Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1922/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soba, Braun Blender üçün 624 (altı yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soba, HOFFMANN Kondisioneürçün 308.4 (üç yüz səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 30.6 (otuz manat, altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Alyans Kamod üçün 189.6 (yüz səksən doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 18.4 (on səkkiz manat, qırx qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76020 Samsung galaxy A10, X4, SAMSUNG Yaddaş kartı üçün 246.8 (iki yüz qırx altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 24.2 (iyirmi dörd manat, iyirmi qəpik) manat cərimə ümumilikdə, 1504 manat borc və 35.04 manat dövlət rüsumu alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd HOFFMANN Soba, Braun Blender, HOFFMANN KondisioneAr,lyans Kamod, İMEİ kodu **********76020 Samsung galaxy A10, X4,SAMSUNG Yaddaş kartıalmış və nəticədə 1504 (min beş yüz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 693 (altı yüz doxsan üç) manat (18 ay x 38.5 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Soba, Braun Blenderüçün ümumilikdə, 686 (altı yüz səksən altı) manat olmaqla ondan, 624 (altı yüz iyirmi dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62 (altmış iki) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1796.4 (min yeddi yüz doxsan dörd manat, qırx qəpik) manat (18 ay x 99.8 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Soba, HOFFMANN Kondisionerüçün ümumilikdə, 339 (üç yüz doxsan dörd) manat olmaqla ondan, 308.4 (üç yüz səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30.6 (otuz manat, altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 552 (beş yüz əlli iki) manat (20 ay x 27.6 manat + 0 manat ilkin ödəniş) Alyans Kamod üçün ümumilikdə, 208 (iki yüz səkkiz) manat olmaqla ondan, 189.6 (yüz səksən doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18.4 (on səkkiz manat, qırx qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 617.4 (altı yüz on yeddi manat, qırx qəpik) manat (82 ay x 34.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********76020 Samsung galaxy A10, X4, SAMSUNG Yaddaş kartıüçün ümumilikdə, 271 (iki yüz yetmiş bir) manat olmaqla ondan, 246.8 (iki yüz qırx altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.2 (iyirmi dörd manat, iyirmi qəpik) manat cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində X3 imtina etmiş və məhsul 127.8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 242.8 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 127.8 manat, ümumilikdə, 370.6 manat təşkil edir. Digər 3 müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 1919.4 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22454095 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 693 manat olan HOFFMANN Soba, Braun Blender Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 38.5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20068202 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1796 manat olan HOFFMANN Soba, HOFFMANN Kondisioner Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 99,8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20068187 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 552 manat olan Alyans Kamod Cavabdeh nisyə satılmış və cavabdeh 20 ay müddətində ödəniş cədvəli üzrə hər ay 27,6 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 21214155 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 617 manat olan İMEİ kodu **********76020 Samsung galaxy A10, X4 Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 34,3 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 624 manat ödənilməmiş hissə, 62 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 308,4 manat ödənilməmiş hissə, 30,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 189,6 manat ödənilməmiş hissə, 18,4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 246,8 manat ödənilməmiş hissə, 24,2 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 624 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 308,4 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 189,6 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 246,8 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 624 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 62 manat dəbbə (cərimə) pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 308,4 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 30,6 manat dəbbə (cərimə) pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 189,6 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 18,4 manat dəbbə (cərimə) pulunun və xx.xx.2020-ci il il tarixli müqaviləyə əsasən 246,8 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 24,2 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 6 manat dəbbə (cərimə) pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu, xx.xx.2020-ci tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 25,04 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 624 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 308,4 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 189,6 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 246,8 manat ödənilməmiş hissə, 2 manat cərimə və 25,04 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 35,04 manat məbləğində dövlət rüsumunun qalan 10 manatı iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 624 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 308,4 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 189,6 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 246,8 manat ödənilməmiş hissə, 2 manat cərimə və 25,04 manat olmaqla, cəmi 1405,84 (bir min dörd yüz beş manat, səksən dörd qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 35,04 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1922/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1922/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver