Məhkəmə qərarları › İş №e-2(003)-1334/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1334/2022

14.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1334/2022 14.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızının, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızının, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, ünvan 7, Bakı şəhəri 12 saylı Xüsusi Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı, Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızı, X43) qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin və çıxarışların ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, ünvan 7 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı, Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızı) qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin və çıxarışların ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 adına verilmiş, 27 aprel 2021-ci il tarixli 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında Cavabdeh1 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, Cavabdeh1 Cavabdeh2 arasında 16 iyun 2021-ci il tarixdə bağlanılan bağışlama müqaviləsinin və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə dair iddiaçıların vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş, 27 aprel 2021-ci il tarixli 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında Cavabdeh1 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində-aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, cavabdeh X12 Cavabdeh2 arasında 16 iyun 2021-ci il tarixdə bağlanılan bağışlama müqaviləsinin, Cavabdeh2 adına verilmiş ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, Cavabdeh2 X29 arasında 28 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan 0.04, ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, X6 adına 0,04 ha torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xitdmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə dair onların vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş, 27 aprel 2021-ci il tarixli 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında Cavabdeh1 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində-aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X12 Cavabdeh2 ilə arasında 16 iyun 2021-ci il tarixdə bağlanılan bağışlama müqaviləsinin, Cavabdeh2 adına verilmiş ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi,Cavabdeh2 X29 ilə arasında 28 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan 0.04, ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, X6 adına 0,04 ha torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə dair iddiaçıların vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra X43 öz ərizəsinə əsasən hazırki mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra X29 və Bakı şəhəri 12 saylı Xüsusi Notariat Ofisi hazırki mülki iş üzrə cavabdeh qismində cəlb edilmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında yerləşən 42 saylı ev Yeganənin mərhum X10nun babası X14 məxsus olmuş, bununla bağlı onun adına həmin evə dair texniki pasport tərtib olunmuş və həmin texniki pasport Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmişdir. Ərinin babası Teyyub Adıgözəlovun səkkiz övladı olmuşdur — dörd oğlu və dörd qızı: X30, X31, Maraqlı şəxs4, Maraqlı şəxs1, X15, X24, X7 və X16. Teyyub Adıgözəlovun arvadı, yəni iddiaçının ərinin nənəsi X28 və onların səkkiz övladları yuxarıda qeyd etdiyi evdə yaşamışlar. İddiaçının ərinin atası (qayınatası) X30 və anası (qayınanası) X17 vəfat edənə qədər yuxarıda qeyd etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evdə yaşamışlar. X32 25 may 1970-cı ildə, onun arvadı isə - X28 17 noyabr 1989-cu ildə vəfat etmişlər. Teyyubun oğlu X30 31 iyul 1999-cu ildə, oğlu X31 28 aprel 2013-cü ildə, qızı X15 09 noyabr 2011-ci ildə vəfat etmişlər. X8 arvadı X17 isə 16 dekabr 1994-cü ildə vəfat etmişdir. X22 üç oğlu olmuş: X38 (iddiaçının əri), Cavabdeh1 (qayını), X33 (qayını). X10 13 iyul 2012-ci ildə, qayını X33 23 mart 1993-cü ildə vəfat etmişlər. İddiaçı1 Elşən Adıgözəlov ilə 01 avqust 1998-ci il tarixdə ailə qurmuş, həmin vaxtdan bu günə qədər qeyd etdiyi ünvanda yaşayır və qeydiyyatdadır. Birgə nikahdan xx xxx 1999-cu il tarixdə bir övladı X25 anadan olmuş və həmin ünvanda yaşamış və qeydiyyatdadır. X76 vəfat edənə qədər qeyd etdiyi ünvanda yaşamış, həmin evi və evin yerləşdiyi torpaq sahəsini idarə etmiş, kommunal xərcləri ödəmişdir. Qaynı Cavabdeh1 1987-ci ildə ailə qurmuş, 1991-ci ildə ailəsi ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvana yaşamağa köçmüşdür. 2020-ci ilin oktyabr ayında qaynı X39 (hazirki iş üzrə cavabdeh), arvadı X18 və onların oğlu Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəhəsi, Qazımaçılar küçəsi, 42 saylı evə köçürülməsi ilə bağlı ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhərl Xəzər Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə onların iddia tələbi rədd edilmişdir. Həmin mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıldığı zaman mübahisəli evə dair heç bir çıxarış verilməmişdir. Bundan sonra iddiaçılar tərəfindən birgə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində Cavabdeh1 baba və atasının davamçısının təkcə o olduğunu, adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətinin Bakı şəhəri Xəzər Məhkəməsində işə baxıldığı zaman yox olduğunu qeyd etmişdir. Apellyasiya məhkəməsində işə baxıldığı zaman Cavabdeh1 mübahisəli evə dair adına çıxarış təqdim etmiş və bu əsasla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların birgə apellyasiya şikayəti təmin edilmiş, iddiaçıların ona, yəni İddiaçı1 qarşı iddia tələbi təmin edilmişdir. Hazırda həmin iş üzrə İddiaçı1 tərəfindən kassasiya şikayəti verilmiş və iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında, baxılma mərhələsindədir. Daha sonra sorğu əsasında onlara məlum olmuşdur ki, Cavabdeh1 27 aprel 2021-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmiş, ərizədə özündən başqa heç bir vərəsələri qeyd etməmiş, həmin tarixdə mübahisəli evə dair qanun üzrə vərəsəlik şəhadətnaməsini almış və onun əsasında evə dair adına çıxarış əldə etmişdir. Beləliklə, Cavabdeh1 onların hüquqlarını pozaraq, vərəsəlik hüququndan mərhum etmiş, tək özü mübahisəli evə və evin yerləşdiyi torpaq sahəsinə yiyələnmək istəyir. Notarius öz növbəsində cavabdehin qanunsuz əməllərini həyata keçirmək üçün ona dəstək olmuş, vərəsələrin dairəsini müəyyən etməmişdir. Bundan sonra İddiaçı1 tərəfindən vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmış, ona izah edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Bundan sonra vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Notariat Ofisinə müraciət etmiş və onlara imtina cavabı verilmişdir. Bundan əlavə onlara məlum olmuşdur ki, mülki mübahisələr getdiyi zaman Cavabdeh1 adına çıxarış aldıqdan sonra oğlu İsmayıla mübahisəli evin yerləşdiyi mübahisəli torpaq sahəsini 16 iyun 2021-ci il tarixdə bağışlamışdır. Beləliklə, cavabdehlər faktiki olaraq mübahisəli evə və evin yerləşdiyi torpaq sahəsinə təkbaşına yiyələnərək, onları vərəsəlikdən məhrum etmişlər. Beləliklə, Teyyub Adıgözəlovun vəfatından sonra miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsində yerləşən 42 saylı evi və evin yerləşdiyi torpaq sahəsini qayınatası Şəmsi Adıgözəlov tərəfindən idarə etmiş, həmin evdə vəfat edənə qədər yaşamış, faktiki miras əmlakı qəbul etmişdir. Onun vəfatından sonra X76 həmin evi idarə etmiş, kommunal xidmətlər adına olmuş, vəfat edənə qədər həmin evdə yaşamış, torpaq sahəsinə qulluq etmiş, faktiki miras əmlakı qəbul etmişdir. Onlar da bu günə kimi həmin evdə daimi yaşayır və qeydiyyatdadırlar, evin bütün xərcləri iddiaçı tərəfindən ödənilir, Elşən Adıgözəlovun vərəsələri olarkən ona çatan miras əmlakını idarə edib, faktiki miras əmlakı qəbul etmişlər. Qaynı Cavabdeh1 isə həmin evdə qeydiyyatda olsa da, yuxarıda qeyd etdiyi kimi 1991-ci ildən etibarən başqa ünvana daimi yaşamağa köçmüş, miras əmlakını idarə etməmiş, qanunla müəyyən edilmiş müddətini ötürdükdən sonra vərəsəliyin qəbul etməsi ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmiş, digər vərəsələrin olması barədə məlumat verməmişdir. Bundan başqa Cavabdeh1 məhkəmə mübahisəsi qurtarmadan, heç bir icra vərəqəsi olmadan hasarı sökmüş, evin kommunal xətləri olan sayğaclara müdaxilə etmiş, tikinti işləri aparmaq üçün hazırlıq işləri aparmağa başlamışdır. Eyni zamanda da Cavabdeh1 işi çətinləşdirmək və izləri itirmək üçün oğlu ilə bağışlama müqaviləsi bağlamış və öz dediyinə görə torpağın bir hissəsini satmışdır (bununla bağlı notariat ofisinə müvafiq sorğu göndərilmişdir). Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, atası babasından qalan evin 9 sotunu ona bağışlamış, o da pul lazım olduğu üçün 4 sotunu satmışdır. Hesab edir ki, vərəsə onun atası və odur, çünki onun dədə-baba evidir, ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, İddiaçı1 mərhum X10nun doğma qardaşıdır. İddiaçı1 2005-ci ildə qeyri-qanuni onun razılığı olmadan yaşadığı ünvana qeydiyyata düşmüşdür. O zamanlar qanunla ünvanda olan qeydiyyat üzrə olanlar ərizə şəklində razılıq verməli idi, notarial kontorunun təsdiqini tapmış ərizə forması alınırdı və ünvana başqa şəxslər qeydiyyata düşə bilərdi. Lakin təssüflər olsun ki, iddia ərizəsində qarşı tərəf bu sübutları şişirtmiş, məhkəməni aldatmaq yolu ilə sübutlarını irəli sürmüşlər. Həmçinin qeyd etmişdir ki, İddiaçı2 da eyni qaydada onun razılığı olmadan Şağan qəsəbəsi Qazamatçılar küçəsi ev 42-yə qeydiyyata düşmüşlər. X32 özləri də qeyd etdiyi kimi 1970-ci ildə vəfat etmiş, 2000-ci ildə X30 vəfat etmiş ondan sonra 2005-ci ildə İddiaçı1 sözü gedən ünvana qeydiyyata düşmüşdür. Yəni 35 ildən sonra əsil mülkiyyətçinin vəfatından 35 il sonra müddət buraxmışdır. Bu günki vaxtla 52 ildən sonra pay tələbi istəyir. X8 4 oğlu olmuşdur. Bunlar Əzim, Nazim, Elşən və Daşqındır. Təəssüflər olsun ki, iddia ərizəsində keçmişdə də indi də Əzimin soyadını Məhkəmədən gizlədirlər. İddiaçı1 yaşadığı ünvanda, yəni Qazmaçılar küçəsi ev 42-də bütün kommunalları bu günə kimi, yəni işıq və qazı istifadə etdiyini demişdir. Lakin onda olan sübutlara əsasən heç də məqsədə uyğun deyil. Azərişıqdan aldığı bildirişə əsasən 15 ildən artıqdır ki, istifadə etdiyi işıq pulunu 1304,90 manat Azərbaycan manatı ilə pulu bu günə kimi ödəməyib. Eyni vəziyyətdə Azəriqazdan istifadə etdiyi qaz pulunu da bu günə kimi ödəməyib. Birinci dərəcəli vərəsələr olduğu yerdə beşinci dərəcəli özünü sayan vərəsə payı tələb edir. Bu da mülki məcəllənin 1159cu maddəsinə əsasən qanunsuzdur. 7 saylı notariusun verdiyi məktuba əsasən iddiaçılara bildirilmişdir ki, X4 qalmış miras paydan artıqlaması ilə ona, bağışlanma yolu ilə humanist addım atmışdır. Lakin iddiaçılar ona qarşı qərəzli olduqlarına görə əsassız olaraq iddia tələbi irəli sürməklə məhkəməyə qarşı qərəzli mövqeylərini tam şəkildə sübut edirlər. İddiaçıların təsdiq etdiyi ərizəyə əsasən Teyyubun 8 övladı olmuş - lakin onlar məhkəmədən iki həyat yoldaşının olmasını gizlətmişlər. Əgər 8 övlad arasında paylar bölünəndə 11 sot 20 kvadratdan hər övlada 135 kvadrat ev qarışıq torpaq sahəsindən pay düşür. O, da Şəmsiyə çatan pay 135 kvadrat edir o, da 3 övlad arasında böləndə adama 45 kvadrat torpaq sahəsi üzərində ev olmaq şərti ilə. O isə 7 saylı notarial kontorda göstərdiyi humanist ərizəsinə əsasən 220 kvadrat torpaq sahəsi üzərində 72 kvadrat tam şəkildə ata yurdundan miras qalmış evi iddiaçıların adına rəsmiləşdirməyə etiraz etməmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı öz ərini, yəni onun mərhum qardaşı Elşəni evdən qovmuşdur. O, qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X29 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, ev tikmək üçün torpaq sahəsi almaq istəyirdi. Cavabdeh2 torpaq sahəsi satdığını eşitmiş, gəlib həmin torpağa baxaraq onu bəyənmiş və alqı-satqı müqaviləsi bağlamışdır. Həmin torpaq sahəsinə baxmağa gedərkən orada heç kəsi görməmişdir. Cavabdeh2 ilə notariat orqanında alqı-satqı müqaviləsi bağlayaraq 15000 manata Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı ünvandan 0,04 ha torpaq sahəsi almışdır. Həmin torpağa dair bütün sənədlər var və o, həmin sənədlər əsasında öz adına çıxarış almışdır. İddiaçı1 əvvəllər tanımamış, məhkəmə iclası zamanı ilk dəfə görmüşdür. Həmin torpaq sahəsinin mübahisəli olduğunu bilməmiş, bilsə heç almazdı, o həmin torpaqda normal ev tikib yaşamaq istəyirdi. Qeyd olunanlara əsasən iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X43 izahatında bildirmişdir ki, iddiaçının qaynatası Şəmsi onun atasıdır. O, mübahisəli evdə doğulub və orada yaşamışdır. O, hazırda başqa yerdə yaşayır.Həmin mübahisəli evdə Şəmsi ilə birlikdə oğlu Elşən ailəsi ilə birlikdə yaşayırdı. 2012-ci ildə Elşən ölmüş, onun ailəsi həmin evdə yaşamağa davam ediblər. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın təmin və ya rədd edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı izahatında bildirmişdir ki, mübahisəli daşınmaz əmlak onun atasının mülkiyyəti olub. İddiaçının qaynatası Şəmsi onun qardaşıdır. Onların həmin evi satmaq fikirləri olmayıb. Şəmsi ailə qurduqdan sonra orada yaşayıb, lakin həmin evin Şəmsiyə bağışlanması barədə mərhum atası Teyyub Adıgözəlov vəsiyyətnamə qoymamışdır. Şəmsidən əvvəl həmin evdə bacısı Rübabə yaşamış, daha sonra o, Bakı şəhərində ev alıb oradan köçmüşdür. Qardaşı Şəmsi öldükdən sonra mübahisəli evdə onun oğlu Elşən ailəsi ilə birlikdə yaşayıb. Elşənin ölümündən sonra onun arvadı Yeganə və qızı Solmaz həmin evdə yaşayıblar. Elşənin qardaşı Nazim isə ailə qurduqdan sonra ev almış, mübahisəli evi tərk edərək yeni evdə yaşamağa başlamışdır. Həmçinin bildirmişdir ki, mübahisəli ev onundur və o, vərəsədir. İddianın təmin və ya rədd edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı izahatında bildirmişdir ki, mübahisəli daşınmaz əmlak onun atasının mülkiyyətində olub. İddiaçının mərhum qaynatası Şəmsi onun qardaşıdır. Həmin evdə Şəmsi ailəsi ilə birlikdə yaşayıb. Şəmsidən sonra oğlu Elşən ailəsi ilə birlikdə orada yaşayıb. O, həmin evdə yaşamış, ailə qurduqdan sonra oranı tərk etmişdir. Həmçinin bildirmişdir ki, mübahisəli evə dair onun da vərəsə hüququ vardır. İddianın təmin və ya rədd edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızı izahatında bildirmişdir ki, mübahisəli daşınmaz əmlak onun atasının mülkiyyətində olub. İddiaçının mərhum qaynatası Şəmsi onun qardaşıdır. Həmin evdə Şəmsi və oğlu ailəsi ilə birlikdə yaşayıblar. Nazim ailə qurandan sonra başqa yerə köçmüşdür. O, həmin evdə yaşamışdır. Həmçinin bildirmişdir ki, mübahisəli evə dair onun da vərəsə hüququ var, hesab edir ki, mübahisəli əmlak ancaq onun və bacıları Sevil, İntizar, Səfurə və qardaşı Balasəf arasında bölünməlidir. İddianın təmin və ya rədd edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər İddiaçı2 və digər cavabdehlər və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Bakı şəhəri 7 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 20 may 1970-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 17 noyabr 1989-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 isə 16 dekabr 1994-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 31 iyul 1999-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 13 iyul 2012-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 28 aprel 2013-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 09 noyabr 2011-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X40, anası X28 olan X26 xx.xx.1945-ci ildə, Maraqlı şəxs1 xx.xx.1947-ci ildə, X19 xx.xx.1950-ci ildə və X34 xx.xx.1965-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X30, anası X20 olan X43 xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən aydın olur ki, X34 ilə X9 01 avqust 1998-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Adıgözəlova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X38, anası İddiaçı1 olan X27 xx.xx.1999-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhərl Xəzər Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1, X21 və Cavabdeh2 ünvan 4 ünvanına köçürülmələri tələbinə dair iddiasının rədd olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-414/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, iddiaçılar Cavabdeh1, X3 və Cavabdeh2 ünvan 4 ünvanına köçürülmələri qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8163/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan əlavə, həmin qətnamələr ilə Cavabdeh1 və X3 məhkəmə iclaslarında verdikləri izahatlara əsasən onların 1991-ci ildən mübahisəli ünvandandan daimi olaraq başqa ünvana köçmələri müəyyən olunmuşdur. İş materiallarında olan Xəzər Rayon İcra Hakimiyyətinin Şağan qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 84 nömrəli arayışından qeyd edilmişdir ki, Cavabdeh1 Şağan qəsəbəsi Qazmaçılar küçəsi ev 42-də qeydiyyatda olsa da, lakin faktiki olaraq həmin ünvanda yaşamır. Belə ki, qonşuların nümayəndəliyə təqdim etdiyi aktda göstərilmişdir ki, Cavabdeh1 təxminən 20 il əvvəl ailə üzvləri ilə birlikdə həmin ünvandan köçmüş və Şağan qəsəbəsi, yeni yaşayış massivində inşa etdiyi fərdi yaşayış evində yaşamışdır. Lakin 2022-ci ilin yanvar ayından etibarən Cavabdeh1 Qazmaçılar 42F ünvanında köməkçi tikilidə yaşamağa başlamışdır. İş materiallarında olan Xəzər rayon Şağan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 250 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı1 və Adıgözəlova (Həsənova) X59 qəsəbəsi, Qazmaçılar küçəsi ev 42 ünvanında 1999-cu ildən yaşayır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il tarixdə vəfat etmiş- X5 vərəsələri: oğlu X30, lakin onun xx.xx.1999-cu il tarixdə ölməsi ilə əlaqədar Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 ünvanında qeydiyyatda olan nəvəsi Cavabdeh1 o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X14 verilmiş **********35-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 ünvanında yerləşən ümumi sahəsi 71,2 kv/metr olan fərdi yaşayış evindən mülkiyyətdə olan 0,111930 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh1 tərəfindən ünvan 7 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, 1970-ci ildə ölmüş babası X4 miras qalmış əmlaka ondan başqa vərəsələrinin olması barədə məlumat əlavə etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 8 xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 8 (0,111930 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 Teyyub oğlunun adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda deyilir: ”xx.xx.1972-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2005-ci il tarixdən, xx.xx.1999-cu il təvəllüdlü Həsənova (Adıgözəlova) Solmaz Elşən qızı xx.xx.2014-cü il tarixdən ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 ünvanında yerləşən ümumi sahəsi 0,11193 ha torpaq sahəsinin 0,04 ha hissəsini oğlu Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 8F saylı sahə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 8 (0,0219 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 Teyyub oğlunun adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 0,09 ha torpaq sahəsinin 0,04 ha hissəsini X11 15000 manata satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 8E saylı sahə xüsusi mülkiyyət hüququ üzrə X6 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, “Biz, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsinin sakinləri X35, X57, X44, X58, X36 həmin aktı tərtib etdik ondan ötrü ki, 1998-ci ildə qonşumuz İddiaçı1 mərhum X38 ilə ailə qurduğu zamandan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə gəlin gəlmiş və bu günə kimi həmin ünvanda yaşayır. Eyni zamanda, bildiririk ki, qonşumuz İddiaçı1 qaynı Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə uzun müddətir ki, təxminən iyirmi il əvvəl ünvan 10 ünvana köçmüş, həmin müddətdən bu günə kimi qeyd etdiyimiz evdə yaşamır. Aktı imzalarımızla təsdiq edirik (şəxsiyyət vəsiqələrinin surətləri akta əlavə olunur).” Aktı tərtib etmiş şəxslər aktı öz imzaları ilə təsdiq ediblər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda deyilir: “Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisinin xüsusi notariusu X37 tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli 40-82 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 11 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.” Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 42 saylı ev İddiaçı1 mərhum X76un babası Teyyub Adıgözəlova məxsus olmuş, sonuncunun adına həmin evə dair texniki pasport tərtib olunmuşdur. Ərinin babası Teyyub Adıgözəlovun səkkiz övladı olmuş, onlar mübahisəli evdə yaşamışlar. Teyyub Adıgözəlov 1970-cı ildə, onun arvadı Səkinə Salamova 1989-cu ildə, Teyyubun oğulları Şəmsi Adıgözəlov 1999-cu ildə, oğlu Lətif Adıgözəlov 2013-cü ildə, qızı Rübabə Adıgözəlova 2011-ci ildə ölmüşdür. Şəmsi Adıgözəlovun arvadı (iddiaçının qaynanası) Solmaz Adıgözəlova 1994-cü ildə ölmüşdür. Şəmsi Adıgözəlov ailəsi ilə birlikdə atası ilə bir evdə yaşayırdı. İddiaçının X22 Nazim, Əzim, Elşən və Daşqın adlı dörd oğlu olmuşdur, onlardan Elşən Adıgözəlov (iddiaçının əri) 2012-ci ildə və iddiaçının qaynı Daşqın Adıgözəlov 1993-cü ildə ölmüşdür. İddiaçı1 Elşən Adıgözəlov ilə 01 avqust 1998-ci il tarixdə ailə qurmuş, həmin vaxtdan bu günə qədər qeyd etdiyi ünvanda yaşayır və qeydiyyatdadır. Birgə nikahdan xx xxx 1999-cu il tarixdə bir övladı Solmaz Adıgözəlova anadan olmuş, həmin ünvanda yaşamış və qeydiyyatdadır. X76 ölənə qədər mübahisəli ünvanda yaşamışdır. Cavabdeh1 1991-ci ildən ailəsi ilə birlikdə mübahisəli ünvandan başqa ünvana yaşamağa köçmüşdür. Cavabdeh1 27 aprel 2021-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmiş, ərizədə özündən başqa heç bir vərəsələri qeyd etməmiş, həmin tarixdə mübahisəli evə dair qanun üzrə vərəsəlik şəhadətnaməsini almış və onun əsasında evə dair adına çıxarış əldə etmişdir. Bundan sonra Cavabdeh1 oğlu İsmayıla mübahisəli evin torpaq sahəsinin 0,09 ha hissəsini 16 iyun 2021-ci il tarixdə bağışlamış, sonuncu həmin torpaq sahəsindən 0,04 ha hissəsini cavabdeh Məhəmməd Hüseynova alqı-satqı müqaviləsinə əsasən satmış, sonuncu həmin torpaq sahəsini öz adına rəsmiləşdirərək çıxarış almışdır. Hazırda iddiaçılar iddia ilə müraciət edərək Cavabdeh1 adına verilmiş, 27 aprel 2021-ci il tarixli 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında Cavabdeh1 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində-aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X12 Cavabdeh2 arasında 16 iyun 2021-ci il tarixdə bağlanılan bağışlama müqaviləsinin, Cavabdeh2 adına verilmiş ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 X29 arasında 28 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan 0.04, ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, X6 adına 0,04 ha torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə dair onların vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə bütün araşdırmalara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 notariat orqanına müraciət edərkən vərəsələrin dairəsini nəzərdə tutan ərizəsini qanunla nəzərdə tutulan formada, yəni digər vərəsələrin olması barədə məlumatı verməmiş, nəticədə notarius da həmin vərəsələrin çağrılması üçün zəruri hərəkətlər etməyərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir ki, bununla da iddiaçıların həmin əmlakdan pay almaq hüququ pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 adına verilmiş, 27 aprel 2021-ci il tarixli 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız sayılmalıdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayıldığından, onun əsasında Cavabdeh1 adına mübahisəli evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində-aparılan qeyd və çıxarış da etibarsız sayılmalıdır. Etibarsız əqd hüquqi nəticələr yaratmadığından, o cümlədən Cavabdeh1 həmin əmlak barədə sərəncam vermək hüququnun əmələ gəlməsi nəticələrinə, həmçinin mülkiyyətçi hüququnun yaranmasına səbəb olmadığından, bununla da cavabdehin həmin əmlak üzərində sərəncam vermək hüququ olmadığından həmin əqd buna müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığından etibarsızdır. Ona görə də, Cavabdeh1 ilə Cavabdeh2 arasında olan bağışlama müqaviləsi də etibarsız hesab edilməlidir. Cavabdeh2 ilə X29 arasında ünvan 1 ünvanında yerləşən 0.04, ha torpaq sahəsinə dair 28 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlıq hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası tətbiq edilməlidirir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair Cavabdeh2 ilə X29 arasında alqı-satqı müqaviləsi bağlanarkən və reyestrdə sonuncu adına qeydiyyata alınarkən dövlət reyestrindəki qeydə inanaraq hərəkət etməklə bu zaman qeydiyyatın düzgün olmadığını bilmədiyindən, Məhəmməd Əhməd oğlu tamamilə vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşdur. Belə olan halda Cavabdeh2 ilə X29 arasında mübahisələndirilən torpaq sahəsi ilə bağlı bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Lakin əmlakın 0,04 ha hissəsi hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan və mübahisəli evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında sonuncunun adına həmin evə və torpaq sahəsinə dair çıxarış etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququ da iddiaçıya izah edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mübahisəli torpaq sahəsinin 0,04 ha hissəsinin X1, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yenidən tərtib olunarkən nəzərə alınmalı və iddiaçıların payından çıxılmalıdır. Məhkəmə hesab edir ki tərəflərin adına qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilərkən mübahisəli torpaq sahəsinin 0,04 ha hissəsinin X1 nəzərə alınmalı və vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən X2 0,04 ha torpaq sahəsi iddiaçıların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yenidən tərtib olunarkən nəzərə alınmalı və iddiaçıların payından 0,04 ha torpaq sahəsi çıxıldıqdan sonra iddiaçıların hər birinin miras əmlak üzərində ½ hissədə payları müəyyən edilməlidir. Eyni zamanda mübahisənin bu qaydada həll edilməsi iddiaçılara vərəsəlik qaydasında mülkiyyətçi hüquqları yaranmış torpaq sahəsinin digər şəxsin özgəninkiləşdirilməsi ilə bağlı onlara vurulmuş zərərin əvəzini Cavabdeh2 tələb etmək hüquqlarını istisna etmir. Məhkəmə prosesində iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı, Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızı, X43 hazırki mübahisəli əmlak üzrə ancaq onların vərəsə kimi tanınmasını, əmlakın onlar arasında bölünməsini istəyiblər. Məhkəmə hesab edir ki, onların bu barədə bildirdikləri və miras əmlaka dair onların pay hüququnun əmələ gəlməsinə və miras əmlakdan onların payının müəyyən edilməsinə əsas ola bilməz. Belə ki, iş üzrə sübutlarla müstəqil tələb rəli sürməyən üçüncü şəxslərin mirasın açıldığı vaxtdan həmin əmlakı qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul etmələri halı sübut edilməmişdir. Onların miras əmlakı qəbul etmələri halı sübut edilmədiyindən miras əmlakdan onların payı müəyyən edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında Cavabdeh1 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış etibarsız hesab edilməli, cavabdeh X39 ilə Cavabdeh2 arasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 adına verilmiş ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış etibarsız hesab edilməli,Cavabdeh2 adına verilmiş ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış etibarsız hesab edilməli, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarış etibarsız hesab edilməli ,iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq ½ hissədə payları müəyyən edilməli, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində Cavabdeh2 ilə X29 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 0,04 ha torpaq sahəsi ümumi miras əmlakdan çıxılmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi qismən təmin edilsin. 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında Cavabdeh1 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış etibarsız hesab edilsin. Cavabdeh X39 ilə Cavabdeh2 arasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 adına verilmiş ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış etibarsız hesab edilsin. Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarış etibarsız hesab edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq ½ hissədə payları müəyyən edilsin, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində Cavabdeh2 ilə X29 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 0,04 ha torpaq sahəsi ümumi miras əmlakdan çıxılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar