Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1747/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021 tarixli müqavilələrə əsasən, İMEİ **********43871 İPHONE 11markalı telefon, Ət Çəkən PANASONİC, Tozsoran PHİLİPS, İMEİ **********67778 SAMSUNG GALAXY A32 markalı telefon, Apple 20W USB Adapter, İMEİ **********37405 İPHONE SE markalı telefon, İMEİ **********53360 XİAOMİ REDMİ 10 markalı telefon, BİKE VİSTA velosiped, İMEİ **********32274 SAMSUNG GALAXY A12” markalı telefon almış və nəticədə 4471 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1695,96 manat (18 ay x 94,22 manat + 0 manat ilkin ödəniş) olan **********43871 İPHONE 11 markalı telefon üçün cəmi 1450 manat olmaqla, 1318,96 manat ödənilməmiş hissə və müştəriyə güzəşt edilərək, 131.04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1293,12manat (18 ay x 71,84 manat + 0 manat ilkin ödənişsiz) olan Ət Çəkən PANASONİC, Tozsoran PHİLİPS, İMEİ **********67778 SAMSUNG GALAXY A32 markalı telefon üçün cəmi 1226 manat olmaqla 114.12 manat ödənilməmiş hissə və müştəriyə güzəşt edilərək, 111.88 manat cərimə, xx.xx.2021-ci ilarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1517.4 manat (18 ay x 84.3 manat + 0 manat ilkin ödəniş) olan APPLE 20W USB-C ADAPTER, İMEİ **********37405 İPHONE SE markalı telefüoçnün ümumilikdə, 912 manat olmaqla ondan 829.4(səkkiz yüz iyirmi doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 82.6(səksən iki manat altmış qəpik) manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan İMEİ **********53360 XİAOMİ REDMİ 10 markalı telefon üçün ümumilikdə, 462 manat olmaqla ondan 420 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 42 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 549.6 manat (24 ay x 22.9 manat + 0 manat ilkin ödəniş) olan BİKE VİSTA velosipedüçün ümumilikdə, 276 manat olmaqla ondan 250.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 25.6 manat cərimə pulu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 582.3 manat (18 ay x 32.35 manat + 0 manat ilkin ödəniş) olan İMEİ **********32274 SAMSUNG GALAXYA12 markalı telefoünçün ümumilikdə, 145 manat olmaqla ondan 131,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 13,5 manat cərimə pulu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2204 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%–i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1318,96 manat borc, müştəriyə güzəşt edilərək, 131,04 manat cərimə, xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1114,12 manat borc, müştəriyə güzəşt edilərək, 111,88 manat cərimə, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 829,4 manat borc, 82,6 manat cərimə, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 462 manat borc, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 250,4 manat borc, 25,6 cərimə, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 131,5 manat borc, 13,5 manat cərimə müqavilələr üzrə cəmi 4471 manat borc və ödənilmiş dövlət rüsumuna görə 64,71 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03691509 saylı müqavilədən aydın olur ki, İPHONE 11 markalı telefon üçün hər ay 94,22 manat ödəməklə 18 ay müddətinə 1696,01 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıqlar tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-yə hər ay 94,22 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 13751064 saylı müqavilədən aydın olur ki, Ət Çəkən PANASONİC, Tozsoran PHİLİPS, SAMSUNG GALAXY A32 markalı telefon üçün hər ay nəğd qaydada 71,84 manat ödəməklə 18 ay müddətinə 1291,02 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlığı tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-yə hər ay 71,84 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23184931 saylı müqavilədən aydın olur ki, Xiaomi Mi saat üçün hər ay nəğd qaydada 84,3 manat ödəməklə 18 ay müddətinə 1517,4 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehna qeyd olunan müqaviləyə əsasən avadanlıqları tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 84,3 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı müqavilədən aydın olur ki, “Samsung Galaxy A12” markalı telefon üçün hər ay nəğd qaydada 32,35 manat ödəməklə 18 ay müddətinə 579,66 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlığı tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-yə hər ay 32,35 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23096801 saylı müqavilədən aydın olur ki, “Samsung Galaxy A12” markalı telefon üçün hər ay nəğd qaydada 22,9 manat ödəməklə 24 ay müddətinə 549,6 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlığı tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-yə hər ay 22,9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı müqavilədən aydın olur ki, XİAOMİ REDMİ markalı telefon üçün hər ay nəğd qaydada 35 manat ödəməklə 18 ay müddətinə 630.05 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehna qeyd olunan müqaviləyə əsasən avadanlığı tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-yə hər ay 35 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 03691509 saylı müqavilə üzrə 1318,96 manat əsas borc, 131,04 manat cərimə , xx.xx.2022-ci il tarixli 13751064 saylı müqavilə üzrə 1114,12 manat əsas borc, 111,88 manat cərimə, xx.xx.2021-ci il tarixli 23184931 saylı müqavilə üzrə 829,4 manat əsas borc, 82,6 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 131,5 manat əsas borc, 13,5 manat cərimə, xx.xx.2021-ci il tarixli 23096801 saylı müqavilə üzrə 250,4 manat əsas borc, 25,6 cərimə, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 420 manat əsas borc, 42 manat cərimə, borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 64,71 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İPHONE 11 markalı telefon, Ətçəkən PANASONİC, Tozsoran PHİLİPS, Samsung Galaxy A32 markalı telefon, APPLE 20W USB Adapter, İPHONE SE markalı telefon, XİAOMİ REDMİ 10 markalı telefon, BİKE VİSTA velosiped, SAMSUNG GALAXY A32 markalı telefon almış və nəticədə 4471 manat borc yaranmışdır. Cavabdehin 6 müqavilə üzrə cəmi ödədiyi məbləğ 2204 manat təşkil edir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin telefonları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilələr üzrə borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan müqavilələr üzrə müvafiq olaraq əsas borca münasibətdə cavabdehdən xx.xx.2022-ci il tarixli 03691509 saylı müqavilə üzrə 1318,96 manat əsas borca münasibətdə 131,04 manat cərimənin, xx.xx.2022-ci il tarixli 13751064 saylı müqavilə üzrə 1114,12 manat əsas borca münasibətdə 111,88 manat cərimənin, xx.xx.2021-ci il tarixli 23184931 saylı müqavilə üzrə 829,4 manat əsas borca münasibətdə 82,6 manat cərimənin, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 131,5 manat əsas borca münasibətdə 13,5 manat cərimənin, xx.xx.2021-ci il tarixli 23096801 saylı müqavilə üzrə 250,4 manat əsas borca münasibətdə 25,6 cərimənin, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 420,0 manat əsas borca münasibətdə 42,0 manat cərimənin tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 52,0 manat, xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 44,0 manat, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 33,0 manat, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 5,0 manat, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 10,0 manat, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16,0 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 64,71 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli 03691509 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1318,96 manat borc, 52,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, 13751064 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1114,12 manat borc, 44,0 manat cərimə, xx.xx.2021-ci il tarixli 23184931 saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 829,4 manat əsas borc, 33,0 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 131,5 manat əsas borc, 5,0 manat cərimə, xx.xx.2021-ci il tarixli 23096801 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 250,4 manat əsas borc, 10,0 cərimə, xx.xx.2021-ci il tarixli ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 462 manat əsas borc, 16,0 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 64,71 manat məbləğində olmaqla, ümumilikdə 4289,09 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2938, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli 03691509 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1318,96 manat borc, 52,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, 13751064 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1114,12 manat borc, 44,0 manat cərimə, xx.xx.2021-ci il tarixli 23184931 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 829,4 manat əsas borc, 33,0 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 131,5 manat əsas borc, 5,0 manat cərimə, xx.xx.2021-ci il tarixli 23096801 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 250,4 manat əsas borc, 10,0 cərimə, xx.xx.2021-ci il tarixli ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 462 manat əsas borc, 16,0 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 64,71 manat məbləğində olmaqla, ümumilikdə 4289,09 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1747/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1747/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver