Məhkəmə qərarları › İş №e-2(003)-104/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-104/2023

17.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-104/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndə və vəkili X13, Cavabdeh2 nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 və ünvan qarşı “şəxsin yeganə vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddiası və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X18 və ünvan qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş anası mərhum X11 yeganə vərəsəsi kimi tanınması və İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş anası mərhum X9 miras qalan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) mənzilin, **-ZC-*** dövlət qeydiyyat nişanlı Nissan Micra minik markalı avtomobilin və AccessBank QSC-də əmanət vəsaitinin üzərində TAM hissədə payının müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X20 tərəfindən cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli 4Ə-422 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən bağışlanmış Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilində Cavabdeh2 1/6 hissədə məcburi pay hüququnun tanınması barədə qətnamə çıxarılması, çıxarılacaq qətnamənin göstərilən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına müvafiq qeydiyyatın aparılması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 saylı Notariat Ofisində Vərəsəlik işi açılmışdır. Mərhum mirasqoyan xx.xx.1952-ci il təvəllüdlü X20 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhumun vəfat etdiyi vaxtda onun birinci növbə 3 vərəsəsi, onun övladları həyatda idi. Mərhumun ölümü ilə əlaqədar onun övladları İddiaçı və Cavabdeh2 29 yanvar 2022-ci il tarixində ünvan müraciət etmişdirlər, hər ikisi mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdirlər. Mərhumun digər övladı - X10 isə, 18 saylı Notariat Ofisinə ərizə ünvanlayaraq, ona çatacaq miras payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Mərhum mirasqoyanın həyat yoldaşı X14 isə, mərhumdan daha öncə, xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixində 18 saylı Notariat Ofisində mərhum X11 ölümü ilə əlaqədar vərəsəlik işi açılmışdır, mərhumun iki övladı mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Mirasqoyanın ölümü və vərəsəlik işi ilə əlaqədar aşağıdakı sənədlər hazırki iddia ərizəsinə əlavə edilir. X3 ölüm haqda şəhadətnaməsi; iddiaçının mirasqoyanın oğlu olmasını təsdiq edən iddiaçının doğum haqda şəhadətnaməsi; iddiaçının bacısı X4 ona çatacaq miras payından qardaşı İddiaçı xeyrinə imtina barədə xx.xx.2022 tarixli ərizəsi; cavabdehin mirasın qəbul edilməsi ilə bağlı xx.xx.2022 tarixli ərizəsi; Mərhum mirasqoyanın əri X7 ölüm haqda şəhadətnaməsi. Mirasın tərkibi aşağıdakı əmlaklardan ibarətdir: Avtomobil. Mərhum mirasqoyan X15 məxsus 90-ZC- 345 dövlət qeydiyyat nişanlı Nissan Micra minik markalı avtomobil miras kütləsinə daxildir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi hazırki iddia ərizəsinə əlavə edilir. Mənzil. Mərhum X19 Cavad qızma məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) mənzil miras kütləsinə daxildir. Mənzilin ƏMDK yanında DƏDRX reyestrindən çıxarış hazırki iddia ərizəsinə əlavə edilir. AccessBank QSC-də əmanət vəsaiti. Əmanətin məbləği və tarixçəsi barədə AccessBank QSC-nin Babək filialı tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli 019354 saylı məktub hazırki iddia ərizəsinə əlavə edilir. İddiaçi cavabdehə mirasdan hər-hansı payın verilməsinə etiraz edir. İddiaçı mərhum anasının müalicəsi ilə bağlı xərc çəkmişdir. İddiaçının anası ilə çox sıx ana-oğul münasibətləri mövcud olmuşdur. İddiaçı daim anasına baxmış, ona maddi və mənəvi köməklik göstərmişdir. İddiaçı anasının son günlərinə kimi onun yanında olmuşdur, ona qayğı göstərmişdir. Mərhum mirasqoyan ömrünün son illərində kəskin xəstəliyə tutulmuşdur, xəstəliyinin müalicəsi ilə bağlı xarici ölkələrə (Türkiyə, Almaniya, İsveç və s.) üz tutmuşdur. Sözügedən müalicələrin həmin ölkələrdə aparılması kifayət qədər vəsait tələb edirdi, həmin vəsaitin hamısı iddiaçı tərəfindən qarşılanırdı. İddiaçı anasını həmin ölkələrə müşayiət etmiş, ona lazımi dərman preparatlarını hər zaman vaxtı-vaxtında almışdır. Onu müxtəlif həkim müayinələrindən və müalicəvi prosedurlardan keçirmişdir. Bütün bu xərclərin hamısı iddiaçının şəxsi vəsaiti hesabına qarşılanmışdır. İddiaçının anasının əmlakını idarə etmişdir, anasının peşə və kommersiya fəaliyyətində yaxından iştirak etmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı anasına hər bir mənada maddi və mənəvi dəstək göstərmişdir. Cavabdeh isə, daim xarici ölkədə yaşamışdır, anasının həyatında iştirak etməmişdir. Vacib qeyd: iddiaçının xüsusi töhfəsinə dəlalət edən, onun çəkdiyi xərcləri sübut edən sənədlər tərəfimizdən müvafiq qurumlara sorğu edilmişdir. Sorğulara cavablar əldə ediləndən sonra məhkəməyə təqdim ediləcəkdir. İddiaçı tam hissədə vərəsəlik haqda şəhadətnamə tələb edir. İddiaçı mirasın açıldığı 18 saylı Notariat Ofisinə yazılı şəkildə müraciət etmiş və ona mirasın tam hissəsində vərəsəlik hüququ haqda şəhadətnamənin verilməsini tələb etmişdir. Lakin Notariat Ofisindən ona yalnız 2/3 hissədə vərəsəlik vərəsəlik şəhadətnaməsinin verilə biləcəyi bildirilmişdir. 18 saylı Notariat Ofisinin bizə ünvanladığı 17 may 2022 tarixli 590 saylı məktubuna əsasən, iddiaçıya vərəsəlik haqda şəhadətnamənin verilməsindən imtina edilmiş, bununla bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 18 saylı Notariat Ofisinin bizə ünvanladığı xx.xx.2022-ci il tarixli 590 saylı imtina məktubu hazırki iddia ərizəsinə əlavə edilir. İddiaçı mirasın qəbulu üçün vaxtında müraciət etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilən materiallardan görünür ki, İddiaçı anasından qalmış mirası qəbul etmək üçün xx.xx.2022-ci il tarixində 18 saylı Notariat Ofisinə müraciət etmişdir. (iddiaçının notarial qaydada təsdiq edilmiş xx.xx.2022 tarixli ərizəsi hazırki iddia ərizəsinə əlavə edilir). Göründüyü kimi, iddiaçı mirası vaxtında qəbul edən yeganə birinci növbə vərəsəsidir. Belə olan halda isə, iddiaçıya vərəsəlik hüququ haqda şəhadətnamə verilməlidir. Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. Cavabdeh İddiaçı onun doğma qardaşıdır. Onların anası mirasqoyan xx.xx.1952-ci il təvəllüdlü X20 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun vəfat etdiyi vaxtda birinci növbə 3 vərəsəsi – 3 övladı həyatda olmuşdur. Həmin övladlar xx.xx.2022-ci il tarixdə ünvan mirasın qəbul edilməsi üçün müraciət etmiş və vərəsəlik işi açılmışdır. X1 ona çatacaq miras paydan qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Mirasın tərkibinə daxil olan əmlaklar – Nissan Micra markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi M.Hadi küçəsi 136P saylı evin 49 saylı mənzili və AccessBank QSC-də olan əmanət hesabıdır. Miras kütləyə daxil olan yuxarıdakı əmlaklardan başqa mərhum X11 adında Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzili də olmuşdur. Həmin mənzil DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi xx.xx.2020-ci il tarixli 4Ə-422 reyestr nömrəli X20 və İddiaçı arasında imzalanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh2 mərhum X11 birinci növbəli 3 vərəsəsindən biridir. Ona görə də onun bağışlanmış əmlakda məcburi payı mövcuddur. Konstitusiya məhkəməsinin qərarına və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, cavabdeh İddiaçı miras qoyan mərhum X20 tərəfindən Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzili ölümündən 1 il 9 ay qabaq bağışladığı üçün iddiaçı Cavabdeh2 həmin əmlakda məcburi pay hüququ var. Miras qoyan Pakizə Mahmudovanın miras açılan vaxtı üç vərəsəsi olmuşdur, bu halda miras əmlakdakı məcburi payı 1/6 hissə təşkil edəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndə və vəkili X24 iddia tələbini müdafiə edərək İddiaçı iddiasının təmin edilməsini, Cavabdeh2 iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndə və vəkili X24 həmçinin, Cavabdeh2 iddiasına etiraz ərizəsi təqdim edərək, cavabdehin istinad etdiyi MM-in 1200-cü maddəsinin hüquqi əsası nədir? Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına əsasən məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəlivərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Mirasda məcburi pay vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Miras qoyan mənzilini üçüncü şəxsə deyil, öz oğluna, yəni birinci növbə vərəsəyə bağışlamışdır. Qüvvədə olan AR MM-nin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Mirasqoyan isə əmlakını oğluna, yəni birinci növbə vərəsəyə və məcburi paya hüququ olan şəxsə bağışlamışdır. İddianın təmin edilməsi üçün 4 şərtin hamısı gözlənilməlidir. Lakin şərtlərdən biri mövcud deyildir. Sözügedən KM qərarında əsasən, Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Nəticə: Mirasqoyan isə əmlakını oğluna, yəni birinci növbə vərəsəyə və məcburi paya hüququ olan şəxsə bağışlamışdır. Göründüyü kimi, yuxarıda sadalanan və gözlənilməli olan şərtlərdən biri mövcud deyildir. Belə olan halda isə, həmin məcburi pay barədə iddia tələbi təmin edilmə bilməz. 1200-cü maddənin əsası və məqsədi nədir? Sözügedən KM qərarına əsasən, KM Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. KM sözügedən qərarında vurğulanır ki, məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Nəticə: Göründüyü kimi, məcburi pay təminatının əsas qayəsi birinci növbə vərəsənin hüquqlarını qorumaqdır. Hazırki vəziyyətə münasibətdə isə, mirasoqoyanın vəfatından sonra mənzil (miras) yad şəxslərə, digər qohumlara deyil, məhz mirasqoyanın ailə üzvü, doğma oğlu olan və birinci növbə vərəsə sayılan İddiaçı hədiyyə edilib. Belə olan halda isə, məcburi payın əsas təminatına da ehtiyac qalmır. MM-in 1200-cü maddəsində “üçüncü şəsxə bağışladıqda” sözləri xüsusilə vurğulanıb. Mülki Məcəllənin 1200-cü maddəsində “üçüncü şəxs” sözləri təsadüfən vurğulanmayıb. Belə ki, həmin maddənin məqsədi odur ki, qanun üzrə birinci vərəsələrin hüquqları təminat altında olsun. Əksi olsaydı, həmin maddədə “üçüncü şəxs” sözləri olmazdı və yaxud ümumilikdə “əşya bağışlandıqda” sözləri yazılardı. KM sözügedən qərarında qeyd olunur ki, bəzi hallarda miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Göründüyü kimi, MM-in1200-cü maddəsində “üçüncü şəxs” sözlərinin yazılması əşyanın yad şəxslərə, yəni birinci növbə vərəsə(lər)yə deyil, digər şəxslərə, o cümlədən, mərhum ilə qohumluq münasibətində olmayan şəxsləri nəzərdə tutur. Belə olan halda isə, qarşılıqlı iddianın hüquqi əsası mövcud olmur. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, iddiaçı Cavabdeh2 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. Cavabdeh İddiaçı onun doğma qardaşıdır. Onların anası mirasqoyan xx.xx.1952-ci il təvəllüdlü X20 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun vəfat etdiyi vaxtda birinci növbə 3 vərəsəsi - 3 övladı həyatda olmuşdur. Həmin övladlar xx.xx.2022-ci il tarixdə ünvan mirasın qəbul edilməsi üçün müraciət etmiş və vərəsəlik işi açılmışdır. X1 ona çatacaq miras paydan qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Mirasın tərkibinə daxil olan əmlaklar - Nissan Micra markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 136P saylı evin 49 saylı mənzili və Accessbank QSC-də olan əmanət hesabıdır. X20 oğlu İddiaçı ilə yaşasa da onun sağlığında demək olar ki, bütün xərclərini Cavabdeh2 çəkmişdir. Bu faktı təkcə Eldəniz deyil, bütün qohumlar da təsdiq edə bilər. Belə ki, Cavabdeh2 hər ay yaşadığı X17 adına pul göndərmiş, onun müalicəsi xərclərini çəkmiş, Türkiyədə müalicəsi üçün bilet almış və s. etmişdir. Əslində bir övlad kimi Cavabdeh2 üzərinə düşən öhdəliyi icra etmişdir. Sadəcə olaraq ilkin iddiaçı övlad kimi etməli olduğu şeyi iddia ərizəsində minnnətlə bildirməsi və buna görə cavabdeh Ceyran Sultanovu miras paydan məhrum etməyə çalışması absurddur. Sağlığında anasının qayğısına qalmayan, onun xəstəliyi ilə maraqlanmayan, anasının mülkiyyətində olan avtomobili idarə edən, anasının mülkiyyətində olan başqa mənzili özünə bağışlanmasına nail olan şəxs iddia ərizəsində bu barədə söhbət açmamalı idi. Cavabdeh2 anası X12 müalicəsi üçün təyyarə biletini də özü almışdır. 31,05.2021-ci ildə alınmış bilet bunu təsdiq edir. Cavabdeh2 əri İlqar Sultan vasitəsilə anası Pakizə Mahmudovaya dəfələrlə Western Union vasitəsilə pul göndərmişdir (bank sənədləri əlavə olunur). Bundan başqa, Cavabdeh2 anası Pakizə Mahmudovanın müalicəsinin davam etdirilməsi üçün Skandinaviyanın ən böyük Dokrates Cansersjukhus xəstəxanasından müalicə alması üçün müraciət etmiş və ora X8 anasının xəstəliyi barədə ingilis dilində sənədləri göndərmişdir. Lakin İddiaçı buna qəti etriaz etdiyi üçün müalicənin İsveçdə aparılması baş tutmamışdır (xəstəxanaya göndərilən sənədlər əlavə olunur). Qeyd olunanlardan əlavə 2018-ci ilin iyun ayında X12 müalicəsi zamanı xərçəngin metastad verdiyi üzə çıxdığına görə əvvəlki dərmanlar eyniləri ilə əvəz edilməli oldu. Dərmanın adı Tagrisso idi və çox bahalı idi (30 tabletı 5000-22000 ABŞ dolları edirdi). Cavabdeh2 dərmanı Türkiyədə depodan 3 aylıq tapmış və həmin dərmanı almaq üçün İsveç bankından 60000 İsveç kronu (12000 manat) alaraq Türkiyəyə getmişdir (bank sənədləri əlavə olunur). Göründüyü kimi, Cavabdeh2 bir övlad kimi üzərinə düşəni yerinə yetirmişdir. Ceyran anası üçün xərclədiklərini heç zaman bildirməmişdir. Bunları qeyd etməkdə məqsəd isə cavabdeh İddiaçı yalanını üzə çıxarmaqdır. O, anasına etmədiklərim iddiada bildirməklə Cavabdeh2m miras paydan məhrum etməyə çalışır. Bunun isə heç bir əsası yoxdur. Miras kütləyə daxil olan yuxarıdakı əmlaklardan başqa mərhum X11 adında Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzili də olmuşdur. Həmin mənzil DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi xx.xx.2020-ci il tarixli 4Ə-422 reyestr nömrəli X20 və İddiaçı arasında imzalanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh2 mərhum X11 birinci növbəli 3 vərəsəsindən biridir. Ona görə də onun bağışlanmış əmlakda məcburi payı mövcuddur. Lakin iddiaçı hüquqdan sui-istifadə edərək həmin əmlakın anası tərəfindən özünə bağışlanılmasına nail olmuşdur. Bununla da o, digər vərəsələri miras əmlakdan bilərəkdən məhrum etmişdir. Odur ki, iddia rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən İddiaçı Cavabdeh2 və ünvan qarşı “şəxsin yeganə vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci ildə doğulmuş İddiaçı atası X14, anası X16r. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Nissan Micra minik markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 adına qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) X11 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan X10 tərəfindən ünvan ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası – X9 irs qalmış yaşayış evi, mənzil və otaq, qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 miras qalmış mənzil, maşın və əmanətdən ibarət əmlakdan ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə, habelə məcburi paya) vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X20 Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi ev 21, 3 saylı mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi ev 21, 3 saylı mənzil 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-422 reyestr nömrəli, X20 və İddiaçı arasında imzalanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına Pakizə Mahmudovanın adına alınmış Bakı-İstanbul və İstanbul-Bakı aviabiletləri əlavə edilmişdir. İş materiallarına İlqar Sultan tərəfindən Pakizə Mahmudovaya pul vəsaitinin köçürülməsi barədə çıxarışlar əlavə edilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, iş üzrə tərəflər İddiaçı və Cavabdeh2 xx.xx.2021-ci il tarixində vəfat etmiş X11 uşaqlarıdır. Mərhumun digər övladı isə X5r (öz miras payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir), həyat yoldaşı isə vəfat etmişdir. X11 miras əmlakı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) mənzil, **-ZC-*** dövlət qeydiyyat nişanlı Nissan Micra minik markalı avtomobil və AccessBank QSC-də əmanət vəsaitindən ibarətdir. Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzil isə mərhumun sağlığında İddiaçı bağışlanmış, sonuncunun mülkiyyətindədir. İddiaçı məhkəməyə iddia ilə müraciət edərək, mərhum anası ilə digər övladlarından daha sıx ana-övlad münasibətlərində olması, ona baxaraq maddi və mənəvi dəstək olması və müalicəsi ilə əlaqədar bütün xərclərin tərəfindən qarşılanmasını əsas gətirərək, mərhumun yeganə vərəsəsi kimi tanınması və miras əmlaka dair tam pay hüququ almağını xahiş edir. Cavabdeh2 isə iddia ilə məhkəməyə müraciət edərək, mərhum anaları X2 onun tərəfindən İddiaçı bağışlanaraq sonuncunun mülkiyyətinə keçmiş əmlaka dair (Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzil) məcburi pay hüququnun müəyyən edilməsini, həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir. Məhkəmə İddiaçı iddiasına münasibətdə qeyd edir ki, iddiaçı öz tələbinə dair Mülki Məcəllənin 1297 və 1299-cu maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1297-ci maddəsinə əsasən, ailə təsərrüfatında əməyi ilə, miras qoyanın peşə və kommersiya fəaliyyətində iştirakla, özünün çəkdiyi xeyli xərclərlə, yaxud başqa şəkildə miras qoyanın əmlakının qorunmasına və artırılmasına xüsusi töhfə vermiş övlad (enən xətt üzrə qohum) miras qoyanın əmlakı bölüşdürülərkən onunla birlikdə qanun üzrə vərəsə sayılan və miras tələb edən qohumlarla bərabərləşdirilməsini tələb edə bilər. Həmin Məcəllənin 1299-cu maddəsinə əsasən, miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. Əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir. Məhkəmə qeyd edir ki, İddiaçı mərhum anasının miras əmlakına yeganə vərəsə hesab olunması üçün irəli sürdüyü dəlillərini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, iş üzrə müəyyən olunur ki, Cavabdeh2 mərhumun qanun üzrə vərəsəsi olmaqla İddiaçı ilə birlikdə hüquqlara malikdir. Hazırda İddiaçı yeganə vərəsə kimi miras əmlaka tam hissədə pay hüququnun müəyyən edilməsi mərhumun digər vərəsəsinin hüququnun pozulması olardı. Məhkəmə hesab edir ki, İddiaçı mərhum anası X11 yeganə vərəsəsi olmadığından, onun anasına məxsus miras əmlaka tam hissədə pay hüququnun müəyyən edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, iddiasının təmin edilməsi üçün əsas olmadığından, iddia təmin edilməməlidir. Digər iddia tələbi üzrə Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilə məcburi pay hüququnun müəyyən edilməsini xahiş etmişdir. Həmin mənzil tərəflərin anası Pakizə Mahmudovanın mülkiyyətində olmuş, xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Göründüyü kimi, vərəsə Cavabdeh2 qanunda göstərilən müvafiq müddət ərzində miras əmlaka məcburi pay hüququnun müəyyən edilməsi üçün müraciət etmişdir. Mülki Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Həmin Qərarda qeyd olunur ki, Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əvvəlcə, məhkəmə qeyd edir ki, irəli sürülən iddia tələbi üzrə yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və miras əmlaklara dair mülkiyyət hüququnun əldə edilmə müddəti baxımından mübahisəyə qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları tətbiq olunmalıdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı və cavabdeh X22 vərəsələridir. Mərhum sağlığında özünə məxsus Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzili İddiaçı bağışlamışdır. Qanunda miras əmlakın vərəsələrə keçməsinin 3 əsası nəzərdə tutulmuşdur: birincisi, qanun üzrə; ikincisi vəsiyyətnamə üzrə; üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. Qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Hazırkı mübahisə üzrə mərhum Pakizə Mahmudova öz əmlakını qanun üzrə vərəsələrindən birinə bağışlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının miras əmlakda məcburi pay hüquqları yaranır. Qanunvericiliyin müddəalarında məcburi payın yaranmasının dispozitiv şərtləri nəzərdə tutulmuşdur. Qanunun mənasına görə tamamlanma tələbinin təmin edilməsi üçün ilk növbədə tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olması əsas şərtlərdir. İddiaçının miras qoyan X22 övladı olması işin mübahisəsiz halıdır və bu barədə əvvəldə də qeyd edilib. Həmçinin, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının mirasda məcburi pay hüququnun yaranması üçün sadalanan digər dispozitiv şərtlər də mövcuddur. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, cavabdeh mərhum Pakizə Mahmudovaya məxsus əmlakı xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında əldə etmişdir. Qeyd edilən maddi hüquq normalarının tələbinə əsasən, iddiaçı Cavabdeh2 Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzildə məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını təşkil etməlidir. X22 üç övladı onun vərəsələri olduğundan, Cavabdeh2 Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzildə məcburi payı qanun üzrə vərəsəlik zamanı ona çatası 1/3 payın yarısını, yəni 1/6 təşkil etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilin 1/6 hissəsinə məcburi bayı müəyyən edilməlidir. Bundan başqa, Cavabdeh2 iddia ərizəsində çıxarılacaq qətnamədə göstərilən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına müvafiq qeydiyyatın aparılması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir. Bununla bağlı iddiaçının göstərilən tələbini vəsatət kimi qəbul edərək məhkəmə qeyd edir ki, iddiaçının xahişinin təmin olunması üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən, ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi gələcəkdə iddiaçının mübahisəli əmlaka dair hüquqlarının qeydə alınması üçün əsas olacağından, qətnamənin nəticə hissəsində bununla bağlı qeyd göstərilməsinə zərurət yoxdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 və ünvan qarşı “şəxsin yeganə vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh2 Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilinə 1/6 hissəsinə pay hüququ (məcburi pay) müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2 və ünvan qarşı “şəxsin yeganə vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddiası təmin edilsin. Cavabdeh2 Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilin 1/6 hissəsinə pay hüququ (məcburi pay) müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar