Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1040/2024 16.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinin Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə pul" tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinin Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı - "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli, ML/3457 nömrəli X9 üzrə 5.131,72 manat məbləğdə qalıq borcun və gecikdirilmiş vaxt üçün gecikdirilmiş həmin vəsaitin illik beş faizi, yəni 256,59 manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə 5.388,31 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı - "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı - İddiaçı BOKT MMC ilə cavabdeh - Cavabdeh arasında 13 dekabr 2021-ci il tarixli, ML/3457 nömrəli X9 bağlanıb. Həmin müqaviləyə əsasən, iddiaçı - İddiaçı BOKT MMC (Lizinq verən) mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Chevrolet Cruze” minik markalı, 1G1PC5SB9D7215223 ban nömrəli nəqliyyat vasitəsini (lizing obyekti) cavabdeh - Cavabdeh (lizinq alan) müvəqqəti sahiblik və istifadəsinə verməyi, cavabdeh isə bunun müqabilində iddiaçıya hər ay razılaşdırılmış lizinq haqqı ödəməyi öhdəsinə götürüb. 13 dekabr 2021-ci il tarixli, ML/3457 nömrəli X5 8.2-ci maddəsinə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 24% dərəcəsi ilə 36 ay müddətinə 14.124 manat təşkil edir. Bu məbləğdən 4.124 manat iddiaçının mükafatını təşkil edir. Sözügedən X9 üzrə ödəniş cədvəlinə uyğun olaraq cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək hər ayın 13-ü tarixində iddiaçının bank hesabına 392,33 manat məbləğində lizinq haqqı ödəməli idi. Lakin cavabdeh – Cavabdeh xx.xx.2023-cü ildən bəri müqavilə üzrə öhdəliyini icra etmir, lizinq haqqı ödənişini həyata keçirmir. 07 iyul 2023-cü il tarixli, 644/23 nömrəli arayışa əsasən Cavabdeh cari lizinq borcu 8.009,78 manat təşkil edir. Digər bir tərəfdən cavabdeh iddiaçının yazılı razılığı olmadan lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Chevrolet Cruze” minik markalı, 1G1PC5SB9D7215223 ban nömrəli nəqliyyat vasitəsini X1 verib. Avtomobili iddiaçıdan xəbərsiz idarə edən X6 qəza törədib. Bu zaman onun adına nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə olmadığı üçün Elxan Piriyev sığorta ödənişi ala bilməyib. Buna görə də qəzalı avtomobili 2023-cü ilin fevral ayında iddiaçı - İddiaçı BOKT MMC-nin meydançasına tərk edib. Belə olan halda iddiaçı -İddiaçı BOKT MMC qanunvericiliyin və müqavilənin ona tanıdığı hüquqdan istifadə etməklə cavabdeh – Cavabdeh müvafiq bildiriş ünvanlayıb. Həmin bildirişdə 13 dekabr 2021-ci il tarixli, ML/3457 nömrəli X5 iddiaçı tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilməsi bəyan edilib. Bununla yanaşı, bildirişdə qeyd edilib ki, müqavilə ləğv olunduğu andan 15 təqvim günü ərzində Cavabdeh lizinq obyektininin alınmasında üstünlük hüququ tanınır. Cavabdeh bu müddət ərzində lizinq obyekti olan nəqliyyat vasitəsini bazar qiymətinə uyğun satın ala və ya lizinq obyektinin alıcısını göstərə bilər. 13 dekabr 2021-ci il tarixli, ML/3457 nömrəli X9 ləğv edildikdən 15 təqvim günü ərzində Cavabdeh lizinq obyektini almadığı və ya alıcını göstərmədiyi təqdirdə qəzalı vəziyyətdə olan lizinq obyekti - 2013-cü il buraxılışlı, “Chevrolet Cruze” minik markalı, 1G1PC5SB9D7215223 ban nömrəli nəqliyyat vasitəsi lizinq verən tərəfindən mövcud bazar qiymətinə uyğun olaraq satışa çıxarılacaq. Həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait Cavabdeh İddiaçı BOKT MMC-yə olan 8.009,78 manat məbləğində borcundan çıxılacaq. Həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait lizinq alanın lizinq verənə olan borcunu tam ödəmədiyi təqdirdə qalıq borcun lizinq alan - Cavabdeh tutularaq lizinq verən – İddiaçı BOKT MMC-yə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcək. Cavabdeh – Cavabdeh bildirişdə qeyd edilən müddət ərzində iddiaçı - İddiaçı BOKT MMC-yə heç bir geri dönüş etməyib. İddiaçı bildirişdə cavabdehə xəbərdarlıq etdiyi qaydada lizinq obyekti olan nəqliyyat vasitəsini satışa çıxarıb. "xxxx" MMC tərəfindən tərtib edilmiş “əmlakın qiymətləndirilməsinin nəcələri haqqında” Hesabata əsasən 2013-cü il buraxılışlı, “Chevrolet Cruze” minik markalı, 1G1PC5SB9D7215223 ban nömrəli qəzalı nəqliyyat vasitəsinin bazar dəyəri 3.500 manat məbləğində müəyyənləşdirilib. Lakin avtomobil qəzalı vəziyyətdə olduğuna görə uzun müddət satışda qalsa da, alıcı olmadı. Belə olan haldaİddiaçı BOKT MMC məcburiyyət qarşısında qalaraq avtomobilin dəmir parçalarını qiymətləndirici hesabatda qeyd edilən məbləğə uyğun olaraq 3.000 manat məbləğdə dəmir məhsulları alıcısına satıb. Sözügedən nəqliyyat vasitəsi parçalarının satışından əldə edilən 3.000 manat məbləğində pul vəsaiti cavabdeh - Cavabdeh iddiaçı - İddiaçı BOKT MMC-yə olan 8.009,7 manat məbləğində borcundan çıxılıb. Lakin bu vəsait cavabdehin iddiaçıya olan borcunu tam ödəməyib. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə girovun dəyəri 13500 manat, kreditin məbləği 10000 manat, kreditin faizi 24%, kreditin müddəti 36 ay olmuşdur. İş materiallarında olan: ML/3457 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X7 adından etibarnamə əsasında çıxış edən X2 1 ədəd 2013-cü il buraxılışı olan “Chevrolet Cruze” minik markalı, 1G1PC5SB9D7215223 ban nömrəli avtomobili "xxxx" BOKT MMC-nin mülkiyətinə vermiş, "xxxx" BOKT MMC isə bu avtomobili ML/3457 saylı X9nə əsasən Cavabdeh lizinqə verilməsi məqsədilə almışdır. ML/3457 nömrəli, xx.xx.2021-ci il tarixli X9ndən görünür ki, "xxxx" BOKT MMC Cavabdeh tərəfindən seçilmiş 1 ədəd 2013-cü il buraxılışı olan “Chevrolet Cruze” minik markalı, 1G1PC5SB9D7215223 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və həmin avtomobili Cavabdeh müəyyən haqq müqabilində müvəqqəti sahibliyinə və istifadəyə verməyi, Cavabdeh isə həmin avtomobili bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin avtomobilin qiyməti 13500 manat təşkil etmişdir. İlkin lizinq məbləği 10000 manat təşkil etmişdir. Cavabdeh həmin lizinq məbləğini illik 24% dərəcəsi ilə 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" BOKT MMC-yə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 14124 manat olmuşdur. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" BOKT MMC-yə məxsus “Chevrolet Cruze” minik markalı, 1G1PC5SB9D7215223 ban nömrəli, **-PH-*** qeydiyyat nişanlı avtomobil müştəriyə verilmişdir. Lizinq müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" BOKT MMC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 392,33 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatından görünür ki, “Chevrolet Cruze” minik markalı, 1G1PC5SB9D7215223 ban nömrəli, **-PH-*** qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 3500 manat olmuşdur. "xxxx" BOKT MMC tərəfindən Cavabdeh ünvanlanmış 652/23 nömrəli, 11 iyul 2023-cü il tarixli və 1581/23 nömrəli, 14 dekabr 2023-cü il tarixli bildirişlərdən görünür ki, cavabdehdən borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 1650/23 nömrəli, 27 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" BOKT MMC-yə lizinq müqaviləsi üzrə 5131,72 manat qalıq borcu var. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" BOKT MMC “Chevrolet Cruze” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və xx.xx.2021-ci il tarixli X9nə əsasən müəyyən haqq müqabilində Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh 10000 manat lizinq məbləğini illik 24% dərəcəsi ilə 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" BOKT MMC-yə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 14124 manat olmuşdur. Cavabdeh lizinq ödənişlərini vaxtında və tam olaraq ödəməməklə öhdəliyini lazımınca icra etməmişdir və hazırda iddiaçıya 5.131,72 manat məbləğdə qalıq borcu qalmışdır. Cavabdeh öhdəliyini lazımınca icra etmədiyindən cavabdehə 256,59 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 749.1-ci maddəsinə əsasən kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5131,72 manat məbləğində əsas borc, 256,59 manat məbləğində cərimə borcu olmaqla cəmi 5388,31 manat məbləğində pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 75 manat tutularaq "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5131,72 manat məbləğində əsas borc, 256,59 manat məbləğində cərimə borcu olmaqla cəmi 5388,31 (beş min üç yüz səksən səkkiz manat, otuz bir qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 75 (yetmiş beş) manat tutularaq "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-1040/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1040/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver