Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1408/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********63299 olan Samsung Galaxy A10 markalı telefon üçün 215.2 manat ödənilməmiş hissə, 21.8 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən SONY KDL TV üçün 624.4 manat ödənilməmiş hissə, 62.6 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd X3 Qulaqlıq üçün 105.6 manat ödənilməmiş hissə, 10.4 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********48446 XİAOMİ REDMİ 9 markalı telefon, İMEİ Kodu **********50043 XİAOMİ REDMİ 9 markalı telefon üçün 817.6 manat ödənilməmiş hissə, 81.4 manat cərimə pulu cəmi 1939 manat və 39,39 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********63299 olan Samsung Galaxy A10 markalı telefon, SONY KDL TV, 2 ədəd X3 Qulaqlıq və İMEİ Kodu **********50043 XİAOMİ REDMİ 9 telefon, İMEİ Kodu **********48446 XİAOMİ REDMİ 9 markalı telefon almış və nəticədə 1939 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 384.2 manat olan İMEİ kodu **********63299 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 237 manat olmaqla ondan 215.2 manat ödənilməmiş hissə, 21.8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1130.4 manat olan SONY KDL TV üçün ümumilikdə 687 manat olmaqla ondan 624.4 manat ödənilməmiş hissə, 62.6 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 105.6 manat olan 2 ədəd X3 Qulaqlıq üçün ümumilikdə 116 manat olmaqla ondan 105.6 manat ödənilməmiş hissə, 10.4 manat cərimə borcu hesablanmışdır, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 867.6 manat olan İMEİ Kodu **********48446 XİAOMİ Redmi 9, İMEİ Kodu **********50043 XİAOMİ REDMİ 9 üçün ümumilikdə 899 manat olmaqla ondan 817.6 manat ödənilməmiş hissə, 81.4 manat cərimə borcu hesablanmışdır. Cavabdeh cəmi 725 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20196535 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 384.2 manat olan İMEİ kodu **********63299 olan Samsung Galaxy A10 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 17 ay müddətində ödəniş cədvəli üzrə hər ay 22.6 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20196614 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1130.4 manat olan SONY KDL TV Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 62.8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22156077 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 105.6 manat olan 2 ədəd X3 Qulaqlıq Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 8.8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ********* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 867.6 manat olan İMEİ Kodu **********48446 XİAOMİ REDMİ 9, İMEİ Kodu **********50043 XİAOMİ REDMİ 9 Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 48.2 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 215.2 manat ödənilməmiş hissə və 21.8 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 624.4 manat ödənilməmiş hissə, 62.6 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 105.6 manat ödənilməmiş hissə, 10.4 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 817.6 manat ödənilməmiş hissə, 81.4 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 410.4-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, 1762,8 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 1762,8 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 176,2 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdehdan iddiaçının xeyrinə müvafiq olaraq 2 manat, 6 manat, 1 manat, 8 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 81.49.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 9,39 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020ci il tarixdə 20196535 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 215.2 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2020-ci il tarixdə 20196614 saylı alqı-satqı müqaviləsinə əsasən 624.4 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2020-ci il tarixdə 22156077 saylı alqı-satqı müqaviləsinə əsasən 105.6 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2020-ci il tarixdə ********* saylı alqı-satqı müqaviləsinə əsasən 817.6 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu ümumilikdə 1779,8 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 210.4, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdə 20196535 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 215.2 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2020-ci il tarixdə 20196614 saylı alqı-satqı müqaviləsinə əsasən 624.4 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2020-ci il tarixdə 22156077 saylı alqı-satqı müqaviləsinə əsasən 105.6 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2020-ci il tarixdə ********* saylı alqı-satqı müqaviləsinə əsasən 817.6 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu ümumilikdə 1779,8 manat (bir min yeddi yüz yetmiş doqquz manat 80 qəpik) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 39,39 manat məbləğində dövlət rüsumunun qalan 9,39 (doqquz manat otuz doqquz qəpik) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1408/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1408/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver