Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1306/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********69092 OPPO A78 markalı telefon , VİNİL ŞƏFFAF, İmei kod **********31361 XİAOMİ REDMİ NOTE 13 markalı telefon , HUAWEİ WATCH FİT 2 qol saatı, ÇAYDAN PHİLİPS, MORELLİ QRANİT QAZAN DƏSTİ,İmei kod **********97004 XİAOMİ REDMİ NOTE 12 markalı telefoanlmış və nəticədə 1639.96 (bir min altı yüz otuz doqquz manat, 96 qəpik) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 547.44 (beş yüz qırx yeddi manat, 44 qəpik) manat (12 ay x 45.62 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********69092 OPPO A78 markalı telefon , VİNİL ŞƏFFAF üçün ümumilikdə 613.02 (altı yüz on üç manat, 2 qəpik) manat olmaqla, ondan, 453.4 (dörd yüz əlli üç manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum,müştəriyə güzəşt olunaraq 136.02 (yüz otuz altı manat, 2 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 662.74 (altı yüz altmış iki manat, 74 qəpik) manat (12 ay 43.77 manat + 137.5 manat ilkin ödəniş) olan İmei kod **********31361 XİAOMİ REDMİ NOTE 13 markalı telefoünçün ümumilikdə 474.96 (dörd yüz yetmiş dörd manat, 96 qəpik) manat olmaqla, ondan, 347.2 (üç yüz qırx yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 104.16 (yüz dörd manat, 16 qəpik) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 747 (yeddi yüz qırx yeddi) manat (12 ay x 56.75 manat + 66 manat ilkin ödəniş) olan HUAWEİ WATCH FİT 2 qol saatı, ÇAYDAN PHİLİPS, MORELLİ QRANİT QAZAN DƏüçSüTnİümumilikdə 221 (iki yüz iyirmi bir) manat olmaqla, ondan, 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51 (əlli bir) manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 757.68 (yeddi yüz əlli yeddi manat, 68 qəpik) manat (12 ay 58.89 manat + 51 manat ilkin ödəniş) olan İmei kod **********97004 XİAOMİ REDMİ NOTE 12 markalı telefoünçün ümumilikdə 330.98 (üç yüz otuz manat, 98 qəpik) manat olmaqla, ondan, 254.6 (iki yüz əlli dörd manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 76.38 (yetmiş altı manat, 38 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində KONTAKT PLUS, ONLİNE KİNOTEATR, KASPERSKY STANDART, REKLAM BLOKLAYİCİ və PAKET XL xidmətlərindən imtina etmiş və məhsul 84,1 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 418.98 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 84.1 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 986.58 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2023-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********69092 OPPO A78 markalı telefon , VİNİL ŞƏFFAFüçün , 453.4 (dörd yüz əlli üç manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 136.02 (yüz otuz altı manat, 2 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********31361 XİAOMİ REDMİ NOTE 13 markalı telefoünçün , 347.2 (üç yüz qırx yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 104.16 (yüz dörd manat, 16 qəpik) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən HUAWEİ WATCH FİT 2 qol saatı, ÇAYDAN PHİLİPS, MORELLİ QRANİT QAZAN DƏSTİ üçün , 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********97004 XİAOMİ REDMİ NOTE 12 markalı telefoünçün , 254.6 (iki yüz əlli dörd manat, 60 qəpik) manat ödənilməmiş hissə, 76.38 (yetmiş altı manat, 38 qəpik) manat cərimə Ümumilikdə 1639.96 manat borc, 36.40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 14025590 saylı müqavilədən aydın olur ki, hər ay nağd qaydada 45,62 manat ödəməklə, 12 ay müddətinə 547,44 manat dəyərində əşyaları Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03117255 saylı müqavilədən aydın olur ki, hər ay nağd qaydada 137,5 manat ödəməklə, 12 ay müddətinə 662,74 manat dəyərində əşyaları Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 18553038 saylı müqavilədən aydın olur ki, hər ay nağd qaydada 56,75 manat ödəməklə, 12 ay müddətinə 747,0 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 14024611 saylı müqavilədən aydın olur ki, hər ay nağd qaydada 58,89 manat ödəməklə, 12 ay müddətinə 757,68 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 14025590 saylı müqaviləyə əsasən 453,4 manat əsas, 136,02 manat dəbbə (cərimə), innovativ layihələr mərkəzinə ödənilmiş 23,6 manat rüsum, xx.xx.2024-cü il tarixli, 03117255 saylı müqaviləyə əsasən 347,2 manat əsas, 104,16 manat dəbbə (cərimə), innovativ layihələr mərkəzinə ödənilmiş 23,6 manat rüsum, xx.xx.2023-ci il tarixli, 18553038 saylı müqaviləyə əsasən 170,0 manat əsas, 51,0 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-ci il tarixli, 14024611 saylı müqaviləyə əsasən 254,6 manat əsas, 76,38 manat dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 36,4 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında alqı-satqı müqavilələri bağlamışdırlar. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilələrin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC göstərilən malları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 411-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilələr bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilələr bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli, 03117255 saylı müqavilə üzrə 347,2 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 104,16 manat, xx.xx.2023-ci il tarixli, 18553038 saylı müqavilə üzrə 170,0 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 51,0 manat, xx.xx.2024-ci il tarixli, 14024611 saylı müqaviləyə əsasən 254,6 manat əsas borca münasibətdə 76,38 manat və xx.xx.2024-cü il tarixli, 14025590 saylı müqavilə üzrə 453,4 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 136,02 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli, 03117255 saylı müqavilə üzrə 15,0 manat, xx.xx.2023-ci il tarixli, 18553038 saylı müqavilə üzrə 7,0 manat, xx.xx.2024-ci il tarixli, 14024611 saylı müqavilə üzrə 10,0 manat və xx.xx.2024-cü il tarixli, 14025590 saylı müqavilə üzrə 20,0 manat cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ödənilmiş 36,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, 14025590 saylı müqaviləyə əsasən 453,4 manat əsas, 20,0 manat dəbbə (cərimə), İnnovativ Layihələr Mərkəzinə odənilmiş 23,6 manat rüsum, xx.xx.2024-cü il tarixli, 03117255 saylı müqaviləyə əsasən 347,2 manat əsas, 15,0 manat dəbbə (cərimə), İnnovativ Layihələr Mərkəzinə odənilmiş 23,6 manat rüsum, xx.xx.2023-ci il tarixli, 18553038 saylı müqaviləyə əsasən 170,0 manat əsas, 7,0 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-ci il tarixli, 14024611 saylı müqaviləyə əsasən 254,6 manat əsas borc, 10,0 manat cərimə və 36,4 manat dövlət rüsumu olmaqla, cəmi 1427,18 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 121, 2938, 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, 14025590 saylı müqaviləyə əsasən 453,4 manat əsas, 20,0 manat dəbbə (cərimə), İnnovativ Layihələr Mərkəzinə odənilmiş 23,6 manat rüsum, xx.xx.2024-cü il tarixli, 03117255 saylı müqaviləyə əsasən 347,2 manat əsas, 15,0 manat dəbbə (cərimə), İnnovativ Layihələr Mərkəzinə odənilmiş 23,6 manat rüsum, xx.xx.2023-ci il tarixli, 18553038 saylı müqaviləyə əsasən 170,0 manat əsas, 7,0 manat dəbbə (cərimə) borcu, xx.xx.2024-ci il tarixli, 14024611 saylı müqaviləyə əsasən 254,6 manat əsas borc, 10,0 manat cərimə və 36,4 manat dövlət rüsumu olmaqla, cəmi 1427,18 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1306/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1306/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver