Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1443/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN ELECTROLUX ,İMEİ KOD **********32066 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, HOFFMANN Kondisioner, İMEİ KOD **********37979 SAMSUNG GALAXY A32 markalı telefon, İMEİ KOD **********47695 SAMSUNG GALAXY A03S markalı telefon, İMEİ KOD **********61301 BLACKVİEW A60 markalı telefon, POWERBANK SBS, DƏBİLQƏ MT HELMET almış və nəticədə 2920,0 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1092,06 manat (18 ay x 60,67 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN ELECTROLUX üçün ümumilikdə, 727,06 manat olmaqla ondan, 661,06 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66,0 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 642,42 manat (18 ay x 35,69 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********32066 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə 693,4 manat olmaqla ondan, 630,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63,0 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1524,0 manat (24 ay x 63.5 manat + 0 manat ilkin ödəniş HOFFMANN Kondisioner üçün ümumilikdə, 576,0 manat olmaqla ondan, 524,0 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52,0 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 730,2 manat (18 ay x 39,4 manat + 21 manat ilkin ödəniş) İMEİ KOD **********37979 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə, 361,2 manat olmaqla ondan, 329,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32,0 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 463,14 manat (18 ay x 25,73 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********47695 SAMSUNG GALAXY A03S markalı telefon üçün ümumilikdə, 330,14 manat olmaqla ondan, 300,14 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30,0 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 252,0 manat (12 ay x 21 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********61301 BLACKVİEW A60 markalı telefon üçün ümumilikdə 105,0 manat olmaqla ondan 96,0 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9,0 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 100,0 manat (10 ay x 10 manat + 0 manat ilkin ödəniş) POWERBANK SBS üçün ümumilikdə, 69,0 manat olmaqla ondan, 63,0 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6,0 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 113,3 manat (3 ay x 31.1 manat + 20 manat ilkin ödəniş) DƏBİLQƏ MT HELMETS üçün ümumilikdə, 58,2 manat olmaqla ondan, 53,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,0 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2260,12 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il,xx.xx.2021- ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Yuxarıda göstərilənlərə əsasən ümumilikdə 2920,0 manat borc, 49.20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən aydın olur ki, POWERBANK SBS üçün hər ay 10,0 manat ödəməklə 10 ay müddətinə 100,0 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıq tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-yə hər ay 10,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən aydın olur ki, İMEİ KOD **********47695 SAMSUNG GALAXY A03S markalı telefon üçün hər ay nəğd qaydada 25,73 manat ödəməklə 18 ay müddətinə 463,08 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıq tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-ci il tarixədək İddiaçı MMC-yə hər ay 25,73 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02131301 saylı müqavilədən aydın olur ki, İMEİ KOD **********32066 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün hər ay nəğd qaydada 35,69 manat ödəməklə 18 ay müddətinə 642,45 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıqları tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 35,69 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən aydın olur ki, PALTARYUYAN ELECTROLUX üçün hər ay nəğd qaydada 60,67 manat ödəməklə 18 ay müddətinə 1091,98 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıqları tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 60,67 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24005432 saylı müqavilədən aydın olur ki, HOFFMANN Kondisioner üçün hər ay nəğd qaydada 63,50 manat ödəməklə 24 ay müddətinə 1524,0 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıqları tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 63,50 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24026689 saylı müqavilədən aydın olur ki, İMEİ KOD **********61301 BLACKVİEW A60 markalı telefon üçün hər ay nəğd qaydada 21,0 manat ödəməklə 12 ay müddətinə 252,0 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıqları tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 21,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24059063 saylı müqavilədən aydın olur ki, İMEİ KOD **********37979 SAMSUNG GALAXY A32 markalı telefon üçün hər ay nəğd qaydada 39,40 manat ödəməklə 18 ay müddətinə 730,20 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıqları tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 39,40 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən aydın olur ki, DƏBİLQƏ MT HELMETS üçün hər ay nəğd qaydada 31,1 manat ödəməklə 3 ay müddətinə 113,29 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıqları tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 31,1 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 661,06 manat əsas borc, 66,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 630,4 manat əsas borc, 63,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 524,0 manat əsas borc, 52,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 329,2 manat əsas borc, 32,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 300,14 manat əsas borc, 30,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 96,0 manat əsas borc, 9,0 manat cərimə, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən 63,0 manat əsas borc, 6,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 53,2 manat əsas borc, 5,00 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 49,20 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN ELECTROLUX ,İMEİ KOD **********32066 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, HOFFMANN Kondisioner, İMEİ KOD **********37979 SAMSUNG GALAXY A32 markalı telefon, İMEİ KOD **********47695 SAMSUNG GALAXY A03S markalı telefon, İMEİ KOD **********61301 BLACKVİEW A60 markalı telefon, POWERBANK SBS, DƏBİLQƏ MT HELMET almış və nəticədə 2920,0 manat borc yaranmışdır. Cavabdehin 8 müqavilə üzrə cəmi ödədiyi məbləğ 2260,12 manat təşkil edir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin telefonları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 661,06 manat əsas borca 66,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 630,4 manat əsas borca 63,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 524,0 manat əsas borca 52,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 329,2 manat əsas borca 32,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 300,14 manat əsas borca 30,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 96,0 manat əsas borca 9,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 63,0 manat əsas borca 6,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 53,2 manat əsas borca 5,00 manat cərimə borcu tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 25,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 13,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2,00 manat cərimə borcu məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 49,20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 661,06 manat əsas borc, 26,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 630,4 manat əsas borc, 25,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 524,0 manat əsas borc, 20,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 329,2 manat əsas borc, 13,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 300,14 manat əsas borc, 12,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 96,0 manat əsas borc, 3,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 63,0 manat əsas borc, 2,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 53,2 manat əsas borc, 2,00 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 49,20 manat məbləğində olmaqla, ümumilikdə 2809,2 məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 661,06 manat əsas borc, 26,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 630,4 manat əsas borc, 25,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 524,0 manat əsas borc, 20,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 329,2 manat əsas borc, 13,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 300,14 manat əsas borc, 12,0 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 96,0 manat əsas borc, 3,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 63,0 manat əsas borc, 2,0 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 53,2 manat əsas borc, 2,00 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 49,20 manat məbləğində olmaqla, ümumilikdə 2809,2 (iki min səkkiz yüz doqquz manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1443/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1443/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver