Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1239/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2, Cavabdehin nümayəndəsi X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik X20nin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzilə dair Cavabdeh adına 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-183 reyestr nömrəli X35 X20nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında mənzilin 1/2 hissəsinə dair Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi, onun ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzilə dair 1/3 hissədə miras payının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 011734 nömrəli xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzil mərhum atası X7 xüsusi mülkiyyətində olmuşdur. X1 xx.xx.2022-ci il tarixdə, atası X14 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Atası birinci növbə vərəsələri, o - İddiaçı, bacısı X10 və qardaşı Cavabdehdur. O, miras əmlakın yerləşdiyi ünvanda qeydiyyatda olmasa da, atasının sağlığında və onun ölümündən sonra orada yaşamış, bununla da, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Qardaşı, hazırkı iş üzrə Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da, orada yaşamamış, mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, qardaşı Cavabdeh Bakı şəhəri 7 saylı“ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə X35 X20 verilmişdir. Bundan sonra o, vəkillə hüquqi yardım haqqında müqavilə bağlamış və vəkil sorğusu əsasında 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işinin təsdiq edilmiş surətini əldə edilmişdir. O, miras əmlakda yaşayaraq, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bundan başqa, mirasdan imtina etməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən mərhum atasından qalmış miras əmlaka dair onunda vərəsəlik hüququ olduğundan, həmin əmlaka dair onunda miras payı müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini etiraf etməyərək, iddia tələbinə etiraz təqdim etdi və bildirdi ki, İddiaçı Cavabdeh qarşı “X35 X20nin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzilə dair Cavabdeh adına 7 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-183 reyestr nömrəli X35 X20nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında mənzilin 1/2 hissəsinə dair Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi, iddiaçının ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzilə dair 1/3 hissədə miras payının tanınması barədə qətnamə qəbul edilməsindən ibarət olmuşdur. İddia tələbinin hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 1133, 1134.1, 1159.1.1, 1243.1, 1243.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 va 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİl hissəsinə uyğunluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə istinad etmişdir. İlk olaraq, qeyd edirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 va 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının 3-cü bəndinə əsasən Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məlum olduğu kimi, sözügedən qərar 28 dekabr 2023-cü il tarixində qüvvəyə minmişdir. Lakin hazırkı iş üzrə vərəsəlik münasibətləri Qərarın qüvvəyə mindiyi tarixdən daha əvvəl yaranmışdır. Belə ki, miras qoyan X14 02 sentyabrda 2022-ci il tarixində vəfat etmişdir. 21 noyabr 2022-ci il tarixində 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində vərəsəlik işi açılmışdır. 16 iyun 2023-cü il tarixində isə X35 X20 verilmişdir. Həmin şəhadətnamə ilə ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə X11 verilmiş **********44-05101-093059 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69 3 kv molan mənzildən X12 vərəsəsi hazırkı iş üzrə Cavabdeh ½ payı müəyyən edilmşdir. X7 vərəsəsi X2 digər ½ payı isə açıq saxlanılmışdır. 20 dekabr 2023-cü il tarixində X10 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinə ərizə ilə müraciət edərək X11 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69.3 kv/m olan mənzilin ona çatası hissəsinə dair X35 şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırkı iş üzrə vərəsəlik münasibətləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının qüvvəyə minməsindən əvvəl mövcud olmuşdur. Hazırki mübahisə üzrə vərəsəlik münasibətləri davam edən müddətdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddəsi tətbiq edilməlidir. Hansı ki, 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi qeyd edilən maddi hüquq normalarına uyğun vərəsəlik işini aparmışdır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etdikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Sorğu əsasında əldə edilmiş vərəsəlik işi materiallarından da müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etməmişdir. Belə ki, 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin 24 may 2023-cü il tarixli məktubu ilə iddiaçı X8 məlumat verilmişdir ki, xx.xx.2022-ci il tarixində iddiaçının atası X7 adına vərəsəlik işi açılmışdır. Qeyd edilən məktub teleqramla göndərilmişdir. Məktub xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Bundan başqa, 23 may 2023-eü il tarixində İddiaçı +**********48 mobil telefon nömrəsi vasitəsilə 7 saylı Bakı "ASAN xidmət" mərkəzinde Notariat ofisinin əməkdaşları tərəfindən telefon əlaqəsi saxlanılmış və atası X7 adına vərəsəlik işinin açılması və vərəsəliyə çağrılması barədə məlumat verilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixində 7 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisidə akt tərtib edilmişdir. Qeyd edilən mobil telefon nömrəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırkı günədək onun istfadəsindədir. Həmin nömrənin “VVhatsApp” söhbətlərindəki səs yazılılar “DVD” yaddaş diskində məhkəməyə təqdim edilmişdir. Həmin danışıqlardakı səs yazılar iddiaçıya məxsusdur. Bundan başqa, qarşı tərəfin vəkil sorğusuna cavab olaraq, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbinin 15 mart 2024-cü il tarixli 320 nömrəli məktubunda qeyd edilir ki, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyən İddiaçı məktəb sənədlərində faktiki yaşayış ünvanı Buzovna qəsəbəsi Mustafa Sübhi küçəsi ev, mənzil 61 qeyd edilmişdir. Orta məktəbin məktubu həqiqətə uyğun deyil. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddiaçının ünvanı kimi ünvan 4şdir. Bununla da iddiaçı bütün məhkəmə bildirişlərinin bu ünvana çatdırılmasına razılıq vermişdir. Əgər notariusun teleqram göndərdiyi ünvan olan ünvan 5diaçının faktiki yaşadığı ünvan deyilsə və ya iddiaçı həmin unvanla əlaqəli deyilsə iddia ərizəsində həmin ünvanı qeyd etməzdi. Eyni zamanda Bakı şəhəri Təhsil İdarəsinə vəkil sorgusu təqdim edərək, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbinin 15 mart 2024-cu il tarixli 320 nömrəli məktubunda qeyd edilən məktəb sənədlərinin surətləri istənilmişdir. Lakin Bakı şəhəri Təhsil İdarəsi sözügedən sənədləri verməkdən imtina etmişdir. Bu da onu göstərir ki, qeyd edilən sənədlər mövcud deyildir (sorğuya cavab əlavə edilir). Göründüyü kimi, İddiaçı atası X7 adına vərəsəlik işinin açılması barədə kifayət qədər məlumatı olmuş, notariusun teleqramını almış, lakin qəsdən mirası qəbul etməkdən yayınmışdır. İddıaçı İddiaçı əsassız iddia qaldırmaqla eyni zamanda Cavabdeh maddi ziyan vurmuşdur. Belə ki, hüquqi yardım göstərilməsi ilə bağlı Cavabdeh ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2 arasında xx.xx.2024-cü il tarixində 199 nömrəli müqavilə bağlanılmış və 1000 (bir min manat) manat pul Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir (xx.xx.2024-cü il tarixli, əməliyyat İD: ********* nömrəli qəbzin elektron məhkəmə kabinetinə əlavə edilmişdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən, xahiş edilmişdir ki, 1. İddiaçı Cavabdeh qarşı "X35 X20nin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras payın müəyyən edilməsi” dair iddia tələbinin rədd edilməsi; 2. 1000 (bir min manat) manat hüquqi yardım göstərilməsi xərcinin İddiaçı tutularaq, Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 öz yazılı çıxışında bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “X35 X20nin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzilə dair Cavabdeh adına 7 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-183 reyestr nömrəli X35 X20nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında mənzilin ½ hissəsinə dair Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi, iddiaçının ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzilə dair 1/3 hissədə miras payının tanınması barədə qətnamə qəbul edilməsindən ibarət olmuşdur. İddia tələbinin hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 1133, 1134.1, 1159.1.1, 1243.1, 1243.2ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 va 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə istinad etmişdir. İlk olaraq, qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 12731-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının 3-cü bəndinə əsasən Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məlum olduğu kimi, sözügedən qərar 28 dekabr 2023-cü il tarixində qüvvəyə minmişdir. Lakin hazırkı iş üzrə vərəsəlik münasibətləri Qərarın qüvvəyə mindiyi tarixdən daha əvvəl yaranmışdır. Belə ki, miras qoyan X14 02 sentyabrda 2022-ci il tarixində vəfat etmişdir. 21 noyabr 2022-ci il tarixində 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində vərəsəlik işi açılmışdır. 16 iyun 2023-cu il tarixində isə X35 X20 verilmişdir. Həmin şəhadətnamə ilə ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə X27 ogluna verilmiş **********44- **********9 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 69.3 kv/m olan mənzildən X7 vərəsəsi hazırkı iş üzrə Cavabdeh ½ payı müəyyən edilmişdir. X7 vərəsəsi X2 digər ½ payı isə açıq saxlanılmışdır. 20 dekabr 2023-cü il tarixində X10 ərizə ilə 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinə ərizə ilə müraciət edərək X11 məxsus ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 69.3 kv/m olan mənzilin ona çatası hissəsinə dair X35 şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırkı iş üzrə vərəsəlik münasibətləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli qərarının qüvvəyə minməsindən əvvəl mövcud olmuşdur. Hesab edir ki, hazırkı mübahisə üzrə vərəsəlik münasibətləri davam edən müddətdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246 və 12731-ci maddəsi tətbiq edilməlidir. Hansı ki, 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notarıat ofisi qeyd edilən maddi hüquq normalarına uyğun vərəsəlik işini aparmışdır. Sorğu əsasında əldə edilmiş vərəsəlik işi materiallarından da müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etməmişdir. Belə ki, 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin 24 may 2023-cü il tarixli məktubu ilə İddiaçı məlumat verilmişdir ki, xx.xx.2022-ci il tarixində iddiaçının atası X7 adına vərəsəlik işi açılmışdır. Qeyd edilən məktub teleqramla göndərilmişdir. Məktub xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Bundan başqa, 23 may 2023-cü il tarixində İddiaçı +**********48 mobil telefon nömrəsi vasitəsilə 7 saylı Bakı "ASAN xidmət" mərkəzinde Notariat ofisinin əməkdaşları tərəfindən telefon əlaqəsi saxlanılmış və atası X7 adına vərəsəlik işinin açılması və vərəsəliyə çağrılması barədə məlumat verilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixində 7 saylı Bakı "ASAN xidmət" mərkəzinde Notariat ofisidə akt tərtib edilmişdir. Qeyd edilən mobil telefon nömrəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırkı günədək onun istfadəsindədir. Həmin nömrənin “VVhatsApp” söhbətlərindəki səs yazılılar “DVD” yaddaş diskində məhkəməyə təqdim edilmişdir. Həmin danışıqlardakı səs yazılar iddiaçıya məxsusdur. Bundan başqa, qarşı tərəfin vəkil sorğusuna cavab olaraq, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbinin 15 mart 2024-cü il tarixli 320 nömrəli məktubunda qeyd edilir ki, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyən iddıaçı İddiaçı məktəb sənədlərində faktiki yaşayış ünvanı Buzovna qəsəbəsi Mustafa Sübhi küçəsi ev, manzil 61 qeyd edilmişdir. Bildirilir ki, orta məktəbin məktubu həqiqətə uyğun deyil. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddiaçının ünvanı kimi ünvan 8şdir. Bununla da iddiaçı bütün məhkəmə bildirişlərinin bu ünvana çatdırılmasına razılıq vermişdir. Əgər notariusun teleqram göndərdiyi ünvan olan ünvan 9iaçının faktiki yaşadığı ünvan deyilsə və ya iddiaçı həmin ünvanla əlaqəli deyilsə iddia ərizəsində həmin ünvanı qeyd etməzdi. Eyni zamanda Bakı şəhəri Təhsil İdarəsinə vəkil sorğusu təqdim edilərək, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbinin 15 mart 2024-cü il tarixli 320 nömrəli məktubunda qeyd edilən məktəb sənədlərinin surətləri istənilmişdir. Lakin Bakı şəhəri Təhsil İdarəsi sözügedən sənədləri verməkdən imtina etmişdir. Bu da onu göstərir ki, qeyd edilən sənədlər mövcud deyildir (sorğuya cavab əlavə edilir). Göründüyü kimi, İddiaçı atası X7 adına vərəsəlik işinin açılması barədə kifayət qədər məlumatı olmuş, notariusun teleqramını almış, lakin qəsdən mirası qəbul etməkdən yayınmışdır. İddiaçı əsassız iddia qaldırmaqla eyni zamanda Cavabdeh maddi ziyan vurmuşdur. Belə ki, Hüquqi yardım göstərilməsi ilə bağlı Cavabdeh ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2 arasında xx.xx.2024-cü il tarixində 199 nömrəli müqavilə bağlanılmış və 1000 (bir min manat) manat pul Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir (xx.xx.2024-cü il tarixli, əməliyyat İD: ********* nömrəli qəbzin elektron məhkəmə kabinetinə əlavə edilmişdir). İddiaçı Cavabdeh qarşı “X35 X20nin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras payın müəyyən edilməsi” dair iddia tələbinin rədd edilməsi, 1000 (bir min manat) manat hüquqi yardım göstərilməsi xərcinin İddiaçı tutularaq, Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 bildirdi ki, onlar üç uşaq olmuşlar, atasından bir ev qalmışdır. Onlar həmişə o evdə yaşamışlar. Hazırda da həmin evdə o və Xatirə yaşayır. Bundan əvvəldə həmin evdə onlar validenləri ilə birlikdə yaşamışlar. Valideynləri vəfat etdikdən sonra da həmin evdə o və Xatirə yaşamışdır. Xatirə həmin evdən işə gedib-gəlir. Elşən 1998-1999cu ildən orada yaşamır. Məhkəmə iclasında şahid X16 bildirdi ki, o, Buzovnada qonşuluqda yaşayır. Xatirə özü demişdir ki, o, burada yaşamır. Xatirə Mərdəkanda yaşayır. O, Xatirənin Mərdəkandakı evində olmamışdır. O, Xatirəni anasının yasında görmüşdür. Məhkəmə iclasında şahid X17 bildirdi ki, o, Beyləqanda yaşayır. O, bilir ki, Xatirə Mərdəkanda yaşayır. Xatirə əvvəllər bibisinin yanında qalmışdır. Bibisi rəhmətə getdikdən sonra onun evi Xatirəyə qalmışdır.Daha sonra Xatirə Mərdəkanda ev aldı. O, ata evində yaşamayıb. 2016-cı ildə bibisi vəfat etdikdən sonra o, Xatirədən incimiş və onunla əlaqəsini kəsmişdir. Xalidə isə ata evində yaşamış, lakin Xatirə yaşamamışdır. Siyahət onun əmisi olmuş, o, onun Buzovnadaki evində 2016-cı ildə olmuşdur. O, Xatirənin Mərdəkandaki evinə getməmiş, öz ailə üzvlərindən eşitmişdir ki, Xatirənin Mərdəkanda evi var. Məhkəmə iclasında şahid X3 bildirdi ki, Xatirə 123 saylı tam orta məktəbdən onun iş yoldaşıdır. Xatirə 1976-cı ildən Buzovnada yaşyır. Məhkəmə iclasında şahid X18 bildirdi ki, Xatirə onun qonşusudur. Xatirə bacısı ilə birlikdə mübahisəli ünvanda yaşayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş X35 X20nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi oğlu Cavabdeh ünvan 11 və o, miras əmlakdan ½ hissədə pay almalıdır. X7 vərəsəsi qızı X2 ½ hissədə payı açıq saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 279751 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 968 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 279753 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 237 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “Vətəndaşlıq Vəziyyəti aktları” AQİS-dən çıxarışın surətindən görünür ki, XX.XX.1943-cü il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun son yaşayış yeri ünvan 11 ünvanı olmuşdur. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X14, X9, Cavabdeh və X10 ünvan 11 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Cavabdeh Notariat ofisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X4 irs qalmş mirası qəbul etmiş, X10 və İddiaçı özündən başqa vərəsə kimi qeyd etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X14, anası X5r. İş materiallarında olan Hüquqi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, 61 saylı mənzil tam pay X7 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Hüquqi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumatdan görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, 61 saylı mənzil ½ hissədə Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan X2 Notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı 02 sentyabr 2022-ci il tarixdə vəfat etmiş atası - X11 məxsus olan ünvan 14 ünvanında yerləşən mənzilin ona çatası hissəsinə dair X35 şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X14, anası X5r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X19 xx.xx.1969-cu ildə evlənmişlər. Nikahdan sonra ardavada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X21 xx.xx.1998-ci ildə nikah bağlamışlar. Nikahdan sonra ardavada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ünvan 12 ünvanladığı xx.xx.2024-cü il tarixli 320 saylı məktubdan görünür ki, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi olan İddiaçı məktəb sənədlərindəki faktiki yaşayış ünvanı Buzovna qəsəbəsi,Mustafa Sübhi küçəsi, ev 2 mənzil 61 qeyd edilmişdir. İş materiallarında olan vərəsəyə məlumat verilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə vərəsəlik işi ilə bağlı vərəsə İddiaçı Siyahər qızının +**********48 mobil nömrəsi ilə telefon əlaqəsi saxlanılmışdır. Ona xx.xx.2022-ci il tarixdə 7 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində notariat ofisində atası X7 adına vərəsəlik işinin açıldığı və vərəsəliyə çağrıldığı barədə məlumat verilmişdir. Eyni zamanda ona hüquq və vəzifələrinin izah olunmasına cəhd edilmişdir. Lakin telefonda özünü İddiaçı kimi təqdim edən şəxs ona hüquq və vəzifələrinin izah olunmasına ehtiyac olmadığını bildirərək telefon əlaqəsini kəsmişdir. İş materiallarında olan Cavabdeh Notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, DƏDRX ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarış əsasında xx.xx.2022-ci il tarixində vəfat etmiş atası X11 məxsus olan ünvan 14 ünvanında yerləşən mənzilə X35 X20 almaq istəyir. Bununla ələqədar həmin əmlak üzərində qadağanın olub-olmaması ve ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt refimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etməyinizi xahiş etmişdir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 14 X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-11036/24 saylı məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Siyasət qızı xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, mənzil 61-də, xx.xx.2004-cü il tarixdən hazırki vaxtadək ünvan 13 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 7 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 58 saylı məktubundan görünür ki, Bakı şəhəri 7 saylı Notariat Ofisində İddiaçı və X10 ilə bağlı hər hansı vərəsəlik işi rəsmiləşdirilməmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən məhkəməyə təqdim olunmuş diskə məhkəmə iclasında baxış keçirilmişdir. Həmin diskdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, M.Sübhi küçəsi ev 2, 61 nömrəli mənzilin videogörüntüsü əks edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən diskə məhkəmə iclasında baxış keçirilmişdir. Həmin diksdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, M.Sübhi küçəsi ev 2, 61 nömrəli mənzilə dair danışıqlar və mesajların görüntüləri əks edilmişdir. Göründüyü kimi ünvan 14 X7 mülkiyyəti olduğundan mübahisəli mənzil miras əmlakı kütləsidir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. X35 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, ev 2, 61 saylı mənzili miras qoyan X7 ölüm məqamı mülkiyyətində olduğundan iddiaçı mərhumun qızı olmaqla Bakı Şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, ev 2, 61 saylı mənzili miras əmlakı kütləsinə daxil olduğundan iddiaçı hazırki tələblə müraciət etməkdə haqlıdır. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmədə müəyyən olunmuşdur ki, İddiaçı miras əmlak olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, ev 2, 61 nömrəli mənzili faktiki olaraq qəbul etmişdir və hazırda həmin mənzildə yaşayır. Məhkəmə miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, cavabdeh miras qoyan X7 oğlu, iddiaçı isə qızı olduğundan onlar qanun üzrə birinсi növbəli vərəsələridir. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1159.1.1-сi maddəsinə əsasən, Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə qeyd edir ki, işdən göründüyü kimi, Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən mərhum X4 miras qalmış ünvan 14 ünvanında yerləşən mənzilə dair ½ hissəyə dair mərhumun vərəsəsi olan oğlu Cavabdeh X35 X20 verilmişdir və ½ hissə pay açıq qalmışdır. Belə ki, notarius tərəfindən həmin vaxt digər vərəsə İddiaçı paylının müəyyən edilməsi və ya açıq saxlanılması ona görə mümkün olmamamışdır ki, o, notariat ofisinə mirasın qəbuluna dair əriə ilə müraciət etməmiş, həmçinin atasından miras qalmış mənzildə yaşayanlar (qeydiyyatda olanlar) barədə elektron məlumatlarda onun barəsində heç bir qeyd aşkar edilməmişdir. Bu hal notariat orqanı tərəfindən iddiaçıya ünvanlanmış məktubda öz əksini tapmışdır. Halbuki, işdə olan sənədlərdən də müəyyən edilir ki, X10 xx.xx.2023-cü il tarixdə Notariat ofisinə ərizə ilə müraciət edərək, 02 sentyabr 2022-ci il tarixdə vəfat etmiş atası - X11 məxsus olan ünvan 14 ünvanında yerləşən mənzilin ona çatası hissəsinə dair X35 şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mərhum atasından qalmış miras əmlaka münasibətdə onu vərəsə kimi pay almaq hüququ yarandığından Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş, 2V-183 reystrlə qeydə alınmış (vərəsəlik işi №V-123/2022) X35 X20 və onun əsasında Cavabdeh verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Bütün qeyd edilənlərə məcmu halda qiymət verməklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş, 2V-183 reyestrlə qeydə alınmış (vərəsəlik işinin nömrəsi: V-123/2022) X35 X20 və onun əsasında Cavabdeh verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********44- 05101-093059) çıxarış ləğv edilməli, X4 miras qalmış ünvan 14 saylı daşınmaz əmlakda vərəsə İddiaçı, Cavabdeh hər birinin ½ hissədə payı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş, 2V-183 reystrlə qeydə alınmış (vərəsəlik işinin nömrəsi: V-123/2022) X35 X20 və onun əsasında Cavabdeh verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********44- 05101-093059) çıxarış ləğv edilsin. X4 miras qalmış ünvan 14 saylı daşınmaz əmlakda vərəsə İddiaçı, Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-1239/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1239/2024
13.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver