Məhkəmə qərarları › İş №e-2(002)-537/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-537/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-537/2025 18.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında 4 alqı-satqı müqaviləsi bağlanmışdır: 29 dekabr 2023-cü il tarixli, 03864744 nömrəli Müqavilə və onun tərkib hissəsi olan Əlavəyə əsasən "xxxx" MMC Cavabdeh 2129 manat dəyərində X2 3 kompüter ilkin ödəniş 200 manat olmaqla, 12 ay müddətinə hər ay 160.75 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır.

2. 30 sentyabr 2023-cü il tarixli, 183038 nömrəli Müqavilə və onun tərkib hissəsi olan Əlavəyə əsasən, "xxxx" MMC Cavabdeh 1989 manat dəyərində İmei kodu **********06605 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 108.72 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır.

3. 24 iyun 2023-cü il tarixli, 03855525 nömrəli Müqavilə və onun tərkib hissəsi olan Əlavəyə əsasən, "xxxx" MMC Cavabdeh 1809 manat dəyərində İmei kod **********78901 İphone 11 markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 100.5 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır.

4. 19 sentyabr 2023-cü il tarixli, 03474799 nömrəli Müqavilə və onun tərkib hissəsi olan Əlavəyə əsasən, "xxxx" MMC Cavabdeh 1569.96 manat dəyərində Dell Vostro kompüterə ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 87.22 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır.

5. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh 03864744 nömrəli Müqavilədə qeyd olunan X2 3 kompüter, 183038 nömrəli Müqavilədə qeyd olunan İmei kodu **********06605 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger, 03855525 nörməli Müqavilədə qeyd olunan İmei kod **********78901 İphone 11 markalı telefon və 03474799 nömrəli Müqavilədə qeyd olunan Dell Vostro kompüter təhvil almışdır.

6. İş materiallarında olan "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 04 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, 29 dekabr 2023-cü il tarixli müqavilə üzrə cavabdehin 1530 manat məbləğində ödənilməmiş əsas borc, 459 manat cərimə olmaqla, cəmi 1989 manat; 30 sentyabr 2023-cü il tarixli müqavilə üzrə cavabdehin 1251.1 manat məbləğində ödənilməmiş əsas borc, 375.33 manat cərimə olmaqla, cəmi 1626.43 manat; 24 iyun 2023-cü il tarixli müqavilə üzrə cavabdehin 870.2 manat məbləğində ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, 261.06 manat cərimə olmaqla, cəmi 1154.86 manat; 19 sentyabr 2023-cü il tarixli müqavilə üzrə cavabdehin 544.5 manat məbləğində ödənilməmiş əsas borc, 63.35 manat cərimə olmaqla, cəmi 707.85 manat ümumilikdə 5478.14 manat məbləğində borcu yaranmışdır.

7. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbi

8. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə X2 3 kompüter üçün 1530 manat ödənilməmiş əsas borc və 459 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kodu **********06605 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger üçün 1251.1 manat ödənilməmiş əsas borc, 375.33 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78901 İphone 11 markalı telefon üçün 870.2 manat ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödilən 23.6 manat rüsum, 261.06 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Dell Vostro kompüter üçün 544.5 manat ödənilməmiş əsas borc, 163.35 manat cərimə borcu olmaqla, ümumilikdə 5478.14 manat borc və 74.79 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflərin bağladığı 29 dekabr 2023-ci il tarixli, 30 sentyabr 2023-ci il tarixli, 24 iyun 2023-cü il tarixli və 19 sentyabr 2023-cü il tarixli müqavilələrə əsasən “X2 3 kompüter, İmei kodu **********06605 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger, İmei kod **********78901 İphone 11 markalı telefon və Dell Vostro kompüter üçün 5478.14 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2129 manat olan (12 ay x 160.75 manat + 200 manat ilkin ödəniş) X2 3 kompüter üçün ümumilikdə 1989 manat, alqı-satqı qiyməti 1956.96. manat olan (18 ay x 108.72 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********06605 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger üçün ümumilikdə 1626.43 manat, alqı-satqı qiyməti 1809 manat olan (18 ay x 100.5 manat + 0 manat ilkin ödəniş) İmei kod **********78901 İphone 11 markalı telefon üçün ümumilikdə 1154.86 manat, alqı-satqı qiyməti 1569.96 manat olan (18 ay x 87.22 manat + 0 manat ilkin ödəniş) Dell Vostro kompüter üçün ümumilikdə 707.85 borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir.

8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 119.1 və 4.1-ci maddələrinə istinad etmişdir.

9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etmiş, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumla bağlı ayrıca sistemdən çıxarışı təqdim edə bilmədiyini bildirmişdir.

12. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

14. İddia qismən əsaslıdır.

15. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqavilələri bağlanılmışdır. Müqavilənin məzmununda da göstərildiyi kimi alıcı Kamran İsabəyli İddiaçıdan hissə-hissə ödəniş şərti ilə X2 3 kompüter, İmei kodu **********06605 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger və İmei kod **********78901 İphone 11 markalı telefon və Dell Vostro kompüter əldə etmişdir.

16. Beləliklə, tərəflər arasında xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqavilələri bağlanmışdır və həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır.

17. İş materialları əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 1530 manat, 1251.1 manat, 870.2 və 544.5 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar olduğundan və cavabdeh tərəfindən öhdəlyii icra etməsinə dair sübutları məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsas borcun tutulması hissəsində həmin hissədə təmin edilməlidir.

18. Həmçinin məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli, 30 sentyabr 2023-cü il tarixli, 24 iyun 2023-cü il tarixli və 19 sentyabr 2023-cü müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə peniya ödəyir.

19. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini birinci müqavilə üzrə 459 manat, ikinci müqavilə üzrə 375.33 manat, üçüncü müqavilə üzrə 261.06 manat və dördüncü müqavilə üzrə 163.35 manat məbləğində müəyyən etmişdir.

20. Lakin məhkəmə hər iki iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2023-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 74.79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 63.46 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə

23. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, X2 3 kompüter üçün 1530 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********06605 SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG CHARGER üçün 1251.1 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78901 İPHONE 11 markalı telefon üçün 870.2 manat ödənilməmiş hissə, 30 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, DELL VOSTRO kompüter üçün 544.5 manat ödənilməmiş hissə, 20 manat cərimə, olmaqla, ümumilikdə 4345.8 manat məbləğində pul vəsaiti və 63.46 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir

24. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, X2 3 kompüter üçün 1530 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********06605 SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG CHARGER üçün 1251.1 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78901 İPHONE 11 markalı telefon üçün 870.2 manat ödənilməmiş hissə, 30 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, DELL VOSTRO kompüter üçün 544.5 manat ödənilməmiş hissə, 20 manat cərimə, olmaqla, ümumilikdə 4345.8 manat məbləğində pul vəsaiti və 63.46 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar