Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-167/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə cavabdeh "Meqa-Siti Holdinq” MMC arasında bağlanmış 189 saylı 04 mart 2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv. metr olan, 2 (iki) otaqdan ibarət 92 №-li mənzilin iddiaçıya təhvil verilməsinə, onun mülkiyyətində olan həmin mənzilin istifadəsinə cavabdeh tərəfindən olunan əsassız maneələrə son qoyulmasını və idddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh "Meqa-Siti Holdinq” MMC 04 mart 2016-cı il tarixində Bakı şəhərində mənzil tikintisi haqqında 189 saylı müqaviləni bağlamışlar. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarına əsasən, satıcı yəni "xxxx" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv. metr olan, 2 (iki) otaqdan ibarət 92 №-li mənzili “alıcı” yəni İddiaçı mülkiyyətinə verməyi, müqavilədə qeyd olunan tikintiquraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə “alıcıya” təhvil verməyi öz öhdəsinə götürür. "Alıcı" isə ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan yaşayış binasının hər kvadrat metri üçün 400 (dörd yüz) manat ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilədən aydın görünür ki, "xxxx" MMC-yə heç bir borcu yoxdur. İddiaçı tərəfindən mənzilin dəyəri olan 36560 (otuz altı min beş yüz altmış) manat məbləğində pul tam olaraq ödənilmişdir. Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv. metr olan, 2 (iki) otaqdan ibarət 92 №-li mənzil cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi və iddiaçının mülkiyyətində olan həmin mənzilin iddiaçıya təhvil verilməsi, mənzilin istifadəsinə cavabdehlər tərəfindən əsassız maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi mümkün olmadığı təqdirdə isə mənzilin bu günki bazar dəyərinə uyğun qiymətinin geri qaytarılması barədə cavabdehlərə pretenziya məktubu göndərilsə də, cavabdehlərdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Bu səbəblə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3286/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3286/2024 saylı, xx.xx.2024-cü il tarixlisaylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5818/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3286/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həllinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Proses iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -189 saylı, 04 mart 2016-cı il tarixli müqavilədən görünür ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1(bir) saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2(iki) otaqlı 92 nömrəli mənzil alıcının mülkiyyətinə verilməsi barədə razılığa gəlmişdirlər. -189 saylı, 04 mart 2016-cı il tarixli müqavilənin 2.2-ci maddəsindən görünür ki, alıcı yuxarıda göstərilən yaşayış binasının ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan, yaşayış sahəsinin hər kvadrat metri üçün 400 AZN ödəməyi öz öhdəsinə götürür. Müqavilənin ümumi məbləği 36560 AZN təşkil edir (2.1.1-ci bənd). Alıcı ümumi məbləğin 100 %-ni tam ödəyir (2.1.2-ci bənd). -İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən "xxxx" MMC-yə ünvanlanmış “mübahisənin məhkəməyə qədər nizama salınmasına dair” xx.xx.2024-cü il tarixli pretenziyasının surətindən görünür ki, o, "xxxx" MMC-yə Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.metr olan, 2 otaqdan ibarət 92 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və onun mükiyyətində olan həmin mənzilin istifadəsinə əsassız maneələrin son qoyulmasını, mənzilin təhvil verilməsi mümkün olmadıqda isə mənzilin bu günki bazar dəyərinə uyğun qiymətinin geri qaytarılmasını xahiş etmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 407.2. sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.2. iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər, yəni İddiaçı ilə cavabdeh "xxxx" MMC aralarında 189 saylı, 04 mart 2016-cı il tarixli müqavilə bağlamışlar. Müqavilənin predmetinə əsasən müəyyən edilir ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1(bir) saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2(iki) otaqlı 92 nömrəli mənzil alıcının mülkiyyətinə verilməsi barədə razılığa gəlmişdirlər. Həmin müqavilənin 2.1.1 və 2.2.2-ci bəndlərindən görünür ki, alıcı yuxarıda göstərilən yaşayış binasının ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan, yaşayış sahəsinin hər kvadrat metri üçün 400 AZN ödəməyi öz öhdəsinə götürür. Müqavilənin ümumi məbləği 36560 AZN təşkil edir Alıcı ümumi məbləğin 100 %-ni tam ödəyir. Məhkəmə qeyd edir ki, normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür və qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hazırda iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, aralarında bağlanmış müqavilənin 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən mənzilin bir kvadrat metri üçün 36560 AZN pul ödəmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.1-ci bəndindən irəli gələn öhdəlikləri yerinə yetirərək mənzili ona təhvil verməli idi. Əfsuslar olsun ki, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməli olduğu vaxtdan uzun müddət keçsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Nəticədə mənzilindən istifadə edə bilməməyi səbəbindən hər gün maddi zərərə uğrayır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən müqavilə, yəni cavabdeh "xxxx" MMC 189 saylı, 04 mart 2016-cı il tarixli müqavilə İddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddia təmin edilməli olduğundan, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, 100,0 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə, cavabdeh "Meqa-Siti Holdinq” MMC tərəfindən 189 saylı 04 mart 2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv. metr olan, 2 (iki) otaqdan ibarət 92 №-li mənzili İddiaçı təhvil verilməli, iddiaçının həmin mənzildənin istifadəsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulmalı və idddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "Meqa-Siti Holdinq” MMC tərəfindən 189 saylı 04 mart 2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv. metr olan, 2 (iki) otaqdan ibarət 92 №-li mənzili İddiaçı təhvil verilsin və mənzildən istifadəsinə cavabdeh "Meqa-Siti Holdinq” MMC tərəfindən ediləcək maneələr aradan qaldırılsın. Cavabdeh "Meqa-Siti Holdinq” MMC-dən 100 (bir yüz) manat miqdarından dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-167/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-167/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver