Məhkəmə qərarları › İş №e-2(003)-1013/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1013/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1013/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi səbəbindən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********71173 İphone 15 Pro Max markalı telefon üçün 3816 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23,6 manat rüsum, 1144,8 manat dəbbə pulunun və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31267 X1 13 markalı telefon üçün 550,08 manat ödənilməmiş hissə, 165,02 manat dəbbə pulunun, ümumilikdə 5699,50 manat borcun və ödənilmiş 77 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh İMEİ kodu **********71173 İphone 15 Pro Max markalı və İMEİ kodu **********31267 X1 13 markalı telefon almış və nəticədə 5699,50 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3816 manat (12 ay x 212 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********71173 İphone 15 Pro Max mobil telefon üçün ümumilikdə 4984,4 manat olmaqla, ondan 3816 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23,6 manat rüsum, güzəşt olunaraq 1144,8 manat dəbbə miqdarında borcu yaranmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 550,08 (18 ay x 30,56 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********31267 X1 13 markalı telefon üçün ümumilikdə, 715,10 manat olmaqla, ondan 550,08 manat ödənilməmiş hissə, güzəşt olunaraq 165,02 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4366,08 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müqaviləni ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, lakin cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********71173 İphone 15 Pro Max markalı telefon üçün 3816 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23,6 manat rüsum, 1144,8 manat dəbbə pulunun və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31267 X1 13 markalı telefon üçün 550,08 manat ödənilməmiş hissə, 165,02 manat dəbbə pulunun, ümumilikdə 5699,50 manat borcun və ödənilmiş 77 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbələrini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03859190 saylı müqavilədən aydın olur ki, İMEİ kodu **********71173 İphone 15 Pro Max markalı telefon üçün ilkin ödəniş olmadan, hər ay nağd qaydada 212 manat ödəməklə, 18 ay müddətinə 3816 manata Cavabdeh satılmışdır. “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09383952 saylı müqavilədən aydın olur ki, İMEİ kodu **********31267 X1 13 markalı telefon üçün ilkin ödəniş olmadan, hər ay nağd qaydada 30,56 manat ödəməklə, 18 ay müddətinə 550,08 manata Cavabdeh satılmışdır. “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********71173 İphone 15 Pro Max markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********31267 X1 13 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş müqaviləyə əlavədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 03859190 saylı müqavilə üzrə ilkin ödəniş olmadan xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək "xxxx" MMC-yə hər ay 212 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş müqaviləyə əlavədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 09383952 saylı müqavilə üzrə ilkin ödəniş olmadan xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək "xxxx" MMC-yə hər ay 30,56 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 03859190 saylı müqaviləyə əsasən 3816 manat məbləğində ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23,6 manat rüsum, 1144,8 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, 09383952 saylı müqaviləyə əsasən 550,08 manat ödənilməmiş hissə, 165,02 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 19 dekabr 2024-cü il tarixli, ********** saylı AsanPay vasitəsilə ödənilmiş qəbzin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 77,0 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03859190 saylı və xx.xx.2024-cü il tarixli, 09383952 saylı müqavilələrə əsasən Cavabdeh üzərinə düşdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə onun cəmiyyətə borcu yaranmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar olunmuşdur. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC Cavabdeh ilə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr imzalamış, cavabdeh şirkətdən alqı-satqı qiyməti 3816 manat (12 ay x 212 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********71173 İphone 15 Pro Max mobil telefonu və alqı-satqı qiyməti 550,08 (18 ay x 30,56 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********31267 X1 13 markalı telefonu təhvil almış, lakin xəbərdarlıqlara baxmayaraq şirkətə aylıq ödənişləri etməmişdir. Hazırda Cavabdeh müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi səbəbindən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********71173 İphone 15 Pro Max markalı telefon üçün 3816 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23,6 manat rüsum, 1144,8 manat dəbbə pulunun və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31267 X1 13 markalı telefon üçün 550,08 manat ödənilməmiş hissə, 165,02 manat dəbbə pulunun, ümumilikdə 5699,50 manat borcun və ödənilmiş 77 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (Bundan sonra MM-in) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən “Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1). Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsas borc hissəsində əsaslı hesab edilərək təmin olunmalı, Cavabdeh 3816 manat və 550,08 manat məbləğində pul tutularaq iddiaçı ABC-Telecom MMC-nin ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən «dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir…» Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Qanunverici cərimənin azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbində nəzərdə tutulan cərimə azaldılmalıdır. Məhkəmə xx.xx.2024-cü il tarixli, 03859190 saylı müqavilə üzrə hesablanmış 1144,8 manat dəbbə pulunun və xx.xx.2024-cü il tarixli, 09383952 saylı müqaviləyə əsasən 165,02 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək sayır. Məhkəmə xx.xx.2024-cü il tarixli, 03859190 saylı müqavilə üzrə hesablanmış 1144,8 manat dəbbə pulunun 190 manatadək azaldılmasını və xx.xx.2024-cü il tarixli, 09383952 saylı müqavilə üzrə hesablanmış 165,02 manat dəbbə pulunun miqdarının 25 manatadək azaldılmasını iddiaçının bütün mənafelərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, «Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir». İşə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı hazırki işin məhkəmədə baxılması üçün dövlət büdcəsinə 77 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, təmin edilmiş pul məbləği və həmin məbləğə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumunun ödənilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq cavabdehdən dövlət rüsumuna görə 66,05 manat məbləğində pul tutulmalı, 10,95 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixli, 03859190 saylı müqavilə üzrə 3816 manat məbləğində əsas, İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23,6 manat rüsum, 190 manat cərimə borcu olmaqla 4029,60 manat məbləğində pul vəsaitinin və xx.xx.2024-cü il tarixli, 09383952 saylı müqavilə üzrə 550,08 manat məbləğində əsas və 25 manat cərimə borcu olmaqla 575,08 manat məbləğində pul vəsaiti, cəmi 4604,68 (dörd min altı yüz 4 manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 66,05 (altmış altı manat beş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 03859190 saylı müqavilə üzrə 3816 manat məbləğində əsas, İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23,6 manat rüsum, 190 manat cərimə borcu olmaqla 4029,60 manat məbləğində pul vəsaitinin və xx.xx.2024cü il tarixli, 09383952 saylı müqavilə üzrə 550,08 manat məbləğində əsas və 25 manat cərimə borcu olmaqla 575,08 manat məbləğində pul vəsaiti, cəmi 4604,68 (dörd min altı yüz dörd manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 66,05 (altmış altı manat beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 10,95 (on manat doxsan beş qəpik) manat hissəsi İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar