Məhkəmə qərarları › İş №e-2(002)-773/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-773/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-773/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu kimi xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 344.1 manat əsas, 51.6 manat cərimə, cəmi 395.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 109 manat əsas, 16.3 manat cərimə, cəmi 125.3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 459 manat əsas, 68.8 manat cərimə, cəmi 527.8 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 509.9 manat əsas, 76.4 manat cərimə, cəmi 586.3 manat, dörd müqavilə üzrə 1422 manat əsas, 213.1 manat cərimə, cəmi 1635.1 manat və 36.36 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “X2 10” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 632.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG A025” markalı mobil telefon və “XİAOMİ” markalı saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla cəmi 479 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən,aldığı “LG” markalı televizor, “X1” markalı məhsul, “KEYBOARD LOGİTECH” markalı klaviatura və “SPEAKER EDİFİER” markalı səsgücləndiriciyə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla cəmi 1312 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “XİAOMİ REDMİ 9T” markalı mobil telefon və “PORODO SOUNDTEC” markalı qulaqlığa görə 15 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla cəmi 589.9 manat, ümumilikdə dörd müqavilə üzrə 3013 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 36 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 50 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 73 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 40 manat ödəniş etmiş və dörd müqavilə üzrə cəmi qalıq qalmış 1422 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər dörd müqavilə üzrə 2131 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı dörd müqavilə üzrə 2131 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 213.1 manat İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, məhkəmə bildirişi cavabdehə çatmadığından telefon vasitəsilə cavabdehlə əlaqə saxlanılaraq iddia ərizəsinə etiraz hüququ ona izah edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilələrinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) müqavilə üzrə göstərilmiş məhsulu alıcıya Cavabdeh verməyi, alıcı ilə müqavilələrə əsasən satıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən alıcı xx.xx.2021-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 36 manat məbləğində ödəniş etməklə, 18-ci ayda isə 20.1 manat məbləğində ödəniş etməklə, cəmi 632.1 AZN məbləğində ödəniş etməklə,xx.xx.2021-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 40 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 39 AZN məbləğində ödəniş etməklə, cəmi 479 AZN məbləğində ödəniş etməklə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 73 AZN məbləğində ödəniş etməklə, 18-ci ayda isə 71 AZN məbləğində ödəniş etməklə, cəmi 1312 AZN məbləğində ödəniş etməklə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 14 ay müddətinə aylıq 40 AZN məbləğində ödəniş etməklə, 15-ci ayda isə 30 AZN məbləğində ödəniş etməklə, cəmi 590 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan X2 10 markalı əşyanı, tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Samsung A025 və Xiaomi markalı əşyanı, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin predmeti olan LG,X1,Keyboard Logitech və Speaker Edifier markalı əşyanı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Xiaomi Redmi 9T və Porodo Soundtec markalı əşyanı təhvil almışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh qeyd edilən müqavilələr üzrə cəmi 1273.9 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 509.9 manat, 764 manat cərimənin borcu olmaqla 1273.90 manat, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 459 manat, 688 manat cərimənin borcu olmaqla 1147 manat, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 109 manat, 163 manat cərimənin borcu olmaqla 272 manat, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 344.1 manat, 516 manat cərimənin borcu olmaqla 860.10 manat məbləğində mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələr etibarlıdır. Həmin müqavilələrin predmeti qismində “X2 10” markalı mobil telefon, “Samsung A025” markalı mobil telefon, “Xiaomi” markalı saat, “LG” markalı televizor, “X1” markalı məhsul, “Keybord Logitech” markalı klaviatura, “Speaker Edifier” markalı səsgücləndirici, “Xiaomi Redmi 9T” markalı mobil telefon və “Porodo Soundtec” markalı qulaqcıq çıxış etmişdir. Lakin cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqların əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini ödəməkdən yayınmışdır. İş materialları əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 344.1 manat, 109 manat, 459 manat, 509.9 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar olduğundan iddia tələbi əsas borcun tutulması hissəsində həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilələrin 3-cü bəndinə əsasən, gecikdirilən aylıq borc məbləğində cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə borcunun məbləğinə münasibətdə məhkəmə hesab edir ki, cərimə borclarının məbləği əsas borcların məbləğinə mütənasib olmadığından, cərimə borclarının məbləği azaldılmalı və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 36.36 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 25 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya öədnilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dörd nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1422 manat məbləğində əsas borc üzrə, 130 manat məbləğində cərimə borcu üzrə pul vəsaiti, eləcə də 25 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixinədək xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 344.1 manat əsas, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 109 manat əsas, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 459 manat əsas, 40 manat cərimə və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 509.9 manat əsas, 50 manat cərimə olmaqla, dörd müqavilə üzrə cəmi 1422 manat əsas, 130 manat cərimə, cəmi 1552 manat və 25 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar