Məhkəmə qərarları › İş №e-2(002)-869/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-869/2023

28.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-869/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və özbaşına tikilinin sökülməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 141 ünvanında yerləşən “Durna Teli” kafesinin ümumi sahəsi 792 kv.m olan qeyri yaşayış sahəsinin həyətində inşa olunmuş qanunsuz tikilinin cavabdehin hesabına sökülərək maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş icraata qəbul edilərək işin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclası 28 fevral 2021-cü il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia ərizəsində nəzərdə tutulan tikilinin Bakı şəhəri Xətai rayonunda yerləşdiyini, həmin tikilinin şəhid qardaşının xatirəsini əbədiləşdirmək üçün abidə olduğunu, onu qohumları ilə birə inşa etdiklərini və həmin tikili ilə heç kimə müdaxil edilmədiyini bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə cavabdehin fikrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hüquqlarının pozulmasını iddia etdiyi qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 141 ünvanında yerləşir və hazırkı iddia tələbi maneənin aradan qaldırılması və özbaşına tikilinin sökülməsi olduğundan qeyd edilən hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsiri altına düşür. Odur ki, hazırkı iddia tələbinə müstəsna aidiyyət qaydasında baxılmalı və mülki iş barəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını ilə bağlı iddia irəli sürülmüş daşınmaz əşyanın olduğu yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 26, 35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 141 ünvanında yerləşən “Durna Teli” kafesinin ümumi sahəsi 792 kv.m olan qeyri yaşayış sahəsinin həyətində inşa olunmuş qanunsuz tikilinin cavabdehin hesabına sökülərək maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar