Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-145/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Buzovna- Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3-cü km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərin mühafizə zonasında Xəzər rayonu Binə qəsəbəsi atçılıq massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar və yarımç tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3-cü kmdə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və yardımçı tikili faktları aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini etiraf etməməklə izahatında bildirmişdir ki, ona Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışına əsasən baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən ona 0,02 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində ev tikmiş, hasar isə yoxdur. 2005-ci ildə evi tikmiş və 2007-ci ildən orada yaşayır. Evi ilə neft kəməri arasında əvvəllər 50 metr məsafə olmuş, hazırda isə neft borusunun yeri dəyişdirilmişdir. Həmçinin qeyd etmişdir ki, evin tikintisinə xərclədiyi pul iddiaçı tərəfindən ona verilsə, onda evin söküntüsünə etirazı olmaz. Hazırda iddianı qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarıını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, Tİ-nin 35 saylı komandasının qarovul rəisi X8 atıcılar X11 və X5 iştirakı ilə bu aktı tərtib edilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə 5 saylı qarovulun 1-ci iş növbəsində saat 16:30da 3-4 saylı postların ərazisində (Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi) Buzovna- Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3- cü km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş içərisində yaşayış olan evin ön hissəsində köhnədən mövcud eyvanın qarşısında 2.5 metr enində 7 mişar daşı hündürlüyündə və 6 metr uzunluğunda, 4 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olduğu ev sahibəsinə izah edilərək sökülməsi tələb olunsada o sökməkdən imtina etmiş, bununla bağlı ərazi üzrə icra nümayəndəliyinə məlumat verilmiş və vətəndaşa əlavə işlərin görülməməsi üçün yazılı şəkildə xəbərdarlıq təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə neft kəmərindən 30 metr aralı inşa edilmiş tikilinin qanunazidd olması barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin 637 nömrəli xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh Təsərrüfatı Müəssisəsi (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,02 ha hesabı ilə 4-223 kodlu torpaq sahəsi ayrılmışdır. 4-223 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Cavabdeh 0,02 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 saylı, xx.xx.1999-cu il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, Cavabdeh 0,02 hektar torpaq sahəsi verilməsi haqqında Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınsın. Vətəndaşa verilmiş həyətqanı torpaq sahəsində 0,02 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Torpaq sahəsinin bölüşdürülməsinə nəzarət və rəhbərlik sovxozun direktoru M.Əhmədova həvalə edilsin. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, Badam bağları ünvanında olan “Azəriqaz” İstehsalat Birliyinə məxsus **********16770 sayla abonent kodu olan “Smart G-4 İTRON Gallus Pay” sayğacı qeydiyyata alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh adına "xxxx" ASC-yə məxsus **********0014 sayla abonent kodu olan “17056030M468514” nömrəli sayğac qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 11 avqust 2023-cü il tarixli 10/3751 №-li məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi ünvanında yerləşən cavabdehin istifadəsində olan daş hasar və hasara bitişik olan evin Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərindən 22.20 metr məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasar və hasara bitişik olan evin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu. Mülki iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin mühafizə zonasında cavabdeh X1 tərəfindən tikilmiş tikilinin mühafizə zolağına düşdüyünə görə sökülməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçın tələbinin heç bir hüquqi əsası yoxdur. Buna görə də, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X10 Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrə əsasən torpaq sahəsinin ayrılmış və Abşeron Rayon İcra Hakimiyyətinin 096 saylı, xx.xx.1999-cu il tarixli sərəncamdan fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli sahə fərdi ev inşa etmək üçün cavabdehə dövlət orqanı-müvafiq icra hakimiyyəti orqanının əmri və sərəncamı əsasında ayrılmış, uzun illər bu əmr və sərəncam mübahisələndirilməmiş və hal-hazırda qüvvəsindədir. Cavabdeh həmin əmrə və sərəncama güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 9. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqlarıkənd təsərrüfatı təyinatlı torpaqlaryaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;xüsusi qorunan ərazilərin torpaqları;meşə fondu torpaqları;su fondu torpaqları; ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür. Maddə 22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ – - 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; - 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2021-ci il tarixli Qərarı: “- 41. Məhkəmə bir daha qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olubolmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (X6rşı, № 66610/10, § 30, 14 mart 2017). Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq - Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyriqanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmamasıdır. Başqa bir amil, işin daha az ciddi üsullarının olub-olmaması ola bilər; siyahı tam deyil. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, §
50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd edir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamışdırlar və çəlişən maraqları qarşılaşdıra bilməmişdirlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin).” Beləliklə məhkəmə hesab edir ki, qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 20 ilə yaxın müddət ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır. Məhkəmə hazırkı tələbə münasibətdə, cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili qanunsuz tikili hesab edilə bilməz. Belə ki, MM-in 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırkı işdən isə müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi ilə bağlı olmuş və müvafiq orqanın sərəncamına əsasən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı iddia ərizəsində ümumi olaraq tikilinin yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaratmağına əsaslansa da, buna münasibətdə məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili qanuni əsaslarla tikilmişdir, iddiaçı bu sadaladığı hallara istinad edə bilməz. İddiaçı özü bu təhlükəsizliyi təmin etməli idi, bunun üçün digər bütün imkanların tükəndiyi halda isə, Avropa İnsan Hüquqları Məhkəməsinin adıçəkilən qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq, cavabdehə müvafiq kompensasiya yaxud, ekvivalent təminat verməklə belə bir iddia qaldırıla bilərdi. Məhz bu hal üçün kompensasiyanın ödənilməsi ilə bağlı qanunvericilikdə konkret hər hansı bir müddəa olmasa da, bu yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarında göstərdiyi mövqeyə əsaslanmaqla şəxslərin mənzil toxunulmazlığı hüququnun təminatından irəli gəlir. Bu baxımdan məhkəmə hesab edir ki, nə qədər ki, Cavabdeh 0,02 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmri və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı mövcuddur və qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun nə məhkəmə qaydasında ləğv edilməsi, nə də həmin əmrin və sərəncamın hər hansı qərarla qüvvədən düşməsi müəyyən edilmir. Cavabdeh həmin qərara güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın zərəri kompensasiya olunmalıdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və buna görə də, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50,0 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50,0 (əlli) manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçındən tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Emin Məmmədli