Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1476/2022 18.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********74333 olan Samsung Galaxy A51 markalı telefon üçün 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 218 (iki yüz on səkkiz) manat dəbbə, 16.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********74333 olan Samsung Galaxy A51 markalı telefon üçün 672 (altı yüz yetmiş iki) manat ödənilməmiş hissə, 201 (iki yüz bir) manat dəbbə, 06.11.2019-cu il tarixli müqaviləsinə əsasən, 02022 kodlu mebel üçün 1584 (min beş yüz səksən dörd) manat ödənilməmiş hissə, 475 (dörd yüz yetmiş beş) manat dəbbə, 12.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Modem TP-LİNK üçün 34 (otuz dörd) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə, 10.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Alyans-dolab Verona üçün 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat dəbbə, 19.05.2020-ci il tarixli müqaviləsinə əsasən, DECT PANASONİC ev telefonu, Philips Mikser, İMEİ kodu **********80732 olan Samsung galaxy A10 markalı telefon üçün 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə, 21.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84871 olan iPhone 11 Pro Max markalı telefon üçün 2044 (iki min qırx dörd) manat ödənilməmiş hissə, 612 (altı yüz iki) manat dəbbə, ümumilikdə 7891 manat borc, 98.91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Eklar qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 09.11.2020-ci il, 16.11.2020-ci il, 06.11.2019-cu il, 12.06.2020-ci il, 10.03.2020-ci il, 19.05.2020-ci il və 21.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********74333 olan Samsung Galaxy A51 markalı telefon, İMEİ kodu **********74333 olan Samsung Galaxy A51 markalı telefon, 02022 kodlu mebel, Modem TP-LİNK, Alyans-dolab Verona, DECT PANASONİC ev telefonu, Philips Mikser, İMEİ kodu **********80732 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********84871 olan iPhone 11 Pro Max markalı telefon almış və nəticədə 7891 (yeddi min səkkiz yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat olan İMEİ kodu **********74333 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 834 (səkkiz yüz otuz dörd) manat olmaqla ondan, 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 218 (iki yüz on səkkiz) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat olan İMEİ kodu **********74333 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 873 (səkkiz yüz yetmiş üç) manat olmaqla ondan, 672 (a/tr yüz yetmiş iki) manat ödənilməmiş hissə, 201 (iki yüz bir) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2880 (iki min səkkiz yüz səksən) manat olan 02022 kodlu mebel üçün ümumilikdə, 2059 (iki min əlli doqquz) manat olmaqla ondan, 1584 (min beş yüz səksən dörd) manat ödənilməmiş hissə, 475 (dörd yüz yetmiş beş) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 80.1 (səksən manat on qəpik) manat olan Modem TP-LİNK üçün ümumilikdə, 43 (qırx üç) manat olmaqla ondan, 34 (otuz dörd) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1152 (min yüz əlli iki) manat olan Alyans-dolab Verona üçün ümumilikdə, 970 (doqquz yüz yetmiş) manat olmaqla ondan, 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 602.4 (altı yüz iki manat qırx qəpik) manat olan DECT PANASONİC ev telefonu, Philips Mikser, İMEİ kodu **********80732 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 456 (dörd yüz əlli altı) manat olmaqla ondan, 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3712 (üç min yeddi yüz on iki) manat olan İMEİ kodu **********84871 olan İpone 11 Pro Max markalı telefon üçün ümumilikdə, 2656 (iki min altı yüz əlli altı) manat olmaqla ondan, 2044 (iki min qırx dörd) manat ödənilməmiş hissə, 612 (altı yüz iki) manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 3721.5 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 09.11.2020-ci, 16.11.2020-ci, 06.11.2019-cu, 12.06.2020-ci, 10.03.2020-ci, 19.05.2020-ci və 21.06.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 02.02.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada biklirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 15%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09.11.2020-ci il tarixli müqavilə bağlanmış müqaviləyə əsasən, İMEİ kodu **********74333 olan Samsung Galaxy A51 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 56 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16.11.2020-ci il tarixli müqavilə bağlanmış müqaviləyə əsasən, İMEİ kodu **********74333 olan Samsung Galaxy A51 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 56 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06.11.2019-cu il tarixli müqavilə bağlanmış müqaviləyə əsasən, 02022 kodlu mebel Cavabdeh nisyə satılmış və cavabdeh 20 ay müddətində ödəniş cədvəli üzrə hər ay 144 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12.06.2020-ci il tarixli müqavilə bağlanmış müqaviləyə əsasən, Modem TP-LİNK Cavabdeh nisyə satılmış və cavabdeh 9 ay müddətində ödəniş cədvəli üzrə hər ay 80,10 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 10.03.2020-ci il tarixli müqavilə bağlanmış müqaviləyə əsasən, Alyans-dolab Verona Modem TP-LİNK Cavabdeh nisyə satılmış və cavabdeh 20 ay müddətində ödəniş cədvəli üzrə hər ay 57,60 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 19.05.2020-ci il tarixli müqavilə bağlanmış müqaviləyə əsasən, DECT PANASONİC ev telefonu, Philips Mikser, İMEİ kodu **********80732 olan Samsung galaxy A10 markalı telefon müqavilə bağlanmış müqaviləyə əsasən, Modem TP-LİNK Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 50,20 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12.06.2020-ci il tarixli müqavilə bağlanmış müqaviləyə əsasən, Modem TP-LİNK Cavabdeh nisyə satılmış və cavabdeh 9 ay müddətində ödəniş cədvəli üzrə hər ay 80,10 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 21.06.2020-ci il tarixli müqavilə bağlanmış müqaviləyə əsasən, İMEİ kodu **********84871 olan iPhone 11 Pro Max markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 255,50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 09.11.2020-ci il tarixli 22031841 saylı müqavilə üzrə 616 manat ödənilməmiş hissə, 218 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 16.11.2020-ci il tarixli 22051480 saylı müqavilə üzrə 672 manat ödənilməmiş hissə, 201 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 06.11.2019-cu il tarixli 01032148 saylı müqavilə üzrə 1584 manat ödənilməmiş hissə, 475 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 12.06.2020-ci il tarixli 20347228 saylı müqavilə üzrə 34 manat ödənilməmiş hissə, 9 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 10.03.2020-ci il tarixli 20164621 saylı müqavilə üzrə 748 manat ödənilməmiş hissə, 222 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 19.05.2020-ci il tarixli 20289963 saylı müqavilə üzrə 351 manat ödənilməmiş hissə, 105 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 21.06.2020-ci il tarixli 20366436 saylı müqavilə üzrə 2044 manat ödənilməmiş hissə, 612 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən telefon almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilələr üzrə ödənilməyən 616, 672, 1584, 34, 748, 351 və 2044 manat manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 09.11.2020-ci il tarixli müqavilə üzrə 616 manat məbləğində əsas borca 218 manat dəbbə (cərimə), 16.11.2020-ci il tarixli müqavilə üzrə 672 manat məbləğində əsas borca münasibətdə 201 manat dəbbə (cərimə), 06.11.2019-cu il tarixli müqavilə üzrə 1584 manat məbləğində əsas borca münasibətdə 475 manat dəbbə (cərimə), 12.06.2020-ci il tarixli müqavilə üzrə 34 manat məbləğində əsas borca münasibətdə 9 manat dəbbə (cərimə), 10.03.2020-ci il tarixli müqavilə üzrə 748 manat məbləğində əsas borca münasibətdə 222 manat dəbbə (cərimə), 19.05.2020-ci il tarixli müqavilə üzrə 351 manat məbləğində əsas borca münasibətdə 105 manat dəbbə (cərimə), 21.06.2020-ci il tarixli müqavilə üzrə 2044 manat məbləğində əsas borca münasibətdə 612 manat dəbbə (cərimə) borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 09.11.2020-ci il tarixli müqavilə üzrə 10 manat, 16.11.2020-ci il tarixli müqavilə üzrə 10 manat, 06.11.2019-cu il tarixli müqavilə üzrə 15 manat, 12.06.2020-ci il tarixli müqavilə üzrə 1 manat, 10.03.2020ci il tarixli müqavilə üzrə 10 manat, 19.05.2020-ci il tarixli müqavilə üzrə 5 manat, 21.06.2020-ci il tarixli müqavilə üzrə 20 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 90,91 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 8 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.11.2020-ci il tarixli 22031841 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 616 manat əsas, 10 manat dəbbə pulu, 16.11.2020-ci il tarixli 22051480 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 672 manat əsas, 10 manat dəbbə pulu, 06.11.2019-cu il tarixli 01032148 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1584 manat əsas, 15 manat dəbbə pulu, 12.06.2020-ci il tarixli 20347228 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 34 manat əsas, 1 manat dəbbə pulu, 10.03.2020-ci il tarixli 20164621 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 748 manat əsas, 10 manat dəbbə pulu, 19.05.2020-ci il tarixli 20289963 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 351 manat əsas, 5 manat dəbbə pulu, 21.06.2020-ci il tarixli 20366436 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 2044 manat əsas, 20 manat dəbbə pulu və dövlət rüsumuna görə ödənilmiş 90,91 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 98,91 manat məbləğində dövlət rüsumunun qalan 8 (səkkiz) manatı İddiaçı MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-38, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09.11.2020-ci il tarixli 22031841 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 616 manat əsas, 10 manat dəbbə pulu, 16.11.2020-ci il tarixli 22051480 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 672 manat əsas, 10 manat dəbbə pulu, 06.11.2019-cu il tarixli 01032148 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1584 manat əsas, 15 manat dəbbə pulu, 12.06.2020-ci il tarixli 20347228 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 34 manat əsas, 1 manat dəbbə pulu, 10.03.2020-ci il tarixli 20164621 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 748 manat əsas, 10 manat dəbbə pulu, 19.05.2020-ci il tarixli 20289963 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 351 manat əsas, 5 manat dəbbə pulu, 21.06.2020-ci il tarixli 20366436 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 2044 manat əsas, 20 manat dəbbə pulu və dövlət rüsumuna görə ödənilmiş 90,91 manat, cəmi 6210,91 (altı min iki yüz on manat 91 qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 98,91 manat məbləğində dövlət rüsumunun qalan 8 (səkkiz) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1476/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1476/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver