Məhkəmə qərarları › İş №e-2(003)-1919/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1919/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1919/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh QİZİ arasında bağlanmış xx-xx-2024-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 131,98 ( bir yüz otuz bir manat doxsan səkkiz qəpik ) əsas borc, xx.xx.2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 171,98 ( bir yüz yetmiş bir manat doxsan səkkiz qəpik ) əsas borc, xx-xx-2023 il tarixli Nisyə-satış müqaviləsinə uyğun olaraq yaranmış 467,99 ( dörd yüz altmış yeddi manat doxsan doqquz qəpik ) əsas borc, ümumilikdə 771,95 ( yeddi yüz yetmiş bir manat doxsan beş qəpik ) borcun və 30 ( otuz ) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh QİZİ arasında xx.xx.2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 14-dən gec olmamaqla 16 ( on altı ) manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 11-03- 2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 11-dən gec olmamaqla 22 ( iyirmi iki ) manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında xx-xx-2023 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 22-dən gec olmamaqla 46 ( qırx altı ) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək,aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh QİZİ İddiaçı MMC-yə xx-xx-2024-ci il tarixli müqaviləyə uyğun olaraq 131,98 ( bir yüz otuz bir manat doxsan səkkiz qəpik ) əsas borc, xx.xx.2024 il tarixli müqaviləyə müvafiq olaraq 171,98 ( bir yüz yetmiş bir manat doxsan səkkiz qəpik ) əsas borc, xx-xx- 2023 il tarixli müqaviləyə əsasən 467,99 ( dörd yüz altmış yeddi manat doxsan doqquz qəpik ) əsas borc, ümumilikdə 771,95 ( yeddi yüz yetmiş bir manat doxsan beş qəpik ) borcu qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh QİZİ arasında xx.xx.2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh 179,98 manatlıq məişət avadanlıqları qəbul etmiş, həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 14-dən gec olmamaqla 16 ( on altı ) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh QİZİ arasında xx.xx.2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh 259,98 manatlıq məişət avadanlıqları qəbul etmiş, həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 11-dən gec olmamaqla 22 ( iyirmi iki ) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh QİZİ arasında tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh 802,99 manatlıq məişət avadanlıqları qəbul etmiş, həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 22-dən gec olmamaqla 46 ( qırx altı ) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş borca dair arayışlardan görünür ki, Cavabdeh QİZİ İddiaçı MMC-yə xx-xx-2024-ci il tarixli müqaviləyə uyğun olaraq 131,98 ( bir yüz otuz bir manat doxsan səkkiz qəpik ) əsas borc, xx.xx.2024 il tarixli müqaviləyə müvafiq olaraq 171,98 ( bir yüz yetmiş bir manat doxsan səkkiz qəpik ) əsas borc, xx-xx-2023 il tarixli müqaviləyə əsasən 467,99 ( dörd yüz altmış yeddi manat doxsan doqquz qəpik ) əsas borc, ümumilikdə 771,95 ( yeddi yüz yetmiş bir manat doxsan beş qəpik ) borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh İddiaçı MMC-dən 1242,95 manat məbləğində məişət avadanlıqları qəbul etmiş, lakin borc öhdəliyini yerinə yetirməmişdir. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh xx.xx.2024 il tarixli müqaviləyə görə 131,98 ( yüz otuz bir manat doxsan səkkiz qəpik ) əsas borc, xx.xx.2024 il tarixli müqaviləyə görə 171,98 (yüz yetmiş bir manat doxsan səkkiz qəpik ) əsas borc, xx.xx.2023 il tarixli müqaviləyə əsasən 467,99 ( dörd yüz altmış yeddi manat doxsan doqquz qəpik ) əsas borc , ümumilikdə 771,95 ( yeddi yüz yetmiş bir manat doxsan beş qəpik ) borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 771,95 manat məbləğində əsas borcun ödənməsi hissəsində təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2025 -cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024 il tarixli müqaviləyə görə 131,98 ( yüz otuz bir manat doxsan səkkiz qəpik ) əsas borc, xx.xx.2024 il tarixli müqaviləyə görə 171,98 ( yüz yetmiş bir manat doxsan səkkiz qəpik ) əsas borc, xx.xx.2023 il tarixli müqaviləyə əsasən 467,99 ( dörd yüz altmış yeddi manat doxsan doqquz qəpik ) əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 801,95 (səkkiz yüz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar