Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1193/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun (30 manatın) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Mərdəkan qəsəbəsi dairəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “Nissan Sunny” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Nissan Sunny” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat zərər dəymişdir. xx.xx.2020-cı il tarixli ödəniş sənədinə əsasən 500 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Xəzər rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Əhmədov X3 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərilmə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmış və etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1193/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən kiçik iddia qaydasında ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştiakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə zamanı “Nissan Sunny” markalı avtomobilə ziyan dəymişdir. Hazırda həmin ziyanı ödəməsinə etiraz etmir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Ford” tranzit markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASCdə sığrtalanmışdır. Sığorta məbləği-əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərər görə 1 şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manatdır. Müqavilənin müddəti xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədəkdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində Mərdəkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadissinin baş vermsində təqsirli olan şəxs “Ford Transit” yük markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avomobilin sürücüsü Cavabdeh olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X2 məxsus “Nissan Sunny” markalı, ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində, saat 20:30-da Mərdəkan qəsəbəsində “Ford Transit” yük markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş intibati xətaları törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" tərəfindən verilmiş qüsur aktından görünür ki, “Nissan Sunny” markalı, ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 500 manat müəyyən edilmişdir. İş materiallarında olan PXA65546 nömrəli sığorta aktının surətindən görünür ki, X1 hesabına iddiaçı tərəfindən 500 manat köçürülmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, həmin bildirişi aldıqdan sonra 7 gün müddətində 500 manat məbləğində zərərin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixində, saat 20:30da Mərdəkan qəsəbəsində “Ford Transit” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməklə yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsi zamanı digər avtomobilə zərər dəymişdir. İddiaçı sığorta şirkəti tərəfindən dəymiş zərərin məbləğinə uyğun 500 manat həmin avtomobilin sahibinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin müəyyən edilmiş hallarından görünür ki, yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və o, hadisə yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsi zamanı digər avtomobilə dəymiş zərər isə iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı sığorta şirkətinin subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 500 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1193/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1193/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver