Məhkəmə qərarları › İş №e-2(003)-1099/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1099/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1099/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 249.4 AZN əsas, 37.4 AZN cərimə borcu olmaqla cəmi 286.8 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 29.1 AZN əsas, 4.3 AZN cərimə borcu olmaqla cəmi 33.4 AZN borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 16.5 AZN əsas, 2.4 AZN cərimə borcu olmaqla, cəmi 18.9 AZN borc, ümumilikdə üç müqavilə üzrə 295 AZN əsas, 44.1 AZN cərimə, 339.1 AZN cəmi borcun və 30AZN ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli № ********* saylı müqaviləyə əsasən, Cavabdehə "Fakir " markalı ətçəkən və qulaqcıq satılmış və nəticədə 249.40 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 449.90 manat (18 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan "Fakir " markalı ətçəkən və qulaqcıq üçün 249.40 manat ödənilməmiş hissə, güzəşt olunaraq 37.40 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 625.30 manat olan " Honor " markalı mobil telefon və "Panasonic" markalı telefon üçün (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) 29.10 manat ödənilməmiş hissə, güzəşt olunaraq 4.30 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli № ********* saylı müqavilə üzrə alqı-satqı qiyməti 660 manat olan " Xiaomi " markalı mobil telefon üçün (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) 16.50 manat ödənilməmiş hissə, güzəşt olunaraq 2.40 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin son ödədiyi məbləğ xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixində 25 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixində 35 manat , xx.xx.2023-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixində 16.50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 449.90 manat olan "Fakir " markalı ətçəkən və qulaqcıq cavabdehə nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 25 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 625.30 manat olan " Honor " markalı mobil telefon və "Panasonic" markalı telefon cavabdehə nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 35 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 660 manat olan " Xiaomi " markalı mobil telefon cavabdehə nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 37 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 249.4 AZN əsas, 37.4 manat dəbbə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 29.1 AZN əsas, 4.3 manat dəbbə borcu, xx.xx.2023cü il tarixli müqavilə üzrə 16.50 AZN əsas, 2.40 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, "Fakir " markalı ətçəkən və qulaqcıq üçün 249.4 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, " Honor " markalı mobil telefon və "Panasonic" markalı telefon üçün 29.1 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 16.50 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 249.4 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 37.40 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 29.1 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 4.30 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 16.50 manat məbləğində əsas borca münasibətdə 2.40 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022ci il tarixli müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir.. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixdə nisyə alqı-satqı müqaviləsinə əsasən 249.4 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 29.1 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 16.50 manat ödənilməmiş hissə, 1 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə nisyə alqı-satqı müqaviləsinə əsasən 249.4 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 29.1 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2023-cü il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən 16.50 manat ödənilməmiş hissə, 1 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat ümumilikdə 320 (üç yüz iyirmi) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçı "xxxx" MMC -nın özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar