Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-989/2024 26.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2023-cü il tarixli ALY-1686 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi; lizinq obyekti olan 2022-ci il buraxılışlı «Chevrolet Cobalt» markalı ** AM *** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA130171 ban nömrəli, qara metallik rəngli avtomobilin mülkiyyyətçi İddiaçı MMC-yə geri qaytarılması; 11 mart 2023-cü il tarixli ALY-1686 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 yanvar 2024-cü il tarixə 676 manat 19 qəpik gecikdirilmiş əsas borc, 787 manat 62 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100 manat 68 qəpik dəbbə pulu olmaqla, cəmi 1.564 manat 49 qəpik pul vəsaiti və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2023-cü il tarixli ALY-1686 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi; Cavabdeh 11 mart 2023-cü il tarixli ALY-1686 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin qaytarıldığı 03 may 2024-cü il tarixə 1.383,26 manat gecikdirilmiş əsas borc, 1.547,01 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 949,83 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə vurulmuş 14.564,60 manat zərər olmuqla, cəmi 18.444,70 manat pul vəsaiti və ödənilmiş 145,74 manat dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2023-cü il tarixli ALY-1686 saylı «Daxili lizinq» müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, «Chevrolet Cobalt» minik markalı, **-AM- *** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA130171 ban, qara metallik rəngli avtomobil 23.750 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən Cavabdeh illik 18 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488.82 manat, ümumilikdə isə 33.829 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 yanvar 2024-cü il tarixə 676.19 manat gecikdirilmiş əsas, 787.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100.68 manat dəbbə pulu, cəmi 1564.49 manat borcu yaranmışdır. «Daxili lizinq» müqaviləsi və «Ödəniş cədvəli»nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. «Daxili lizinq» müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili Lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili Lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. «Daxili lizinq» müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, eksperti dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - İddiaçı MMC ilə Cavabdeh arasında 11 mart 2023-cü il tarixli ALY-1686 saylı «Daxili lizinq» müqaviləsi bağlanmışdır; - 11 mart 2023-cü il tarixli ALY-1686 saylı «Daxili lizinq müqaviləsi»nə əsasən İddiaçı MMC Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, «Chevrolet Cobalt» minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA130171 ban, qara metallik rəngli avtomobili 23.750 manata almış, avtomobilin mülkiyyətçisi kimi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə vermişdir; - Avtomobilin lizinq verən tərəfindən lizinq alana təhvil verilməsi barədə xx.xx.2023cü il tarixdə təhvil-təslim aktı (müqaviləyə 2 saylı Əlavə) tərtib olunmuşdur. Aktı tərtib edən tərəflər aktı imzalayaraq möhürləməklə təsdiq etmişlər. - «Daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən Cavabdeh illik 18 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488,82 manat, ümumilikdə isə 33.829 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 33.829 manatın 23.750 manatı əsas məbləğ, 10.079 manatı mükafat məbləğidir; - 31 yanvar 2024-cü il tarixli 121 saylı maliyyə arayışında Cavabdeh 11 mart 2023cü il tarixli ALY-1686 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 yanvar 2024-cü il tarixə 676 manat 19 qəpik gecikdirilmiş əsas borc, 787 manat 62 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100 manat 68 qəpik dəbbə pulu olmaqla, ümumilikdə 1.564 manat 49 qəpik borcunun yarandığı qeyd olunmuşdur. - 27 may 2024-cü il tarixli 494 saylı maliyyə arayışında Cavabdeh 11 mart 2023-cü il tarixli ALY-1686 saylı «Daxili lizinq» müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1.383 manat 26 qəpik gecikdirilmiş əsas borc, 1.547 manat 01 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 949 manat 83 qəpik dəbbə pulu olmaqla, ümumilikdə 3.880 manat 10 qəpik borcunun yarandığı qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2024-cü il tarixli 9/2386 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ALY-1686 saylı daxili lizinq müqaviləsinin şərtlərinə əsasən cavabdeh X3 İddiaçı MMC-yə olan gecikdirilmiş əsas borcu və faiz aşağıdakı kimi müəyyən olunur: xx.xx.2024-cü il tarixə: - əsas borc üzrə 15 manat 22 qəpik; - faiz üzrə 881 manat 88 qəpik. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2024-cü il tarixli 9/5101 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2022-ci il buraxılışlı, «Chevrolet Cobalt» markalı ** AM *** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA130171 ban nömrəli, qara metallik rəngli avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 13.976 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 9.526 manat; Təmir-bərpa işlərinin qiyməti 4.450 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 13.229 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 8.779 manat; Təmir-bərpa işlərinin qiyməti 4.450 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış «Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi»nə dair metodik vəsaitdən istifadə edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2024-cü il tarixli 9/5027 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatlarından və ödəniş cədvəlindən göründüyü kimi, Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli ALY-1686 saylı daxili lizinq müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixədək olan borcu aşağıdakı kimi müəyyən olunur: - əsas borc üzrə 1.378 manat 81 qəpik; - faiz üzrə 1.058 manat 89 qəpik. Qeyd: hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2023cü il tarixli ALY-1686 saylı daxili lizinq müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün xx.xx.2024-cü il tarixə Cavabdeh cərimə borcu hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə tərəfindən verilmiş 1-ci ekspert rəyinin ümumiyyətlə səhv olması (istər cavabdehin soyadı, adı, atasının adı, istərsə də əsas borc və mükafat məbləğindəki uyğunsuzluğa görə), 2-ci ekspert rəyində isə mükafat məbləğinin faiz kimi hesablanması, iddiaçı lizinq verən MMC olmasına rəğmən, rəydə bankın müvafiq hesablamanı təqdim etməməsi kimi qeyd yer alması barədə müvafiq izahat alınması üçün X1 məhkəmə iclasına dəvət edilmişdir. X1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, birinci ekspert rəyinin ümumiyyətlə yanlış, ikinci rəydə isə mükafat məbləğini faiz məbləği kimi, özü də qeyri-düzgün hesablamasının səbəbini izah edə bilmir. Çox güman ki, rəydə texniki səhvlərə, yanlışlıqlara yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.2-ci maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə İddiaçı MMC-dən lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bundan başqa, lizinq obyektinin ehtiyat hissələrini çıxararaq satmışdır və lizinq verənə maddi ziyan vurmuşdur. Bildiriş məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu və vurulmuş ziyanı ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2023-cü il tarixli ALY-1686 saylı daxili lizinq müqaviləsinin ləğv edilməli; 11 mart 2023-cü il tarixli ALY-1686 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyekti qaytarılan 03 may 2024-cü il tarixə 1.378 manat 81 qəpik gecikdirilmiş əsas borc, 1.547 manat 01 qəpik gecikdirilmiş mükafat və 90 manat dəbbə pulu, ümumilikdə 3.015,82 manat borc, avtomobilə vurulmuş 13.229 manat ziyan və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olaraq 138 manat 74 qəpik Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. 250 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 90 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və mükafat məbləğinin tutulması ilə yanaşı, 90 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Avtomobilə vurulmuş ziyan məbləği ehtiyat hissələrinin aşınma dərəcəsi nəzərə alınmaqla ekspert rəyinə əsasən 13.229 manat təşkil edir. Məhkəmə qeyd edilən məbləği əsaslı və obyektiv hesab edir. Bu səbəbdən, məhkəmə iddianı avtomobilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair hissəsində qismən təmin etmək qərarına gəlmişdir. Mühasibatlıq ekspertizasının verdiyi rəylərə münasibətdə məhkəmə qeyd edir ki, rəyin birincisi ümumiyyətlə düzgün deyil. Belə ki, həmin rəydə cavabdehin soyadı, adı, atasının adı səhv yazılmış, əsas borc və mükafat məbləği düzgün hesablanmamışdır. İkinci ekspert rəyində isə yalnız əsas borc məbləği düzgün göstərilmiş, mükafat məbləği faiz kimi, qeyri-dəqiq hesablanmışdır. İddiaçı - lizinq verən MMC olmasına rəğmən, rəydə dəbbə puluna münasibətdə bankın müvafiq hesablamanı təqdim etməməsi kimi qeyd yer almışdır. Bu səbəbdən, həmin rəy yalnız əsas borc hissəsində əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2023-cü il tarixli ALY-1686 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. 11 mart 2023-cü il tarixli ALY-1686 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyekti qaytarılan 03 may 2024-cü il tarixə 1.378 manat 81 qəpik gecikdirilmiş əsas borc, 1.547 manat 01 qəpik gecikdirilmiş mükafat və 90 manat dəbbə pulu, ümumilikdə 3.015,82 manat borc, avtomobilə vurulmuş 13.229 manat ziyan və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olaraq 138 manat 74 qəpik Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. 250 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kamran Əsədov