Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-639/2024 29.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2019-cu il tarixli ECK5775275 nömrəli hissə-hissə alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən alıcı malın satış qiymətinin 3510 manat olan 1 ədəd REF BEKO RBCNK 400E20 ZX, TV LED Samsung UE-43RU7100 satmağı, alıcı isə müqavilə ilə razılaşmdırılmış məbləğdə pulu hissə-hissə satıcya ödəməyi öhdəsinə götürür.
2. Əşyaların təhvil-təslim aktı barədə xx.xx.2019-ci il tarixli, ******* nömrəli Qaiməyə əsasən Cavabdeh 1 ədəd, 2205 manat dəyərində REF BEKO RBCNK 400E20 ZX, 1 ədəd 1305 manat dəyərində TV LED Samsung UE-43RU7100 ibarət əşyaları təhvil almışdır.
3. xx.xx.2019-ci il tarixli ödəniş cədvəlinin məzmunundan görünür ki, alıcı 24 ay müddətinə, aylıq 140 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür.
4. Alıcıya ünvanlanmış xx.xx.2023-cü il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir.
5. 30 dekabr 2023-cü il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh İddiaçı-yə alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 2491 manat və 746 manat cərimə olmaqla, ümumilikdə 3237 manat məbləğində ödənilməmiş borcu mövcuddur. İddia tələbi
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ECK5775275 nömrəli, 17 iyul 2019-cu il tarixli müqavilə üzrə 2491 manat, 746 manat dəbbə pulu, 53 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3290 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 17 iyul 2019-cu il tarixdə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə arasında ECK5775275 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 3510 manat dəyəri olan 1 ədəd “Samsung” markalı televizor Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı 150 manat ilkin ödəniş olmaqla, qalan 3360 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə aylıq 140 manat olmaqla, hər ayın 16-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 2491 manat əsas, 746 manat dəbbə pulu olmaqla, 3237 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5775275 nömrəli, 17 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 100 manat ödəniş etmişdir. Tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 600.1, 600.4, 600.5 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddələrinə istinad etmişdir.
9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
14. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
15. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
18. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
19. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
20. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
22. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
23. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
26. İddia qismən əsaslıdır.
27. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə əşyanın hissə-hissə ödənilməsi barədə nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli hissə-hissə alğı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə etibarlıdır.
28. Tərəflər arasında bağlanmış 2.1-ci bəndinə əsasən, “Alıcı” Malın satış qiymətinin 3510 manatın 150 manatı ilkin ödəniş qismində “Satıcı”ya ödəyir. Müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal “Alıcı”ya təhvil verir. 2.2-ci bəndinə əsasən “Alıcı” Malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 3360 manatı 24 ay müddətinə ayda 140 manat olmaqla hər ayın 16-dək ödəməlidir. 2.4-cü bəndinə əsasən “Alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində “Satıcı” ın xeyrinə cərimə ödəyir. 3.2-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu müqavilənin predmetini təşkil edən malın dəyəri tam ödənilənədək “Satıcı” həmin mala mülkiyyət hüququnu özündə saxlayır.
29. Göründüyü kimi, müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür.
30. İş materiallarından aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin saylı alğı-satqı müqaviləsi üzrə 2491 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdeh tərəfindən məhkəməyə iddianın dəlillərinə dair etiraz və ya etirazın əsaslarına dair sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir.
31. Məhkəmə iddia tələbinin dəbbə pulu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ECK5775275 saylı müqavilənin 2.4-ci bəndinə əsasən, alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir.
32. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini müqavilə üzrə 746 manat məbləğində müəyyən etmişdir.
33. Lakin məhkəmə Mülki Məcəllənin 47-ci maddəsinə əsasən cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2019-cu il tarixli ECK5775275 saylı müqavilə üzrə 30 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri
34. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 45.21 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
36. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2491 manat məbləğində əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 2521 manat pul vəsaiti və 45.21 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
37. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ECK5775275 saylı müqaviləyə əsasən 2491 manat məbləğində əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 2521 manat pul vəsaiti və 45.21 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova