Məhkəmə qərarları › İş №e-2(003)-1449/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1449/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1449/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, a0n4.06.2024 -ci il, xx.xx.2023 -ci il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, APPLE ADAPTER, İmei kod **********85300 İPHONE 15 PRO markalı telefon, İmei kod **********13785 SAMSUNG GALAXY A54 markalı telefon, SAMSUNG CHARGER, İmei kod **********16952 SAMSUNG GALAXY A15 markalı teleaflomnış və nəticədə 4425.67 (dörd min dörd yüz iyirmi beş manat, 67 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024 -ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3059.96 (üç min əlli doqquz manat, 96 qəpik) manat (12 ay x 213.63 manat + 496.4 manat ilkin ödəniş) olan APPLE ADAPTER, İmei kod **********85300 İPHONE 15 PROmarkalı telefonüçün ümumilikdə, 3077.69 (üç min yetmiş yeddi amnat, 69 qəpik) manat olmaqla ondan, 2349.3 (iki min üç yüz qırx doqquz manat, 30 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 704.79 (yeddi yüz dörd manat, 79 qəpik) manat cərimə. xx.xx.2023 -ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1219.96 (min iki yüz on doqquz amnat, 96 qəpik) manat (12 ay x 97.08 manat + 55 manat ilkin ödəniş) olan İmei kod **********13785 SAMSUNG GALAXY A54 markalı telefonüçün ümumilikdə, 771.88 (yeddi yüz yetmiş bir manat, 88 qəpik) manat olmaqla ondan, 575.6 (beş yüz yetmiş beş manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 172.68 (yüz yetmiş iki manat, 68 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 510 (beş yüz on) manat (12 ay x 42.5 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG CHARGER, İmei kod **********16952 SAMSUNG GALAXY A15 markalı telefüoçnün ümumilikdə, 576.10 (beş yüz yetmiş altı manat, 10 qəpik) manat olmaqla ondan, 425 (dörd yüz iyirmi beş) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 127.5 (yüz iyirmi yeddi manat, 50 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1440.02 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024 -ci il, xx.xx.2023 -ci il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2024 -ci il tarixli müqaviləyə əsasən, APPLE ADAPTER, İmei kod **********85300 İPHONE 15 PROmarkalı telefon üçün, 2349.3 (iki min üç yüz qırx doqquz manat, 30 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 704.79 (yeddi yüz dörd manat, 79 qəpik) manat cərimə. xx.xx.2023 -ci il, tarixli müqaviləyə əsasən, İmei kod **********13785 SAMSUNG GALAXY A54 markalı telefonüçün 575.6 (beş yüz yetmiş beş manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 172.68 (yüz yetmiş iki manat, 68 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER, İmei kod **********16952 SAMSUNG GALAXY A15 markalı telefon üçün 425 (dörd yüz iyirmi beş) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 127.5 (yüz iyirmi yeddi manat, 50 qəpik) manat cərimə Ümumilikdə 4425.67 manat borc, 64.26 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02999800 saylı müqavilədən aydın olur ki, hər ay nağd qaydada 213,63 manat ödəməklə, 12 ay müddətinə 3059,96 manat dəyərində əşyaları Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18554850 saylı müqavilədən aydın olur ki, hər ay nağd qaydada 42,5 manat ödəməklə, 12 ay müddətinə 576,1 manat dəyərində əşyaları Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 18283434 saylı müqavilədən aydın olur ki, hər ay nağd qaydada 97,08 manat ödəməklə, 12 ay müddətinə 1219,96 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 02999800 saylı müqaviləyə əsasən 2349,3 manat əsas, 704,79 manat dəbbə (cərimə), innovativ layihələr mərkəzinə ödənilmiş 23,6 manat rüsum, xx.xx.2024-cü il tarixli, 18554850 saylı müqaviləyə əsasən 425,0 manat əsas, 127,5 manat dəbbə (cərimə), innovativ layihələr mərkəzinə ödənilmiş 23,6 manat rüsum, xx.xx.2023-ci il tarixli, 18283434 saylı müqaviləyə əsasən 575,6 manat əsas, 172,68 manat dəbbə (cərimə) və innovativ layihələr mərkəzinə ödənilmiş 23,6 manat rüsum, borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 64,26 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında alqı-satqı müqavilələri bağlamışdırlar. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilələrin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC göstərilən malları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 411-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilələr bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilələr bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli, 18554850 saylı müqavilə üzrə 425,0 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 127,5 manat, xx.xx.2023-ci il tarixli, 18283434 saylı müqavilə üzrə 575,6 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 172,68 manat, xx.xx.2024-ci il tarixli, 14024611 saylı müqaviləyə əsasən 254,6 manat əsas borca münasibətdə 76,38 manat və xx.xx.2024-cü il tarixli, 02999800 saylı müqavilə üzrə 2349,3 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 704,79 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli, 18554850 saylı müqavilə üzrə 15,0 manat, xx.xx.2023-ci il tarixli, 18283434 saylı müqavilə üzrə 25,0 manat və xx.xx.2024-cü il tarixli, 02999800 saylı müqavilə üzrə 100,0 manat cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ödənilmiş 64,26 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, 02999800 saylı müqaviləyə əsasən 2349,3 manat əsas, 100,0 manat dəbbə (cərimə), İnnovativ Layihələr Mərkəzinə odənilmiş 23,6 manat rüsum, xx.xx.2024-cü il tarixli, 18554850 saylı müqaviləyə əsasən 425,0 manat əsas, 15,0 manat dəbbə (cərimə), İnnovativ Layihələr Mərkəzinə odənilmiş 23,6 manat rüsum, xx.xx.2023-ci il tarixli, 18283434 saylı müqaviləyə əsasən 575,6 manat əsas, 25,0 manat dəbbə (cərimə) borcu və 64,26 manat dövlət rüsumu olmaqla, cəmi 3604,96 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 121, 2938, 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, 02999800 saylı müqaviləyə əsasən 2349,3 manat əsas, 100,0 manat dəbbə (cərimə), İnnovativ Layihələr Mərkəzinə odənilmiş 23,6 manat rüsum, xx.xx.2024-cü il tarixli, 18554850 saylı müqaviləyə əsasən 425,0 manat əsas, 15,0 manat dəbbə (cərimə), İnnovativ Layihələr Mərkəzinə odənilmiş 23,6 manat rüsum, xx.xx.2023-ci il tarixli, 18283434 saylı müqaviləyə əsasən 575,6 manat əsas, 25,0 manat dəbbə (cərimə) borcu və 64,26 manat dövlət rüsumu olmaqla, cəmi 3604,96 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar