Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1494/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A30” markalı telefon və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı telefon almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozaraq xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumi alqısatqı qiyməti 428 manat olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 178 manat olmaqla, 137 manat ödənilməmiş hissə 41 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 564 manat olan “Samsung Galaxy A30” markalı telefon üçün ümumilikdə 456 manat olmaqla 351 manat ödənilməmiş hissə 105 manat cərimə və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 457 manat olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 420 manat olmaqla 323 manat ödənilməmiş hissə 97 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddiaçıya sonuncu dəfə xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixində 25 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixində 25 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixində 30 manat ödəniş etmişdir. Ona görə də, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 137 manat, cəriməyə görə 41 manat borcun, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 351 manat cəriməyə görə 105 manat borcun və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 323 manat cəriməyə görə 97 manat borcun və dövlət rüsumuna görə 31 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli S4K558992 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh ümumi qiyməti 428 manat olan “SAMSUNG A10 BLUE” markalı telefonu ilkin ödənişsiz 1 ədəd qızıl zəmanətlə birgə 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə İddiaçı almışdır. Müqavilənin 2.4-cü bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində penya ödəməlidir. xx.xx.2019-cu il tarixli S4K558992 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 24 manat, xx.xx.2020-ci il tarixdə isə 20 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödənilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli S4K5774012 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh ümumi qiyməti 564 manat olan “SAMSUNG A30 64GB SM-A305 BLACK” markalı telefonu ilkin ödənişsiz 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə İddiaçı almışdır. Müqavilənin 2.4-cü bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində penya ödəməlidir. xx.xx.2019-ci il tarixli S4K5774012 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 47 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödənilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli S4K5774047 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh 2 ədəd ümumi qiyməti 457 manat olan “SAMSUNG A10 SM-A105 BLACK” markalı telefonu ilkin ödənişsiz 2 ədəd mobil qızıl zəmanətlə birgə 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə İddiaçı almışdır. Müqavilənin 2.4-cü bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində penya ödəməlidir. xx.xx.2019-ci il tarixli S4K5774047 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 26 manat, xx.xx.2021-ci il tarixdə 15 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödənilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 137 manat, cəriməyə görə 41 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 351 manat cəriməyə görə 105 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 323 manat cəriməyə görə 97 manat və dövlət rüsumuna görə 31 manat olmaqla cəmi 1085 manat borcu vardır. İş materiallarında olan pretenziyanın surətindən görünür ki, cavabdehə borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iş üzrə tərəflər arasında 3 ədəd nisyə satış müqaviləsi bağlanmış, həmin müqavilələr əsasında 428 manat dəyərində, 564 manat dəyərində və 457 manat dəyərində olan mallar cavabdehə satılmış, cavabdeh isə həmin malların dəyərini xx.xx.2019-cu il tarixli müqavilə üzrə ayda 24 manat, son ayda 20 manat ödəniş etməklə 18 ay müddətində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ayda 47 manat ödəniş etməklə 12 ay müddətində və xx.xx.2019-cu il tarixli müqavilə üzrə ayda 26 manat, son ayda 15 manat ödəniş etməklə 18 ay müddətində qaytarması barədə öhdəlik götürmüşdür. Cavabdeh nisyə alğı-satqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəlikləri qalmışdır. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə alğı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 137 manat , xx.xx.2019-cu il tarixli müqavilə üzrə 351 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 323 manat tutulmalıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 137 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 41 manat cərimə pulunun, 351 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 105 manat cərimə pulunun, 323 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 97 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 15 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 15 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 137 manat borc cəriməyə görə 10 manat, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 351 manat borc cəriməyə görə 15 manat, xx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş 323 manat borc cəriməyə görə 15 manat və ödənilmiş dövlət rüsumuna görə 31 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 137 manat borc, cəriməyə görə 10 manat, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 351 manat borc, cəriməyə görə 15 manat, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 323 manat borc, cəriməyə görə 15 manat və ödənilmiş dövlət rüsumuna görə 31 manat olmaqla cəmi 882 (səkkiz yüz səksən iki) manat tutularaq İddiaçı (VÖEN **********) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1494/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1494/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver