Məhkəmə qərarları › İş №e-2(003)-1611/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1611/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1611/2022 23.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********25279 olan Samsung galaxy A10 markalı telefon üçün 175 (yüz yetmiş beş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********56092 olan Huawei Y5 Lite markalı telefon üçün 15 (on beş) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu ntlekee002824013e78f00 olan Acer markalı tablet üçün 103.6 (yüz üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 10.4 (on manat qırx qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50516 olan X1 9S markalı telefon üçün 663 (altı yüz altmış üç) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə, ümumilikdə 1051 manat borc, 30.51 manat dövlət rüsumu alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********25279 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********56092 olan Huawei Y5 Lite markalı telefon, İMEİ kodu ntlekee002824013e78f00 olan Acer markalı tablet, İMEİ kodu **********50516 olan X1 9S markalı telefonüçün 1051 (min əlli bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 483 (dörd yüz səksən üç) manat (21 ay x 23 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********25279 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 192 (yüz doxsan iki) manat olmaqla ondan, 175 (yüz yetmiş beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 (on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 216 (iki yüz on altı) manat (12 ay x 18 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********56092 olan Huawei Y5 Lite markalı telefonüçün ümumilikdə, 16 (on altı) manat olmaqla ondan, 15 (on beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1 (bir) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 177.6 (yüz yetmiş yeddi manat altmış qəpik) manat (12 ay x 14.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu ntlekee002824013e78f00 olan Acer markalı tablet üçün ümumilikdə, 114 (yüz on dörd) manat olmaqla ondan, 103.6 (yüz üç manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.4 (on manat qırx qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 702 (yeddi yüz iki) manat (18 ay x 39 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********50516 olan X1 9S markalı telefon üçün ümumilikdə, 729 (yeddi yüz iyirmi doqquz) manat olmaqla ondan, 663 (altı yüz altmış üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66 (altmış altı) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 622 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01097698 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 483 manat olan İMEİ kodu **********25279 olan Samsung galaxy A10 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 21 ay müddətində ödəniş cədvəli üzrə hər ay 23 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01124797 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 216 manat olan İMEİ kodu **********56092 olan Huawei Y5 Lite markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 18 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20183391 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 177.6 manat olan İMEİ kodu ntlekee002824013e78f00 olan Acer markalı tablet Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 14.8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 21138212 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 702 manat olan İMEİ kodu **********50516 olan X1 9S markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 39 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 175 manat ödənilməmiş hissə, 17 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 15 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 103.6 manat ödənilməmiş hissə, 10.4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 663 manat ödənilməmiş hissə, 66 manat cərimə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 175 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 15 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 103.6 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 663 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 175 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 17 manat dəbbə (cərimə) pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 103,6 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 10.4 manat dəbbə (cərimə) pulunun və xx.xx.2020-ci il il tarixli müqaviləyə əsasən 663 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 66 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu, xx.xx.2020-ci tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 5 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20,51 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 175 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 15 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 103.6 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 663 manat ödənilməmiş hissə, 5 manat cərimə və 20,51 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 30.51 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 175 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 15 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 103.6 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 663 manat ödənilməmiş hissə, 5 manat cərimə və 20,51 manat olmaqla, cəmi 985,11 (doqquz yüz səksən beş manat, 11 qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30,51 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar