Məhkəmə qərarları › İş №e-2(003)-1307/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1307/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1307/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 579,3 manat ödənilməmiş hissə, 57,7 manat cərimə, cəmi 637 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, imei kod **********51781 Samsung Galaxy A53 markalı telefon və SAMSUNG 25W CHARGER alınmış və nəticədə 637 (altı yüz otuz yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1392,96 (min üç yüz doxsan iki manat doxsan altı qəpik) manat (12 ay x 116,08 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy A53 markalı telefon və SAMSUNG 25W CHARGER üçün ümumilikdə 637 (altı yüz otuz yeddi) manat olmaqla ondan, 579,3 (beş yüz yetmiş doqquz manat üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57,7 (əlli yeddi manat, yeddi qəpik) manat cərimə, miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi 813,66 manat təşkil edir. Malın nisyə satış müqaviləsinə 1 saylı əlavədə göstərilən mobil telefon nisyə satılmış və təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Cavabdeh qeyd olunan müqavilə üzrə 12 ay müddətinə hissə-hissə hər ay üçün 116,08 manat ödəmək şərtilə, ümumilikdə 1392,99 manat pulun ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Belə ki, həmin müqavilənin 2.6cı bəndinə əsasən, ödəniş cədvəli üzrə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, imei kod **********51781 Samsung Galaxy A53 markalı telefon və SAMSUNG 25W CHARGER üçün 579,3 (beş yüz yetmiş doqquz manat üç qəpik) manat ödənilməmiş hissə, 57,7 (əlli yeddi manat, yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 637 manat borc, həmçinin 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin bildirişin üzərindəki qeyddən görünür ki, çatdırılması qeyir-mümkün olmuşdur. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 10813442 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC əşyanı alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya əldə etdiyi əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 579,3 manat ödənilməmiş hissə, 57,7 manat cərimə, cəmi 637 manat borcu mövcuddur. İş materiallarında olan cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilmədiyi təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pullu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin araşdırılan hallarından və iş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan ödənilməmiş borcu 579,3 manat, cərimə borcu 57,7 manat təşkil edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 637 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. 579,3 (beş yüz yetmiş doqquz manat otuz qəpik) manat ödənilməmiş borc, 57,7 (əlli yeddi manat, yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 637 (altı yüz otuz yeddi) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar