Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1026/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçıxanım Hacıbaba qızının, onun nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 nümayəndələri X35 və Vəkil2 (vəkili), Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs4 iştirakları ilə, İddiaçıxanım Hacıbaba qızının cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı X44, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddia ərizəsimülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçıxanım Hacıbaba qızı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı X44, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X45 vəfat edərkən mülkiyyətində olan ünvan 1 ünvanında 10 sot torpaq sahəsinə və bu torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 100 kv.m olan daşınmaz əmlaka (mənzil), X28 verilmiş tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və müvafiq daşınmaz əmlaka X20 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qanunla müəyyən olunmuş müddət ərzində mirasa faktiki sahiblik etməsini nəzərə alaraq, onun adına (İddiaçı) vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Ailəsi 10 nəfərdən ibarət olmuşdur. X12 (1928-ci il doğumlu) və X6 (1930-cu il doğumlu) 1950-ci ildə nikaha daxil olmuşlar. Bu nikahdan 6 nəfər qız, 2 nəfər oğul övladları dünyaya gəlmişdir. Maraqlı şəxs5 (xx.xx.1961 doğumlu, qeydiyyat ünvanı Bakı şəhəri Şüvəlan qəsəbəsi Füzuli küçəsi ev 50), Maraqlı şəxs4 Hacıbaba qızı (xx.xx.1965 doğumlu, Bakı şəhəri Şüvəlan qəsəbəsi Əncirli küçəsi ev 7), Maraqlı şəxs1 (xx.xx.1967 doğumlu, Bakı şəhəri Şüvəlan qəsəbəsi Nizami küçəsi ev 32), X46 (xx.xx.1956 doğumlu, vəfat edib), X8 (xx.xx.2011-ci ildə vəfat edib), İddiaçıxanım Hacıbaba qızı (xx.xx.1959 doğumlu, Bakı şəhəri Qala qəsəbəsi Sülh küçəsi ev 26), Maraqlı şəxs2 (xx.xx.1958 doğumlu, Bakı şəhəri Şüvəlan qəsəbəsi Nərimanov küçəsi ev 1), Maraqlı şəxs3. X12 xx.xx.1994-cü ildə vəfat etmişdir. X45 vəfat edərkən ünvan 1 ünvanında yaşamışdır. Eyni zamanda, X45 vəfat edərkən mülkiyyətində ünvan 1 ünvanında sot torpaq sahəsində 3 otaqlı, ümumi sahəsi 100 kv.m olan daşınmaz əmlakı (mənzil) olmuşdur. X12 “Əzizbəyovneft” Neft Mədən İdarəsinin 2-ci neft mədənində neftqaz operatoru vəzifəsində çalışmışdır. 1961-ci ildə atasının işlədiyi “Əzizbəyovneft” Neft Mədən İdarəsinin ayırdığı ssuda ilə ünvan 1 ünvanında 9 sot torpaq sahəsində 3 otaqlı, ümumi sahəsi 100 kv.m olan daşınmaz əmlak (mənzil) atası tərəfindən tikilmişdir. Müvafiq daşınmaz əmlak (torpaq sahəsi) Əzizbəyov Rayon İcra hakimiyyəti deputatları Sovetinin qərarı ilə ayrılmış və tikilinin tikintisinə icazə verilmişdir. X12 vəfat edərkən müvafiq mənzildə onunla birlikdə o, X6, həyat yoldaşı X75, oğlu X89, qızı X59 yaşamışlar. Atası vəfat etdikdə onun adına olan əmlak ilə bağlı heç bir notariat orqanında vərəsəlik işi açılmamış, vərəsəlik şəhadətnaməsi verilməmişdir. O və anası faktiki olaraq X12nun mülkiyyətində ünvan 1 ünvanında sot torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 100 kv.m olan daşınmaz əmlakı (mənzil) miras olaraq qəbul etmişlər. X6 1999-cı ildə vəfat etmişdir. Anası vəfat edərkən onunla birlikdə ünvan 1 ünvanında sot torpaq sahəsində yerləşən 3 otaqlı mənzildə o, həyat yoldaşı X75, oğlu X89, qızı X59 yaşamışlar. Onlar bu mənzildə X6nın vəfatından sonra 2015-ci ilədək yaşamışlar. Bu faktı bütün qohumlar və qonşular təsdiq edirlər. Eyni zamanda, bütün kommunal ödənişlər onlar tərəfindən həyata keçirilmişdir. Eyni zamanda, X6 bütün qızı-zinət əşyalarını ona bağışlamışdır. Bu faktı bütün qohumları təsdiq edirlər. 2022-ci il tarixdə tarixdə mirasın faktiki sahibliyi ilə bağlı ərizə ilə Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət etmişlər. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin 25 iyul 2022-ci il tarixli cavab məktubunda irsi transmissiya üzrə, yəni xx.xx.1994-cü il tarixdə ölmüş X15 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının MM-nin 1252-cimaddəsinə əsasən mərhumun nəvəsi olan X28 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, X7nın “vərəsələr” barəsində notariat ofisinə məlumat vermədiyi üçün, həmçinin Elektron Notariat X3ndən “vərəsələr” barəsində məlumat əldə edilmədiyi üçün, 8 övlad, bir ananın adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş X9, X16, X4 notarial qaydada təsdiq olunmuş ərizəsi (İddiaçıxanım Hacıbaba qızının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması barədə) təsdiq edir ki, müvafiq mənzildə valideynlərinin son ölüm tarixinə qədər o, müvafiq mənzildə yaşamış, mirası faktiki olaraq qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Elektron Notariat X3ndən çıxarılmış forma 2 saylı arayışdan görünür ki, 7 saylı xüsusi notariat ofisinin notariusu X47 xüsusi qərəzlilik göstərərək bilərəkdən müvafiq arayışı əldə etməmiş, notariusun özünün də qeyd etdiyi kimi mirasa heç bir haqqı çatmayan nəvənin varislər barədə heç bir məlumat verməməsinə əsaslanaraq 6 bacı, 2 qardaşın mirasını aidiyyəti olmayan şəxsin sərəncamına vermişdir. Digər tərəfdən isə 7 saylı xüsusi notariat ofisinin notariusu X22 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X28 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün istinad etdiyi Azərbaycan Respublikasının MM-nin 1252-ci maddəsinə əsasən vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Müvafiq iş üzrə isə vərəsəlik vərəsələr müraciət etdikdən sonra açıla bilərdi. İşin hallarından görünür ki, o, qanunla müəyyən olunmuş müddət ərzində mirasa faktiki sahiblik etməklə mirası qəbul etmişdir. Hesab edir ki, hazırkı iş üzrə predmeti təşkil edən əmlak xx.xx.1994-cü ildə vəfat etmiş X21 ölümü və müvafiq əmlaka İddiaçı sahiblik etməsi ilə vərəsəlik hüququ onun yaxın qohumları tərəfindən tanınmışdır. Hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi o, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etmişdir. Məhkəmə iclasında İddiaçıxanım Hacıbaba qızı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 1980-ci ildə ailə qurmuş, 1983-cü ildə ata evinə gəlmişdir. Ata evinə gələndə bacısı Gülxar həmin evdə yaşayırdı. Qardaşları ilə ailə qurmuş və həmin evdə yaşamırdılar. O, 2015-ci ilədək həmin evdə daimi yaşamış, 2019-cu ilədək isə gəlib-getmişdir. Belə ki, 2016-cı ildə oğlu əməliyyat olunmuş, onun köməyinə ehtiyacı olduğundan oğlunun yaşadığı evdə qalmışdır. Lakin əşyaları ata evində qalmışdır. Evin sənədləri onda olmuş, 2019-cu ildə Abgül sənədləri ondan almış, evi sənədləşdirib aralarında bölməyi demiş, onlar da təkliflə razılaşaraq demişlər ki, hamıya pay düşsün. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X44 tərəfindən iddia ərizəsinə dair ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisə üzrə işin faktiki halları kimi göstərilənlər həqiqətə uyğun olmamaqla iddiaçının mülahizəsindən ibarətdir və real mənzərəni əks etdirmir. İddiaçı işin hallarını iddianın təmin edilməsinə yönələn formada təqdim etməklə məhkəmədə yanlış təsəvvür yaradır. Digər tərəfdən hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət daxilində vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat ofisinə müraciət olunmamış və beləliklə, müddət ötürülmüşdür. İddiaçı tərəfindən mirasın faktiki qəbulu öz təsdiqini tapmadığı halda, müddətin də ötürülməsi əsası ilə iddia rədd edilməlidir. İddiaçının X12 1994-cü ildə vəfat etmişdir, onun ölümündən 29 il, iddiaçının X6 1999-cu ildə vəfat etmişdir, onun isə ölümündən 24 il keçmişdir. Ümumilikdə təmamilə əsassız və qanunsuz bir iddia ilə ilk gündən iddaçı və onun vəkili məhkəmənin fikrini həqiqətlərdən kənara yönəltməklə məşğuldur. Belə ki, iddia tələbi üzrə məhkəmədən ləğvi istənilən çıxarışın belə məhkəməyə təqdim edilməməsi, mübahisə predmeti olan torpağın və evin ölçülərinin düzgün göstərilməməsi, iddiaçının ilk gündən özü ilə birlikdə digər qohumlarını belə çox mötəbər şahid kimi məhkəməyə gətirib aparması iddiaçının boş və təsdiqi olmayan sözündən və 5-10 qohumlarını şahid göstərməkdən başqa heç bir tutarlı və əsaslı bir sübutu olmadığı göstərir. Hesab edir ki, iddianın əsassız olması ilə yanaşı qanunla müəyyən edilmiş müddət tələblərinə əməl olunmaması əsası ilə iddianın rədd edilməsi işin tam və obyektiv həllinə gətirib çıxaracaqdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 nümayəndəsi X60 iddia tələbini etiraf etmədi, ərizənin məzmununa uyğun izahat verdi və iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi faktına əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi, ərizənin məzmununa uyğun izahat verdi və iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi faktına əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 izahatında bildirdi ki, iddiaçı onun bacısıdır. Mübahisəli ev atasına məxsusdur. Onlar ailədə səkkiz uşaq olublar, hamısı ailə qurub ata evindən gediblər. Həmin evdə bacısı Xədicəxanım yaşamışdır. Belə ki, Xədicəxanım Qala qəsəbəsinə ərə getmiş, lakin yaşamaq üçün şəraiti olmadığından qısa müddət sonra ata evinə qayıtmış və ailəsi ilə uzun illər orada yaşamışdır. Həmidə mərhum qardaşı Abgülün qızıdır, heç vaxt miras əmlakda yaşamamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs4 izahatında bildirdi ki, iddiaçı onun bacısıdır. Mübahisəli ev atasına məxsusdur. Onlar ailədə səkkiz uşaq olublar, hamısı ailə qurub ata evindən gediblər. Həmin evdə bacısı Xədicəxanım yaşamışdır. Belə ki, Xədicəxanım Qala qəsəbəsinə ərə getmiş, lakin yaşamaq üçün şəraiti olmadığından qısa müddət sonra ata evinə qayıtmış və ailəsi ilə uzun illər orada yaşamış, son 3-5 ildir ki, həmin evdən köçmüşdür. Həmidə mərhum qardaşı Abgülün qızıdır, heç vaxt miras əmlakda yaşamamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs3, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs3, iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X90 ifadəsində bildirdi ki, iddiaçı onun anasıdır. Onun anası ərə gedəndən sonra Qala qəsəbəsində yaşamış, Ata evində şərait olmadığından anası atası ilə ailə qurduqdan 1-2 ay sonra mübahisəli ünvana köçmüşlər. O, mübahisəli ünvanda böyümüş, orada toyu olmuşdur. Mübahisəli ünvanda ailəsi ilə birgə yaşamışlar. Ata evi Qala qəsəbəsində olmuş, anası ailə qurandan qısa müddət sonra şəraitsizliyə görə mübahisəli evdə yaşamağa başlamışlar. Həmin evdə babası və nənəsi də yaşamış, xalaları isə evə gəlib-gedirdi. Onun toyi 2012-ci ildə olmuş. Toyu olan gündən o, başqa ünavana köçmüşdür. Babası 1994-cü ildə, atası 2004-cü ildə ölmüşdür. 2016-cı ildə əməliyyat olunmuş, həmin ildən anası da onun yanında qalmışdır. Anasını 2016-cı ildə yaşadığı ünvana aparsa da, anası daimi olaraq onunla qalmırdı. Anası Xədicəxanım 2019-cu ilə qədər isə həmin evə gedib-gəlmiş, 2019-cu ildən isə daimi onun yanında yaşamışdır. 2019-cu ildə evlə bağlı mübahisə başlamışdır. Özü santexnik, polis, daha sonra maşın ustası kimi işləmişdir. O, həyətdəki qarajda işləyirdi. Evdə yanğın olan zaman qonşular da söndürməyə köməyə gəlmişdirlər. Yanğın gündüz vaxtı olmuşdur. Babasının və nənəsinin ölməsini xatırlayır. Nənəsi ölən vaxt mübahisəli ünvanda yaşamış, işdə olmuşdur. Abgül arada mübahisəli evə gəlib-gedirdi, qardaşlar arasında əmlakla bağlı mübahisələr olurdu. Mübahisəli evin sənədləri anasında olmuş, sonra dayısı Abgül sənədləri aparmış, daha sonra isə demişdir ki, sənədləri oğurlayıblar. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X23 ifadəsində bildirdi ki, iddiaçı onun əmisi qızıdır, eyni zamanda, hasar qonşusudurlar. Xədicəxanım uşaqlarının 3-4 yaşı olanda əri ilə gəlin köçdüyü evdən mübahisəli evə qayıtmış, 2019-cu ilədək mübahisəli evdə yaşamışdır. Məryəmin nə vaxt öldüyünü xatırlamır, -Hacıbaba Babayevin və Məryəm Babayevanın yas mərasimlərində iştirak etmişdir. Xədicəxanımxanımın ərinin nə vaxt ölməsi yadında deyil. Lakin Xədicəxanımxanımım əri mübahisəli evdə ölüb. Xədicəxanım anasının yanında yaşamışdır, bacıları isə gəlibgedirdilər. Son vaxtlar miras əmlakla bağlı mübahisə olurdu. Əmisi oğlu Abgülün mübahisəli evə arada gəlib-getdiyini görmüşdür, qonaq kimi gəlirdi, Xədicəxanım yaşayan vaxt isə gəlib-getdiyi yadında deyil. Xədicəxanımnin oğlu Ramil ailə qurduqdan sonra başqa yerdə yaşamışdır. Xədicəxanımnin əri mübahisəli evdə ölmüşdür. 2019-cu ildə həyətdə yanğın olmuş, o da yanğını söndürməyə kömək etmişdir. Həmidənin ərini tanımır, birinci dəfədir ki, məhkəmə iclasında görür. Abgül mübahisəli evə sonuncu dəfə xəstə olanda gəlmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X36 ifadəsində bildirdi ki, Xədicəxanım onun qonşusudur. Ailəvi münasibətləri var. Onların evi iddiaçının yaşadığı evdən bir tin aşağıda yerləşir, 1984-cü ildən yaşayır hazırkı evində. Uşaqlığı mübahisəli həyətdə keçmişdir. Xədicəxanım ərə gedəndən sonra mübahisəli ünvana nə vaxt qayıtması yadında deyil. Amma Xədicəxanım mübahisəli evə qayıdanda anası sağ idi. Xədicəxanım, oğlu, qızı, əri həmin ünvanda yaşayırdılar. Məryəm 1999-cü ildə ölmüşdür. İddiaçı Xədicəxanımxanımgil səkkiz uşaqdırlar. İddiaçının atası Hacıbaba 1994-cü ildə ölmüş, həmin vaxt Xədicəxanım mübahisəli evdə yaşayırdı. O, iddiaçının oğlu ilə dostluq edirdi. Ramil mübahisəli həyətdə dəmirçi işləyirdi, həyətdə sexi var idi. Ramilin toyu 2012ci ildə mübahisəli həyətdə olmuşdur. Toydan sonra Ramil həmin ünvandan getmişdir. Xədicəxanımgili 2015-ci ildə mübahisəli evdən köçmüş, 2019-cu ilə qədər isə gəlibgetmişlər. Köçmələrinin səbəbi isə ona məlum deyil. Xədicəxanım gələndə həyətə nəzarət edirdi. Abgülün mübahisəli ünvana arabir gəlib-getdiyini görmüşdür. Abgülü atası və anası öləndə həmin ünvanda görmüşdür. Abgül polis işçisi olmuşdur, nə vaxt öldüyünü bilmir. Abgülün yas mərasimi mübahisəli evdə olmamışdır. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X37 ifadəsində bildirdi ki, Nisəxanım anası, iddiaçı isə xalasıdır. Yaşadığı ev iddiaçıgilin evinin yaxınlığındadır. İddiaçı Qala qəsəbəsinə ərə getmiş, ər evində şərait olmadığından, köçüb nənəsigildə yaşamışdır. Xədicəxanım atasının evinə köçəndə onun altı yaşı, Xədicəxanımnin uşaqlarının 4-5 yaşı var idi. Babası, nənəsi mübahisəli evdə ölüblər. Babası xx.xx.1994-cü ildə, nənəsi xx.xx.1999-cu ildə ölmüşdür. Xədicəxanımın qızının, oğlunun toyu mübahisəli evdə olub. Qızı 2002-ci ildə həmin evdən gəlin köçüb. O, uşaqlığından, necə deyərlər, ağlı kəsəndən Xədicəxanımnin mübahisəli evdə yaşadığını görmüşdür. Xədicəxanım son 3-4 ilə qədər miras əmlakda yaşamış, evə nəzarət etmiş, kommunal xidmət haqlarını ödəmiş, evdə, həyətdə təmir işləri görmüşdür. Digər qohumlar – dayıları, xalaları mübahisəli evə gəlib-gedirdilər, amma daimi yaşayan Xədicəxanım idi. Baba-nənəsinin sağlığında bütün qohumlar mehriban idi, əmlakın kimə qalacağı barədə söhbətlər olmurdu, çünki hamının evi var idi, həmin evə ehtiyacları yox idi. Qardaşları ilə Xədicəxanım arasında heç vaxt mübahisə olmayıb. Abgül öləndə xəbəri olmayıb, Abgül mübahisəli evə gec-gec gəlibgedirdi, valideynləri ilə münasibəti yaxşı idi. Xədicəxanım anasının ölümündən sonra miras əmlakda çox uzun müddət yaşamışdır. Qohumlardan heç kim Xədicəxanıma demirdi ki, evdən pay ver. Xədicəxanımın əri Çernobl əlili idi, 2004-cü mübahisəli evdə ölmüşdür. Xədicəxanım anasının ölümündən sonra həmin ünvanda uzun müddət yaşayıb. Xədicəxanım son zamanlar həm oğlunun, həm də mübahisəli evdə yaşayırdı. Xədicəxanımın oğlu mübahisəli evdən yaxın illərdə köçmüş, lakin mütəmadi evə gəlibgetmişdir. Ramil toyundan sonra uzun müddət mübahisəli evdə yaşamışdır. Ramil maşın ustası idi, mübahisəli həyətdə olan qarajda işləyirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X44 tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin hazırkı vəziyyətdə məhkəmə icraatının mümkün hesab edilməsi MPM-nin 151-ci tələbləri baxımından yolverilməzdir. Belə ki, işdən görünür ki, iddiaçıya iddianın əsaslarına dair ilkin zəruri sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Mübahisələndirilən çıxarış işin sonrakı mərhələsində üçüncü şəxs tərəfindən təqdim edilmişdir. Əgər iddiaçı hər hansı sənədin ləğvini və yaxud etibarsızlığını tələb edirsə, ilk növbədə həmin sənədin mövcudluğuna dair məhkəməyə sübut təqdim etməlidir. Digər tərəfdən, iddiaçı notariat hərəkətlərini, daha doğrusu notariat ofisi tərəfindən verilmiş şəhadətnaməni mübahisələndirirsə, bu zaman hər hansı fiziki şəxsi deyil, konkret olaraq notariat ofisini cavabdeh kimi təqdim etməli idi. Qanuna və notariat fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara əsasən mübahisə üzrə notarius deyil, notariat orqanı tərəf kimi çıxış edir. Ancaq iddia ərizəsindən görünür ki. iddiaçı notariat ofisini deyil, fiziki şəxs kimi notariusu cavabdeh kimi təqdim etməklə, cavabdehi düzgün müəyyən etməmişdir. İddiaçının adı girişdə və sonda fərqlidir. Belə çıxır ki, iki şəxs mövcuddur. Bu hər nə qədər texniki məsələ kimi görünsə də sonra xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa iddia ərizəsində göstərilən 10 sot və 100 kv.m evin ümumilikdə heç olmaması gələcəkdə iddia təmin olunarsa qətnamənin icrasını qeyri-mümkün hala salır. İddiaçı şəxsin adına verilmiş vərəsəlik şəhadətnaməsini və çıxarışı mübahisələndirir, ancaq həmin sənədlərin sahibini məhkəmədən və konkret olaraq mübahisədən kənarda saxlamaq üçün iş üzrə üçüncü səxs qismində belə cəlb etmir və məhkəmə də buna cəhd etmir. Üçüncü şəxs təsadüfən əmlakının üzərinə qoyulmuş müvəqqəti təmin tədbiri barədə ərizəyə dair qərardaddan sonra xəbər tutur, özü ərizə verib prosesə qoşulur. Halbuki iddiaçı mənzil sahibini birbaşa cavabdeh qismində cəlb etməli idi. Bundan başqa prosesə heç qoşulmayan bir şəxsin və məhkəmə qarşısında iddia qaldırmaq hüququnu tanıtmayan bir şəxsin ərizəsinə əsasən onun mülkiyyətçi hüquqlarının məhdudlaşdırlması barədə çıxarılmış qərardar Mülki Prosessual Məcəllənin tələblərinə ziddir. Onun üçüncü şəxs qismində işə qoşulması cavabdeh kimi prosessual hüquqların bəzilərindən istifadə etməsinə imkan vermir. Bu da qəsdən onun hüquqlarının məhdudlaşdırmasına gətirib çıxarır. Məhkəmə bu ərizəni icraatına qəbul etməklə onun hüquqlarının məhdudlaşdırılmasına şərait yaratmışdır. Beləliklə, yuxarıda qeyd edilən pozuntular iddianın məhkəmə icraatının mümkünlüyünə birbaşa təsir edən amillər olmaqla MPM-nin 151-ci maddəsinin tələbləri baxımından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. İddiaçı bildirir ki, o, guya 1994-cü ildən 2015-ci ilədək əmlaka sahiblik etmişdir. Beləliklə, iddiaçının öz təsdiqini tapmayan versiyası nəzərə alınsa belə, iddianın maddi hüquqi əsası kimi yalnız hazırkı Mülki Məcəllə deyil, 1999-cu ildə qüvvədən düşmüş Azərbaycan SSR-nin Mülki Məcəlləsinin müvafiq normalarına istinad olunmalı idi. Göründüyü kimi iddiaçı MPM-nin tələblərinə uyğun olaraq hüquq münasibətinin yarandığı dövr üzrə maddi hüquq normasına istinad etməmişdir. Dolayısı ilə iddianın hüquqi əsası belə qəsdən düzgün müəyyən edilməmişdir. İddiaçı öz iddiasını təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının izahatı iddia ərizəsində göstərilənlər, həmçinin, cinayət işi üzrə digər orqanlarda verilmiş izahatlarla üst-üstə düşməməklə, birbiri ilə ziddiyyətlidir. İddiaçı bildirir ki, guya o, miras kütləsinə daxil olan əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin işin materillarında bunu təsdiq edəcək mötəbər və tutarlı sübut yoxdur. İddiaçı tərəfindən təqdim edilən sübutlar kommunal xidmətlər üzrə qəbzlər və digər sənədlər, həmin evdən iddiaçının istifadəsini təsdiq etmir. Həmin qəbzlər iddiaçının valideynlərinin yaşadığı dövrə təsadüf edir. Uzun müddət evdən istifadə edən iddiaçı kommunal xidmətlərə dair öz adına niyə müqavilə bağlamadığını hər hansı formada əsaslandırmamışdır. Həmin qəbzlərin iddiaçıda olması da xüsusi əhəmiyyət kəsb etmir və miras əmlakın faktiki qəbulunda nəzərə alına bilməz. İddiaçı valideynlərinə, xüsusilə də anasına məxsus əşyaların onda olmasına istinad edərək bildirir ki, valideynləri həm evi, həm də əşyalarını onun istifadəsinə veriblər. Mülki dövriyyədən çıxarılmış və xatirə mahiyyətində olub, başqa hər hansı əhəmiyyəti olmayan həmin əşyaların iddiaçıya hansı formada ötürülməsi məlum deyil, üstəlik bu əşyaların iddiaçıda olması da əmlakın faktiki qəbulunu şərtləndirmir. Həmin lazımsız əşyaları iddiaçı öz istəyi ilə götürə bilər və yaxud həqiqətən də o, əşyaları verə bilərdilər. Digər tərəfdən, əşyaların məsuliyyəti müəyyən olunmadığından, həmin əşyaların iddiaçının valideynlərinə məxsus olması da öz təsdiqini tapmır. Dolayısı ilə sübut kimi təqdim edilmiş həmin əşyalar birbaşa və mötəbər sübut kimi qəbul edilə bilməz və həmin sübutlar işin həllində nəzərə alınmamalıdır. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin subyektiv tərkibi həmin şahidlərin obyektivliyinə ciddi şəkildə şübhə altına alır. Şahidlər iddiaçının ailə üzvləri və şəxsən münasibətdə olduqları adamlardır. Üstəlik onda olan məlumata görə iddiaçı onlara işin müsbət həlli müqabilində müəyyən vədlər vermişdir. Bütün bunlardan əlavə şahidlərin verdikləri ifadələr bir-birinə uyğunluq təşkil etməməklə ziddiyyətlidir və işin həllində rol oynaya bilməz. Hesab edir ki, şahid ifadələrinə məhkəmə tənqidi yanaşacaq və mübahisəyə qiymət verərkən həmin ifadələri nəzərə almayacaqdır, iddiaçının yaxınlarının onun mənafeyinə uyğun və ziddiyyətli ifadələri əsasında iddianın təmin edilməsi qanunsuz qətnamənin çıxarılması ilə nəticələnə bilərdi. Məhkəmədə şahid kimi gələn iddiaçının əmisi qızı X23 öz ifadəsində bildirmişdir ki, iddiaçının evinin arxasında bir neçə tin uzaqda yaşayır, həm qohum, həm də onlara qonşudur. Xədicəxanımnin 2015-ci ilə kimi orada daimi yaşadığını və 2019-cu ilə kimi isə arada gedib-gəldiyini bildirmişdir. Xədicəxanımnin orada yaşadığı dövrdə Babayev Abgülün o evə gəlib getdiyini görmüsünüzmü sualına isə cavab olaraq Babayeva belə bildirmişdir ki, yadında deyil. Şahidə verilən suallar arasında Xədicəxanımnin ərinin nə zaman vəfat etməsini sualına belə həm qonşu, həm də qohum olan Babayeva Şəlalə yenidən yadımda deyil deyərək ümümi bir cavab vermişdir. Çoxsaylı çaşdırıcı suallar arasında Babayevin Abgülün həmin evə gəlib-getdiyini təsdiq etmiş və mübahisəli evin bölünməsinə dair bacı-qardaşlar arasında problem olduğunu bildirmişdir. Bundan başqa, o, həyətdə olan yanğının onun tərəfindən söndürüldüyünü iddia etmişdir. Belə ki, digər şahid X36 isə bunun əksi olara olaraq öz ifadəsində həyətin yanğınını ilkin olaraq qonşular, daha sonra isə FHN tərəfindən söndürüldüyü bildirmişdir. Həyətin yanğınını söndürən Babayeva isə yanğının hansı ayda baş verməsi sualına belə cavab verə bilməmişdir. Müəyyən vədlər müqabilində məhkəmədə şahidlik edən Babayeva bəlirli bir konteksdən kənara çıxmamaqla çətin suallar qarşısında isə yadımda deyil deməklə kifayətlənmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, evin arxasında yerləşən və bir neçə tin uzaqda yaşayan yaxın qohum necə ola bilər, yaxud da nə cür xəbər tuta bilər ki, onun qohumu 2015-ci ilə kimi hər gün evə gəlir və 2019-cu ildən sonra isə ara bir evə gəlib gedib. Necə olur axı ilin 4 fəsli və 365 günündə bu xanım şəxsi həyatı və problemlərini bir kənara qoyub qohumun evini hansı məqsədlər üçün göz həbsində saxlayırdı. Bu belədirsə gərək hər şeydən xəbəri olan X69 qəsəbəsində olan bütün oğurluq və kriminal hadislərdən xəbərdardır. Belə çıxır ki, xanım Babayeva evdar xanım olmaqla yanaşı qanunsuz olaraq detektiv fəaliyəti ilə məşğuldur. Bu isə qüvvədə olan cinayət qanunverciliyi ilə qadağandır və cinayət məsuliyyəti yaradır. Məhkəmədə 2-ci şahid kimi dindirilən X36 öz ifadəsində o, Xədicəxanımnin oğlu ilə yaxın dost olduğunu bildirmişdir. Mübahisəli evdən bir neçə tin aşağıda qapı-pəncərə sexində işləyən İbrahimov Bəhruz da Babayeva Şəlalənin ifadəsinin eyni ilə qismən təkrarlamış, Babayevanın 2015-cı ilə kimi daimi 2019-cu ildən sonra isə arada bir gedib-gəldiyini bildirmişdir. X24rşısında daha yaxşı ifadə verdiyini göstərmək üçün o ona əzbər edilmiş mətndən kənara çıxaraq 2015-ci ildən sonra həyətə Xədicəxanımnin nəzarət etdiyini Raminin həyətdə olan qarajda dəmirçi işlədiyini belə bildirmişdir. Halbuki, bu məsələ iddiaçı tərəfindən gizlədilirdi. Çox düşündürücü bir haldır ki, şahid İbrahimov da işlədiyi sexdə işləyərkən ondan bir neçə tin aralıda olan evin bütün sirlərini bilir və hətta daha irəli gedərək Babayeva Xədicəxanımnin o evə 2015-ci ildən sonra evə nəzarət etmək məqsədi ilə gəldiyini belə müəyyən etmişdir. Çoxsaylı suallar arasında Babayev Abgülün və hətta Məmmədov Kamranı belə polislə evin qapısında gördüyünü bildirmişdir. İş üzrə iddiaçının oğlunun şahid olaraq məhkəməyə təqdim edilməsi gülünc olduğu halda, Xədicəxanımnin oğlu X89 da məhkəmədə şahid kimi dindirilmiş, o da bütünlüklə anasının xeyrinə ifadə vermişdir. Amma dil çaşar düzünü deyər atalar məsəlini atalar boş yerə deməmişdir. Raminin ifadələrində olan ziddiyyətlər digər 2 şahidin ifadələrindəki ziddiyyətlərdən daha çoxdur. Sözsüz ki, bu da iddianın necə boş bir iddia olmasının göstəricisidir. Belə ki, Ramin Əliyev anasının ailə qurandan 2-3 ay sonra ər evində olan şəraitsizliyə görə gəlib ata-anası ilə birgə qaldırını bildirmişdir. Təbii ki, bu ifadə onu düşündürdüyü qədər, məhkəməni də düşündürməlidir. Guya baba və nənəsi ölənə kimi daim onların yanında tək Xədicəxanım və ailəsi qalıb və digər bacıları belə çox gec olaraq arada bir gəlib getmişlər. Babasının nədən öldüyünü xatırlamayan Ramin nənəsinin öldüyü zaman həmin evdə yaşadığını və işdə olduğunu bildirmişdir. Nənəsi ilə babasının ölümü arasında cəmi 5 il fərq olmuşdur. Bu necə bir kamillikdir ki, babası dünyasını dəyişən zaman 11 yaşı olan Ramin babasına dair heç nəyi xatırlamır və nənəyə dair hər şeyi xatırlayır. Ramin daha irəli gedərək baba və nənələrinin hüzürünü onlar etdiyi bildirmişdir. Digər şahidin onu ifşa etməsindən sonra əlacsız qalan Ramin 2008-dən həmin qarajda köhnə maşınları alıb yığıb satmaqla usta kimi məşğul olduğunu demişdir. Daha sonra toyu olduğu zaman həmin evdən çıxdığını amma anasının tək orada yaşadığını qeyd etmişdir. Dayılarının həmin evlə bağlı iddiaları olduğuna görə o anasını da götürüb guya 2016-cı ildə öz həyətində düzətdiyi evə yanına aparmışdır. Ramin Əliyev mübahisəli evin sənədləri kimdə idi sualına isə cavab o belə bir fikir bildirmişdir ki, evin sənədləri anamda idi bir gün dayım (Babayev Abgül) gəlib sənədləri götürdü. Daha sonra isə dayısının sənədləri kimsə onda olan sənədlərin oğurlandığını deyib. Bu sonuncu fikirlərə çox gülünc və abstraktdır, ona görə ki, sözü gedən sənəd mötəbər və qiymətli bir kağızdır, bu nümaranlıq meyvə kimi masa üstündə ola bilməz ki, bunu hər gələn baxıb yerinə qoysun və istəyən götürüb getsin. Daha sonra isə 30 il DİN-də polis işləyən dayıdan isə kimsə həmin sənədi oğurlasın. Sözsüz ki, bu ifadə və digər şahid ifadələri bu ailənin məhkəmə üçün hazırladıqları nağılvari bir mətnin uydurmasından başqa bir şey deyil. Beləliklə, iddiaçının ərizəsində göstərdikləri sübütların heç biri həqiqəti əks etdirmir, iddiaçı bütün ərizələrində mübahisəli evdə yaşadığını qeyd etsə də, əslində isə o polisə verdiyi izahatlarda başqa yerdə yaşadığını öz imzası ilə təsdiq etmişdir. Bundan başqa hazırda mübahisəli mənzil yaşayış üçün yararsız vəziyyətdədir. İddiaçı belə yalan fikirlərlə ilk gündən məhkəməni çaşdırmağa çalışmışdır. Babayeva miras əmlakı faktiki olaraq qəbul etməmiş və həmin əmlaka sahiblik etməmişdir, iddia müddətini, vərəsəliklə bağlı müddəti və əqdin etibarsızlıqla bağlı olan bütün müddətləri ötürən iddiaçı hazırda mübahisəli evin çıxarışı olmasını bilib onu məhkəmədə mübahisələndirərək məhkəməni öz yalanlarına inandıraraq öz xeyirlərinə qətnamə çıxardıb onun qanuni əsaslarla əldə etdiyi evini əlindən almaq həvəsinə düşüblər. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - iddia ərizəsindən görünür ki, İddiaçıxanım Hacıbaba qızı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - ünvan 3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş X15 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının MM-nin 1252-ci maddəsinə əsasən mərhumun nəvəsi olan X28 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X7 iddiaçının barəsində notariat ofisinə məlumat vermədiyi üçün, həmçinin “Elektron Notariat X3”ndən iddiaçının barəsində məlumat əldə edilmədiyi üçün onun adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. Odur ki, iddiaçıya məhkəməyə müraciət etməsi bildirilmişdir. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən verilmiş 3-27-110/2-1259/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi İlqar Muradov küçəsi 21 saylı evə ***-**-** saylı telefon nömrəsi xx.xx.1995-ci il tarixdə çəkilərək Məryəm Babayevanın adına rəsmiləşdirilmişdir. Kompüter bazasında olan məlumata əsasən ***-**-** saylı telefon nömrəsi 19 noyabr 2008-ci il tarixdə vərəsəlik şəhadətnaməsi əsasında X25 adına keçirilmiş və xx.xx.2016-cı il tarixdən aylıq borca görə çıxarılmışdır. - "xxxx" ASC-nin abunə haqqında məlumat vərəqəsindən görünür ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən 21 nömrəli evin elektrik enerjisi üzrə abunə kodu X10 adınadır. - "xxxx" ASC tərəfindən verilmiş 13-13/2-1/16-2234/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin elektron-məlumat bazasında ünvan 4 saylı ev üzrə xx.xx.2000-cı il tarixdən X10 **********10000 nömrəli abunə kodu ilə istehlakçı kimi qeydiyyata alınması barədə məlumat vardır. "xxxx" ASC-nin məlumat bazasında xx.xx.2000-ci ilədək olan dövrdə həmin mənzil üzrə kimin istehlakçı olaraq qeydə alınması barədə məlumat yoxdur. - "xxxx" ASC tərəfindən verilmiş 13-16/2-07/07-3/2/4521/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evi ilə bağlı cəmiyyətin elektron abonent bazasında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda, təqdim edilən sayğac "xxxx" ASC-nin abonent bazasında qeydiyyatda deyildir. - "xxxx" ASC tərəfindən verilmiş 13-16-511/2-xx-xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şüvəlan qəsəbəsi İ.Muradov 21 ünvanına aid şəxslərdən İddiaçıxanım Hacıbaba qızına və X28 aid məlumat aşkarlanmadı. - Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş 15 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 qəsəbəsi İ.Muradov küçəsi 21 ünvanında yerləşən torpaq sahəsinin vergisini 2023-cü ilin sonuna qədər bələdiyyəyə ödəmişdir, borcu yoxdur. - “Azəriqaz” İB tərəfindən verilmiş 14-2-2/2-1512/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanına uyğun **********00000 saylı abonent kodu təbii qaz istehlakçısı kimi İB-nin məlumatlar bazasında Məryam Babayevanın adına qeydiyyatdadır. - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-12-2xx-xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, nümayəndəlik tərəfindən vətəndaş İddiaçıxanım Hacıbaba qızına 37 nömrəli xx.xx.2022-ci il tarixdə verilən arayış Bakı şəhəri 40 saylı notariat ofisindən qonşular tərəfindən imzalanmış akta əsasən verilmişdir. Aktda göstərilənlərə əsasən Bakı şəhəri Şüvəlan qəsəbəsi İ.Muradov küçəsi 21 saylı evdə qeydiyyatsız yaşayan İddiaçıxanım mərhum atası X2 və onun ölümündən sonra orada yaşayıb. - X23, X84 və X36 tərəfindən yazılmış və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, İddiaçıxanım Hacıbaba qızı atası X2 və onun ölümündən sonra onlarla qonşuluqda ünvan 5 ünvanında yaşayır. - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 36 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov (M.Qorki) küçəsi 21 saylı ev təsərrüfat kitabında yoxdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X20 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X12 (xx.xx.1928, vəfat edib), X6 (xx.xx.1930, vəfat edib), qardaşı Maraqlı şəxs3 (xx.xx.1955), qardaşı X38 (xx.xx.1956, vəfat edib), bacısı İddiaçıxanım Hacıbaba qızı (xx.xx.1959), bacısı Maraqlı şəxs5 (xx.xx.1961), bacısı X8 (xx.xx.1963, vəfat edib), bacısı Maraqlı şəxs4 (xx.xx.1965), bacısı Maraqlı şəxs1 (xx.xx.1967), qızı X48 (xx.xx.1990). - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 37 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçıxanım Hacıbaba qızı ünvan 1 ünvanında mərhum atası X1 və onun ölümündən sonra da həmin ünvanda yaşamışdır. - xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X44 Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1994-cü il tarixdə ölmüş babası X15 miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən 2V-206 reyestr nömrəsi ilə verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X21 vərəsəsi oğlu X46 idi, lakin onun xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar ünvan 7 ünvanında qeydiyyatda olan nəvəsi X30r və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.8 kv.m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.06402 ha olan torpaq sahəsindən ibarətdir. - İİ-ЖГ seriyalı 485655 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X45 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsi Qorki küçəsində yerləşən 21 nömrəli ev X31 məxsusdur. - “Elektron notariat” X3 vasitəsilə “X27” AQİS-dən çıxarışdan görünür ki, X46 xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.2020-ci il tarixdə ölmüşdür. X19, anası X26r. X46 xx.xx.1989-cu il tarixdə X65 ilə nikah bağlamışdır, həmin nikahdan xx.xx.1992-ci il tarixdə X62 doğulmuşdur. - AZ-İİ seriyalı 079128 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X46 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ seriyalı 022795 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/69-166 nömrəli xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X51 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X52, X6dır. - ИЕ seriyalı 219402 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X45 ilə X29 xx.xx.1954-cü il tarixdə evlənmişlər. - AZ-İ seriyalı 716387 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X66 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 095896 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X60 ilə X53 xx.xx.2016-cı il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. - XVİİ-ЖГ seriyalı 297305 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X53 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X46, anası X54r. - İV-ЖГ seriyalı 462388 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X46 ilə X66 xx.xx.1989-cu il tarixdə nikah bağlamışlar. - xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinin və xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, X44 ünvan 1 ünvanı üzrə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə Şüvəlan Bələdiyyəsinə 8.32 manat torpaq vergisi ödəmişdir. - V-ЖГ seriyalı 385650 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə X32 xx.xx.1990-cı il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. - AZ-İ seriyalı 499860 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-T seriyalı 190348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X49, X6dır. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X12, X6dır. - X23, X36 və X11 tərəfindən yazılmış və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə mərhum X12na məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. - AZ-T seriyalı 190346 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X12, X6dır. - İX-ЖГ seriyalı 394171 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, X12, X6dır. - AZ-İİ seriyalı 289149 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evi və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X21 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan X45 xx.xx.1994-cü il tarixdə ölmüşdür. X21 birinci növbə vərəsələri - arvadı X29, oğulları Maraqlı şəxs3, X46, qızları İddiaçıxanım Hacıbaba qızı, Maraqlı şəxs5, X8, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs2dır. X29 xx.xx.1999-cu il tarixdə, X46 xx.xx.2020-ci il tarixdə, X8 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Miras əmlak Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X15 miras qalmış miras əmlaka X20 tam miras payı müəyyən edilmişdir. İddiaçının tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə o, atasına çatası miras payından məhrum edilmişdir. Məhkəmə hesab edir ki, həm iddiaçı iddia ərizəsini əsaslandırarkən, həm notarius vərəsəlik şəhadətnaməsi verərkən qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etsə də, lakin tərəflər arasında yaranmış münasibətlər 1964-cü ildə qəbul edilmiş Mülki Məcəllənin təsir dairəsinə düşür. Belə ki, miras açılan zaman, yəni 1994-cü ildə vərəsəliklə bağlı münasibətləri 2000-ci ilin sentyabrına 1-dək qüvvədə olan Mülki Məcəllə tənzimləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsində göstərilmişdir ki, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Həmin Məcəllənin 566-cı maddəsinə əsasən Əmanətçi, əmanət kassasına və ya banka sərəncam vermədikdə, əmanətçi ölən vaxt onun əmanəti bu bölmənin qaydaları üzrə ümumi əsaslara müvafiq olaraq vərəsələrə keçir. Bundan başqa hüquq nəzəriyyəsində mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında” 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onlan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. İddiaçı Xədicəxanımxanım atasının ölümündən uzun müddət əvvəldən 2015-ci ilədək fasiləsiz olaraq miras əmlakda yaşamış, bu fakt işin mübahisələndirilməyən halına çevrilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, miras qoya X45 xx.xx.1994-cü ildə ölmüşdür. İddiaçıxanım Hacıbaba qızı miras qoyan - atası X2 və onun ölümündən sonra əri, uşaqları ilə birlikdə miras əmlakda yaşamış, qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mübahisəli miras əmlak olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evini və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsini miras kimi faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir. Bundan başqa, evin təsərrüfat və təmir işləri, о cümlədən, kommunal xərclər üzrə ödənişlər iddiaçı və onun ailə üzvləri tərəfindən həyata keçirilmişdir. Başqa sözlə, İddiaçıxanım Hacıbaba qızının mirası qəbul etməsi üçün mütləq notariat ofisinə müraciət etməsi məcburi şərt olmamışdır. Lakin iddiaçının mərhum qardaşı X25 qızı X44 miras əmlakı qəbul edən zaman birinci növbə vərəsələrin olmasına dair notariat ofisinə ərizə verərkən bu barədə məlumat verməmiş, yəni digər vərəsələrin olduğunu gizlətmişdir. Notariat ofisi isə digər vərəsələrin olduğunu müəyyən etmədən miras əmlaka dair yalnız X28 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu fakt ünvan 3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla da təsdiq olunur. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X47 tərəfindən verilmiş reyestrdə 2V-206 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin X20 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə eyni zamanda, iddianın “miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 7 saylı notariat kontorunun notariusunun üzərinə vəzifə qoyulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassızdır. Məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi notariat kontorlarının vəzifələrindən biridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X47 tərəfindən verilmiş reyestrdə 2V-206 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, həmin şəhadətnamə əsasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin X20 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-1026/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1026/2023
14.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver