Məhkəmə qərarları › İş №e-2(003)-1803/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1803/2022

17.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1803/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1ağa oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi), Cavabdeh1ağa oğluna, Cavabdeh2 və X6 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi), Cavabdeh1ağa oğluna, Cavabdeh2 və X6 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V/1-1320 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış **********22-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli qeydiyyatın, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 oğlunun arasında bağlanılmış 24 noyabr 2015-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin, alqı-satqı müqaviləsi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yəni X17 xx.xx.1965-ci ildə ünvan 1 ünvanında anadan olmuşdur. Atasından miras qalan yaşayış evində yaşayır. Məhrum atasının yaşadığı dövrdə də onunla birlikdə yaşamış xəstəlik dövründə qayğısına qalmışdır. Onların ailəsində də ondan böyük Cavabdeh2 adlı bir qardaşı var. Bildirir ki, atası X5 15 iyul 1995-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ondan miras qalan Bakı şəhəri Xəzər rayonun Mikayıl Müşviq küçəsi, dalan 2 ev 1 saylı yaşayış evində yaşamışdır. Qardaşı Cavabdeh2 21 noyabr 2012 -ci ildə ondan xəbərsiz 7 saylı Notariat kontoruna müraciət edərək qanunsuz olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mövcud şəhadətnamədə özünün guya yeganə vərəsə olmasını qeyd etmişdir. Notariat kontoru heç bir araşdırma aparmadan onu yeganə varis kimi tanımışdır. Halbuki, həmin əmlakı atası 1995-ci ildə rəhmətə gedəndən sonra faktiki olaraq o, qəbul etmişdir. Daha sonra qardaşı Cavabdeh2 atasından qalan əmlakı 24 noyabr 2015-ci ildə Cavabdeh1 oğluna satmışdır. Həmin alqı-satqı zamanı da ona heç bir məlumat verilməmişdir. Həmçinin qeyd edir ki, mövcud alqı-satqı müqaviləsi tamamilə saxtadır, həmin əmlakın dəyəri 200000 manatdan baha olsa da guya 31500 manata satmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1ağa oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia əsassız və qərəzlidir. Belə ki, Bəhman ünvan 2 ünvanında yerləşən tikilidə olan fərdi yaşayış evini iddiaçının qardaşı Cavabdeh2 xx.xx.2015-ci il tarixində alqı-satqı yolu ilə almışdır. Həmin əmlak onun mülkiyyətində olmuşdur. Daha sonra növbəti alqı-satqı yolu ilə digər cavabdehin adına (vicdanlı alıcı) rəsmiləşdirilmişdir. Qeyd edir ki, əvvəllər Cavabdeh2 (iddiaçının qardaşı) həyat yoldaşı eyni predmet və əsaslarla Cavabdeh1ağa oğluna qarşı qaldırdığı iddia tələbi AR Ali Məhkəməsinə qədər araşdırılaraq həmin iddia əsassız hesab edilmiş və alqı-satqıların etibarsızlığına dair iddialar rədd edilmişdir. Hal-hazırda mübahisə edilən ünvan 2 ünvanında yerləşən tikili üzrə daşınmaz əmlaka dair (mülkiyyətə dair) alqı-satqı müqavilələri üzrə “əqdin etibarsızlığı” üzrə mülki iddianın əvvəllər eyni əsaslarla araşdırılması və məhkəmənin (AR Ali Məhkəməyə qədər) vahid mövqeyinin olması indiki iddianın bir daha əsassız və rədd edilməyə əsas verən hal olmasını sübuta yetirilən haldır. Bundan əlavə Cavabdeh1ağa oğlu “vicdanlı alıcı” olaraq iddiaçının qardaşından pul vəsaiti ödəyərək əmlakı əldə etmiş, illərlə həmin fərdi yaşayış evinin mülkiyyətçisi olmuşdur. Eyni zamanda hal-hazırda evi alan şəxs (digər cavabdeh) də “vicdanlı alıcı”dır və cavabdehlər tərəfindən hər hansı bir qanun pozuntusu həyata keçirilməmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il (hakim R.Həsənov) tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)-12695/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi və eyni zamanda AR Ali Məhkəmənin Mülki Kollegiyasının İş № 2(102)-789/2020, xx.xx.2020-ci il tarixli qərarının nəzərdən keçirilməsi və iddianı rədd edilməsi mütləq və zəruridir. Əlavə olaraq, məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı xeyrinə Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyev tərəfindən elan edilmiş İş № MTT (003)-126/2022 saylı mülki iş üzrə qərardad Bakı Apellyasiya Məhkəməsinin İş № MTT (103)-349/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə bütünlükdə ləğv edilərək, iddiaçının iddiasının gələcəkdə mübahisləndirilməsi əsası ilə ərizəsinin rədd edilməsinə dair yeni qərardad elan edilmişdir. Bundan əlavə iddiaçı istər vərəsəlik şəhadətnamələri, istər də alqı-satqı müqavilələri, istər də mülkiyyətdən çıxarışın etibarsızlığına dair mübahisələndirilməsi nəzərdə tutulan “iddia müddətini” ötürmüş sayılır. İddiaçı əqdin mövcudluğundan (vərəsəlik şəhadətnamələri, istər də alqı-satqı müqavilələri, istər də mülkiyyətdən çıxarışın) xəbərdar olmuş, lakin üzrsüz səbəbdən onu məhkəmə müstəvisində mübahisələndirməmişdir və bu səbəbdən əqdin etibarsızlığına dair 1 illik prosessual müddəti ötürmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının vərəsə kimi əmlaka dair hüquqlarının mübahisələndirməsi onun vərəsəsi sayıldığı mərhum atasının ölüm tarixindən 3 aydan gec olmayan müddətdə mümkün olmalı haldır. Mövcud əmlak cavabdeh X18 tərəfindən “ vicdanlı alıcı “ olaraq alınmış və 6 il müddətində mülkiyyətçisi kimi yaşanılmışdır. Göründüyü kimi iddiaçı tərəf atasının ölüm tarixindən xəbərdar olduğu halda “miras əmlakına dair” payı qəbul etməmiş və qardaşının cavabdehin vicdanlı alıcı kimi X2 əmlakı 7 ildən sonra geri qaytarmağa çalışmışdır. İddiaçı cavabdehlərə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab ediməsi“ tələbini deyil, qardaşı Cavabdeh2 qarşı “alqı satqı müqaviləsi“ndə əldə etdiyi pul vəsaiti üzrə payının müəyyən edilib, ona verilməsini mübahisələndirməli idi. Cavabdeh həmçinin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının hazırki tələbi üzrə, yəni istər vərəsəlik şəhadətnamələri, istər də alqı-satqı müqavilələri, istər də mülkiyyətdən çıxarışın etibarsızlığına dair mübahisələndirilməsi nəzərdə tutulan “iddia müddətini” ötürmüş sayılır. İddiaçı əqdin mövcudluğundan (vərəsəlik şəhadətnamələri, istər də alqı-satqı müqavilələri, istər də mülkiyyətdən çıxarışın) xəbərdar olmuş, lakin üzrsüz səbəbdən onu məhkəmə müstəvisində mübahisələndirməmiş və bu səbəbdən əqdin etibarsızlığına dair 1 illik prosessual müddəti ötürmüşdür. Mülki iş üzrə iddia müddətinin ötürülməsini və yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, atasından qalan evdə ailəsi ilə birlikdə yaşayırdı. O, mirası qəbul etmişdir. Daha sonra bacanağına Bəhmənlə birlikdə gördüyü işə görə pul lazım olmuş, ona görə də o, evin alqı-satqısını etmişdir. O, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, o, məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdehlər də məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onlar məhkəməyə gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 oğludur. Samir atası, Tamilla xanım anası, Təranə isə bibisidir. O, atası və anası ünvan 1 ünvanında yaşayırdı. Evin sənədi atasının adına idi. Həmin evi alqı-satqı ilə atası Bəhmənə 31500 manata satmış və o, bu barədə sonradan xəbər tutmuşdur. Ramin Bəhməndən 31500 manat pul götürmüşdür. Bəhmən ona bildirmişdir ki, bu borc pulu evin girov qoyulması qarşılığında verə bilər. Bu zaman mübahisəli evi Bəhmənə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, Cavabdeh2 7-8 il əvvəl onların məhkəmə işində nümayəndə qismində iştirak etmək üçün ona etibarnamə vermişdir. Samirin əmisi oğlu Elçinin bacanağı Ramin və Bəhmən Babayev iş birliyi qurmalı idilər. Bəhmən bunun üçün pul verəcəkdi və bunun da müqabilində mübahisəli evi girov qoyacaqdılar, lakin evi girov qoymadılar və həmin evlə bağlı notariusda alqı-satqı müqaviləsi bağladılar. Notariusda alqı-satqı müqaviləsi bağlamaq üçün 30000 manat məbləğində pulu depozit hesaba qoydular, notariusda müqavilə bağlanandan sonra həmin 30000 manat məbləğində pulu depozit hesabdan götürüb yenidən Bəhmən Babayevə qaytarmışlar. Cavabdeh2 həmin müqavilənin alqısatqı müqaviləsi olduğunu bilməyib. Onlar öz aralarında bir sənədə qol çəkiblər ki, 30000 borc verilir və 2 ay ərzində Bəhmənə qaytarılacaq. Daha sonra Raminin barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmış, həbs olunmuş, daha sonra həbsdən azad etmişlər. Ramin də bu evi Bəhməndən geri almaq istəmiş, bunun üçün Bəhmənə pul da təklif etmişlər, lakin Bəhmən razılaşmamışdır. Bəhmən Samiri mübahisəli evdən çıxarmaq istəsə də, qonşuların müdaxiləsi nəticəsində çıxara bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 arvadıdır. Mübahisəli evdə Samir, o və oğlu yaşayırdı. Təranə xanım başqa yerdə yaşayır, amma gəlib gedirdi. Onlar gizli o evi Bəhmənə satmışlar ki, iş qururlar, pul əvəzi sonra qaytarılar. Bəhmən demişdir ki, onları evdən çıxartmayacaq, lakin sonra onlardan evdən çıxmağı tələb etmişdir. Onlar Bəhmənə 30000 manat pulu hissə-hissə qaytarmaq istəsələr də, Bəhmən onlarla razılaşmamışdır. Onlar Bəhməndən xahiş etmişlər ki, ev onun adına olsa da, onları evdən çıxarmasın. Bəhmən əvvəlcə onlara söz vermişdir ki, onları evdən çıxarmayacaq, lakin sonradan onlara qarşı evdən çıxarılma ilə bağlı iddia qaldırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun əmisinin oğlu, Təranə əmisi qızıdır. Bildiyinə görə, Samir evi girov qoyub, onun müqabilində pul götürülüb. Ev əmisi Əzizağanın olub. Həmin evdə Samir, onun ailəsi ilə birlikdə yaşayıblar. Təranənin ayrıca evi var. Təranə o həyətə gəlib gedirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, o,Cavabdeh2 qonşusudur. Samirin Təranə adında bir bacısı var. Təranə həmin evə gəlib gedirdi, hərdən orada qalıb. Evin nə vaxt satılmasından xəbəri yoxdur. Ev sökülüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, neçə ildir ki, qonşudur. Onların öz evləri olmadığı üçün razılaşıb həmin evdə yaşamağa başlamışlar. Sökülən evlərin birində onlar yaşayıblar. Samirgil isə o biri sökülən evdə yaşayırdılar. Bir həyətin içərisində 2 ev var idi, lakin qapıları ayrı idi. Bildiyinə görə mübahisəli evi onun əri Raminin işinə görə girov qoymuşdular. Təranə o həyətə gəlib gedirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı 040627 saylı xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanı X4 məxsusdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X8 ilə X17 xx.xx.1986-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında arayışın surətindən aydın olur ki, X5 ilə X30 xx.xx.1969-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Əlizadə soyadı verilmişdir İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası X27r. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Bakı şəhəri 7 saylı dövlət Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş- X3 vərəsələri: oğlu Cavabdeh2, ünvan 3 ünvanına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş 5 saylı Asan xidmət mərkəzində notariat kontorunda bağlanmış 24 noyabr 2015-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 42,6 kv.m, yardımçı sahəsi 54,8 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən (97,4 kv.m, 2 otaq) Cavabdeh1 oğluna 31500 manata satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanı Cavabdeh1 oğlunun adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X14 cavabdehlər 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun xüsusi notariusu X6 və Cavabdeh1 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)- 12695/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 444/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının İş № 2(102)-789/2020, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)-12695/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(003)-126/2022 saylı qərardadına əsasən işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 5 ünvanında olan əmlakda söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin iş № MTT(103)-349/2022 saylı, xx.xx.2022- ci il tarixli qərardadının surətindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin MTT(003)-126/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubunda deyilir: ”4Ə-388 nömrəli, xx.xx.2022 tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, dalan 2, ev 1 nömrəli fərdi yaşayış evi üzərində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022 tarixdə X11 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi X11 mülkiyyətindədir.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 oğlu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, dalan 2, ev 1 nömrəli fərdi yaşayış evini X16 60000 manata satmışdır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, dalan 2, ev 1 iddiaçının atası X3 mülkiyyətində olmuşdur. İddiaçının atası X5 xx.xx.1995-ci il tarixdə ölmüşdür. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, dalan 2, 1 saylı evin mülkiyyətçisi olmuş X3 xx.xx.1995-ci il tarixdə ölməsi ilə həmin mənzilə dair vərəsəlik işi açılmışdır. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 vərəsəsi - oğlu Cavabdeh2 müəyyən edilmişdir. 24 noyabr 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi dalan 2, 1 saylı evi 31.500 manata Cavabdeh1ağa oğluna satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 aprel 2016-cı il tarixli çıxarışa əsasən ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmış, daha sonra Cavabdeh1ağa oğlu həmin evi X1. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi – vərəsənin miras qoyanla birgə yaşadığı haqqında mənzil-istismar sahəsinin arayışını, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlarını və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Belə ki, göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İddiaçı isə mirasın yalnız bir hissəsinə sahiblik etməsinə dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş, əmlaka sahiblik və ya əmlakı idarə etməmiş, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkət etməmiş, bununla da miras əmlakı qəbul etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə vermədiyindən, əmlaka sahiblik və ya əmlakı idarə etmədiyindən, habelə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmədiyindən, bununla da miras əmlakları qəbul etmədiyindən, onun mövcud iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbi rədd edilməlidir. Bundan əlavə, iddia ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, iddiaçının atası X5 15 iyul 1995-ci ildə ölmüşdür. Lakin, işin həqiqi halları ilə məhkəmə iclasında iddiaçının atasının 15 iyul 1995-ci il tarixdə ölümündən sonra iddiaçı miras əmlakla bağlı heç bir iddia irəli sürməmişdir. Belə olan halda, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür və gecikmənin səbəbi üzrlü səbəblərlə əlaqədar deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən miras əmlak qəbul edilmədiyindən, onun “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin ləğv edilməsini, vərəsəlik hüququnun tanınmasını və miras əmlakda onun miras payının müəyyən edilməsini tələb etmək hüquqları da olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçı tərəfindən miras əmlak qəbul edilmədiyindən, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Belə ki, iddiaçı mirası qəbul etmədiyindən, habelə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən, o, hazırda mübahisəli əmlaka dair hər hansı bir hüquqa malik deyildir. Azərbaycan Respublikasının qanunvericiliyi isə əmlaka hər hansı bir hüququ olmayan şəxs tərəfindən “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlakda onun miras payının müəyyən edilməsinə dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış ********** qeydiyyatın, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunda Cavabdeh2 ilə Cavabdeh1 oğlunun arasında bağlanılmış 24 noyabr 2015-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin, alqı-satqı müqaviləsi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 ilə Cavabdeh1 oğlu arasında ünvan 2 ünvanına dair 24 noyabr 2015-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsızlıq hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası tətbiq edilməlidirir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh1 oğlu arasında alqı-satqı müqaviləsi bağlanarkən və reyestrdə sonuncu adına qeydiyyata alınarkən dövlət reyestrindəki qeydə inanaraq hərəkət etmiş, Cavabdeh1 oğlu tamamilə vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşdur. Belə olan halda Cavabdeh2 ilə Cavabdeh1 oğlu arasında mübahisələndirilən fərdi yaşayış evi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli ev hazırda Cavabdeh1ağa oğlunun adına deyil, tamamilə başqa şəxsin, yəni X11 adınadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmçinin məhkəmə qeyd edir ki, “Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız sayılmadığından, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış ********** qeydiyyat da etibarsız hesab edilə bilməz, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunda Cavabdeh2 ilə Cavabdeh1 oğlunun arasında bağlanılmış 24 noyabr 2015-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmadığından, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarış da etibarsız hesab edilə bilməz, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə hazırkı iddia üzrə Bakı şəhəri 7 saylı Dövlət notariat kontorunun xüsusi notariusu X9 əməlində cinayətin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etsə də, akı şəhəri 7 saylı Dövlət notariat kontorunun xüsusi notariusu X9 hərəkətlərində cinayətin əlamətləri aşkar edilmədiyindən ərizədə qeyd edilənlərlə əlaqədar xüsusi qərardad çıxarıla bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi), Cavabdeh1ağa oğluna, Cavabdeh2 və X6 qarşı - Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V/1-1320 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış **********22-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli qeydiyyatın, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 oğlunun arasında bağlanılmış 24 noyabr 2015-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin, alqı-satqı müqaviləsi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payının müəyyən edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar