Məhkəmə qərarları › İş №e-2(003)-1785/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1785/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1785/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2867,76 manat ödənilməmiş hissə, 286,78 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1770 manat ödənilməmiş hissə, 177 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1344,3 manat ödənilməmiş hissə, 134,43 manat dəbbə; xx.xx.2024-cü cü il tarixli müqavilə üzrə 840,6 manat ödənilməmiş hissə, 84,06 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 420 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu olmaqla, cəmi 7966,93 manat borcun və 99,67 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC-Telecom’’ MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3767,76 manat dəyərində “Roborock" markalı robot tozsoran; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2370 manat dəyərində “X3” markalı kompüter; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2513,92 manat dəyərində “Acer Aspire 3” markalı kompüter; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1440.6 manat dəyərində “X1 Lte” markalı qol saatı; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 600 manat dəyərində “X2 A9+” markalı planşet nisyə almış və cəmi 3449,62 manat ödəniş etməklə müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə göstərilmişdir ki, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 3767,76 manat dəyərində “Roborock" markalı robot tozsoran nisyə satılmış və cavabdeh 900 manat ilkin ödəniş etmiş, qalan məbləği 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 119,49 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2370 manat dəyərində “X3” markalı kompüter nisyə satılmış və cavabdeh 600 manat ilkin ödəniş etmiş, qalan məbləği 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 73,75 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına daxil olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2513,92 manat dəyərində “Acer Aspire 3” markalı kompüter nisyə satılmış və cavabdeh 616 manat ilkin ödəniş etmiş, qalan məbləği 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 79,08 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1440.6 manat dəyərində “X1 Lte” markalı qol saatı nisyə satılmış və cavabdeh 600 manat ilkin ödəniş etmiş, qalan məbləği 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 46,7 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 600 manat dəyərində “X2 A9+” markalı planşet nisyə satılmış və cavabdeh 180 manat ilkin ödəniş etmiş, qalan məbləği 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 35 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 7242,66 manat əsas borc, 724,27 manat dəbbə pulu olmaqla, cəmi 7966,93 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materialları ilə müəyyən olunur ki, cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə “Roborock" markalı robot tozsoran, “X3” markalı kompüter, “Acer Aspire 3” markalı kompüter, “X1 Lte” markalı qol saatı və “X2 A9+” markalı planşet nisyə satılmış və cavabdeh aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqaviləlr üzrə öhdəliklərini icra etməmiş və onun 7242,66 manat borcu qalmaqdadır. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 7242,66 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə üzərinə dəbbə pulu ödənilməsi öhdəliyini götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 724,27 manat məbləğində dəbbə pulu tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 99,67 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 99,67 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 7242,66 manat ödənilməmiş hissə, 724,27 manat dəbbə pulu olmaqla, cəmi 7966,93 (yeddi min doqquz yüz altmış altı manat doxsan üç qəpik) manat borcun və 99,67 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar