Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1094/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1) xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən TOZSORAN PHİLİPS üçün 381.9 (üç yüz səksən bir manat doxsan qəp) manat ödənilməmiş hissə, 38.1 (otuz səkkiz manat on qəp) manat cərimə. 2) xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 328.82 (üç yüz iyirmi səkkiz manat səksən iki qəp) manat ödənilməmiş hissə, 32.18 (otuz iki manat on səkkiz qəp) manat cərimə; 3) xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********27107 XİAOMİ Mİ 11 LİTE 5G markalı telefon 125.6 (yüz iyirmi beş manat altmış qəp) manat ödənilməmiş hissə, 12.4 (on iki manat qırx qəp) manat cərimə olmaqla, ümumilikdə 919 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə "xxxx" MMC arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TOZSORAN PHİLİPS, LG LED TV, İMEİ KODU **********27107 olan XİAOMİ Mİ 11 LİTE 5G markalı telefon almış və nəticədə 919 (doqquz yüz on doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 573.6 (beş yüz yetmiş üç manat altmış qəp) manat (24 ay x 23.9 manat + 0 manat ilkin ödəniş) , TOZSORAN PHİLİPS üçün ümumilikdə, 420 (dörd yüz iyirmi) manat olmaqla ondan, 381.9 (üç yüz səksən bir manat doxsan qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.1 (otuz səkkiz manat on qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 789.94 (yeddi yüz səksən doqquz manat doxsan dörd qəp) manat (24 ay x 32.91 manat + 0 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə, 361 (üç yüz altmış bir) manat olmaqla ondan, 328.82 (üç yüz iyirmi səkkiz manat səksən iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.18 (otuz iki manat on səkkiz qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1130.4 (min yüz otuz manat qırx qəp) manat (18 ay x 62.8 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********27107 XİAOMİ Mİ 11 LİTE 5G markalı telefon üçün ümumilikdə, 138 (yüz otuz səkkiz) manat olmaqla ondan, 125.6 (yüz iyirmi beş manat altmış qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.4 (on iki manat qırx qəp) manat cərimə yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1657.52 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 04821133 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 573.60 manat olan TOZSORAN PHİLİPS Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 23.90 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti ümumilikdə 789.94 manat olan LG LED TV Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 32.91 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti ümumilikdə 1130.4 manat olan İMEİ KODU **********27107 olan XİAOMİ Mİ 11 LİTE 5G markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 62.80 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 125.60 manat ödənilməmiş hissə və 12.40 manat dəbbə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 328.82 manat ödənilməmiş hissə, 32.18 manat dəbbə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 381.9 manat ödənilməmiş hissə, 38.10 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 125.60 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 328.82 manat, xx.xx.2022-ci tarixli müqaviləyə əsasən 381.9 manat borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 125.60 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 12.40 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 328.82 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 32.18 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 381.90 manat əsas borca münasibətdə cavabdehdən 38.10 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir.. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 125.60 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 328.82 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 381.90 manat ödənilməmiş hissə, 3 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 125.60 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 328.82 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 381.90 manat ödənilməmiş hissə, 3 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, ümumilikdə 863.32 (səkkiz yüz altmış üç manat otuz iki qəpik ) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçı "xxxx" MMC -nın özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1094/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1094/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver