Məhkəmə qərarları › İş №e-2(003)-1706/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1706/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1706/2024 29.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə, ********* saylı “Nisyə alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 784,39 manat dəyərində olan “Samsung” markalı mobil telefonu nisyə satmağı, cavabeh isə ona satılmış malı qəbul edib, ödəniş cədvəlinə uyğun 18 ay müddətinə hər ay 44 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, müqavilənin şərtlərini pozmuş və Cavabdeh iddiaçı "xxxx" MMC-nin qarşısında ödənilməmiş əsas borcu 388,20 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği isə 582 manat təşkil etmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 44 manat ödəniş etmişdir. Nisyə alğı-satqı müqaviləsinə 1 saylı əlavənin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən alıcıya ödənilir. Buna əsasən cavabdehə cərimə məbləğinə 90% güzəşt tətbiq edilmiş və cavabdeh tərəfindən ödənilməli olan cərimə 58,20 manat, tutulmalı olan cərimə məbləği isə 446,40 manat təşkil etmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavənin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən alıcıya ödənilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə 388,2 manat əsas, 58.2 manat cərimə borcu olmaqla ümumilikdə 446,4 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq “İRŞAD ELECTRONİCS" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh məhkəmə bildirişini almış və qanunvercilikdə nəzərdə tutulan müddət ərzində məhkəməyə hər hansı etirazı daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ********* saylı alğı-satqı müqaviləsi üzrə 388,2 manat əsas, 582 manat cərimə, ümumilikdə isə 970,2 manat təşkil edir. Həmçinin həmin arayışdan görünür ki, cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ödəniş etmişdir. Cavabdehin cərimə borcu xx.xx.2023-cü ildən başlayaraq hesablanmışdır. Gecikdirilən günlərin sayı 350 gün təşkil edir. İş materiallarında olan ********* saylı, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə satıcı 784,30 manat dəyərində “Samsung” markalı mobil telefonu alıcıya verməyi, alıcı isə 18 ay müddətinə hissə-hissə satıcıya verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ********* saylı, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə 1 saylı əlavədən və ərizə-anket nümunəsindən görünür ki, Cavabdeh “Samsung A336 Black 128GB” markalı mobil telefonu almış və 18 ay müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) hər ay 44 manat, sonuncu ay isə 36,39 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıq bildirişindən görünür ki, cavabdehdən ********* saylı, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 388,2 manat əsas borcun və gecikdirilən günlərə görə hesablanmış 582 manat cərimə borcu olmaqla ümumilikdə 970, 40 manat borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəmə qarşısında iddia qaldırılacağı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə, ********* saylı “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı 784,39 manat dəyərində mobil telefonu alıcıya verməyi, alıcı isə 18 ay müddətinə hissə-hissə ödəməyi götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə borcu yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC əşyanı Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pullu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alq-atq müqaviləsinə əsasən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, borcu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh 388,2 manat əsas, 58,2 manat cərimə borcu olmaqla, cəmi 446, 40 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh 388,20 (üç yüz səksən səkkiz manat, iyirmi qəpik) manat əsas, 58,20 (əlli səkkiz manat iyirmi qəpik) manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 476,40 (dörd yüz yetmiş manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar