Məhkəmə qərarları › İş №e-2(003)-1754/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1754/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1754/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvana əsassız hesablanmış 2616,89 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 22920 nömrəli müqavilə (bundan sonra Müqavilə) bağlanmış və iddiaçı həmin tarixdən qeyd olunan müqaviləyə uyğun olaraq istehlak etdiyi təbii qazın dəyərini cavabdehə vaxtında ödəmişdir. 2022-ci ilin əvəllərində iddiaçı təbii qazdan istifadəyə görə yaranmış borcu “e-manat” elektron ödəniş sistemi vasitəsilə ödəmək istəyərkən, həmin elektron sistem iddiaçının təbii qazdan istifadəyə görə borcunu 2616,89 ( iki min altı yüz on altı manat səksən doqquz qəpik) manat göstərmiş, halbuki iddiaçının həmin tarixə bildiriş əsasında borcu 195,25 manat olmuşdur. Qeyd olunan uyğunsuzluqla bağlı cavabdehin yerli qurumundan maraqlanarkən bildirilmişdir ki, guya iddiaçı qazdan sayğacdan kənar istifadə etmiş və həmin səbəbdən akt əssında iddiaçıya qeyd olunan borc məbləği hesablanmışdır. İddiaçı akt tələb etsə də, iddiaçıya aktın surəti verilməmişdir. Qeyd olunanlara əsasən, ona məxsus ünvana əsassız hesablanmış 2616,89 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının abonent hesabında borc yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iştirakçıların izahatını dinləyib, toplanmış sübutları araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, İddiaçı verilən qaz xətti üzrə abonent kodu **********09126 sayla qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh İB-nin təqdim etdiyi saldodan görünür ki, İddiaçı məxsus ünvana qaz sayğacı xx.xx.2021-ci il tarixdə quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən, sayğac nömrəsi **********4 olan İddiaçı 1728 manat öz abonent hesabına ödəniş həyata keçirmişdir. Həmçinin Cavabdeh İB-nin təqdim etdiyi saldodan açıq-aşkar görsənir ki, iddiaçının abonent hesabında borcu yoxdur. İddiaçı cavabdeh tərəfindən ona məxsus abonent hesabına hesablanmış 2616,89 manat borcun silinməsini xahiş etsə də, həmin borcun mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, beləliklə də, iş üzrə mövcud olmayan borcun silinməsi tələbi əsassız olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda göstərilən hallara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar