Məhkəmə qərarları › İş №e-2(003)-1647/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1647/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1647/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçünçü şəxs Optimal Elektronika” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı QSC-nin cavabdehlər Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 1647/2023 nömrəli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs MMC ilə Cavabdeh arasında bağlanmış BİNK11458 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1271.99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 15 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə Optimal Elektronika MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Maraqlı şəxs MMC-nin Cavabdeh qarşı olan 1271.99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Cavabdeh bildiriş təqdim edilmişdir. Lakin Cavabdeh öhdəliklərini icra etməmiş və nəticədə 1271,99 manat borcu yaranmışdır. Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 1271.99 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs MMC-dən nisyə alqı-satqı müqaviləsinə imzalasa da məhsul ona oldaşı xəstə olduğundan məhsuldan həmin gün imtina etmiş, məhsul ona təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Optimal Elektronika MMC-nin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Maraqlı şəxs MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinə imzalasa da, həmin müqavilə əsasında cavabdehə verilməli olan məhsullar ona təhvil verilməmişdir. Cavabdeh Maraqlı şəxs MMC-nə hər-hansı pul öhdəliyi olmamışdır. xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli sazişdə Cavabdeh adını texniki səhv olaraq düşmüşdür. İş materiallarında olan ilə Maraqlı şəxs MMC Cavabdeh arasında bağlanmış BİNK11458 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu malın dəyəri olan 1271,99 manat məbləğində pulu 15 ay müddətinə aylıq 85 AZN ödəniş etməklə (sonuncu ay 81,99 AZN) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında bağlanmış xx.xx.2022-ci il Sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan Optimal Elektronika MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, Optimal Elektronika MMC Cavabdeh arasında bağlanmış BİNK11458 nömrəli xx.xx.2022-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən müştəri Cavabdeh sifariş etdiyi məhsuldan imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda BİNK11458 nömrəli müqavilə üzrə Optimal Elektronika MMC-yə borc 0 manat təşkil edir. İddiaçı QSC-də BİNK11458 saylı müqavilə üzrə Borcalanın öhdəliyi olan 1271,99 manat artıq borc qalığı Optimal Elekronika MMC-nin öhdəliyidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Lakin, Cavabdeh izahatından bəlli olur ki, o, Maraqlı şəxs MMC-də BİNK11458 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalasa da sonradan ərinin xəstə olması səbəbindən məhsulu geri qaytarmalarını söyləmiş və məhsul ona təhvil verilməmişdir. Həmçinin iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxs MMC ilə cavabdeh X3 arasında xx.xx.2022-ci il tarixində BİNK11458 saylı “Nisyə alqı-satqı müqaviləsi” bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (paltaryuyan BOSCH WAJ2017SME) imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda BİNK11458 saylı müqavilə üzrə Maraqlı şəxs MMC sistemində borc 0 azn təşkil edir. Ferrum Capital-da BİNK11458 saylı müqavilə üzrə borcalanın adında olan 1271,99 azn artıq borc qalığı Maraqlı şəxs MMC-nin öhdəliyindədir. xx.xx.2022-ci il tarixli Sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə əsassız olaraq keçmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Optimal Elektronika MMC-nin Cavabdeh və Cavabdeh qarşı tələb hüququ mövcud olmamışdır. Çünki, BİNK11458 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Mövcud olmayan tələb hüququ güzəşt edilə bilməz. Həmçinin, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqavilə üzrə 5 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə tələb hüququnun keçməsi əsaslı və ağlabatan hesab edilə bilməz. Lakin, İddiaçı QSC-nin Optimal Elektronika MMC-yə qarşı tələb hüququ və digər prosessual-hüquqi hərəkətlər etmək hüququ istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh qarşı «pul» tələbinə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar