yadigər kimi qeyd edilmişdir. Ərizəçi qeyd olunan yanlışılığın aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin müraciətlərinə cavab olaraq sənədin həmin müvafiq şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci maddəsinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla Maraqlı şəxs Başçısının X11 mənzilin verilməsinə dair sərəncamında X9 ata adı (Soltanmurad olmaqla) həmin şəxsin digər sənədlərdəki (şəxsiyyət vəsiqəsində) ata adı ilə düz gəlmir. Həmçinin digər ərizəçilər X13 ata adı (Yadigər olmaqla), Ərizəçi1 ata adı (Yadigər olmaqla) həmin şəxsin digər sənədlərdəki (şəxsiyyət vəsiqəsində) adı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir. Beləliklə, iş materiallarında olan bütün sənədlərdə hüquqmüəyyənedici sənədlərin verildiyi şəxsin X7 ata adı “Soltan” kimi qeyd edildiyi halda mübahisəli olan hüquqmüəyyənedici sənədlərdə isə səhvən ata adı “Soltanmurad” kimi, X13 ata adı “Yadigar” kimi qeyd edildiyi halda mübahisəli olan hüquqmüəyyənedici sənədlərdə isə səhvən ata adı “Yadigər” kimi, Ərizəçi1 ata adı “Yadigar” kimi qeyd edildiyi halda mübahisəli olan hüquqmüəyyənedici sənədlərdə isə səhvən ata adı “Yadigər” kimi göstərilmişdir. Bu səbəbdən yuxarıda sadalanan qanunvericilik normalarını və qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs Başçısının 272 saylı, xx.xx.1994-cü il tarixli sərəncamının Ərizəçi1 və Ərizəçi2, mərhum X11 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs Başçısının 272 saylı, xx.xx.1994-cü il tarixli sərəncamının Ərizəçi1 və Ərizəçi2, mərhum X11 məxsus olması müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs Başçısının 272 saylı, xx.xx.1994-cü il tarixli sərəncamının Ərizəçi1 və Xankişiyeva ( Səlimova ) Nuranə Yadigar qızına, mərhum X11 məxsus olması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar