Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1283/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə və İcra Hakimiyyətinin Qala ərazi nümayəndəliyi) qarşı “zəbt olununmuş ərazidə qanunsuz ” tikilinin cavabdehin hesabına sökülməsi, süni yaradılmış malenənin aradan qaldırılması və ərazidə əvvəlki vəziyyətin bərpa edilməsi” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən sahəsi 0,0277 ha torpaq sahəsinə gediş-gəliş yolu olan dalan yolunda Cavabdehlər tərəfindən qanunsuz olaraq aparılmış tikintinin onların öz hesabına sökülməsi; Dalan yolunun iddiaçının torpaq sahəsi ilə olan sərhədində cavabdehlər tərəfindən süni maneə olaraq əkilən ağacların cavabdehlərin hesabına götürülməsi və onlar tərəfindən yaradılan bu kimi digər maneələrin aradan qaldırılması; Dalan yolundan iddiaçının istifadəsinə cavabdehlər tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması və həmin dalan yolunun iddiaçının əsas yola çıxışını təmin edən ümumi istifadədə olan yol kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 0,0277 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və bununla bağlı qeyd Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda **********40 nömrə ilə aparılmışdır (reyestrdən çıxarış əlavə olunur). Həmin əmlakın idarə edilməsi və lazımi işlərin görülməsi (tikinti, təmir işləri və s.) məqsədilə İddiaçı öz yaxın qohumu X4 müvafiq etibarnamə vermiş və orada işlərin görülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Qeyd etmək istərdik ki, İddiaçıya məxsus torpaq sahəsi qonşunun həyətindən alındığından həmin torpaq sahəsindən yeganə çıxış yolu olaraq hazırda cavabdehlər X6 və Cavabdeh2 tərəfindən zəbt edilmiş dalan yolu vardır ki, həmin dalan yoluna da qapının açılmasına Cavabdehlər imkan vermirlər. Bu azmış kimi Cavabdehlər daha da irəli gedərək qeyd olunan ünvanın qarşısı ilə keçən qaz xəttinin yerinin dəyişdirilməsi və qaz sayğacının quraşdırılmasına imkan verməmişlər. Daha sonra Cavabdehlər dalanın sonunda yerləşən darvazalarını yerindən çıxarmış, bir tərəfi İddiaçıya məxsus əmlaka aid divarda olmaqla dalanın tam girişində qanunsuz olaraq sütunlar tikmiş və dalanın sonunda olan darvazanın yerini dəyişdirərək həmin sütunlara yerləşdirmişlər və bununla da həmin dalan yoluna girişi, digər bir ifadə ilə İddiaçının öz mülkiyyətinə daxil olmağın yeganə yolunu da kəsmişlər. Bu qanunsuz hərəkətləri ilə Cavabdehlər nəinki İddiaçının ona məxsus əmlaka giriş üçün qapıaçmasına imkan verməmiş, artıq həm də həmin əmlakın divarına belə yaxınlaşmaya imkan vermirlər. Hazırda İddiaçı heç bir şəkildə özünün xüsusi mülkiyyətində olan əraziyə daxil ola bilmir. Əlavə olaraq qeyd etməliyik ki, Cavabdehlər İddiaçıya məxsus torpaq sahəsinin divarının dibində sıravi şəkildə şam ağacları əkmişlər ki, bu da əlavə süni maneə olaraq sonradan yaradılmışdır (fotoşəkillər əlavə olunur). Məsələ burasındadır ki, cavabdeh X6 həmin dalanın onların mülkiyyətində olduğunu və İddiaçıya məxsus divarın onun tərəfindən tikildiyini iddia edir və bu səbəbdən də həmin yerdə İddiaçı tərəfindən hər hansı işlərin görülməsinə imkan verməyəcəyini bildirir. Qeyd olunanlar Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elgün Zülfüqarov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli“Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarda göstərilmişdir (qərarın surəti əlavə olunur). Belə ki, cavabdeh Ramin Məmmədov araşdırma üzrə verdiyi izahatında İddiaçının nümayəndəsi olan Murad Kosayevə ona məxsus torpaq sahəsinə və onun tərəfindən tikilmiş hasarı uçurdaraq giriş qapısı tikdirməyə icazə verməyəcəyini bildirdiyini göstərmişdir. Qeyd olunduğu kimi, cavabdehlərin, xüsusən də cavabdeh X3 qanunsuz hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilmiş və müvafiq araşdırma aparılmış, mübahisənin mülki xarakterli mübahisə olunması qənaətinə gəlinərək Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elgün Zülfüqarov tərəfindən adıçəkilən xx.xx.2024-cü il tarixli Qərar qəbul edilmişdir. Hesab edirik ki, cavabdehlər heç bir əsas və sübut olmadan dalanın onlara məxsus olduğunu iddia edir, qanunsuz olaraq oranı zəbt edərək girişinə darvaza qoyur, bu hərəkətləri ilə İddiaçının mülkiyyətinə sahiblik və istifadə imkanlarından məhrum edirlər. Bu hal qəbul edilməzdir, iddiaçının xüsusi mülkiyyətində olan əmlakına giriş-çıxış və əmlakdan sərbəst istifadə və sahiblik imkanları bərpa edilməlidir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən sahəsi 0,0277 ha torpaq sahəsinə gediş-gəliş yolu olan dalan cavabdehlər tərəfindən qanunsuz olaraq aparılmış tikintinin onların öz hesabına sökülməsi, dalan yolunun İddiaçının torpaq sahəsi ilə olan sərhədində cavabdehlər tərəfindən süni maneə olaraq əkilən ağacların cavabdehlərin hesabına götürülməsi və onlar tərəfindən yaradılan bu kimi digər maneələrin aradan qaldırılması, dalan yolundan iddiaçının istifadəsinə cavabdehlər tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması və maneələr aradan qaldırılmaqla həmin dalan yoluna iddiçının həmin dalan yoluna çıxışının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, tərəflərindən sorğular verilmiş və nəticə etibarı ilə 5-ci Qala küçəsində vətəndaş X2 alqısatqı yolu ilə torpaq sahəsi almışdır. Torpaq sahəsinin bir hissəsini vətəndaş İddiaçı satan şəxs satdığı torpaq sahəsinə giriş-çıxış üçün darvazanı arxa tərəfdə olan dalana açmasını bildirmişdir. Həmin dalandan istifadə edən vətəndaş Cavabdeh2 və onun oğlu Cavabdeh1 Əidər oğlu buna etiraz olaraq fərdi yaşayış evinın həyətyanı torpaq sahəsindəki darvazanı çıxararaq dalanın girişinə quraşdıraraq əlavə 0.008 ha torpaq sahəsini zəbt etmişdilər. Xəzər rayon İcra Hakimiyyəti Başçısının X11 ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Qala qəsəbəsi, 5-ci Qala küçəsində yerləşən torpaq sahəsinin iki yerə bölündüyü üçün ikinci giriş qapısının açılmasına ehtiyac yarandığı müəyyən edilmişdir. Lakin qonşu X7 həmi dalandan uzun illərdir ki, tək istifadə etdiyini əsas gətirərək yeni darvaza yerinin açılmasına öz narazılığını bildirmişdir. Bundan əvvəl məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdi ki, qeyd olunan ərazi dalandır, neçə illrədi onların ailəsinin istifadəsində olmuş, ağaclar əkmiş, abadlaşdırmışdır. Həmin ərarziyə qonşular tərəfindən zibil tullantıları töküldüyündən evin qapısını qabağa çəkərək yolu bağlamışdır. İddiaçı torpoaq sahəsinə başqa yerdən giriş qapısı qoysun. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli çıxarışın sürətindən görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - torpaq sahəsinin plan və ölçüsünün sürətindən görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının X11 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubudan görünür ki, vətəndaşlar Cavabdeh1 Əidər oğlu və Cavabdeh2 tərəfindən 5-ci Qala küçəsində yaşadıqları fərdi yaşayış evinə quraşdırılmış mövcud dəmir darvazanın yerini dəyişərək 0.008 ha torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə qatmışdılar. Vətəndaşların qanunsuz əməlləri barədə tərəflərindən xx.xx.2024-cü il tarixində akt tərtib olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. - xx.xx-2024-cü il tarixli aktın sürətindən görünür ki, X11 ərazi dairəsi üzrə nümayəndəsi Cəlil Mirzəyev, X11 ərazi dairəsi üzrə nümyəndəliyinin müavini Həmzə Mustafayev və X11 ərazi dairəsi üzrə nümyəndəliyinin baş məsləhətçisi Azər Zeynalov və Sahə inspektoru Pərviz Aslanov bu aktı tərtib edirik ondan ötəri ki, yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı Qala qəsəbəsi, 5-ci Qala küçəsində (39T 425557E 4481078ƏN koordinatlarında) Cavabdeh2 və onun oğlu Cavabdeh1 tərəfindən yaşadıqları fərdi yaşayış evinə quraşdırılmış mövcud darvazanın yerini dəyişməklə 0.008 ha torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə qatmışlar. Araşdırma zamanı vətəndaş tərəfindən 0.008 ha torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən: zəbt etdiyi torpaq sahəsində quraşdırdığı darvazanın əvvəlki yerinə qaytarılması vətəndaşa tövsiyyə edilmiş və həmçinin tikintini davam etdirəcəyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada barəsində daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. -xx.xx.2025-ci il tarixli yerli baxış protokolundan görünür ki, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının X11 ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi X1: Möhtərəm hakiml Bildirirəm ki, mübahisəli torpaq sahəsi dalandır. Cavabdehlərin darvazaları əvvəllər özlərinə məxsus torpaq sahəsində yerləşmişdir. Hazırda həmin darvazanın yerləşdiyi mişar daşından olan dayaqları qalmışdır. Bu hal müşahidə olunur. Cavabdehlər darvazalarının yerini dəyişdirərək dalanı ortada iki hissəyə ayıraraq bir hissəsini zəbt etmişlər. Dalanın bir hissəsinin cavabdehlər tərəfindən zəbt olunması onlar tərəfindən əvvəllər müəyyən edilmiş və bu barədə müvafiq aktda tərtib edilmişdir. Həmçinin onlar tərəfindən inşa edilmiş yeni darvazanın yerinə qaytarılması və zəbtb edilmiş dalanın əvvəlki vəziyyətinə qaytarılması barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Lakın hal-hazıradək cavabdehlər tərəfindən hər hansı bir tədbir görülməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respubikasının MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və təqdim olunan sənədlərdən aydın olur ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,0277 ha olan torpaq sahəsi hüquqi baxımdan İddiaçı xüsusi mülkiyyətindədir. Bu hal, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunmuşdur. Bu hal, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunmuşdur. İddia tələbindən və təqdim olunmuş sübutlardan aydın olur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışı təmin edən dalan yoluna süni maneələr yaradılmış, o cümlədən həmin dalanın girişində qanunsuz tikinti işləri aparılmış, darvaza köçürülmüş, habelə iddiaçının torpağına giriş hissəsində ağaclar əkilərək faktiki zəbt və maneələr həyata keçirilmişdir. Bu hərəkətlər nəticəsində iddiaçının mülkiyyətinə sərbəst daxil olmaq hüququ pozulmuş, onun əmlakdan istifadə və sərəncam vermə hüquqları əngəllənmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən dalan yolunun girişində mişar daşından dayaqlar inşa edilmiş, əvvəlki dəmir darvaza yerindən çıxarılaraq yeni yerdə yerləşdirilmiş, bu da dalanın faktiki bölünməsi və bir hissəsinin zəbt olunması ilə nəticələnmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin X11 ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli aktı və xx.xx.2025-ci il tarixli yerində baxış protokolu ilə bu hallar təsbit edilmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin X11 ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli aktında və xx.xx.2025-ci il tarixli yerində baxış protokolunda bu hallar təsbit olunmuş, cavabdehlərə dalanın əvvəlki vəziyyətinə qaytarılması barədə tövsiyə və xəbərdarlıq olunmuş, lakin indiyədək bu göstərişlər yerinə yetirilməmişdir. Həmin aktlardan göründüyü kimi, cavabdehlər tərəfindən 0.008 ha torpaq sahəsi zəbt olunmuş, bu sahənin zəbt olunması nəticəsində dalan yolu faktiki olaraq bölünərək, bir hissəsi cavabdehlərin fərdi istifadəsinə yönləndirilmişdir. Zəbt olunmuş torpaq sahəsinə dair cavabdehlər tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bu hal, Torpaq Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə zidd olmaqla, qanunsuz torpaq istifadəçiliyi və icazəsiz tikinti hesab olunur. İş materialları və icra hakimiyyəti orqanlarının mövqeyindən də göründüyü kimi, iddiaçının mülkiyyətinə alternativ çıxış imkanı mövcud deyil, yeganə real çıxış məhz mübahisəli dalan yolu vasitəsilə mümkündür. Həmçinin cavabdehlərin iddiaçının torpaq sahəsinə qaz xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması üçün lazımi texniki işlərin görülməsinə də maneçilik törətdiyi, bu isə iddiaçının mülkiyyətində olan əmlakdan normal istifadə hüququnun pozulmasına səbəb olduğu sübut edilmişdir. Eyni zamanda, cavabdehlərin iddiaçının torpaq sahəsi ilə sərhəddə olan dalan yolunda ağaclar əkərək süni formada əlavə maneələr yaratması mülki hüquq münasibətləri kontekstində mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdehlər tərəfindən bir sıra şam ağacları əkilmiş, lakin onların hamısı deyil, yalnız darvazanın əvvəlki yerində olan hissədə əkilmiş ağaclar iddiaçının əmlakına fiziki çıxış imkanlarını faktiki olaraq əngəlləmişdir. Bu səbəbdən, yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə bilavasitə maneə yaradan ağacların – yəni darvazanın qoyulacaq yerinə düşən hissədə yerləşən ağacların cavabdehlərin hesabına götürülməsi məqsədə müvafiq hesab edilməlidir. Qalan ağacların yerində saxlanılması, onların funksional və hüquqi baxımdan mülkiyyət hüququnun həyata keçirilməsinə əngəl törətmədiyindən, mümkün və hüquqi baxımdan məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlərin hərəkətləri qanunsuzdur, iddiaçının mülkiyyət hüququ pozulmuşdur və bu hüququn bərpası üçün iddianın təmin olunması qanuna uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən sahəsi 0,0277 ha torpaq sahəsinə gediş-gəliş yolu olan dalan yolunda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmiş dalan yolunda aparılmış tikintinin onların öz hesabına sökülməli, dalan yolunun iddiaçının torpaq sahəsi ilə sərhədində əkilmiş ağacların darvazanın yerinə düşən hissəsində cavabdehlərin hesabına götürülməli, qeyd olunan dalan yolundan iddiaçının istifadəsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması və iddiaçının həmin yol vasitəsilə öz mülkiyyətinə çıxışı təmin olunmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən sahəsi 0,0277 ha torpaq sahəsinə gediş-gəliş yolu olan dalan Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq aparılmış tikinti onların öz hesabına sökülsün. Dalan yolunun İddiaçı torpaq sahəsi ilə olan sərhədində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən əkilən ağacların darvazanın yerinə düşən hissəsində cavabdehlərin hesabına götürülsün və onlar tərəfindən yaradılan bu kimi digər maneələr aradan qaldırılsın. Dalan yolundan İddiaçı istifadəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulsun və maneələr aradan qaldırılmaqla İddiaçı həmin dalan yoluna çıxışı təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1283/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1283/2025
18.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver