Məhkəmə qərarları › İş №e-2(003)-1307/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1307/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1307/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “mənzilinin dəyərinin tam ödənilməsi, bununla bağlı iddiaçının borcunun olmaması barədə maliyyə arayışının verilməsi və notarial qaydada mənzilin alqı-satqı müqaviləsinin bağlanılmaqla mənzilin iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı “mənzilinin dəyərinin tam ödənilməsi, bununla bağlı iddiaçının borcunun olmaması barədə maliyyə arayışının verilməsi və notarial qaydada mənzilin alqı-satqı müqaviləsinin bağlanılmaqla mənzilin iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 06 mart 2025-ci il tarixdə iddiaçının vəkili və etibarnamə əsasında nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini, iddia tələbindən imtina etdiklərini qeyd etmiş və iddiadan imtinanın qəbul olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iş üzrə icraata xitam verilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə, iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbindən imtinasının əsası mübahisə predmeti olan mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatda alınmadan ibarət olmaqla onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə İddiaçı Cavabdehnə qarşı mənzilinin dəyərinin tam ödənilməsi, bununla bağlı iddiaçının borcunun olmaması barədə maliyyə arayışının verilməsi və notarial qaydada mənzilin alqı-satqı müqaviləsinin bağlanılmaqla mənzilin iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması tələbindən imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə k, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdehnə qarşı “mənzilinin dəyərinin tam ödənilməsi, bununla bağlı iddiaçının borcunun olmaması barədə maliyyə arayışının verilməsi və notarial qaydada mənzilin alqı-satqı müqaviləsinin bağlanılmaqla mənzilin iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə İddiaçı iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar