Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1139/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BL384792 saylı xx-xx-2019-cu il, BL370353 saylı xx-xx-2019-cu il, BL335731 saylı xx-xx-2019-cu il, BL419882 saylı xx-xx-2020-ci il, BL414025 saylı xx-xx-2020-ci il tarixlərində nisyə satış müqavilələri bağlanmışdır. BL384792 saylı xx-xx-2019-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən, Cavabdeh 6 ay müddətinə hər ayın 20- dən gec olmamaqla 14 manat ödəməyi öhdəsinə götürmüşdür. BL370353 saylı xx-xx-2019-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən, Cavabdeh 12 ay müddətinə hər ayın 21-dən gec olmamaqla 19 manat ödəməyi öhdəsinə götürmüşdür. BL335731 saylı xx-xx-2019-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən, Cavabdeh 12 ay müddətinə hər ayın 5-dən gec olmamaqla 38 manat ödəməyi öhdəsinə götürmüşdür. BL419882 saylı xx-xx-2020-ci il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən, Cavabdeh 12 ay müddətinə hər ayın 19-dan gec olmamaqla 11 manat ödəməyi öhdəsinə götürmüşdür. BL414025 saylı xx-xx-2020-ci il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən, Cavabdeh 12 ay müddətinə hər ayın 7-dən gec olmamaqla 8 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, BL384792 saylı xx-xx-2019-cu il, BL370353 saylı xxxx-2019-cu il, BL335731 saylı xx-xx-2019-cu il, BL419882 saylı xx-xx-2020-ci il, BL414025 saylı xx-xx-2020-ci il tarixliNisyə satış müqavilələri üzrə Cavabdeh İddiaçı MMC-yə 592 manat əsas borcu qalmışdır. Ona görə də, BL384792 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 46 manat əsas borcun, BL370353 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 141 manat əsas borcun, BL335731 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 207 manat əsas borcun, BL419882 saylı, xx.xx.2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 119 borcun, BL414025 saylı, xx.xx.2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 79 əsas borcun, cəmi 592 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BL335731 saylı nisyə satış müqaviləsindən aydın olur ki, “Satıcı” bu müqaviləyə əsasən qiyməti 447,0 manat olan avadanlığı “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. “Alıcı” ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,2% həcmində cərimə ödəyir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, BL370353 saylı nisyə satış müqaviləsindən aydın olur ki, “Satıcı” bu müqaviləyə əsasən qiyməti 221,0 manat olan avadanlığı “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. “Alıcı” ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,2% həcmində cərimə ödəyir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, BL384792 saylı nisyə satış müqaviləsindən aydın olur ki, “Satıcı” bu müqaviləyə əsasən qiyməti 84,0 manat olan avadanlığı “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. “Alıcı” ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,2% həcmində cərimə ödəyir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, BL419882 saylı nisyə satış müqaviləsindən aydın olur ki, “Satıcı” bu müqaviləyə əsasən qiyməti 129,0 manat olan avadanlığı “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. “Alıcı” ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,2% həcmində cərimə ödəyir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, BL414028 saylı nisyə satış müqaviləsindən aydın olur ki, “Satıcı” bu müqaviləyə əsasən qiyməti 89,0 manat olan avadanlığı “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. “Alıcı” ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,2% həcmində cərimə ödəyir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2019-cu il tarixli, BL335731 saylı nisyə satış müqaviləsi üzrə, xx.xx.2019ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər hər ay 38,0 manat (sonuncu ay 29,0 manat) ödəmək şərtilə 12 ay müddətinə 447,0 manat dəyərində avadanlıq verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2019-cu il tarixli, BL370353 saylı nisyə satış müqaviləsi üzrə, xx.xx.2019ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər hər ay 19,0 manat (sonuncu ay 9,0 manat) ödəmək şərtilə 12 ay müddətinə 218,0 manat dəyərində avadanlıq verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2019-cu il tarixli, BL384792 saylı nisyə satış müqaviləsi üzrə, xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər hər ay 129,0 manat (sonuncu ay 8,0 manat) ödəmək şərtilə 12 ay müddətinə 129,0 manat dəyərində avadanlıq verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2020-ci il tarixli, BL419882 saylı nisyə satış müqaviləsi üzrə, xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər hər ay 11,0 manat (sonuncu ay 8,0 manat) ödəmək şərtilə 12 ay müddətinə 129,0 manat dəyərində avadanlıq verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2020-ci il tarixli, BL414028 saylı nisyə satış müqaviləsi üzrə, xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər hər ay 8,0 manat (sonuncu ay 1,0 manat) ödəmək şərtilə 12 ay müddətinə 89,0 manat dəyərində avadanlıq verilmişdir. İş materiallarına əlavə olunmuş borca dair arayışdan görünür ki, alıcı Cavabdeh İddiaçı MMC-yə BL384792 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 46,0 manat əsas borcu, BL370353 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 141,0 manat əsas borcu, BL335731 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 207,0 manat əsas borcu, BL419882 saylı, xx.xx.2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 119,0 borcu, BL414025 saylı, xx.xx.2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 79,0 əsas borcu, cəmi 592 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqlardan dan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə satış müqavilələri bağlanmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilələrin şərtlərini pozmuşdur ki, nəticədə borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin avadanlığı Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh BL384792 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 46,0 manat əsas borc, BL370353 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 141,0 manat əsas borc, BL335731 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 207,0 manat əsas borc, BL419882 saylı, xx.xx.2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 119,0 borc, BL414025 saylı, xx.xx.2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 79,0 əsas borc, və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat olmaqla cəmi 622,0 manat pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh BL384792 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 46,0 manat əsas borc, BL370353 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 141,0 manat əsas borc, BL335731 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 207,0 manat əsas borc, BL419882 saylı, xx.xx.2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 119,0 borc, BL414025 saylı, xx.xx.2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 79,0 əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat olmaqla cəmi 622,0 (altı yüz iyirmi iki) manat pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1139/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1139/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver