Məhkəmə qərarları › İş №e-2(003)-1384/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1384/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1384/2024 12.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən LG LED TV, SOUDUCU TOSHİBA, İMEİ KOD **********855544 SAMSUNG GALAXY A13 markalı telefon almış və nəticədə 2554,0 manat borc yaranmışdır. xx.xx.2022-ci il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 2109,06 (yəni 18 ay x 117,17 manat + 0 manat ilkin ödəniş) manat olan LG LED TV, üçün ümumilikdə 1200,0 manat borcdan, 1090,06 manat əsas borc və 109,94 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən o, alqı-satqı qiyməti 1728,0 manat (yəni 18 ay x 96 manat +0 manat ilkin ödəniş) SOYDUCU TOSHİBA üçün ümumilikdə 1099,0 manat borcdan, 999,65 manat əsas borc və 99,35 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən o, alqı-satqı qiyməti 584,4 (yəni 12 ay x 48,7 manat + 0 manat ilkin ödəniş) manat olan İMEİ KOD **********55544 SAMSUNG GALAXY A13 markalı telefon üçün ümumilikdə, 216 manat olmaqla ondan, 196,25 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19,75 manat, cərimə. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən o, alqı-satqı qiyməti 200,04 (yəni 12 ay x 16,67 manat + 0 manat ilkin ödəniş) manat olan ÜTÜ BRAUN üçün ümumilikdə, 39 manat olmaqla ondan, 35,68 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3,32 manat, cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 2299,86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2022-ci il xx.xx.2022-ci il xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, ÜTÜ BRAUN, üçün 35,68 manat ödənilməmiş hissə 3,32 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, SOYDUCU TOSHİBA üçün 999,65 manat ödənilməmiş hissə, 99,35 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, LG LED TV, üçün 1090,06 manat ödənilməmiş hissə 109,94 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG GALAXY A13 markal telefon üçün 196,25 manat ödənilməmiş hissə 19,75 manat cərimə ümumilikdə, 2554,0 manat borc və ödənilmiş dövlət rüsumuna görə 45,54 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, 03332406 saylı müqavilədən aydın olur ki, LG LED TV, üçün hər ay nağd qaydada 117,17 manat ödəməklə, 18 ay müddətinə, 2109,06 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktndan görünür ki, Cavabdeh LG LED TV, tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03332407 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək İddiaçı MMC–yə hər ay 117,17 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2022-ci il tarixli 03332407 saylı müqaviləyə əsasən 1090,06 manat əsas, 109,94 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 1200,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03332925 saylı müqavilədən aydın olur ki, SOYDUCU TOSHİBA üçün hər ay nağd qaydada 96,0 manat ödəməklə, 18 ay müddətinə, 1728,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktndan görünür ki, Cavabdeh SOYDUCU TOSHİBANİ tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03332925 saylı müqavilə üzrə xx.xx.2022-cu il tarixdən xx.xx.2024-ci il tarixədək İddiaçı MMC–yə hər ay 96 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2022-ci il tarixli 03332925 saylı müqaviləyə əsasən 999,65 manat əsas, 99,35 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 1099,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən aydın olur ki, SAMSUNG GALAXY A13 markalı telefon üçün hər ay nağd qaydada 48,7 manat ödəməklə, 12 ay müddətinə, 584,4 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktndan görünür ki, Cavabdeh SAMSUNG GALAXY A13 markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə xx.xx.2022-cu il tarixdən xx.xx.2023-ci il tarixədək İddiaçı MMC–yə hər ay 48,7 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 196,25 manat əsas, 19,75 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 216,0 manat borcu yaranmışdır İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03332407 saylı müqavilədən aydın olur ki, ÜTÜ BRAUN üçün hər ay nağd qaydada 16,67 manat ödəməklə, 12 ay müddətinə, 200,04 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktndan görünür ki, Cavabdeh ÜTÜ BRAUN tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03332407 saylı müqavilə üzrə xx.xx.2022-cu il tarixdən xx.xx.2023-ci il tarixədək İddiaçı MMC–yə hər ay 16,67 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2022-ci il tarixli 03332407 saylı müqaviləyə əsasən 35,68 manat əsas, 3,32 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 39,0 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 45,54 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında xx.xx.2022-ci il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 2109,06 manat dəyərində olan LG LED TV, üçün 18 ay müddətinə, hər ay 117,17 manat və xx.xx.2022-ci il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 1728,0 manat dəyərində olan SOYDUCU TOSHİBA 18 ay müddətinə, hər ay 96 manat, və xx.xx.2022-ci il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 584,4 manat dəyərində olan SAMSUNG GALAXY A13, üçün 12 ay müddətinə, hər ay 48,7 manat və xx.xx.2022-ci il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqısatqı qiyməti 200,04 manat dəyərində olan ÜTÜ BRAUN, üçün 12 ay müddətinə, hər ay 16,67 manat ödəmək şərti ilə almışdır. Cavabdeh 4 müqavilə üzrə ümumilikdə 2299,86 manat ödəniş etmişdir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin avadanlıqları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, 03332406 saylı müqavilə üzrə 1090,06 manat əsas borca münasibətdə cavabdehdən 109,94 manat cərimə pulunun, xx.xx.2022-ci il tarixli, 03332925 saylı müqavilə üzrə 999,65 manat əsas borca münasibətdə cavabdehdən 99,35 manat cərimə pulunun, xx.xx.2022-ci il tarixli, 03333345 saylı müqavilə üzrə 196,0 manat əsas borca münasibətdə cavabdehdən 19,75 manat cərimə pulunun, xx.xx.2022-ci il tarixli, 03332407 saylı müqavilə üzrə 35,68 manat əsas borca münasibətdə cavabdehdən 3,32 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2022-ci il tarixli, 03332406 saylı müqavilə üzrə 43,0 manat, xx.xx.2022-ci il tarixli, 03332925 saylı müqavilə üzrə 40,0 manat, xx.xx.2022-ci il tarixli, 03333345 saylı müqavilə üzrə 8,0 manat, xx.xx.2022-ci il tarixli, 03332407 saylı müqavilə üzrə 2,0 manat, məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 199,35.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 45,54 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli, 03332406 saylı müqavilə üzrə 1090,06 manat əsas, 43,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03332925 saylı müqavilə üzrə 999,65 manat əsas, 40,0 manat cərimə, xx.xx.2022ci il tarixli, 03333345 saylı müqavilə üzrə 196,25 manat əsas, 8,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03332407 saylı müqavilə üzrə 35,68 manat əsas, 2,0 manat cərimə və 45,54 manat dövlət rüsumu olmaqla, cəmi 2460,18 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2629,0, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli, 03332406 saylı müqavilə üzrə 1090,06 manat əsas, 43,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03332925 saylı müqavilə üzrə 999,65 manat əsas, 40,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03333345 saylı müqavilə üzrə 196,25 manat əsas, 8,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03332407 saylı müqavilə üzrə 35,68 manat əsas, 2,0 manat cərimə və 45,54 manat dövlət rüsumu olmaqla, cəmi 2460,18 manat (iki min dörd yüz altmış manat, on səkkiz qəpik) məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar