Məhkəmə qərarları › İş №e-2(002)-731/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-731/2025

24.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-731/2025 24.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon ZDS İK-nın 24 may 1968-ci il tarixli 36 saylı protokoluna əsasən Duvannı qəsəbəsi 1584cü keçid ev 21 ünvanda fərdi yaşayş evinin tikintisi üçün 620 m2 torpaq sahəsinin atası X3 ayrılmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizə tələbinin qeyri-düzgün formalaşdırılması izah ediləndən sonra, ərizəçinin nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon ZDS İK-nın 24 may 1968-ci il tarixli 36 saylı protokolunun Ərizəçi atası X3 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Qaradağ rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1968-ci il tarixli 36 saylı protokolu ilə X4 Duvannı qəsəbəsi 1584-cü keçid, ev 21 ünvanda fərdi yaşayış evinin tikintisi üçün 620 m2 torpaq sahəsi ayrılmışdır. Lakin həmin sənəddə «X5» əvəzinə səhv olaraq «X8» göstərilmişdir, yəni şəxsin adı «Hacızadə» olduğu halda «Hacəli» kimi qeyd edilmişdir. X5 xx.xx.1994-cü ildə vəfat etmişdir. X5 Ərizəçi atasıdır. Ərizəçi xx.xx.1965-ci ildə doğulmuşdur, doğum şəhadətnaməsində də atası kimi X5 qeyd edilmişdir. Ərizəçi anası X6 xx.xx.2019-cu ildə vəfat etmişdir. X6 ilə X5 arasında nikah xx.xx.1963-cü ildə bağlanmışdır, nikah şəhadətnaməsində də «X5» qeyd edilmişdir. Qaradağ rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1968-ci il tarixli 36 saylı protokolunda «X5» əvəzinə səhv olaraq «X8» göstərilməsi miras əmlaka – 620 m2 torpaq sahəsinə Ərizəçi vərəsəlik hüquqlarının müəyyən edilməsinə maneə yaradır. Bununla bağlı, maraqlı şəxs tərəfindən Maraqlı şəxsnə müraciət edilmişdir. Lakin Qaradağ rayon İcra Hakimyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə bu məsələ ilə bağlı məhkəməyə müraciət ediməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X13 məhkəmə iclasında bildirdi ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə etiraz etmir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2015-ci il tarixdə Qaradağ RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri Qaradağ rayon ZDS İK-nın 24 may 1968-ci il tarixli 36 saylı protokolundan görünür ki, Duvannı qəsəbəsi 1584-cü keçid ev 21 ünvanda yerləşən 620 m2 həyətyanı torpaq sahəsi fərdi yaşayş evinin tikintisi üçün X3 ayrılmışdır. Yuxarıda qeyd olunan protokolda (qərarda) torpaq sahəsi ayrılmış şəxs olan X1 adı səhvən «Hacəli» kimi yazılmışdır. Halbuki, ərizəçinin atasının adı bütün rəsmi sənədlərdə Hacızadədir. - Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 mart 2014-cü il tarixli 294 saylı arayışdan görünür ki, X5 ilə X7 arasında nikah 24 yanvar 1963-cü il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 5 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Hacıyeva soyadı verilmişdir. - xx.xx.2014-cü il tarixli AZ-İ seriyalı 649575 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 29 sentyabr 1994-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 06 mart 2014-cü il tarixdə 133 saylı akt qeydi aparılmışdır. - xx.xx.2019-cu il tarixli AZ-İ seriyalı 992875 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 16 yanvar 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 15 fevral 2019-cu il tarixdə 80 saylı akt qeydi aparılmışdır. - Maraqlı şəxs 24 dekabr 2024-cü il tarixli 5-13/2-H-107-091/2024 saylı məktubundan görünür ki, Ərizəçi müraciətinə İcra Hakimiyyətində baxılmışdır. Ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyənləşdirilməsini həyata keçirdiyi izah edilmiş, bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin atasının adı yuxarıda qeyd olunan – Qaradağ rayon ZDS İK-nın 24 may 1968-ci il tarixli 36 saylı, Duvannı qəsəbəsi 1584-cü keçid ev 21 ünvanda fərdi yaşayş evinin tikintisi üçün 620 m2 torpaq sahəsinin ayrılmasına dair protokolunda (qərarında) səhvən «Hacəli» kimi yazılmışdır. Halbuki, əriəçinin atasının adı «Hacızadə»dir və digər sənədlərdə düzgün qeyd olunmuşdur. Sənədlərdə bu qəbildən olan səhvlər həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, yuxarıda adı çəkilən protokolda (qərarda) ərizəçinin atasının adında səhvə yol verilərək, «Hacəli» kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Qaradağ rayon ZDS İK-nın 24 may 1968-ci il tarixli 36 saylı protokolu ərizəçinin atası - X3 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Qaradağ rayon ZDS İK-nın 24 may 1968-ci il tarixli 36 saylı protokolunun ərizəçinin atası - X3 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qaradağ rayon ZDS İK-nın 24 may 1968-ci il tarixli 36 saylı protokolunun ərizəçinin atası - X3 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar