Məhkəmə qərarları › İş №e-2(003)-1554/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1554/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1554/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3599,51 manat pul və ödənilmiş 56 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli MAS-4426 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 19 avqust 2022-ci il tarixdə X3, X5 və İddiaçı MMC arasında MAS-4426 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 22 sentyabr 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri C.Rəhmanov öz üzərinə götürmüşdür. 21 sentyabr 2022-ci il tarixdə X5, X7 və İddiaçı MMC arasında MAS-4426 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 22 sentyabr 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri E.Mehdiyev öz üzərinə götürmüşdür. 05 noyabr 2022-ci il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında MAS-4426 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 22 sentyabr 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(003)-2539/2023 saylı qətnaməsi ilə (hakim E.Məmmədli) İddiaçı MMC-nin iddasını qismən təmin edilərək, müqavilənin ləğv edilməsi, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1895.12 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, 77-PD904 dövlət qeydiyyat nişanlı avtomobil 14 dekabr 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3599.51 manat ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, həmçinin İddiaçı MMC-nin nümayəndəsi X6 xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq işə cəmiyyətin nümayəndəsinin iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan lizinq verən İddiaçı MMC ilə lizinq alan X3 arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli MAS-4426 saylı "Daxili lizinq” müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X1 ümumilikdə dəyəri 17,000 manat olan 1 saylı Əlavədə göstərilən əmlak lizinqə verilmişdir. İş materiallarında olan 1 saylı Əlavədən görünür ki, İddiaçı MMC ilə lizinq alan X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4426 nömrəli daxili lizinq müqaviləsinin predmeti “Khazar SD” markalı qara rəngli qiyməti 17,000 manat olan avtomobil təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 17,000 manat olan qara rəngli “Khazar SD” minik markalı maşın lizinq alan X1 verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MAS-4426 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X3 İddiaçı MMC-nin qarşısında olan öhdəliyini X2 ötürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X5 İddiaçı MMC – nin mülkiyyətində olan “Khazar SD” markalı, 77PD904 dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MAS-4426 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X5 İddiaçı MMC-nin qarşısında olan öhdəliyini X4 ötürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X7 İddiaçı MMC – nin mülkiyyətində olan “Khazar SD” markalı, 77PD904 dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MAS-4426 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X7 İddiaçı MMC-nin qarşısında olan öhdəliyini Cavabdeh ötürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC – nin mülkiyyətində olan “Khazar SD” markalı, 77PD904 dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İş materiallarında olan Qüsur aktından görünür ki, “Khazar SD” markalı, 77PD904 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3599,51 manat təşkil edir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanma və qəbulu barədə aktdan görünür ki, “Khazar SD” markalı, 77PD904 dövlət qeydiyyat nişanlı avtomobil sahibsiz yol kənarında qaldığına görə cərimə meydançasına gətirilmişdir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə xəbərdarlıq edilmiş və ödənilməsi tələb edilmiş, eyni zamanda öhdəliklərini icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2539/2024 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli MAS-4426 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılmışdır. Cavabdeh 965,82 manat əsas borc, 788,90 manat mükafat, 40,0 manat cərimə (dəbbə borcu), ödənilmiş dövlət rüsumuna görə 100,0 manat və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 1895,12 (min səkkiz yüz doxsan beş manat, on iki qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət eilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC 56 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Həcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 56 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3599,51 manat pul və ödənilmiş 56 manat dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3599,51 manat pul və ödənilmiş 56 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar