Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1096/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Cavabdeh1, Müstəqil tələb irəli sürən üçüncü şəxs X1, Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X1 və X3 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 verilmiş 13 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamələrinin və onların əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən Çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi babası X31 və nənəsi X32 məxsus olmuşdur. Atası X18 xx.xx.2010-cu ildə vəfat etmişdir. Bu yaxınlarda onlara məlum olmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi cavabdeh (bibisi) Cavabdeh2, cavabdeh (bibisi) Cavabdeh3 və cavabdeh (bibisi oğlu) Cavabdeh1 adına 1/3 hissə paylı mülkiyyət olmaqla sənədləşdirilmiş və çıxarış verilmişdir. Buna əsas isə Bakı şəhəri 23 saylı Dövlət notariat kontorunun xx.xx.2022-ci il tarixli, 2V- 248 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-247 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-246 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri olmuşdur. O və ailə üzvləri birinci dərəcəli vərəsə olduqlarından onların hüquqları pozulmuş və əsassız olaraq sözügedən mənzil cavabdehlərin adına qeydə alınmışdır. Hesab edir ki, sözügedən qanun üzrə vərəsəlik şəhadətnamələri və həmin şəhadətnamələr əsasında verilmiş çıxarış etibarsız hesab edilməlidir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 verilmiş 13 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamələrinin və onların əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən Çıxarışın etibarsız sayılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə onun və anası X3 vərəsəlik hüquqlarının tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə üzrə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 və X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 verilmiş 13 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamələrinin və onların əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən Çıxarışın etibarsız sayılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə onun və anası X3 vərəsəlik hüquqlarının tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə üzrə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslanmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi babası X31 və nənəsi X32 məxsus olmuşdur. Atası X18 xx.xx.2010-cu ildə vəfat etmişdir. Bu yaxınlarda onlara məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh (bibisi) Cavabdeh3 və cavabdeh (bibisi oğlu) Cavabdeh1 adına 1/3 hissə paylı mülkiyyət olmaqla sənədləşdirilmiş və çıxarış verilmişdir. Buna əsas isə Bakı şəhəri 23 saylı Dövlət notariat kontorunun xx.xx.2022-ci il tarixli, 2V-248 reyestr nömrəli, xx.xx.2022ci il tarixli, 2V-247 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-246 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri olmuşdur. O və ailə üzvləri birinci dərəcəli vərəsə olduqlarından onların hüquqları pozulmuş və əsassız olaraq sözügedən mənzil cavabdehlərin adına qeydə alınmışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması və s.” tələbinə dair iddia ərizəsinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılmaqdadır. Hesab edir ki, onlar da müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmaqla onların da hüquqları qorunmalı, sözügedən qanun üzrə vərəsəlik şəhadətnamələri və həmin şəhadətnamələr əsasında verilmiş çıxarış etibarsız hesab edilməli, onun və ailəsinin sözügedən fərdi yaşayış evinə vərəsəlik hüquqları tanınmaqla sözügedən fərdi yaşayış evindən vərəsə üzrə payları müəyyən edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iş üzrə bütün sübutları məhkəməyə təqdim etmiş, ona görə də məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, o, və ailəsi mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evində yaşamayıb. Hazırda o, Türkiyədə yaşayır, lakin hesab edir ki, o, vərəsədir və ona görə də, hesab edir ki, cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnaməsi və çıxarış etibarsız hesab edilməli, onun və anasının vərəsəlik hüququ tanınmaqla iddiası təmin olunmalıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 məhkəmə iclasında iddianı müdafiə etmiş əlavə olaraq bildirmişdir ki, o, 1988-ci ildə Kəblə ilə ailə qurmuş və başqa ünvanda olan evə gəlin gəlmişdir. Mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evində yaşamayıb və hazırda da yaşamır. 2010-cu ildə yoldaşı vəfat etmişdir. Hesab edir ki, onun iddiası əsaslıdır, ona görə də cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnaməsi və çıxarış etibarsız hesab edilməli, onun və qızının iddiası təmin olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etməmiş və bildirmişdir ki, mübahisəli ev onun atasına məxsus omuşdur. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər, yəni nəvələr və gəlini vərəsə kimi tanınmamışlar və mülkə faktiki sahiblik də etməmişlər, belə ki, həmin ev atasına məxsus olmuş, orada o, və bacıları yaşamış, bundan əlavə, bacısı Lalənin uşaqları yaşamışlar. İddiaçı və 3-cü şəxslər bir gün də, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evində yaşamayıblar. Atası 70-ci illərdə vəfat etmişdir, o vaxtdan bu günədək nəyə görə iddiaçılar mirasın qəbulu üçün müraciət etməyiblər, nəyi gözləyirdilər və harda idilər. Hesab edir ki, iddia əsassızdır. Ona görə də, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməmiş, əlavə olaraq bildrimişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər mirası qəbul etməklərinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişlər, notariusa müraciət etməmişlər, müddəti ötürmüşlər, hazırkı halda onların cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnaməsinin mübahisələndirməyə hansı hüquqları var onu da təsdiq etməmişlər. Ona görə də, hesab edir ki, iddianın əsassız olduğundan məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, onun atasının əsas vərəsələri qızlarıdır, qardaşları Kəblə 2010-cü ildə vəfat etmiş və ölməmişdən öncə də tamamilə başqa ünvanda yaşayırdı. Mübahisəli evdə nə iddiaçı, nə də üçüncü şəxslər bir gün də belə yaşamayıblar, mirasın qəbulu üçün notariusa müraciət etməyiblər. Buna görə hesab edir ki, iddia əsassızdır. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi, həmçinin bildirdi ki, iddiaçı və üçüncü şəxslər X25 öldüyü tarixdən bu günə kimi mübahisəli miras əmlakı ilə bağlı notariusa müraciət etməmişlər, bundan savayı, babasının sağlığında da mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evində o, və onun anası və xalaları yaşayıblar. Dayısı Kəblə, onun yoldaşı və uşaqları tamamilə başqa ünvanda yaşayıblar. İddiaçı və üçüncü şəxslər bir gün də mübahisəli evdə yaşamayıblar. Ona görə də məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o vərəsədir, ona görə də, cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnaməsi və çıxarış etibarsız hesab edilməli, onun iddiası təmin olunmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X1 və X3 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddiaları əsassızdır, buna görə də rədd edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair pasportun və ev kartoçkasının surətindən aydın olur ki, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, ev 52 ünvanı X34 verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair pasportun və ev kartoçkasının surətindən aydın olur ki, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, ev 50 ünvanı X35 verilmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması barədə arayışın sürətindən görünür ki, X42 və XXX Sona Kamil qızı xx.xx.1949-cu il tarixdə rəsmi nikaha girmiş və bu barədə akt qeydləri kitabında 19 sayla qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evi X26 adına müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 798 saylı arayışın sürətindən görünür ki, X8 ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Bakı şəhərində bələdiyyələşdirilmiş tikintilərin reyestrindən çıxarışın surətindən görünür ki, Maştağa rayonu, Buzovna qəsəbəsində 611 saylı mülk ½ hissədə X35, ½ hissədə isə X4 verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 23 saylı Notariat ofisinin xüsusi notariusu X44 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-ci il tarixdə vəfat etmiş- X27 vərəsələri: Cavabdeh2, X50 və X20 ünvan 4 ünvanına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti paşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinin 1/3 hissəsi Bakı şəhəri 23 saylı DNK-nın xx.xx.2022-ci il tarixli 2V-248 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh1, 1/3 hissəsi 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh2 və 1/3 hissəsi 2V-246 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 X16 ilə xx.xx.1988-ci ildə Səadət Sarayında rəsmi nikah daxil olmuş və bu barədə akt qeydləri kitabında 374 sayla qeyd aparılmışdır. Nikah bağlandıqdan sonrra qadına Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evi 1/3 hissədə Cavabdeh3 müəyyənləşdirilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1990-cı il və İddiaçı xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X18, anası X5r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X42, anası X45 olan xx.xx.1956-ci il təvəllüdlü X37, xx.xx.1962-ci il təvəllüdlün X28 və xx.xx.1954-cü il təvəllüdlü X38 doğulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zeynalova (Mustafayeva) Lalə Əli qızı xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X17, anası X50 olan xx.xx.1991-ci il X10, xx.xx.1975-cı il təvəllüdlü X7 və xx.xx.1976-cı il təvəllüdlü X9 doğulmuşdur. İş materiallarında olan ərizənin surətindən görünür ki, X10, X9 və Tarverdiyeva (Mustafayeva) Fərqanə Mustafa qızı babası X21 qalmış miras əmlakdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xəzər Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Əliyeva (Mustafayeva) Samirə Əli qızı 1962-1981-ci illərdə, xx.xx.1954-cü il təvəllüdlü Zeynalova (Mustafayeva) Lalə Əli qızı 1954-1977-ci illərdə, xx.xx.1956-cı il təvəllüdlü Abdullayeva (Qatamova) Şəfəqət Əli qızı 1956-1979-cu illərdə ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdurlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mustafayeva Sona xanım Kəblə Ağa qızı (müstəqil tələb irəli sürən üçüncü şəxs X3 qızı) xx.xx.1992-ci il tarixdə ölmüşdür. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, X42 və Sona Kamil qızı xx.xx.1949-cu il tarixdə nikah bağlamışlar. Bu nikahdan X20, Zeynalova (Mustafayeva) Lalə Əli qızı, X20, Əliyeva (Mustafayeva) Samirə Əli qızı və İddiaçı doğulmuşdur. Buzovna qəsəbəsi C.Məmədqulizadə küçəsi ev 50 ünvanında yerləşən fərdi yaşayış evi X35, Buzovna qəsəbəsi C.Məmədqulizadə küçəsi ev 52 ünvanında yerləşən fərdi yaşayış evi isə X34 məxsus olmuşdur. X6 qəsəbəsi C.Məmədqulizadə küçəsi ev 50 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. X18 xx.xx.2010-cu il tarixdə, X43 isə xx.xx.2017-ci il tarixdə ölmüşdür. Qatamov (Katamov) Əli Mustafa oğlu isə bundan əvvəl xx.xx.1976-ci il tarixdə vəfat etmişdir. X18 ilə X8 xx.xx.1988-ci ildə nikah bağlamışlar. Bu nikahdan X2, İddiaçı və Mustafayeva Sona xanım Kəblə Ağa qızı doğulmuşdur. Sonuncu xx.xx.1992-ci il tarixdə ölmüşdür. xx.xx.2017-ci il tarixdə ölmüş Zeynalova (Mustafayeva) Lalə Əli qızının X17 ilə birgə nikahından X10, X7, Cavabdeh1 və X9 doğulmuşdur. X10, X9 və Tarverdiyeva (Mustafayeva) Fərqanə Mustafa qızı babaları X21 qalmış mirasdan imtina etmişdir. ünvan 4 ünvanına dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2на 2V-247 reyestr nömrəli, X39 (Cavabdeh1 anası) 2V-248 reyestr nömrəli və X11 2V-246 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində hər birinin payı 1/3 hissəsi olmaqla Cavabdeh1 (Zeynalova (Mustafayeva) Lalə Əli qızının oğlu), Cavabdeh2 və Cavabdeh3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İşin müəyyən edilmiş hallarından görünür ki, mirasın açıldığı dövrdə ünvan 4 ünvanında Cavabdeh2, X50 (uşaqları ilə) və X20 qeydiyyatda olmaqla yaşamışlar. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra ММ-in) 528-ci maddəsinə əsasən Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Azərbaycan Respublikası ММ-in 532-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Azərbaycan Respublikası ММ-in 552-ci maddəsinə əsasən Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası ММ-in 553-cü maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Azərbaycan Respublikası ММ-in 554-cü maddəsinə əsasən Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Buzovna qəsəbəsi C.Məmədqulizadə küçəsi ev 50 ünvanında yerləşən X35 məxsus evdən istifadə etmiş, xx.xx.1976-ci il tarixdə ölmüş Qatamov (Katamov) Əli Mustafa oğlundan qalmış mirası isə qəbul etməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər də, Qatamov (Katamov) Əli Mustafa oğlundan qalmış mirası qəbul etməmişlər. Belə ki, miras vərəsələr tərəfindən qəbul edilməlidir. Bunun üçün vərəsə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməli, qəbul etdiyi barədə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası ərizə verməli və ya mirasa sahiblik etməyə və ya idarə etməyə faktiki başlamalıdır. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməməklə mərhum Qatamov (Katamov) Əli Mustafa oğlundan qalan mirasa subyektiv hüquqlarını itirdiklərindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsi miras əmlak barəsində hüquqlarını itirmiş şəxs olaraq onlar üçün hüquqi nəticələrə səbəb olmadığından onların tələbi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onların əsasında aparılmış qeydiyyat etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.2-ci maddəsinə əsasın qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. İddiaçı eyni zamanda anası X3 da vərəsəlik hüquqlarının tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə üzrə paylarının müəyyən edilməsini tələb etsə də, anasının hüquqlarının, azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququqnun yaranmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Sonuncu müstəqil tələb irəli sürən üçüncü şəxs olaraq eyni iddia ilə müraciət etmişdir. Məhkəmə iddiaçının tələbinin həmin hissəsi üzrə belə qənayyətə gəlir ki, iddiaçının anasının hüquqlarının, azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququqnun yaranması halə sübut edilməmişdir.. Qeyd edilənlərə əsasən, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbləri rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi), X12, X22 və X13 qarşı - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 verilmiş 13 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamələrinin və onların əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən Çıxarışın etibarsız sayılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə onun və anası X3 vərəsəlik hüquqlarının tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə üzrə paylarının müəyyən edilməsi barədə iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X1 və X3 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddiaları təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-1096/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1096/2023
25.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver