Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-866/2023 06.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 06 fevral 2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********12382 X4 11 markalı telefon üçün 615 manat ödənilməmiş əsas borc, 61 manat cərimə, 04 avqust 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********16772 X3 A7 Lite markalı planşet və İMEİ KOD **********94275 Realme C11 markalı telefon üçün 455 manat ödənilməmiş əsas borc, 45 manat cərimə, ümumilikdə 1176 manat borc və 31.76 manat ödənilmiş dövlət rüsumu, cəmi 1207.76 (min iki yüz yeddi manat 76 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə görə, kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.2.4-cü maddəsinin tələbinə əsasən, kiçik iddialara dair işlərdə ərizəyə tələbin əsaslığını təsdiq edən sənədlər əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinin tələbinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunun yuxarıda qeyd edilən tələbindən aydın olur ki, mübahisənin məhkəməyə qədər həlli qaydası ya müqavilədə, ya da həmin kateqoriya işlər üçün qanunda nəzərdə tutulduğu halda zəruridir. Hazırkı halda, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin 4.1-ci bəndində göstərilmişdir ki: “Bu müqavilədən irəli gələn bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll olunur. Əks halda, yaranan mübahisələr Azərbaycan Respublikasının məhkəmə sistemində Azərbaycan Respublikasının qanunvericliyinə uyğun həll edilir” . Hazırkı işdə isə İddiaçı MMC-nin Cavabdeh ünvanladığı öhdəliklərinin icrasını gecikdirmə barədə 19 dekabr 2022-ci il tarixli xəbərdarlıq iş materiallarına əlavə olunsa da, qeyd olunan sənədin cavabdehə göndərilməsinə, cavabdeh tərəfindən qəbul edilməsinə və xəbərdarlığa cavab verilib-verilməməsinə dair hər hansı sübut (xəbərnamə, poçt qəbzi) əlavə edilməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər həlli, yəni pretenziya qaydasına riayət edilməsi öz təsdiqini tapmır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə kiçik iddialara dair ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya ərizənin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalı və iddia ərizəsi geri qaytarıldığı üçün ödənilmiş 30 manat dövlət rüsumu qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.3.5-ci maddəsinə əsasən ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 31.76 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-866/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-866/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver