Məhkəmə qərarları › İş №e-2(003)-1362/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1362/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1362/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızı, İddiaçı Cavabdeh qarşı "pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 19 avqust 2019-cu il tarixlərində X2 ilə RSK5722892 nömrəli və RSK5722895 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən RSK5722892 nömrəli müqavilə üzrə 1475,0 manat dəyəri olan 1(bir) ədəd “Grundig” markalı televizoru Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. RSK5722895 nömrəli müqavilə üzrə 645 manat dəyəri olan 1(bir) ədəd “Samsung Galaxy A32 Galaxy A30“ markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı RSK5722892 nömrəli müqavilə üzrə 59 manat ilkin ödəniş olmaqla, qalan 1416 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə. aylıq 59 manat olmaqla, hər ayın 18-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı RSK5722895 nömrəli müqavilə üzrə 30 manat ilkin ödəniş olmaqla, qalan 615 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 41,0 manat olmaqla, hər ayın 18-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun RSK5722892 nömrəli müqavilə üzrə 1357 manat əsas, 407 manat dəbbə pulu olmaqla, 1764 manat və RSK5722895 nömrəli müqavilə üzrə 400 manat əsas, 120 manat dəbbə pulu olmaqla, 520 manat borcu yaranmışdır. Alıcı tərəfindən RSK5722892 nömrəli, 19 avqust 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 59 manat ödəniş və RSK5722895 nömrəli, 19 avqust 2019-cu il müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 74 manat ödəniş edilmişdir. Tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də X1 RSK5722892 nömrəli, 19 avqust 2019-cu il tarixli müqavilə üzrə 1357 manat əsas, 407 manat dəbbə pulu və RSK5722895 nömrəli, 19avqust 2019-cu il tarixli müqavilə üzrə 400 manat əsas, 120 manat dəbbə pulu və 43 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Həmin Məcəllənin 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2019-cu il tarixli RSK5722892 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, “Grundig” markalı televizoru 59,0 manat ilkin ödəniş olmaqla, hər ay nağd qaydada 59,0 manat ödəməklə, 24 ay müddətinə Cavabdeh oğluna satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1%-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19 avqust 2019-cu il tarixli RSK5722892 saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay nağd qaydada 59,0 manat İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun cəmiyyətə 19 avqust 2019-cu il tarixli RSK5722892 saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 1357,0 manat əsas borc, 407,0 manat cərimə (dəbbə) borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2019cu il tarixli RSK5722895 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, «Grundig” markalı telefonları hər ay nağd qaydada 41,0 manat (ilkin ödəniş 30,0 manat) ödəməklə, 15 ay müddətinə Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1%-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19 avqust 2019-cu il tarixli RSK5722895 saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay nağd qaydada 41,0 manat (ilkin ödəniş 30,0 manat) İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun cəmiyyətə 19 avqust 2019-cu il tarixli RSK5722895 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 400,0 manat əsas borc, 120,0 manat cərimə (dəbbə) borcu yaranmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh oğluna ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 19 avqust 2019-cu il tarixli RSK5722892 müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdehə “Grundig” markalı televizoru 24 ay müddətinə, hər ay 59,0 manat, 19 avqust 2019-cu il tarixli RSK5722895 müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdehə «Samsung Galaxy A32” markalı telefonu 15 ay müddətinə, hər ay 41,0 manat ödəmək şərti ilə almışdır. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur. İş üzrə İddiaçı həmin avadanlıqları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 19 avqust 2019-cu il tarixli RSK5722892 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1357,0 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 407,0 manat cərimə pulunun və 19 avqust 2019-cu il tarixli RSK5722895 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 400,0 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 120,0 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, 19 avqust 2019-cu il tarixli RSK5722892 saylı müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 65,0 manat və 19 avqust 2019-cu il tarixli RSK5722895 saylı müqavilə üzrə 20,0 manat cərimə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, 43,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 19 avqust 2019-cu il tarixli, RSK5722892 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1357,0 manat borc, 65,0 manat məbləğində cərimə, 19 avqust 2019-cu il tarixli RSK5722895 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 400,0 manat borc, 20,0 manat məbləğində cərimə, ümumilikdə 1842,0 manat və ödənilmiş dövlət rüsumuna görə 43,0 manat olmaqla, cəmi 1885,0 (min səkkiz yüz səksən beş) manat məbləğində pul vəsiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh 19 avqust 2019-cu il tarixli, RSK5722892 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1357,0 manat borc, 65,0 manat məbləğində cərimə, 19 avqust 2019-cu il tarixli RSK5722895 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 400,0 manat borc, 20,0 manat məbləğində cərimə, ümumilikdə 1842,0 manat və ödənilmiş dövlət rüsumuna görə 43,0 manat olmaqla, cəmi 1885,0 (min səkkiz yüz səksən beş) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar