Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-68/2024 01.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə **********08553 İMEİ kodlu «Xiaomi Redmi 9A» markalı telefon, Vinil şəffaf, Vinil mat, Paket M üçün 346 manat ödənilməmiş hissə, 34 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə **********35353 İMEİ kodlu «Nokia 125» markalı telefon üçün 35,04 manat ödənilməmiş hissə, 3,96 manat cərimə olmaqla, cəmi 419 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə əlavə araşdırmaya, habelə tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti yarandığından, Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsinə əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə xx.xx.2022, xx.xx.2022-ci il tarixli müqavilələr bağlamış və həmin müqavilələrə əsasən **********08553 İMEİ kodlu «Xiaomi Redmi 9A» markalı telefon, Vinil şəffaf, Vinil mat, Paket M, **********35353 İMEİ kodlu «Nokia 125» markalı telefon almış və nəticədə 419 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 432 manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan **********08553 İMEİ kodlu «Xiaomi Redmi 9A» markalı telefon, Vinil şəffaf, Vinil mat, Paket M üçün ümumilikdə 380 manat olmaqla, bu məbləğdən 346 manat ödənilməmiş hissə, 34 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 106,08 manat (12 ay x 8,84 manat + 0 manat ilkin ödəniş) olan **********35353 İMEİ kodlu «Nokia 125» markalı telefon üçün ümumilikdə 39 manat olmaqla, bu məbləğdən 35,04 manat ödənilməmiş hissə, 3,96 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 157,04 manat təşkil edir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilələrdə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, **********08553 İMEİ kodlu «Xiaomi Redmi 9A» markalı telefonu 09 iyul 2022-ci il tarixdə iddiaçıdan almış, bir müddət işlətdikdən sonra telefonda nasazlıq aşkar edildiyindən iddiaçının rəsmi servis mərkəzinə təqdim etmişdir. Servis mərkəzindən bildirmişlər ki, həmin telefona öncələr müdaxilə olunmuşdur. O, servis mərkəzinin əməkdaşlarına telefona hər hansı müdaxilə etmədiyini, nasazlığın telefonun özündə olduğunu demişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş nisyə alğı-satqı müqavilələri ilə təsdiq olunur ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2022, xx.xx.2022-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh iddiaçı "xxxx" MMC-dən dəyərini hissə-hissə ödəmək şərti ilə **********08553 İMEİ kodlu «Xiaomi Redmi 9A» markalı telefon, Vinil şəffaf, Vinil mat, Paket M, **********35353 İMEİ kodlu «Nokia 125» markalı telefon almışdır. Maliyyə arayışında (maliyyə və ödəniş cədvəllərində) qeyd olunmuşdur ki, hazırda hər iki müqavilə üzrə yaranmış cəmi borc məbləği 419 manat təşkil edir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 432 manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan **********08553 İMEİ kodlu «Xiaomi Redmi 9A» markalı telefon, Vinil şəffaf, Vinil mat, Paket M üçün ümumilikdə 380 manat olmaqla, bu məbləğdən 346 manat ödənilməmiş hissə, 34 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 106,08 manat (12 ay x 8,84 manat + 0 manat ilkin ödəniş) olan **********35353 İMEİ kodlu «Nokia 125» markalı telefon üçün ümumilikdə 39 manat olmaqla, bu məbləğdən 35,04 manat ödənilməmiş hissə, 3,96 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçının bildirdiyinə görə, cavabdehin cəmi ödədiyi məbləğ 157,04 manat təşkil edir. Cavabdeh müqavilələr üzrə daha artıq məbləğ ödədiyinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh xx.xx.2022, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, mübahisənin məhkəmədən kənar həll olunması üçün cavabdehdən üzərinə düşən öhdəlikləri lazımınca icra etməsini tələb etmiş, əks təqdirdə qanunla müəyyən olunmuş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Cavabdeh iddianı qəbul etməməsinin əsası kimi **********08553 İMEİ kodlu «Xiaomi Redmi 9A» markalı telefonda nasazlıq yaranması, həmin nasazlığın onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində yaranmadığına istinad edir. Məhkəmə tərəfindən işə obyektiv və hərtərəfli baxılması üçün iş üzrə məhkəməmühəndislik (kompüter-texniki) ekspertizası təyin edilsə də, həmin ekspertizanın aparılmasından imtina edilmişdir. «Azərbaycan Texniki Universiteti» PHŞ-nin 10 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkəmə-texniki ekspertizasına mütəxəssisin cəlb edilməsi barədə məktubuna Azərbaycan Texniki Universitetində aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan ekspertizaya mütəxəssis kimi cəlb edilmiş Azərbaycan Texniki Universiteti Radiotexnika və telekommunikasiya kafedrasının mühəndisi X1 tərəfindən Məhkəmə Ekspertiza Mərkəzində xx.xx.2024-cü il tarixində «Xiaomi Redmi 9a» markalı mobil telefona keçirilmiş baxış nəticəsində telefona müdaxilə olunduğu aşkar edilmişdir. Belə ki, bağlantı yerlərində cızıqlar aşkar olunmuş (burğacla açılarkən qoyulmuş izlər) və zamanət yeri zədələnərək ora ağ rəngdə bilinməyən maddə ilə doldurulmuşdur. Smartfon ümumi yoxlanılmaq üçün işə salındıqda, onu işlək vəziyyətə gətirmək mümkün olmamışdır. Eləcə də, "xxxx" MMC (rəsmi servis mərkəzi) tərəfindən verilmiş sənəddən görünür ki, yuxarıda adı çəkilən smartfon 29 iyun 2022-ci il tarixdə həmin mərkəzə təqdim olunmuş, cihaza baxış həyata keçirilərək kənar müdaxilə aşkarlanmışdır. Diaqnostika nəticəsi olaraq, cihazın istismar qaydaları pozulmuşdur. Servis mərkəzi zəmanətli təmirdən imtina edir. Cavabdeh 30 iyun 2022-ci il tarixdə smartfonu təhvil götürmüşdür. Göründüyü kimi, smartfon cavabdehə təqdim edilərkən heç bir qüsuru olmamışdır. Smartfon cavabdehdə olarkən kənar müdaxilə edilmişdir və bununla əlaqədar iddiaçı hər hansı məsuliyyət daşımır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə **********08553 İMEİ kodlu «Xiaomi Redmi 9A» markalı telefon, Vinil şəffaf, Vinil mat, Paket M üçün 346 manat ödənilməmiş hissə, 34 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə **********35353 İMEİ kodlu «Nokia 125» markalı telefon üçün 35,04 manat ödənilməmiş hissə, 3,96 manat cərimə olmaqla, cəmi 419 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə **********08553 İMEİ kodlu «Xiaomi Redmi 9A» markalı telefon, Vinil şəffaf, Vinil mat, Paket M üçün 346 manat ödənilməmiş hissə, 34 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə **********35353 İMEİ kodlu «Nokia 125» markalı telefon üçün 35,04 manat ödənilməmiş hissə, 3,96 manat cərimə olmaqla, cəmi 419 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-68/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-68/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver