Məhkəmə qərarları › İş №e-2(003)-102/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-102/2024

22.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-102/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İHakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Buzovna-Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin 3.2-ci km-də, 39 T 0419636; ******* saylı koordinat üzrə, kəmərə paralel və perpendikulyar, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi Badam bağları ünvanında fərdi yaşayış evi və hasar tikilisi faktları aşkar edilmişdir. Sözügedən fərdi yaşayış evinin qaz sayğacının nömrəsi əsasında “Azəriqaz” İB-nə sorğu edilmiş və müəyyən edilmişdir ki, sözügedən qaz sayğacı iş üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Odur ki, Buzovna-Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin 3.2-ci km-də, 39 T 0419636; ******* saylı koordinat üzrə, kəmərə paralel və perpendikulyar, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi Badam bağları ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; 2. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2023- cü il tarixdə 5 saylı qarovulun 1-ci iş növbəsində saat 16:00-da 3-4 saylı postların ərazisində (Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq adlandırılan ərazi) Buzovna- Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin 3.2-ci km-də, 39 T 0419636; ******* saylı koordinat üzrə, kəmərə paralel və perpendikulyar, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə, köhnədən inşa edilmiş, natamam hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində mövcud olan natamam inşa edilmiş hasarın üzərinə əlavə olaraq ümumilikdə 25 metr uzunluğunda və 6 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu özünü ev sahibi kimi təqdim edən Orxan adlı şəxsə izah edilərək görülən işin dayandırılması və sökülməsi tələb edildi lakin o, edilən qanuni tələblərə məhəl qoymayaraq görülən işi davam etdirəcəyini bildirdi. Qeyd olunanlarla əlaqədar həmin şəxs tərəfindən sənəd təqdim edilmədiyi üçün əlavə işlərin aparılmamasına dair ona şifahi xəbərdarlıq edildi. Faktla bağlı ərazi üzrə İcra nümayəndəsi Sahəddin adlı (əlaqə nömrəsi ***-***-**-**) şəxsə məlumat verildi və o, qeyri iş günü olduğunu bildirərək növbəti iş günündə sözügedən ünvana baxış keçirəcəyini bildirdi. İş materiallarında olan paylayıcı “Azəriqaz” İstehsalat Biriliyinin Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2019-cu il tarixli, D-2720 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-10/4836 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan tikililərin yerləşdiyi ərazinin yaxınlığından 250mm diametrdə yerüstü neft kəmərinin keçdiyi müəyyən olunmuşdur. Baxış zamanı aparılan ölçü işləri nəticəsində mübahisə predmeti olan fərdi yaşayış evi ilə naturada təqdim edilən Buzovna-Ramana DŞ 250mm-lik yerüstü neft kəməri arasındakı məsafənin 32.40 metr, hasar tikilisi ilə neft kəməri arasındakı məsafənin isə 22.30 metr təşkil etdiyi müəyyən olunmuşdur. Lakin yerüstü neft kəmərinin hansı təzyiqdə olmasının müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadın 1-ci sualının 2-ci hissəsi üzrə tədqiqat aparılmadı. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atıçılıq yaşayış massivi Badam bağları ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin və hasar tikilisinin “Magistiral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın müvafiq bəndlərinə əsasən Buzovna- Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Buzovna-Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, mübahisə predmeti olan yaşayış evi Buzovna-Ramana DŞ 250mm-lik yerüstü neft kəməri arasındakı məsafənin 32.40 metr, hasar tikilisi ilə neft kəməri arasındakı məsafənin isə 22.30 metr tikdiyi müəyyən edilmişdir. Hazırda mübahisəli ev cavabdehin sahibliyində olmaqla, cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşayır. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına istinad edərək, belə hüquqi nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır və bu səbəbdən də, iddia tələbi təmin edilməlidir. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi haqqında qaydaların 4.1-ci maddəsinə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nin marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası-boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi qadağandır. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çox saylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərlərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirini Qaydaları”nın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir” Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərindən görünür ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. İstismar olunan ixrac neft boru kəmərlərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi və s. işlərin aparılması qadağandır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərini və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh istifadəsində olan torpaq sahəsində müvafiq razılıq olmadan neft boru kəmərinin mühafizə zonasında hər hansı bir tikinti işlərinin aparması mühafizə zonalar üçün təsdiq edilmiş qaydalara uyğun deyildir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, ekspert rəyi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildiki, Cavabdeh faktiki istifadəsində olan Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi Badam bağlarında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin və hasar tikilisinin neft kəmərinin mühafizə zonasına düşməsi ekspert rəyi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə Cavabdeh məxsus tikililər Buzovna-Ramana DŞ 250mm-lik yerüstü neft kəməri arasındakı məsafənin 32.40 metr, hasar tikilisi ilə neft kəmərinin mühafizə zonasında inşa edildiyini və bu tikililərin inşası üçün müvafiq icazənin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Buzovna- Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin (3.2-ci km-də, 39 T 0419636; ******* saylı koordinat üzrə, kəmərə paralel və perpendikulyar, 1-ci sırada) mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi Badam bağları ünvanında inşa edilmiş Cavabdeh məxsus fərdi yaşayış evi və hasar cavabdeh tərəfindən öz hesabına sökülərək, tikinti materialları neft kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50,0 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən məhkəmə öz qətnaməsini yalnız məhkəməiclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İddiaçı Buzovna-Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin (3.2-ci km-də, 39 T 0419636; ******* saylı koordinat üzrə, kəmərə paralel və perpendikulyar, 1-ci sırada) mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi Badam bağları ünvanında inşa edilmiş Cavabdeh məxsus fərdi yaşayış evi və hasar cavabdeh tərəfindən öz hesabına sökülərək, tikinti materialları neft kəmərinin mühafizə zonasından çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50,0 (əlli) manat Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar