Məhkəmə qərarları › İş №e-2(003)-1480/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1480/2024

13.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1480/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə Qurbanəli oğlunun, Cavabdeh İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər İddiaçı3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və vərəsəlik paylarının müəyyən edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14) qarşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisi tərəfindənxx.xx.2023-cü il tarixli Cavabdeh adına açılmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (Reyestr № 2V-60, vərəsəlik işinin nömrəsi:V-26/2023) etibarsız hesab edilməsi, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı Şəhər Ərazi idarəsi tərəfindən ünvan 2 (yeni qaydalarla:AZ1041, ünvan 1 ünvanda yerləşən X5 adına xüsusi mülkiyyət növünə aid olan, ümumi sahəsi (kvadratmetrlə) 19.70 kv.m, torpaq sahəsinin ölçüsü (hektarla) 0.039630 ha təşkil edən miras əmlakla bağlı onların 5/6 hissədə, Cavabdeh isə 1/6 hissədə paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdırlar ki, ünvan 2 ünvanda yerləşən mübahisəli yaşayış evi mərhum əri Yunusov Mirsoqulinin atası X15 və anası X18 tərəfindən birgə nikah dövründə inşa olunmuşdur. Həmin evdə onların özləri və övladları Yunusov Mirsoquli, qızı Yunusova Anaxanım və Cavabdeh yaşamışlar. 1950-ci il təvəllüdlü Yunusova Anaxanım valideynlərinin sağlığında 1970-ci ildə ailə həyatı quraraq daimi yaşamaq üçün başqa ünvana köçmüş, hazırda ünvan 3ldaşı və uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. Ata-Yunusov Məmmədəli 1978-ci ildə vəfat etmiş və həmin vaxt mübahisəli evdə ana Yunusova Firuzə, oğulları Yunusov Mirsoquli və Cavabdeh yaşamışlar. Müvafiq olaraq da atadan qalmış miras payının, yəni mübahisəli evdən atanın payına düşən 1/2 hissədən ibarət mirası ana Yunusova Firuzə, oğulları Rzaqulu və Mirsoqulu faktiki qəbul edərək yiyələnmişlər. Həmin paya mirasın açıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş hesab edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-cimaddəsində göstərilən gün hesab edilir. Mübahisəli evin 1/2 hissəsinin ananın mülkiyyətində olması nəzərə alındıqda, atadan qalmış 1/2 paya ana, oğulları Cavabdeh və Yunusov Mirsoqulunun hüquqları müəyyən edilməklə, ananın payının 4/6 hissədə, Rzaqulu və Mirsoqulunun hər birinin payının isə 1/6 hissədə olması müəyyən olunur. 1990-1991-ci illərdə Cavabdeh da Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq yaşayış massivi, 2-ci sahədə yerləşən ünvanda özünə ev tikərək həyat yoldaşı X31 (xx.xx.1964) və qızı Mirzəyeva (Yunusova) Xəyalə Rzaqulu qızı (15.09.87) ilə birlikdə birdəfəlik mübahisəli evdən köçüb getmiş, mübahisəli evdə isə ana Yunusova Firuzə və oğlu mərhum əri Mirsoquli birlikdə yaşamaqda davam etmişlər. Həyat yoldaşı X6 xx.xx.2021-ci ildə vəfat etməsindən sonra Cavabdeh iddia qaldıraraq ünvan 5 ünvanında yerləşən 19 saylı evə köçürülməsini tələb etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-2188/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, onun həmin evə köçürülməsi müəyyən edilmişdir. Apellyasiya şikayətim əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-594/2023 saylı qətnaməsi ilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş, Cavabdeh iddiası rədd edilmişdir. Apellyasiya məhkəməsində tam müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh və onun arvadı X31, uşaqları Mirzəyeva (Yunusova) Xəyalə Rzaqulu qızı, X19, X21, X20 və X22 ünvan 7 ünvanda qeydiyyatda olsalar da, 31 ildən artıq bir müddətdir ki, orada yaşamırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2404/2023 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-594/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.1996-cı ildə ana-X18 da vəfat etmiş və sonuncudan qalan miras payını yalnız mərhum əri Mirsoquli faktiki qəbul edərək yiyələnmişdir. 1996-cı ildə Mirsoquli onunla ailə həyatı qurduqdan sonra o, həmin evə gəlin köçüb Mirsoquli ilə birgə orada yaşamışdır. Ananın payının 4/6 hissədə, Mirsəqulunun payının isə 1/6 hissədə olması nəzərə alındıqda, sonuncu anasının payını da qəbul etməklə, nəticədə onun payı 5/6 hissə təşkil etmişdir. xx.xx.2021-ci ildə həyat yoldaşı Yunusov Mirsoquli da vəfat etmiş və ondan qalan miras payını ailə üzvləri-i və sonuncu ilə birgə nikahından olan övladları, yəni iddiaçlar 1997-ci il təvəllüdlü İddiaçı1 və 1999-cu il təvəllüdlü İddiaçı3 faktiki qəbul edərək yiyələnmişdirlər. Lakin bütün qeyd olunanlara baxmayaraq, cavabdeh xx.xx.2023-cü ildə qanunsuz olaraq atanın adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin Çıxarış əsasında əmlakın ½ hissəsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisi tərəfindən qanun üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, qalan ½ hissə isə açıq saxlanılmışdır (Reyestrdə 2V-60 №-ilə qeyd edilib, Vərəsəlik işinin nömrəsi:V-26/2023). Belə ki, Cavabdeh müraciəti və onun miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1978-ci ildə ölmüş atası-X5 adına vərəsəlik işi açılmışdır. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən ünvan 2 (yeni qaydalarla: AZ1041, ünvan 8 ünvanda X5 adına xüsusi mülkiyyət növünə aid olan, ümumi sahəsi (kvadratmetrlə) 19.70 kv.m, torpaq sahəsinin ölçüsü (hektarla) 0.039630 ha təşkil edən, payı tam olmaqla qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ünvan 2 (yeni qaydalarla:AZ1041, ünvan 1 ünvanda Cavabdeh adına, payı ½ hissədə olmaqla qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, X5 payının ½ hissəsi açıq saxlanılmışdır. Əvvəla, qeyd olunmalıdır ki, ölmüş şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi qanunla mümkün deyil, yəni bunun hüquqi bazası yoxdur. Lakin, mövcud təcrübəyə görə, bir çox hallarda notariusun məktubu əsasında reyestr xidməti orqanı ölmüş şəxsin adına çıxarış verir ki, vərəsəlik işi aparıla bilsin və bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-cimaddəsi rəhbər tutulur. Qeyd olunmalıdır ki, adı çəkilən normaya görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, əvvəla, burada söhbət müqavilə və ya digər əsaslarla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarışı almadan ölməsi halından gedir, yəni şəxs daşınmaz əmlak əldə edir (alqısatqı, bağışlama və s. əqd əsasında yaxud yeni tikili olaraq inşa edir) və həmin əmlak üzərində hüquqlarını qeydə aldırmaq üçün müvafiq sənədlərini qeydiyyat orqanına təqdim edir. Lakin çıxarış alanadək ölür. Bu halda onun istənilən vərəsəsi qeydiyyat orqanına müraciət edərək həmin əmlak barəsində hüququn məhz ölmüş şəxsə məxsus olması haqqında arayış alır. Həmin arayış əsasında isə notarius qanun üzrə vərəsəlik qaydasında vərəsələrin dairəsini müəyən edərək vərəsələrin payını müəyyən edib onlara şəhadətnamə verir. Hazırki halda isə, göstərilənlərin ziddinə olaraq, Cavabdeh mərhum atanın adına çıxarış almış və birinci dərəcəli vərəsə olaraq 1/2 paya şəhadətnamə almışdır. Əgər mübahisəli evin tikildiyi vaxtdan mərhum atanın mülkiyyəti olmasını qəbul etsək (hansıki, qeydiyyat orqanı məhz belə hesab etdiyi üçün çıxarış vermişdir), onda mirasın açıldığı vaxt xx.xx.2023-cü il (çıxarış alındığı tarix) deyil, atanın öldüyü vaxtdan, yəni 1978-ci il qəbul olunmalı və yuxarıda qeyd etdiyim qaydada mirasın faktiki qəbulu ilə bağlı ardıcıllıq qaydasında vərəsələr arasında bölünməlidir. Yox əgər mirasın açıldığı vaxt xx.xx.2023-cü il hesab olunarsa, onda miras əmlak miras qoyanın üç vərəsəsi: yəni mərhum əri Yunusov Mirsəquli, qızı Yunusova Anaxanım və Cavabdeh arasında bərabər paylarla bölünməlidir. Hər bir halda iddiaçılar olaraq, mərhum atanın adına xx.xx.2023-cü il tarixdə çıxarış verilməsini mübahisələndirmirlər, amma, bununla yanaşı, istəyirlər ki, bu tarix mirasın açıldığı tarix kimi qiymətləndirilməsin. Tələbləri ondan ibarətdir ki, mirasın açıldığı vaxt mərhum ata Yunusov Məmmədəlinin öldüyü tarix hesab olunmaqla və miras evin sonuncu ilə mərhum arvadının birgə mülkiyyəti olması nəzərə alınmaqla, məhz həmin tarixdən indiyə kimi mirasın faktiki qəbulu ilə bağlı baş verənlər nəzərə alınmaqla paylar müəyyən olunsun. Miras əmlakla bağlı yuxarıda göstərdiyi qayda tətbiq olunduqda, onlar, yəni İddiaçı2, Yunusov Lamiyə və İddiaçı3 payı 5/6, Cavabdeh payı isə 1/6 hissədə müəyyən olunmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə Qurbanəli oğlu iddia tələbini müdafiə edərək, göstərdi ki, ünvan 2 ünvanda yerləşən mübahisəli yaşayış evi i X15 və arvadı X18 tərəfindən birgə nikah dövründə inşa olunmuşdur. Həmin evdə onların özləri və övladları Yunusov Mirsoquli, qızı Yunusova Anaxanım və Cavabdeh yaşamışlar. 1950-ci il təvəllüdlü Yunusova Anaxanım valideynlərinin sağlığında 1970-ci ildə ailə həyatı quraraq daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. İddiaçı2 mərhum əri Yunusov Mirsəqulinin atası və digər iddiaçıların babası Yunusov Məmmədəli 1978-ci ildə vəfat etmişdir. Həmin vaxt mübahisəli evdə Məmmədəlinin arvadı Yunusova Firuzə, oğulları Yunusov Mirsoquli və Cavabdeh yaşamışlar. Müvafiq olaraq da ata Yunusov Məmmədəlidən qalmış miras payının, yəni mübahisəli evdən atanın payına düşən 1/2 hissədən ibarət mirası ana Yunusova Firuzə, oğulları Rzaqulu və Mirsəqulu faktiki qəbul edərək yiyələnmişlər. Mübahisəli evin 1/2 hissəsinin ana Yunusova Firuzənin mülkiyyətində olması nəzərə alındıqda, ata Yunusov Məmmədəlidən qalmış 1/2 paya ana, Rzaqulu və Mirsəqulunun hüquqları müəyyən edilməklə, ananın payının 4/6 hissədə, Rzaqulu və Mirsəqulunun hər birinin payımn isə 1/6 hissədə olması müəyyən olunur. Cavabdeh Rzaqulu da 1990-1991-ci illərdə Binə qəsəbəsində başqa ünvanda özünə ev tikərək birdəfəlik mübahisəli evdən köçüb getmiş, mübahisəli evdə isə ana və Mirsəqulu öz ailəsi ilə birlikdə yaşamağa davam etmişlər. (Bu hal Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 594/2023 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2404/2023 saylı Qərarı ilə təsdiq olunur). 1996-cı ildə ana Yunusova Firuzə də vəfat etmiş və sonuncudan qalan miras payını yalnız iddiaçı Yunusovafım əri və digər iddiaçılar İddiaçı1 və İddiaçı3 atası Yunusov Mirsəqulu faktiki qəbul edərək yiyələnmişdir. Ananın payının 4/6 hissədə, Mirsəqulunun payının isə 1/6 hissədə olması nəzərə alındıqda, sonuncu anasının payını da qəbul etməklə, nəticədə onun payı 5/6 hissə təşkil etmişdir. 2021-ci ildə Mirsəqulu da vəfat etmiş və ondan qalan miras payını ailə üzvləri - iddiaçılar faktiki qəbul edərək yiyələnmişik. Lakin bütün qeyd olunanlara baxmayaraq, cavabdeh xx.xx.2023-cü ildə qanunsuz olaraq atanın adma daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq, həmin çıxarış əsasında əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, qalan 1/2 hissə isə açıq saxlanılmışdır Əvvəla, qeyd olunmalıdır ki, ölmüş şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi qanunla mümkün deyil, yəni bunun hüquqi bazası yoxdur. Lakin, mövcud təcrübəyə görə, bir çox hallarda notariusun məktubu əsasında reyestr xidməti orqanı ölmüş şəxsin adma çıxarış verir ki, vərəsəlik işi aparıla bilsin və bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi rəhbər tutulur. Qeyd olunmalıdır ki, adı çəkilən normaya görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, əvvəla, burada söhbət müqavilə və ya digər əsaslarla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarışı almadan ölməsi halından gedir, yəni şəxs daşınmaz əmlak əldə edir (alqısatqı, bağışlama və s. əqd əsasında yaxud yeni tikili olaraq inşa edir) və həmin əmlak üzərində hüquqlarını qeydiyyatına aldırmaq üçün müvafiq sənədlərini qeydiyyat orqanına təqdim edir, lakin çıxarış alanadək ölür. Bu halda onun istənilən vərəsəsi qeydiyyat orqanına müraciət edərək həmin əmlak barəsində hüququn məhz ölmüş şəxsə məxsus olması haqqında arayış alır. Həmin arayış əsasında isə notarius qanun üzrə vərəsəlik qaydasında vərəsələrin dairəsini müəyən edərək vərəsələrin payını müəyyən edib onlara şəhadətnamə verir. Hazırki halda isə, göstərilənlərin ziddinə olaraq, cavabdeh Rzaqulu mərhum atanın adma Çıxarış almış və birinci dərəcəli vərəsə olaraq 1/2 paya şəhadətnamə almışdır. Mübahisəli evin tikildiyi vaxtdan mərhum atanın mülkiyyəti olmasını qəbul etsək (hansıki, qeydiyyat orqanı məhz belə hesab etdiyi üçün Çıxarış vermişdir), onda mirasın açıldığı vaxt xx.xx.2023-cü il (Çıxarış alındığı tarix) deyil, atanın öldüyü 1978-ci il qəbul olunmalı və yuxanda qeyd etdiyim qaydada mirasın faktiki qəbulu ilə bağlı ardıcıllıq qaydasında vərəsələr arasında bölünməlidir. Həmin paya mirasın açıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş hesab edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023cü il tarixli Cavabdeh adma açılmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə (Reyestr № 2V-60, Vərəsəlik işinin nömrəsi: V-26/2023) etibarsız hesab edilməsi, ƏMDKnin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən həmin Şəhadətnamə o sasında Cavabdeh adma verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2023cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Bakı Şəhər Ərazi idarəsi tərəfindən ünvan 2, yeni qaydalarla: AZ 1041, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, 167 ünvanda yerləşən daşınmaz əmlakın dövlət reyestrindən “ÇİXARİŞ” ləğv edilsin. 3. X5 adma xüsusi mülkiyyət növünə aid olan, ümumi sahəsi (kvadratmetrlə) 19.70, kv.m, torpaq sahəsinin ölçüsü (hektarla) 0.039630 ha təşkil edən həmin yaşayış sahəsinə mirasın açıldığı vaxt mərhum atanın öldüyü tarix hesab olunmaqla və miras evin sonuncu ilə mərhum arvadının birgə mülkiyyəti olması nəzərə alınmaqla, məhz həmin tarixdən indiyə kimi mirasın faktiki qəbulu ilə bağlı baş verənlər nəzərə alınmaqla paylar müəyyən olunsun. Yəni, İddiaçı2, Yunusova Əalmiyənin və İddiaçı3 payı 5/6, Cavabdeh payı isə 1/6 hissədə müəyyən olunmalıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilmməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, mübahisəli miras əmlak atasında miras qalmışdır. Həmin miras əmlakda hazırda köhnə tikili olan yaşayış evi vardır. Lakin torpaq sahəsində isə o, yeni yaşayış evi tikdirmiş və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Onun atasından miras qalmış yaşayış evindən tələbi yoxdur. Onun payına düşən torpaq sahəsində tikdirdiyi evinin adına rəsimləşdirilməsini istəyir. Digər miras əmlaklardan mərhum qardaşının həyat yoldaşı və övladlarının paylarına düşən hissəsinin ayrılıb verilməsinə etirazı yoxdur. Notarius qanunvericiliyin tələblərinə müvafiq olaraq onun 1/2 payını müəyyən edib vermişdir. Həmin qanun üzrə vərəsəlik haqqında şəhadətnamə qanunidir. Buna görə də, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi X35 izahatında göstərdi ki, mübahisəli mənzil babasından miras qalmışdır. Həmin əmlakdan qanun üzrə miras payını əldə etməmişlər. Hazırda tərəflər miras əmlakda yaşayırlar. Onların miras əmlakdan pay əldə edib yaşamalarına etirazları yoxdur. Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2404/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməsin və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-594/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Həmin qərardan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Z.Tağıyev) 04 avqust 2022-ci il tarixli, 2(003)-2188/22 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və iddiaçı Cavabdeh ünvan 9 ünvanında yerləşən 19 saylı evinə köçürülməsi qət edilmişdir. Sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər- S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 2(103)- 594/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(003)- 2188/22 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh ünvan 9 ünvanında yerləşən 19 saylı yaşayış evinə köçürülməsi tələbi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2V-60 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1978-ci ildə vəfat etmiş X3 miras qalmış, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə mərhumə verilmiş **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 (yeni qaydalarla:AZ1041, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 19.7 kv.m olan fərdi yaşayış evindən, ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X9 verilmiş **********14- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsi, döngə 1, ev 19 (yeni qaydalarla:AZ1041, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0.03963 ha olan torpaq sahəsindən Cavabdeh 1/2 irs müəyyən edilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, X15 ilə X27 xx.xx.1949-cu il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra ərə “Yunusov”, arvada “Yunusova” soyadı verilmişdir. İş materiallarında olan ИЖ seriyalı 373257 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X15, anası X13r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm akt qeydindən arayışın surətindən görünür ki, X15 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş üzrə Elektron Məhkəmə İnformasiya Sistemində İddiaçı2 aid məlumatdan görünür ki, onun həyat yoldaşı xx.xx.1951-ci il təvəllüdlü X10r. İş materiallarında olan İV-:ЖГ seriyalı 472533 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 208900 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 (yeni qaydalarla:AZ1041, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 19,70 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində **********14-10301 nömrə ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 (yeni qaydalarla:AZ1041, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 19,70 ha olan torpaq sahəsi üzrə Cavabdeh 1/2 hissədə, X8 1/2 hissədə payı açıq saxlanılmış və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, **********14- 10301 nömrə ilə qeydiyyatdan keçmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində X2 Firuzə Məmmədqulu xx.xx.1949-cu il tarixdə nikah bağlamış, birgə nikahlarından X16, Cavabdeh və X14 anadan olmuşdur. X17 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində və X18 isə xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölmüşdürlər. X28 ölümündən sonra ondan ünvan 2 (yeni qaydalarla:AZ1041, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 19,70 ha olan torpaq sahəsi miras qalmışdır. xx.xx.2023-cü il tarixli, 2V-60 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras əmlakdan Cavabdeh 1/2 payı müəyyən edilmişdir. Bundan sonra cavabdeh miras əmlakdan 1/2 hissədə pay hüququnu daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, **********14-10301 nömrə ilə qeydiyyatdan keçirtmişdir. Hazırda İddiaçı2 həyat yoldaşı, İddiaçı1 və İddiaçı3 atası X16 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İddiaçılar mübahisəli miras əmlakda yaşayırlar. Digər miras əmlakdan payı müəyyən edilmiş Cavabdeh isə həmin torpaq sahəsində yeni tikilmiş fərdi yaşayış evində yaşayır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, X16 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, onun vərəsələri isə həyat yoldaşı İddiaçı2, qızı İddiaçı1 və oğlu İddiaçı3dur. Göründüyü kimi, X28 ölümündən sonra ondan ünvan 2 (yeni qaydalarla:AZ1041, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 19,70 ha olan torpaq sahəsi miras qalmışdır və mirasdan pay almaq hüququ onların vərəsələrinə keçmişdir. Miras əmlak ünvan 2 (yeni qaydalarla:AZ1041, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 19,70 ha olan torpaq sahəsindən ibarətdir və miras əmlakdan Cavabdeh 1/2 payı müəyyən edilmişdir. Bundan sonra cavabdeh miras əmlakdan 1/2 hissədə pay hüququnu daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, **********14-10301 nömrə ilə qeydiyyatdan keçirilmişdir. İddiaçıların tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, miras əmlakı üzrə paylar düzgün müəyyən edilməmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1978-ci ildən yarandığından hazırkı mübahisəyə 2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) (bundan sonra - əvvəlki MM) 527-ci maddəsinə əsasən Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 533-cü maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Mülki iş materialları ilə miras qoyan X8 xx.xx.1978-ci ildə, arvadı X11 xx.xx.1996-cı ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdir. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X17 xx.xx.1978-ci ildə öldüyü zaman sağ olan övladları onun qanun üzrə vərəsəsi sayılır. Tərəflər məhkəməyə Məmmədəli Yunusovun vərəsələrinin dairəsi ilə bağlı hər hansı bir sübut təqdim etməsə də, işdə iştirak edən şəxlərin məhkəmədə verdiyi izahatlarından onun vərəsələrinin X1 xx.xx.1978-ci ildə öldüyü vaxt sağ olan övladları olmasını müəyyən edilir. Eyni zamanda vərəsə X6 vərəsələri, yəni İddiaçı2, İddiaçı1 və İddiaçı3dur. Belə ki, mərhum X16 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində öldüyündən həyat yoldaşı İddiaçı2, qızı İddiaçı1 və oğlu İddiaçı3 ondan miras qalmış payı tələb etmək hüquqları yaranmışdır.. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə edən şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X1 xx.xx.1978-ci ildə ölümü ilə onun övladlarından olan Cavabdeh, X14 və X16 vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdirlər. Rzaqulu Yunuspov miras əmlakın ½ hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Əvvəlki Mülki Məcəlləsinin 530-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən, aşağıdakılar vərəsə ola bilərlər:qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. İşin mübahisəsiz halıdır ki, miras qoyanın 3 övladı olmuşdur. Hal-hazırda övladı Cavabdeh vərəsəliyi qəbul etməklə ondan miras qalan əmlaka ½ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi alınmışdır. Digər vərəsə X16 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, onun həyat yoldaşı İddiaçı2, qızı İddiaçı1 və oğlu İddiaçı3 mirası faktiki qəbul etməklə mirasda pay hüququ əldə etmişlər.miras qoyanın digər Digər övladı X14 isə öldüyü vaxtdan hal-hazıradək notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmiş və mirası faktiki qəbul etməmişdir. Eyni zamanda məhkəmə iddiaçıların iddia ərizəsində və onların nümayəndəsi və vəkilinin izahatında “1990-1991-ci illərdə Cavabdeh Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq yaşayış massivi, 2-ci sahədə yerləşən ünvanda özünə ev tikərək həyat yoldaşı X31 (xx.xx.1964) və qızı Mirzəyeva (Yunusova) Xəyalə Rzaqulu qızı (15.09.87) ilə birlikdə birdəfəlik mübahisəli evdən köçüb getməsi, mübahisəli evdə isə ana Yunusova Firuzə və oğlu mərhum əri Mirsoquli birlikdə yaşamaqda davam etdiyini, cavabdehin miras əmlakı qəbul etməməsi” barədə dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçıların iddia ərizəsində və onların nümayəndəsi və vəkilinin izahatında qeyd edilənləri onlar yalnız formal mülahizələrə əsaslanmışlar və bu barədə sübutları məhkəməyə təqdim etməmişdirlər. Sonuncuların göstərdiklərinin məhkəmə araşdırması zamanı işin faktiki hallarına uyğun olmaması müəyyən edilmişdir. Buna görə də, məhkəmə iddiaçıların iddia ərizəsində və onların nümayəndəsi və vəkilinin izahatında qeyd ediklərini inandırıcı hesab etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, miras qoyanın üç övladı olduğundan, övladlarından Şəfiqə müraciət etmədiyindən ½ pay almaq hüququ olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, notariat orqanı tərəfindən mirasqoyanın ölümü ilə bağlı hazırki iş üzrə iddiaçı və cavabdehə ½ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilən zaman qaunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə ona təqdim edilmiş sübutları və məhkəmədə dindirilmiş şəxslərin izahatlarını qanunvericiliyin tələbləri ilə qarşılıqlı və əlaqəli şəkində tədqiqinin yekunu olaraq belə hesab edir ki, iddiaçıların cavabdehə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisi tərəfindənxx.xx.2023-cü il tarixli Cavabdeh adına açılmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (Reyestr № 2V-60, vərəsəlik işinin nömrəsi:V-26/2023) etibarsız hesab edilməsi, ƏMDKnin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçıların miras əmlakdan payı ilə bağlı qeyd edir ki, miras mənzil və torpaq sahəsi üzərində X1 arvadı İddiaçı2, eləcə də övladları İddiaçı1 və İddiaçı3 ayrıayrılıqda miras əmlakda payları mövcuddur. Belə ki, arvadı İddiaçı2, eləcə də övladları İddiaçı1 və İddiaçı3dur. X16 miras açıldıqdan sonra (xx.xx.1978) məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş və mirasdan pay almaq hüququ onun vərəsələri arvadı İddiaçı2, eləcə də övladları İddiaçı1 və İddiaçı3 keçmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar ərizə ilə notariat orqanına müraciət etməsələrdə mübahisəli əmlakı idarə etməklə mirası faktiki qəbul etmişlər. Belə ki işin mübahisəsi halıdır ki, ididaçılar mübahisəli miras əmlak faktiki olaraq qəbul etməklə davamlı olaraq həmin əmlakda yaşamaqla təsərrüfat aparmışdırlar. Əvvəlki Mülki Məcəlləsinin 552-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Yenə əvvəlki Mülki Məcəlləsinin 532-ci maddəsinə (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd;-mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə hesab edi ki iddiaçılar mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsələrdə mübahisəli əmlakı faktiki qəbul etdiklərindən onalrın həmin əmlakdan pay almaq hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, X4 miras qalmış ünvan 2 (yeni qaydalarla:AZ1041, ünvan 8 ünvanda yerləşən əmlaka 1/6 hissədə İddiaçı2, 1/6 hissədə İddiaçı1 və 1/6 hissədə İddiaçı3 miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 miras qalmış ünvan 2 (yeni qaydalarla:AZ1041, ünvan 8 ünvanda yerləşən əmlaka 1/6 hissədə İddiaçı2, 1/6 hissədə İddiaçı1 və 1/6 hissədə İddiaçı3 miras payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar