Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1339/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** saylı “avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “VAZ 2107” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Buzovna qəsəbəsi ərazisində ** MY *** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.6-cı maddələri ilə GP seriyalı 12628889 saylı qərar qəbul edilmişdir. “Volkswagen Polo” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 5000 manat ödəniş verilmişdir. Sürücü hadisə zamanı hadisə yerindən yayınmışdır. Bununla da sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yaranır. Ona görə də, Cavabdeh 5000 manat pul vəsaitinin və 70 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və mübahisənin həlli ilə əlaqədar qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə, iddia tələbinə dair etiraz və mülahizələrinin təqdim edilməsi təklif olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və iddia tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) BB231164 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ban nömrəsi XW8ZZZ61ZKG048352, mühərrik nömrəsi CWV646090 olan “Volkswagen Polo” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli, reyestrdə 7E-4884 nömrə ilə qeydə alınmış nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, ban nömrəsi XW8ZZZ61ZKG048352, mühərrik nömrəsi CWV646090 olan “Volkswagen Polo” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 avtomobili idarə etmək səlahiyyətini xx.xx.2031-ci il tarixə qədər X1 etibar etmişdir. İcbari sığorta şəhadətnaməsinin nömrəsi: PDS********** İcbari sığorta müqaviləsinə dair məlumatın yoxlanılması barədə çıxarışdan görünür ki, sığortalı X6 olan, ban nömrəsi XTA210700T0929904, mühərrik nömrəsi ******* olan “VAZ 2107” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi PAZ********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərər bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat olmaqla "xxxx" ASC-də sığortalanmışdır. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 238460 saylı ilkin qiymətləndirmə aktının surətindən görünür ki, ban nömrəsi XW8ZZZ61ZKG048352, mühərrik nömrəsi CWV646090 olan “Volkswagen Polo” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş cəmi zərər 5241 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər Rayon DYPŞ-də polis leytenantı X7 tərəfindən qəbul edilmiş GP seriyalı 12628889 saylı qərardadın surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.6-cı maddələri ilə tərtib edilmiş İXP seriyalı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(003)-1162/2022 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölkədaxili #005XOH********** saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi X2 bank hesabına köçürülmüşdür. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsinin baş verməsi və Cavabdeh həmin hadisəni törətməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübut edilmişdir. Hadisə baş verən zaman Cavabdeh icbari sığorta müqaviləsi olan nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətmiş, nəticədə baş vermiş sığorta hadisəsinə görə iddiaçı 5000 manat sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı 5000 manat sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisəsinin baş verməsində cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi ilə inzibati xəta törədildiyindən və cavabdehin hadisə yerindən yayınması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübut edildiyindən iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 5000 manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 70 manat olmaqla, ümumilikdə 5070 (beş min yetmiş) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1339/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1339/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver