Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1247/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs2, X16, Maraqlı şəxs1, Maraqlı şəxs6, X12 maraqlı şəxs qismində cəlb edilməklə) mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evi və torpaq sahəsinə dair əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs5, X16, Maraqlı şəxs1, Maraqlı şəxs6, X12 iş üzrə maraqlı şəxslər qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X8, anası X7r. Digər iddiaçı Alıyeva (Mirzəyeva) Zülfiyyə Nazim qızı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X8, anası X7r. xx.xx.2014-cü il tarixdə X33 ilə nikah bağlamış və Alıyev soyadını qəbul etmişdir. X2 ilə X17 xx.xx.1989-cu il tarixdə nikah bağlamışlar. X8 xx.xx.1957-ci il tarixdə doğulmuş, xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Atalarının valideynləri X34 və X9 olmuşlar. Ata babaları X34 xx.xx.1988-ci il tarixdə, ata nənələri X9 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Babaları və nənələrinin atalarından başqa xx.xx.1960-cı il təvəllüdlü X23, xx.xx.1963-cü il təvəllüdlü X13, xx.xx.1970-ci il təvəlldlü X27, xx.xx.1973-cü il təvəllüdlü Maraqlı şəxs5, xx.xx.1975-ci il təvəllüdlü X14 və xx.xx.1979-cu il təvəllüdlü X21 adlı uşaqları olmuşdur. Bibiləri Əliyeva (Mirzəyeva) Rəsmiyyə Qubad qızı xx.xx.2017-ci il tarixdə ölmüşdür. Onun birinci növbə vərəsələri əri Maraqlı şəxs3, uşaqları Maraqlı şəxs7, Maraqlı şəxs1 və Maraqlı şəxs6dur. Mərhum nənələrindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 ünvanında yerləşən 75,70 m² bağ evi və 0,12 ha torpaq sahəsi miras qalmışdır. İddiaçılar sözügedən miras əmlakı faktiki qəbul edərək miras əmlakdan istifadə etmişdir. Mərhum nənələrindən miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 ünvanında yerləşən 75,70 m² bağ evi və 0,12 ha torpaq sahəsinə dair adımıza qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Notariat Ofisinə müraciət etmişlər. Lakin notarius mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti ötürdüklərindən adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, nənələri X9 2014-cü ildə vəfat etmişdir. Nənələri öldükdən sonra miras əmlakı qəbul edərək ona yiyələnmişlər. Eyni zamanda bildirmişdir ki, həmin ünvana gedib gələn şəxs X22 olmuş və miras əmlakı qəbul etmişdir. X22 2017-ci ildə vəfat etmişdir. Bir neçə müddət olar ki, Esmira xanım həmin əmlaka gəlmiş və həmin əmlakdan istifadə etmişdir. Ona görə də iddia tələbinin təmin edilərək miras üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs6 bildirdi ki, Əli və Zülfiyyə onun dayısı uşaqlarıdır. X6 rəhmətə gedəndən bir müddət sonraya qədər həmin ünvanda yaşamışdır. Təxminən 3-4 il olar ki, həmin ünvandan çıxmışdır. Əlini tanıyır və Əli əvvəldən həmin ünvanda yaşamışdır və hazırda da həmin ünvanda yaşayır. Əlinin anası Züleyxa və bacısı Zülfiyyə də əvvəldən həmin ünvanda yaşamışdır və hazırda da həmin ünvanda yaşayırlar. Hazırda da Əli, Əlinin bacısı Zülfiyyə və Əli və Zülfiyyənin anaları Züleyxa da orada yaşayır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs5 bildirdi ki, Əli və Zülfiyyə onun qardaşı uşaqlarıdır. O, özü də anadan olandan hal-hazıradək həmin ünvanda yaşayır. Əli və Zülfiyyə əvvəldən həmin ünvanda yaşamışlar. Lakin anası X9 rəhmətə getdikdən sonra həmin ünvanda yalnız Əlinin yaşadığını görmüşdür. Zülfiyyə isə ərə getdikdən sonra həmin ünvanda yaşamamışdır. Əlavə olaraq bildirmişdir ki, Zülfiyyəni nənəsi X9 rəhmətə getdikdən sonra həmin ünvanda görməmişdir. Təxminən 12 il olar ki, Zülfiyyə ərə getmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs4 bildirdi ki, o, 1975-ci ildə anadan olmuş və 1993-cü ildən ərə getmişdir. Həmin vaxtdan etibarən, yəni 1993-cü ildən etibarən həmin ünvanda yaşamır. Anası və bacısı Rəsmiyyə xəstə olanda həmin ünvana gedib gəlmişdir. Əlini tanıyır, onun qardaşı oğludur. Zülfiyyə onun qardaşı qızıdır, lakin onu görməmişdir və tanımır. Zülfiyyənin atası Nazim, yəni onun qardaşı rəhmətə gedəndə Zülfiyyənin 3 yaşı var idi. Qardaşı Nazim rəhmətə getdikdən sonra Zülfiyyə onların məclisində belə iştirak etməmişdir. Əlinin hazırda həmin ünvanda yaşayıb-yaşamamağını bilmir. Çünki qardaşı Nazim öldükdən sonra o, qardaşı Nazimgilin evinə getməmişdir. Məhkəmə iclasında iştirak edən Şahid4 bildirdi ki, o, Əlini tanıyır. Onunla qonşu olmuşdur və uşaqlığı birlikdə keçmişdir. Yaşadıqları məhəllə böyük olsa da, lakin Əligilə gediş-gəlişi olmuşdur. Əlinin nənəsi Mirzəyeva Gözəl vəfat edən zaman həmin məclisdə iştirak etmişdir. Əli ilə birlikdə işləyirlər. Əli hazırda həmin ünvanda yaşayır və nənəsi Gözəlin məclisində yaxından iştirak etmişdir. Əli və onun vəfat etmiş bibisi Rəsmiyyə ilə həmin ünvanda əkin biçin işləri ilə birlikdə məşğul olmuşlar. Zülfiyyəni də tanıyır. O, ailəli idi. Amma Zülfiyyə daima həmin ünvana gəlib getmişdir. Əlini gördüyü vaxtdan Zülfiyyəni də görmüşdür. Əli ilə birlikdə onlara gedib gəlmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 bildirdi ki, o, Əlinin dostudur. Əlini təxminən 8-10 il olar ki, tanıyır. O, Əli ilə ailəvi dostdur. Əli ilə daimi ailəvi gediş gəlişləri olmuşdur. Əli kənd adamıdır və onu çox yaxından tanıyır. Həm Əligilin, həm də Əlinin nənəsigilin həyətində çoxdan olmuşdur. Əlinin nənəsi ölən zaman həmin məclisdə Əli ilə birlikdə yaxından iştirak etmişdir. Əlinin nənəsigilin həyətində bəzən suvarma, əkin biçin işləri ilə məşğul olmasını görmüşdür. Əli həm nənəsi rəhmətə getməmişdən, həm də gedəndən sonra daimi şəkildə həmin ünvanda yaşamışdır. Əlinin bacısı Zülfiyyəni gəlin köçürmüşdülər. Həmin vaxtı Zülfiyyə həmin ünvana gəlib getmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, həmin şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatını və şahidlərin ifadəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZ-İ № 969879 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Zülfiyyə Nazim qızı ilə xx.xx.2014-cü il tarixdə Xəzər Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 760 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra ərə Alıyev, arvada Alıyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ № 104371 saylı, xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2002-ci il tarixdə ürəyin infarktından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 69 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan AZE 13858895 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE ******** saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE ******** saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon Buzovna qəsəbə nümayəndəliyi tərəfindən verilmiş İ-ИЕ № 979633 saylı, xx.xx.1960-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1960-cı il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə 172 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan V-ЖГ № 267278 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 Züleyxa Əzizağa ilə xx.xx.1989-cu il tarixdə Əzizbəyov Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 560 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon Buzovna qəsəbə nümayəndəliyi tərəfindən verilmiş XV-ЖГ № 292925 saylı, xx.xx.1990-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1990-cı il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 204 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon Buzovna qəsəbə nümayəndəliyi tərəfindən verilmiş XVİ-ЖГ № 468432 saylı, xx.xx.1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1991-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 176 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan 000366 saylı vərəsəlik işlərinin uçotu kitabından görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhəri 7 saylı Notariat Ofisinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evi və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan 000366 saylı vərəsəlik işlərinin uçotu kitabından görünür ki, İddiaçı2 xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhəri 7 saylı Notariat Ofisinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 311 saylı bağ evi və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 668487 saylı, xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə ağciyər çatışmazlığından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 82 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan və X18 ünvanlanmış Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 409 saylı məktubdan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxıldığından və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmadığından, eyni zamanda miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan və İddiaçı2 ünvanlanmış Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 410 saylı məktubdan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxıldığından və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmadığından, eyni zamanda miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışdan görünür ki, qeydiyyat nömrəsi ********** olan ünvan 5 ünvanı xx.xx.2014-cü il tarixdə **********76-11301 reyestr nömrəsi ilə X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə “X11” AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1963-cü il tarixdə doğulmuş X22 xx.xx.2017-ci il tarixində vəfat etmiş və bununla əlaqədar olaraq Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində 519 saylı akt qeydi tərtib olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, miras əmlak ünvan 5 ünvanı RX seriyalı ******* saylı çıxarışa əsasən xx.xx.2014-cü il tarixdə **********76-11301 reyestr nömrəsi ilə X5 adına qeydiyyata alınmışdır. X9 xx.xx.2014-cü il tarixdə, onun həyat yoldaşı X34 xx.xx.1988-ci il tarixdə ölmüşdür. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin verilməsi üçün Bakı şəhəri 7 saylı Notariat Ofisinə müraciət etsə də, lakin Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən müəyyən edilmiş müddət keçdiyindən, şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçılar hazırda məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi müddətinin buraxılmasının üzrlü sayılması, buraxılmış müddətin bərpa edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən notariusun imtinasının əsassız sayılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1248.1-ci maddəsinin tələbinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Məhkəmə həmçinin qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Beləliklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsə statusunun notariat qaydasında rəsmiləşdirilməsinin müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəbdir. Məhkəmə, göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Bakı şəhəri 07 saylı Notariat Ofisinin notariusunun İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xx.xx.2024-cü il tarixli 409 və 410 saylı imtinaları əsassız sayılmalı, ünvan 5ndən ibarət mirasın qəbul edilməsi müddətinin buraxılması üzrlü sayılmaqla buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Bakı şəhəri 07 saylı Notariat Ofisinin xüsusi notariusunun İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xx.xx.2024-cü il tarixli 409 və 410 saylı imtinaları əsassız sayılsın. İddiaçı1 və İddiaçı2 tərəfindən ünvan 5ndən ibarət mirasın qəbul edilməsi müddətinin ötürülməsi üzrlü hesab edilərək həmin müddət bərpa edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №e-2(003)-1247/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1247/2025
08.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver